1 Willem F. van Eekelen


Media münasibətləri,informasiya siyasəti və Ordu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə255/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   248   249   250   251   252   253   254   255   256

 

572


Media münasibətləri,informasiya siyasəti və Ordu 

 

Bu iki fəsil, hərbi və təhlükəsizlik fəaliyyətlərinin demokratik prinsiplərlə uy-

ğun olmasını təmin edən mübahisəli və mühüm məsələləriin üzərində durur: infor-

masiyanın onu gözdən keçirən ictimaiyyətə axması. Miqyasına və tonuna görə 

müxtəlif olan Robert Pszczel və Harı Bukur-Markunun yazdığı fəsillərin hər biri, 

media və informasiya siyasətlərinin formalaşdırmasında oxucuları əhəmiyətli mü-

şahidələrlə təmin edir 

 

“İnformasiya Standardları,Media Siyasəti və İctimai Əlaqələr” 



 

Yəqin ki,burada ən praqmatik təklif olan Robert Pszczel-in “İnformasiya Stan-

dardları,Media Siyasəti və İctimai Əlaqələr” yazısı,dövlət orqanları və açıq və müs-

təqil media arasındakı tez-tez baş verən gərgin münasibətləri böyütməkdə marağı 

olanlar üçün mühüm nümunədir. Pszczel-in bu cür yığcam yazıda məqsədi, media 

və dövlətin bir-biri ilə ziddiyətdə olmamalıdır halını nümayiş etdirməkdir.Əksi-

nə,media və dövlət bir birini tamamlayıb dövlətin fəaliyyətinin açıqlanmasında  

birlikdə hərəkət edə bilərlər. Yazının oxunaqlığına görə,bu fəsil onun bir çox ma-

raqlı qiymətləndirmə və nəticələrini  açıqlayır. 

 

•  Xəbərləşmə və Dövlət 



 

Pszczel,dövlətlərin və  cəmiyyətlərin indiki hərəkətlərində  hələ  də  əks olunan 

avtoritar mirasın təkamül təbiətini müzakirə edir.Beynəlxalq donorlar və müşahidə-

çilər tərəfindən seçkilər və parlament debatları kimi dramatik hadisələri işıqlandır-

dıqlarına görə  üstünlük verilməsindən  əlavə, açıq media, demokratiyanın varlığı 

üçün mühüm element sayılır. Pszczel, irəliyə gedərək deyir ki,təhlükəsizlik və mü-

dafiə orqanları  öz fəaliyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq kimi xü-

susilə mühüm öhdəliyə malikdirlər. Onun dediyinə görə, bu günün ən müasir icti-

mai və hərbi heyəti,aparılan hərbi və təhlükəsizlik fəaliyyətlərinə görə öz hökümət-

lərinin izahat verməsini tələb edirlər. Pszczel-ə görə, “Bu gün təhlükəsizlik səhə-

sində çalışanların, hər hansı siyasətin mənasını tam başa düşməyə haqları vardır”. 

 

•  Həqiqətin Yeri 



 

NATO-nun səhvən 1999-cu ildə Dakovica qaçqın karvanına hücumunu və Rusiya-

nın 2000-ci ilə Kursk sualtı gəmisinin batması ilə bağlı səmimi olmaması hadisələrinə 

isnad edərək, Pszczel,dövlət media peşəkarlarının gündəlik həyatda və gözlənilməyən 

hadisələr olduqda dürüstlük dərəcəsini irəli çəkir. Keçmişdə,NATO rəsmiləri,ən aydın 



 

573


detalları 24 saatlıq xəbərlər siklini təmin etmək üçün media mənsublarına vermirdi-

lər.Ehtiyatcıl kimi sayılmaq  əvəzinə,NATO rəsmiləri hər  şey haqqında danışmamaq 

damğasını almaqdan qorxurdular. Kursk hadisəsindən sonra, Rusiyanın addımları, rəs-

milərə inamsıqlıq damğasını vurdu və o vaxtdan bəri inamı qazanmaq üçün qeyri-adi 

addımlar atmağı tələb etdi. Bu baxımdan “Həqiqət”  qiymətli şeydir və o,bütün döv-

rlərdə qorunmalıdır,hətta dərhal informasiya vermək təzyiqi altında qalınsa da belə. 

 

•  Çeviklik 



 

Pszczel , yerli şəraitdən və hadisələrdən asılı olaraq informasiyanın mümkün ol-

duqca tez və aydın şəkildə almağın müxtəlif yanaşmaları olduğunun əhəmiyyətini qə-

bul edir. Bu planda,media peşəkarlarının baxmalı olduğu bir neçə geniş istiqamətləri 

göstərir. Birincisi,hadisələrə cavab olaraq media ilə təmas imkanıdır. Dinc zaman əmə-

liyyatları, tərtib edilmiş,həftəlik mətbuat brifinqləri tələb edirsə,böhranlı vəziyyətlər da-

ha çox informasiyalar,daha tez ,məsələn,daha çox brifinqlər və həsr olunmuş web say-

tları tələb edər. Artan çevikliyin ikinci nümunəsi,yeni metodların tətbiq edilməsidir,mə-

sələn, mülki jurnalistlərin hər hansı bir hərbi birləşməyə təhkim etmək praktikası. Bu 

cür metodun tənqidçiləri olsa da, bu cür “təhkimlər” tayı-bərabəri olmayan imkan yara-

dır. Sonda,istənilən media planları üçün yerli yanaşmalar üstünlük təşkil etməlidir.Əgər 

yerli əhalı xüsusi yanaşma tələb edirsə,məsələn,radio yox yazılı material,o zaman,rəsmi 

media səmərəlilik istəyirsə onu qəbul etməlidir. 

 

•  Peşəkarların rolu 



 

İşını bilən informasiya işçıləri haqqında özünün düşüncələrində heç bir şübhə 

qoymayan Pszczel, qeyd edir ki,” əldə edilən ən həssas nəticə odur ki, peşəkarlığın 

bu mənada heç bir əvəzi yoxdur”. Effektiv media işçisi üçün müəyyən edilmiş re-

septlər olmadığı halda, bir çox xüsusiyyətlər daha uğurlu qarşılıqlı  əlaqəni təmin 

etmək üçün yardımçı ola bilər ,o cümlədən,işlədikləri təşkilat haqqında geniş bilik  

və  həmçinin,media dünyası haqqında yaxşı  xəbərdar olmaq bu qəbildəndir.Digər 

tərəfdən,məlumatın bütün tərəflərinin işıqlandırılması baxımından rəsmilərlə media 

arasında şəxsi əlaqə mühüm əhəmiyyət daşıyır. Bu münasibət ancaq qarşılıqlı inam 

və anlam yaradan çoxtərəfli təcrübələr əsasında qurulur. 

 

•  Çıxış 



 

Pszczel istənilən böyük bürokratik sistemlərdə geniş yayılmış imtiyaza toxu-

nur:informasiyaya və siyasi rəhbərliyə  çıxış. Baxmayaraq ki,düşüncəli liderlər  ən 

azı anlayırlar ki,baş idarədən informasiyanın tez yayılması lazımdır, ierarxik struk-




 

574


turlara və  mədəniyyətlərə taxılmış adamlar isə bunun qarşısını alırlar.Tam  ştatlı 

media peşəkarlarına ehtiyacın altını çizərək, informasiyaya çıxış, peşəkar heyət tə-

rəfindən hazırlanan ardıcıl planlaşdırma ilə təmin edilə bilər. 

 

•  Xüsusi Hal 



 

Hərbi və  təhlükəsizlik aparatının unikal missiya və mandatı media ilə xüsusi 

münasibət tələb edir. Pszczelin NATO-da əldə etdiyi geniş  təcrübəyə görə,o,özü-

nün ilk əsas müşahidələrinin  əhəmiyyətini nümayiş etdirmək üçün NATO-nu nü-

munə kimi seçir: hərbi və mülki qurumlar arasında əmək bölgüsü. Mülki hakimiy-

yətin ali olmasına baxmayaraq, hərbi tərəfi heç bir zaman qulaqardına vurmaq ol-

maz,xüsusilə  də,fövqaladə yerlərdə. Məsuliyyətlərin aydın bölünməsi üçün sərt 

qaydalar yoxdur,lakin aydın görünür ki, strateji məsələlər üçün qərargahlar(Brüssel 

və ya Pentaqon) ən uyğun yerlərdir. Taktiki işlər yerlərdə daha yaxşı həll ola bilər. 

 

•  Təhlükəsizlik 



 

Pszczel, istənilən medianın nəzərə almalı olduğu üç xüsusi təhlükəsizlik prinsi-

pini irəli sürür: birlikləri və gələcək əməliyyatları təhlükə altına qoya biləcək əmə-

liyyat təhlükəsizliyi; gizli informasiyanın qorunması;və jurnalistlərin özlərinin qo-

runması.  Pszczel o fikirdədir ki,”ümumi yaxşı qaydalar media siyasətinə  tətbiq 

edildiyi zaman, təhlükəsizlik və hərbi dairələr sanballı planlaşdırmanı,peşəkar ba-

carıq və  təcrübələri və media quruluşlarının tam başa düşülməsini hətta daha da 

təşviq edir”. 

 

•  Yekun 



 

Pszczel-in media ilə dövlət rəsmiləri arasında münasibətləri yaxşılaşdırmaq 

üçün verdiyi “kiçik töhvə” bu fəsildə əldə edilmişdir.Əlbəttə,özünün NATO-da təc-

rübəsinə üstünlük verərək,onun müşahidələri,media peşəkarları formalaşdırmaq və 

onlardan istifadə etmək üçün  hər hansı ortaya çıxmış bürokratiya üçün maraqlı kö-

mək olar. 

 

•  “Müdafiə Təsisatları və İnformasiya Siyasəti” 



 

Hərbi media və informasiya siyasətinin inkişafını maraqlı tərzdə icmal edərək, 

Harı Bukur-Markunun “Müdafiə  Təsisatları  və  İnformasiya Siyasəti” yazısı,bizə, 

nə qədər mümkünsə tarazlaşdırılmış informasiyaların sonda yoxlanılıb və cəmiyyə-

tə verilməsinin mühümlüyünü xatırladır. Onun təxminlərinə görə, hal-hazırda,me-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə