1 Willem F. van Eekelen


Beynəlxalq davaranış standardlarının yüksəlişi və ATƏT



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə245/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   241   242   243   244   245   246   247   248   ...   256

 

548


•  Beynəlxalq davaranış standardlarının yüksəlişi və ATƏT 

 

Soyuq müharibənin bitməsi ilə,Avropalılar qitədə mövcud olan zorakılıqları 



qeyri hərbi yollarla,daha doğrusu, ATƏT-in mexanizmləri ilə azaltmağa çalışırlar. 

Mən özümün ilk praktiki təcrübəm kimi,gənc zabit qisimində, sülh sazişi imzala-

nandan sonra Bosniya-Herseqovinaya yeridilən NATO kontingenti tərkibində 

ATƏT-lə ilk təcrübəmi xatırlayıram, mən şərqi Avropada ABŞ sektoru üzrə yayıl-

mış ATƏT müşahidəçilərini görmüşdüm. Cənubi-şərqi Avropanı  nəzərə almasaq, 

indiki dönəmdə hərbi təhlükə,Qərb və Şərq arasında ola biləcək qitələrarası müna-

qişə narahatlığından, uzun müddətli sabitliyə aparan dövlət davranışı standardlarına 

təkamül etmişdir. Bunun əsasında, ATƏT, 1994- cü ildə “Təhlükəsizliyin Siyasi-

Hərbi Cəhətləri haqqında Davranış Kodeksi” qəbul etdi və orada beynəlxalq məq-

sədlər üçün ölkə daxili addımların əhəmiyyəti, xüsusilə də, mülki-hərbi münasibət-

lər və  silahlı qüvvələrin istifadəsi ilə bağlı inam yaratmaq tədbirləri vurğulanır. 

Viktor-Yves Ghebali-nin “Təhlükəsizliyin Siyasi-Hərbi Cəhətləri haqqında 

Davranış Kodeksi”(1994): Paraqraflar boyunca VII və VIII Bölmələrin Şərhi  (De-

mokratik Nəzarət və Silahlı Qüvvələrdən İstifadə) bu önəmli məsələni beynəlxalq 

normaları sıxısdıran daha da realist konsepsiya ilə, gücün dövlət təhlükəsizliyini tə-

min etmək üçün yeganə dövlət aləti olduğunu analiz edir. Bu geniş fəsilin giriş his-

səsində qeyd eduldiyi kimi Şoyuq Müharibədən sonra, demokratik nəzarət və silah-

lı qüvvələrdən istifadə yeni yaranmış demokratik ölkələr üçün Avropanın və Avro-

Atlantik məkanın təşkilatlarına daxil  olmaq üçün  ilkin şərtlərdən biri olmuşdur. 

Əlbəttə,ATƏT-dən başqa m[vcud olan digər Avropa və Avro-Atlantik təşkilatla-

rı,demokratik nəzarət və silahlı qüvvələrdən istifadə prinsiplərini müəyyən etmək 

lazım olduğu dönəmdə ATƏT-in Davranış Kodeksindən məlumat materialı kimi is-

tifadə edirlər. 

Ghebali qeyd etdiyi kimi,ATƏT-in Helsinki Yekun Aktından bəri qəbul etdiyi 

ən mühüm normativ akt Davranış Kodeksi olmuşdur,çünki onun istifadə etdiyi me-

xanizmlər başqa heç bir beynəlxalq təşkilatda istifadə olunmur və hətta BMT-nin 

Hüquq Mühavizə Rəsmiləri üçün Davranış Kodeksi də daxil olmaqla. Digər tərəf-

dən, Davranış Kodeksi başqa zamanlarda müqəddəs hesab edilən sahələrə də sira-

yət etmişdir:ölkənin silahlı qüvvələrinin qurulması və nəzarəti kimi sahələrə. Kiçik 

preambluadan sonra,Davranış Kodeksinin mətni 10 başlığsız bölməyə ayrılmış və 

bütövlükdə  üç  cür,  dövlətlər-arası (1-VI Bölmələri,paraqraf 1-19),dövlət daxili 

(VII-VIII Bölmələr,Paraqraf 20-37)normalara  və yerinə yetirmə tədbirləri və son 

maddələrdən(IX-X Bölmələri,Parqraf 38-42) ibarət  42 maddədən təşkil olunur. 

Ghebalinin şərh etdiyi bölmələrə daxildir: 




 

549


•  VII Bölmə,silahlı qüvvələr üzərində nəzarətin demokratik cəhətlə-

rini müzakirə edir və o,indi daha ümumi olaraq milli təhlükəsizlik istiqa-

mətində çalışan dövlət aparatını,“təhlükəsizlik sektoru”ideyasını əhatə edir. 

•  VIII Bölmə silahlı qüvvələrdən demokratik istifadə ideyasını for-

malaşdırır. 

 

Əsas suallar olan kim hansı  silahlı qüvvələrə  nəzarət etməlidir,onlar silahlı 



qüvvələri nəzarət etmək üçün hansı  potensiala malik olmalıdırlar və  nəyə görə 

mülki nəzarət önəmlidir normativ düşüncəsi məsələlərini müzakirə edən VII və 

VIII Bölmələrini ümumiləşdirərək,Ghebali aşağıdakı  Cədvəllən istifadə edir və 

konkret olaraq bu Bölmələrin məzmunundan istifadə edir: 

 

Kİm? Konstitusiya 



üzərində qurulmuş demokratik legitimliyə malik 

olan hakimiyyətlər (§21). 

Qanunverici qolun konkret rolu (§22). 

Hansı? Hərbi qüvvələr,yaraqlılar,daxili təhlükəsizlik qüvvələri,kəş-

fiyyat xidmətləri və polis(§20) 

Ancaq ilk üç kateqoriya (§§21,27,32)   

Yaraqlı qüvvələr(§26) 

Nizamsıq qüvvələr(§25) 

Silahlı qüvvələr(§§ 22,23,28,30,31,34,35,36,37) 

Necə? Konstitusyon 

mülki 

hakimiyyətin ordu üzərində üstünlüyü (§§ 21, 



22, 23, 24, 25, 26). 

Silahlı qüvvələrin beynəlxalq humanitar qanuna riayət etməsi(§§ 

29, 30, 31, 34, 35). 

Hərbi qulluqçuların insan hüquqlarına hörmət (§§ 23, 27, 28, 32, 

33) 

Daxili gücdən istifadə etmənin qanun və qaydanın təmin edil-



məsi ilə  ölçülüyü(§36) və insan hüquqlarının dinc və qanuni yolla 

ifadə olunmasının məhdudlaşdırılmasına və ya insanların fərdi və 

kollektiv kimiliyinin məhrum edilməsinə yönəlmiş gücdən istifa-

dənin qadağan olunması(§37) . 

Nə Üçün? 

“Sabitlik və təhlükəsizliyin bölünməz elementi” və “demokra-

tiyanın əhəmiyyətli ifadəsi”( §20). 

 

Təhlükəsizlik sektoru üzərində mülki nəzarət üzrə yazılmış faktiki olaraq bütün 



işlərdə adi olduğu kimi, Davaranış Kodeksinin VII və VIII Bölmələri də ətraflı mo-

del vermir.Əvəzində bu bölmələr ümumi istiqamətlər göstərir,həm də Ghebali Dav-

rnış Kodeksi rejimində bir çox çatışmamazlıqlar qeyd edir: 



 

550


1)  VII və VIII Bölmələr icra və qanunverici nəzarəti təmin edir və 

məhkəmə nəzarəti boş buraxılır. 

2)  Davranış Kodeksi silahlı qüvvələr heyətinin sahib olduğu hüquq və 

vəzifələr haqda təklif vermir. 

3)  Davranış Kodeksi silahlı qüvvələrin hər hansı dövlətin demokratik 

yolla seçilmiş hökümətini zəbt edə bilərmi sualına cavab vermir. 

4)  Davranış Kodeksi ilə CSBM-lər üzrə Vyana Sənədini arasında 

konseptual əlaqə yoxdur. 

5)  Kodeksin yaraqlıları müzakirə edən yeganə maddəsi zəifdir,hətta 

ATƏT ölkələri üzərinə,silahlara nəzarət sazişləri ilə əlaqədar onların silahlı 

qüvvələri üzərinə qoyulmuş  məhdudiyyətlərdən yan keçməmək üçün ya-

raqlılardan istifadəni etməmək öhdəliyi qoymur. 

6)  Kodeksin beynəlxalq humanitar qanunlarla əlaqəli maddələri 

1949-cu il Cenevrə Konvensiyasından əhəmiyyətli dərəcədə zəifdir. 

7)  Kodeksin,fövqaladə vəziyyət dönəmində silahlı qüvvələrdən istifa-

dəni tənzimləmək üçün maddələri yoxdur. 

8)  Kodeks, ATƏT üzvlərini ölkədaxili güc işlətdiyi zaman xəbər ver-

mələrini məcbur etmir. 

9)  Yuxarıda deyilən kimi,Davranış Kodeksi rəsmi olaraq silahlı qüv-

vələrin beş kateqoriyasına isnad etdiyi halda(hərbi qüvvələr,yaraqlılar,da-

xili təhlükəsizlik qüvvələri,kəşfiyyat xidməti və polis), o, kəşfiyyat xidmət-

ləri haqqında və ya polis haqqında,eynilə də sərhəd xidməti qüvvələri haq-

qında  heç bir operativ maddəyə malik deyil. 

 

Bu cür çox da əhəmiyyətsiz olmayan məhdudiyyətlərə baxmayaraq,Davranış 



Kodeksi, ölkədaxili silahlı qüvvələrdən istifadə  və onların üzərində  nəzarət üçün 

geniş beynəlxalq davranış standardları yaratmaq baxımından mühüm hadisədir.  

Ghebalinin “Şərhi” bu cür ölkədaxili demokratik normalar üçün, həm ATƏT daxi-

lində təhlükəsizlik sektoru üzərində demokratik nəzarəti davam etdirmək arzusunda 

olan dövlətlər üçün,həm də demokratik idealları reallaşdırmağa çalışmaqda davam 

edən ölkələr üçün məlumat kitabçası rolunu oynayır. 

 

Hərbi kadr siyasətinin transformasiyası-Macarıstan   

 

Bu kitab boyunca təkrar olunduğu kimi,1990-cı illərdə baş verən hadisə-

lər,Avropa ölkələrini təhlükəsizlik siyasəti üzrə attıqları addımları və siyasətlərini 

dəyişməyə  məcbur etdi. Bu ölkələrin demokratikləşməsi, onların müvafiq hökü-

mətlərindən ümumilikdə daha çox açıqlıq və hesabatlılıq tələb etdi və dəyişən təh-

lükəsizlik mühiti daha da bacarıqlı və sorğulara cavab verən hərbi və təhlükəsizlik 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə