1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə241/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   237   238   239   240   241   242   243   244   ...   256

 

539


Van Eekelen-in yazısı mülki-hərbi münasibətlərin dəyişən təbiətini də nümayiş 

etdirir,xüsusilə  də,Qərb idealları olan, şəxsi azadlıqlar və  cəmiyyətin açıqlığına 

qarşı ideologiyadan doğan terrorun hədəfi, inkişaf etmiş ölkələr olmuşdur(xüsusilə 

də Ameika BirləşmişŞtatlarına kömək edən İspaniya, İngiltərə).  Daxili təhlükəsiz-

lik orqanlarını  əhatə edən,mülki-hərbi münasibətlərin bu dəyişən ideyası yenidən 

demokratik hökümət boyunca hiss olunacaq. O qəbul edir ki, indi, polis,kəşfiyyat 

agentlikləri və ordunu əhatə edən ”təhlükəsislik sektoru”islahatına ancaq siyasi 

rəhbərlik tərəfindən ilham verilə bilər və onlar tərəfindən aparıla bilər

502

. “Zərurət 



zamanı, bu ardıcıl process olmalı, çünki bu güc münasibətlərinə təsir edir,xüsusilə 

də təhlükəsizlik sektorunun vətəndaş cəmiyyətinə nəzarət etmək rolu olduqda. Bu 

rol o zaman qüvvədən düşür ki,, dövlətin stabilliyinin təmin olunmasına  əminlik 

yaranır və dəyişiklik dinc proses nəticəsində baş verir”. Bu nəticə,təkcə öz hökü-

mətini deyil,həm də cəmiyyəti islah etmək istəyən islahatçı üçün aparıcı prinsiplər 

ola bilər. 

 

Qanunvericilik Nəzarəti və Təhlükəsizlik Sektoru 

 

Demokratiyanın sadəcə seçicilərin iradəsini ifadə edən təsisatlar toplusu olma-



dığı mövzusu çox sayda müasir ədəbiyyatın ümumi mövzusudur.Əvəzində,çox say-

da müasir demokratik ölkələrdə,fərdlərin,strukturların və  mədəniyyətlərin mürək-

kəb qarışığı təmin etməyə çalışır ki,aparılan siyasətlər və praktikalar yüksək səviy-

yədə dövlət tərəfindən ifadə olunan dəyərlərə uyğun olsun və  həyata keçirilsin. 

Özünün bu cilddəki ikinci fəslində,van Eekelen müasir demokratiyanın mürəkkəb 

təbiətini və onun təhlükəsizlik xidmətlərinin addımlarına münasibətini izah edir. 

Heç bir inkişaf etmiş demokratik ölkənin təhlükəsizlik xidmətləri üzərində nə-

zarət üçün hazır düzəldilmiş həll yolunun olmamasının qeyd edilməsi ABŞ və Bir-

ləşmiş Krallığın qanunverici nəzarətinin metodunun müqayisəsidir. Onları sistemin 

ən mühüm hissələrinə böləndə,ABŞ sistemi, qanunvericilik orqanının təkcə təhlü-

kəsizlik sektorunun büdcələrini deyil,həm də onların apardıqları siyasətləri də nə-

zarət etməyi nəzərdə tutur. ABŞ Konstitusiyasının təbiəti,siyasi mədəniyyəti və 

Amerikada təhlükəsizlik sektoru üzrə çox sayda ekspertlərin olması, onun qanun-

verici orqanına təhlükəsizlik sektorlarını əziyyətverici detallarla nəzarət etməyə və 

Müdafiə nazirliyinə tam hesabatlı olmağa imkan verir. Birləşmiş Krallığın sistemi 

ABŞ sistemindən onunla fərqlənir ki,onun qanunverici orqanı olan Parlamentinin 

müdafiə  və təhlükəsizlik büdcəsini nəzarət etmək üçün az imkanları vardır. Daha 

çox, Birləşmiş Krallığın sistemi, parlamenti özünün müxtəlif ictimai dinləmələr və 

                                                            

502


 Dr Theodor H. Winkler, ‘Managing Change. The Reform and Democratic Control of the 

Security Sector and International Order’, DCAF Occasional Paper No. 1, October 2002, p. 

10. Available at: 

http://www.dcaf.ch/_docs/op01_managing-change.pdf

 



 

540


hesabatları vasitəsilə daha çox ictimai hesabatlılıq roluna doğru sövq edir.Van Ee-

kelenin bu iki sistemi önə çəkməsində niyyəti vardır:müxtəlif dərəcələrdə,təhlükə-

sizlik xidmətləri üzərində qanunvericilik nəzarəti və hesabatlılıq mexanizmləri 

ABŞ  və Birləşmiş Krallıq sistemləri arasındakı araya düşür. 

ABŞ-dakı birbaşa və Birləşmiş Krallıqdakı dolayı nüfüz arasındakı fərqləri nə-

zərə alsaq, bütün parlament nəzarət fəaliyyəti üç geniş sahəyə qruplaşdırıla bilər: 

hesabatlılıq,nəzarət və şəffaflıq. 

 

•  Hesabatlılıq 



 

Seçilmiş nümayəndələrin hökümət idarələrini nəzarət altında saxlamalı olduq-

ları yerlərdə, demokratiyanın  əsas mahiyyəti real təsir etmək imkanlarıdır. Bütün 

inkişaf etmiş demokratik ölkələrdə ümumi olan, onların qabaqçıl mühasibat və 

büdcələmə sistemləri vasitəsilə təhlükəsizlik təsisatlarını real yoxlamalarıdır. Mü-

dafiə xərcləri üzərində illik debatlar vasitəsilə, bütün qanunvericilər,prinsipcə, ye-

kun büdcə, uzun araşdırma prosesi ilə və ya sadəcə  adi təsdiqlə nəticələnsə də, öz 

hökümətini cavabdeh tutur. Digər tərəfdən,hökümət cavabdehliyinə,əsasən dinlə-

mələr vasitəsilə,bəzən də,ictimai və ya xüsusi məsələrlə bağlı yaradılmış komitələr 

vasitəsilə nail olunur.  

 

•  Nəzarət 



 

Demokratik nəzarət mexanizmlərinin verdiyi əsas qazanclardan biri,məhdud 

resurslardan istifadənin maksimumlaşdırılması bacarığıdır. Van Eekelenin düzgün 

olaraq qeyd etdiyi kimi,”əsas məsələ, nəzarətin icraçıların bütün qərarlarına etdiyi 

real təsir dərəcəsidir”. Bu təsirin spektri genişdir,lakin əsas ipi ardıcıl olaraq saxla-

yır: müdafiə qərarlarına əsil töhvəni vermək. Bir sıra ölkələrdə,əsas silah sistemlə-

rini almaq üçün parlament icazəsi lazımdır və o de fakto olaraq qanunvericilik or-

qanlarının iştirakına gətirir.  Əlavə olaraq,bir çox Alyans ölkələrində,ölkə  hərbi 

qüvvələrinin xaricə göndərilməsi üçün parlament məlumatlandırılması Konstitusiya 

tələbidir,bir hissəsi isə  rəsmi icazə verməlidir. Yəqin ki,daha əhəmiyyətlisi,bütün 

Alyans üzvlərində,xaricdə gözlənilməyən əməliyyatlarda iştirak üçün qanunverici-

lik orqanlarının dəstəyi ilkin şərtdir. 

Qanunvericilik nəzarətinin aparıcı problemi, hədsiz qanunverici iştirak ilə icra 

orqanlarının səlahiyyətləri arasındakı gərginliyə söykənir. Praktikda geniş gündəlik 

debatlar qalsa da və bir çox elmi ziddiyyətlər olsa da,çoxluq o fikirdədir ki, müda-

fiə strukturları qanunvericilik orqanlarını müntəzəm məsləhətləşmələr vasitəsilə 

tam məlumatlı tutmalıdırlar: müdafiənin bütün sahələri, qanunvericilik nəzarəti və 

gözdən keçirmələrinə açıq olmalıdır, icra orqanları öz səlahiyyətlərini məsuliyyətlə 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə