1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə250/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   246   247   248   249   250   251   252   253   ...   256

 

559


dir. Bu sistem,təkcə Macarıstanın tələbatlarını yox,həm də NATO üzvlüyünə yeni-

cə qəbul olmuş ölkələr üçün də model ola bilər. 

Keçmiş Varşava Müqaviləsi ölkələri üçün, dövlət resurslarının sosialist “üslub-

lu” idarəetməsindən keçid dövrü dövlət və cəmiyyət boyunca çətin idi və iqtisadiy-

yatın mərkəzləşmiş idarəetməsi və  Moskva rəhbərliyindəki təhlükəsizlik sistemi 

müdafiə və iqtisadi  sahələri daha ciddi şəkildə vurmuşdur. Pul və müdafiənin bu 

cür xüsusi əlaqəsinə görə,bu sosialist ölkələri ilk dəfə olaraq məsuliyyətli büdcələ-

mə  və planlaşdırma sistemi qəbul etməyə  məcbur edildilər. Müdafiə doktrinasını 

dəyişmək asan idi: ilk fəfə illik büdcə məhdudiyyətlərini nəzərdən keçirməyə mü-

nasibəti dəyişmək əhəmiyyətli dərəcədə çox çətin idi. Macarıstan halında,mülki və 

hərbi rəhbərlik, bir çox ölkələrin büdcə planlaşdırma prosesləri ilə bağlı nümunə-

lərdən seçim etmək imkanında idilər və onu Zambori iki-vektorlu metod adlandı-

rır,yəni sözdə “yuxarıdan –aşağı”metodu: bu metoda görə büdcə  təxminləri aşağı 

səviyyədə hazırlanır  və ümumi təxminlər halına salmaq üçün mərkəzi planlaşdır-

ma orqanlarına göndərilir. Hüquqi qaydalar və büdcə  təcrübələrinə uyğun ola-

raq,ölkələr özlərinin illik büdcə strukturlarını yarada bilərlər. Şəxsi heyət və təşki-

latı saxlama  xərclərini və həmçinin,elmi tədqiqat və inkişaf xərclərini (R+D)ayır-

maq ümumi xas olan hallardır. 

Macarıstanın xarici siyasətinin əsas məqsədi NATO üzvlüyü olduğu 1990-cı il-

lərin həyəcanlı dövrü bütün hərbi aparatı  nəzarət altında aldı  və  dəyişiklik üçün 

xidmət etdi. Macarıstan, 1999-cu ilin Martın 12-də NATO üzvü oldu və üzvlük ge-

niş hüquqlar və imtiazlar ilə  və o cümlədən, mühüm öhdəliklərlə  nəticələndi. Bu 

yeni üzvlük öhdəliklərinə görə, Macarıstan, NATO standardları ilə tam uyğun olan 

büdcə sistemini tətbiq etdi. Müdafiə xərcləri sahəsində yeni Müdafiə Planlaşdırma-

sı Sistemi, Macarıstanın NATO standardlarını qarşılamaq baxımından məhsuldar 

olmuşdur və olmaqda davam edir. Bu planın əsas elementlərinə daxildir: 

 

•  Tapşırıqlar  yönümlü-xərclərə  həssaslıq  



 

Macarıstan MPS-ə görə,büdcə  tələbləri təxmin edilən müddətə yox,konkret 

tapşırıqlara bağlı olmalıdır. Bu cür real tapşırıqlara arxalanma, maliyyə idarəetməsi 

informasiya sisteminin yaradılmasını və fəaliyyətini tələb edir və elə sistem ki, o, 

ölkə iqtisadiyyatının bütöv spektrində, birləşmiş metodlarla verilən tapşırıqların ye-

rinə yetirilməsi üçün xərclərini toplamağa uyğun olur. Bu cür dəyər-hesablayan 

metodun köməyi ilə,birbaşa xərclərdən başqa, verilən tapşırıqla  əlaqədar ümumi 

xərclərin bölünmüş hissəsini də qiymətləndirmək olar(adətən,dolayı  xərclər ölçü-

sündə). 

 

 




 

560


•  Komplekslik 

 

Kompleks müdafiə planlaşdırması davamlı surətdə yenilənən,qanunvericilik tə-

rəfindən qəbul edillən hərbi siyasi tələblər(suveren dövlətin təhlükəsizlik maraqla-

rını əks etdirən) və konkret müdafiə göstəriciləri əsasında(hökümət tərəfindən ge-

niş müzakirə olunan) qurulmuş sistemdir. Nəticədə, o tarazlı,çevik və uzun zaman 

dövrünə bölünmüş çərçivədən ibarət planlaşdırmadır. 

 

•  İrəliyə baxış 



 

 Zambori iddia edir ki, Hərbi planlaşdırmalar müxtəlif zaman fasilələrini əhatə 

etməlidir. Müxtəlif-müddətli,uzun ,orta və qısa müddətli planlar  bir-birinə söykə-

nir və onlar birləşmiş planlar sistemi ilə  nəticələnir. MPS-in tərkib hissəsi kimi, 

büdcə planlaşdırması proqramı metodu(PPBS vurğulayır ki, tapşırıqlar layihələr 

əsasında olur), müxtəlif müddətli planların bir -birinə söykəndiyi prinsipə tam  xid-

mət edir,çünki o, çoxillik inkişaf tapşırıqlarının təxmin edilən tam və illik təsirləri-

ni hesablayır və beləliklə onları müxtəlif müddətli planların tərkibinə salmağa im-

kan verir.Dövlət və  hərbi planlaşdırmanın ahəngləşməsi, dövlət idarəetməsinin 

uzun və orta müddətli planlaşdırma sisteminin fəaliyyəti ilə təmin oluna bilər. 

 

•  Çeviklik 



Planın reallaşdırılması zamanı, onun son tarixi və şərtləri elə dəyişə bilər ki, bu 

planın formasının dəyişməsini tələb edər.  Bir –biri ilə yanaşı planlaşdırma müddət-

lərinə daimi baxış, fırlanma imkanı yaradır. Bu fırlanma planlaşdırması çevik yolla  

qısa müddətli tapşırıqları siyahılaşdırmağa və orta və uzun müddətli planları müəy-

yən edib yerinə yetirməyi təklif edir.  

 

•  Şəffaflıq 



 

Hərbi planlaşdırmanın “məhsulları” açıq surətdə təqdim olunmalıdır ki,planlar 

qəbul edilsin və dəstəklənsin və bunu etməyin ən yaxşı  yolu media vasitəsilədir. 

Qısa olaraq, müdafiə sektoru üzərində demokratik nəzarət,vergi verənlərin,öz pul-

larının dövlət tərəfindən necə  xərcləndiyini görməsidir.Bu, planların sintezləşmiş 

təqdimatı ilə, açıq və asan dil ilə və hərbi terminlərin və kateqoriyaların izahatı ilə 

edilə bilər,lakin eyni zamanda  dövlət və hərbi sirlərin qaydalarına riayət etməklə 

edilə bilər. Planların təqdimatı, onları müqayisəsi və analizi üçün imkan yaradır. 

Baxmayaraq ki, bu vurğular, müdafiə üçün sistemləşdirilmiş planlaşdırma sis-

temlərindən istifadənin üstünlüklərini göstərir,reallıqda bu proses nəzarət mexaniz-

mləri,büdcələmə,hərbi planlaşdırma və gözlənilən satınalmalar xərcləri və tələbat-



 

561


larını kompleksliliyini əhatə edən məsələlərdən ibarətdir. Zambori bu sistemə çox 

güclü surətdə inanır və onu “ yaxşı qurulmuş,məhsuldar sistem” adlandırır və hesab 

edir ki,Macarıstan onu qəbul etməsə uduzar. Alyansın birləşmiş müdafiə planlaş-

ması ilə tələb olunan qarşılıqlı uzlaşma,müdafiə xərclərinin məhsuldar idarəetməsi, 

müdafiə büdcəsinin şəffaflığını təmin edən siyasi niyyət ən mühüm səbəblər kimi-

dir və hamı MPS-dən istifadəni tələb edir.Özünün son birqiymətli dəstəyini göstə-

rən tərzdə,Macarıstanın müdafiə planlaşdırması ilə bağlı doğru qərar verdiyini de-

yərək,hesab edir ki,“Dəyişən siyasi mühit, daimi dəyişən qaydalar və NATO üzvlü-

yü tələblərinin hamısı MPS-ə problemlər yaradır, lakin, o kifayət qədər çevik oldu-

ğundan onların öhdəsindən gələcək”. 

 

•  Beynəlxalq Əməkdaşlıq 



 

Dövlətin cavab tədbirləri dünyanı qavramaqdan keçir. Dünyanın real düzəni 

yanaşması konsepsiyası ilə, daha liberal,ideal qurulmuş nəzəri konstruksiyalar ara-

sındakı ziddiyyətləri güclü şəkildə sadələşdirmək riski  ilə qəbul etmək lazımdır ki, 

birinci konsepsiya, dünyaya, hakimiyyət və ayaqda durmaq arasında rəqiblərin 

apardığı yarış kimi baxır, ikinci isə əməkdaşlıq üçün daha böyük imkanlara çağırır. 

 

Benəlxalq Əməkdaşlıq və Yaxşı Qonşuluq Münasibətləri 

  

Pal Dunayın “Müdafiə və Təhlükəsizlik İşlərində Yaxşı Qonşuluq Münasibət-



lərini Təmin Etmək Tədbirləri” yazısı,dövlətlərin bir-birinə tam inanmadığı və hər-

bi üstünlük  üzərində yarışdığı bu realist paradiqmanın rəmzidir. Bunu qəbul edə-

rək,dövlətlər öz rəqabətlərinə uyğun öz mövqelərini yaxşılaşdırırlar. Lakin dünya 

daha da mərhəmətli olmur və bu realist dünya elə yerləri var ki,bir dövlətin bütün 

əhalisini risk altına qoyur.Kim bu açıq –aydın məsələdə risk altına gedər? 

Dunay doğru olaraq göstərir ki, ABŞ-la Sovet İttifaqı arasındakı ikiqütblü rəqa-

bət bütün təhlükəsizlik qərarlarını kölgədə qoymuş və onlara təsir etmişdir,ilk növ-

bədə də öz himayə etdikləri ölkələr vasitəsilə hərbi münaqişələrə. Soyuq Müharibə-

dən sonrakı dövrdəki təhlükəsizlik mühiti hərbi məsələlərdə daha da tələbkar və 

dəqiq qərarlar tələb edir. Bu cür bir qütblü mühitdə,ABŞ-ın hərbi və iqtisadi üstün-

lüyü dönəmində, regionallığın artdığı,liberal demokratik dəyərlərin planet üzrə ya-

yıldığı bir dövrdə, müdafiə qərarları formalaşdırmaq üçün dövlətlər arasında qarşı-

lıqlı əlaqə olmalıdır. Bu cür mürəkkəb qarşılıqlı əlaqələrin ifadəsi,regional və bey-

nəlxalq təhlükəsizliyi təşviq etmək məqsədləri güdən beynəlxalq təşkilatların ar-

tmasıdır. Dunayın yazdığı fəsil,bu təşkilatlara,xüsusilə də,regional və sub-regional 

silah nəzarəti təşkilatlarına, ”Sabitlik Paktı”-na, AB siyasətləri və Sülh Naminə Tə-

rəfdaşlığın müəyyən cəhətlərinə fokuslanır. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə