A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   2   3   4   5   6   7   8   9   ...   29

 

C.Zeynaloğlu,  Sadiqi  Rəhimzadə  və  baĢqalarının  əsərlərini  araĢdıraraq  onların 



fikirlərindən  bəhrələnmiĢ  və  yeri  gəldikdə  öz  tənqidi  mülahizələrini  də 

bildirmiĢdir. Bütün bunlar Ə.Z.Vəlidinin məruzələrinin zəngin elmi bazaya, əsasa 

malik olduğunu və elmi əhəmiyyət kəsb etdiyini göstərir. 

Ə.Z.Vəlidinin  əsərdəki  siyasi,  ictimai,  dini  mövqeyi  də  diqqəti  cəlb  edir. 

Əlbəttə,  müəllif  türkçülük  mövqeyindən  çıxıĢ  edir  və  bunu  təbii  qəbul  etmək 

lazımdır.  Onun  udilərin  “türk  olmasını  ehtimal  etməsi”  (IV),  səfəvilərdən  fərqli 

olaraq, osmanlıların ġirvandakı fəaliyyətinə haqq qazandırması (IV), əksər hallarda 

səfəviləri pisləməsi (hansı ki, onlar da türkdürlər) bunu deməyə əsas verir. Müəllif 

dini  baxımdan  islamın  sünni  təriqəti  tərəfdarı  kimi  çıxıĢ  edir.  ƏrəĢ  əhalisinin 

“Ģiələr  tərəfindən  çox  cəfaya  məruz  qaldığını”  (III)  yazan  müəllif,  Ģəhərin  came 

məscidində  50  ilə  yaxın  Ģiələrin  təzyiqi  üzündən  cümə  namazı  qılınmadığını  və 

bunun  osmanlılar  tərəfindən  bərpa  edildiyini  xəbər  verir  (II).  Ə.Z.Vəlidinin 

Azərbaycan  əhalisinin  etnik  tərkibi  barədəki  mövqeyində  də  uyğunsuzluq  nəzərə 

çarpır.  O,  bir  tərəfdən  “arranlıların  ermənilərlə  bir  növ  qardaĢ  olduqlarının 

anlaĢıldığını” (I) yazır, Evliya Çələbinin Mahmudabad nahiyəsi əhalisinin erməni, 

gökdodak, türkmən, monqol və qumuq tayfalarından ibarət olması barədəki fikri ilə 

razılaĢır (II), digər tərəfdən ermənilərin 1918-ci ildə Pir Hüseyn türbəsi üzərindəki 

tarixi (h. 684) dağıtdığına (II), Azərbaycanda nəĢr olunmuĢ xəritədə Qanıq-suyu və 

Qubur-suyu çaylarının adlarının gürcü adları ilə verilməsinə (IV) təəssüflənir. 

Ə.Z.Vəlidinin  məruzələri,  eyni  zamanda  özünəməxsus  xüsusiyyətləri  ilə 

fərqlənir: 

- Əsərdə (məruzələrdə) diqqəti cəlb edən əsas cəhət buradakı toponimlərin 

həddən artıq çox olmasıdır. Həcmcə heç də böyük olmayan bu əsərdə 700-ə yaxın 

yer  adı  verilmiĢdir.  Bunun  əsas  səbəbi  müəllifin,  əksər  hallarda  toponimlərin 

müxtəlif yazılıĢ formalarını diqqətə çatdırmasındadır. Tərcümədə bu cəhət  nəzərə 

alınmıĢ və müəllifin qələmə aldığı hər bir toponim və onların müxtəlif variantları, 

bəzi  uyğunsuzluqlar  nəzərə  çarpdıqda  belə,  olduğu  kimi  verilmiĢ  və  kitaba  əlavə 

olunan “Coğrafi adlar” göstəricisində də həmin Ģəkildə əks olunmuĢdur. 

-

 

Müəllif istifadə etdiyi ərəb və fars dilli mənbə və ədəbiyyatdan əxz etdiyi 



iqtibasları,  bəzən  isə  Ģəhər,  kənd  adlarını  əski  əlifba  ilə  yazmıĢ  və  əksər  hallarda 

onların tərcüməsini və ya latın əlifbası ilə oxunuĢunu verməmiĢdir. Bunun müasir 

oxucu üçün çətinliyini nəzərə alaraq tərcüməyə ərəb və fars dilli mətnlərin, sözlərin 

Azərbaycan  dilində  tərcüməsi,  toponimlərin  isə  latın  əlifbası  ilə  oxunuĢu  əlavə 

edilmiĢdir. Belə yerlərdə mötərizədə verilmiĢ əlavənin axırında “-P.V.-” göstərilir. 

Mətndə  eyni  toponimin  müxtəlif  oxunuĢ  variantları  göstərildiyi  hallarda  onların 

latın əlifbası ilə oxunuĢu da fərqli verilir. 

-

 



 Ə.Z.Vəlidi  əsərində  türk  dilində  Ģeir  parçalarından  istifadə  etmiĢdir. 

Azərbaycan  və  türk  dillərinin  yaxınlığı  nəzərə  alınaraq  tərcümədə  onların  türkcə 

orijinal Ģəklinin saxlanılması məqsədəuyğun sayılmıĢdır. 



 

-



 

Əsərdə çoxsaylı iqtibaslar mövcuddur. I məruzədə - 45, II məruzədə - 63, 

III məruzədə - 37 və IV məruzədə - 51 iqtibas verilir. Həmin iqtibaslar orijinalda 

sözün  qarĢısında  böyük  mötərizədə,  məsələn,  “[42]”  Ģəklində  verilmiĢ  və  hər 

səhifədə  1-dən  baĢlayaraq  nömrələnmiĢdir.  Tərcümədə  isə  iqtibaslar 

sözün  üstündə  (məs.:  Yaqut  Həməvi

10

)  verilir.Tərcüməyə  əlavə  olunmuĢ  Ģərti 



iĢarələr aĢağıdakıları bildirir: 

* - terminlər; 

(5) - şərhlər, qeydlər, izahlar; 

(-5-) - orijinal mətnin səhifələri. 

Zəki  Vəlidinin  məruzələri  ayrı-ayrılıqda  çap  olunduğundan  onların 

səhifələri  ardıcıl  deyildir:  I  məruzə  -  35-48-ci,  II  məruzə  -  1-15-ci,  III  məruzə  - 

123-132-ci,  IV  məruzə  -145-156-cı  səhifələrdə  nəĢr  olunmuĢdur.  Bu  cəhət  nəzərə 

alınmıĢ və hər bir məruzənin orijinaldakı səhifələri olduğu kimi verilmiĢdir. 

Kitabın  sonunda  “ġərh  və  qeydlər”lə  yanaĢı,  terminlərin,  coğrafi  adların, 

qəbilə,  tayfa  adlarının  göstəriciləri  verilir.  Bildirildiyi  kimi,  Ə.Z.Vəlidi  eyni 

toponimlərin,  coğrafi  adların  müxtəlif  deyiliĢ  Ģəkillərini  saxlamıĢdır.  Məsələn,  o, 

AbĢeronun  AbĢiran,  AfĢaran,  ƏbĢəran,  ƏfĢəran,  Bakının  Bakeh,  Bakuh,  Bakuye, 

ġabranın ġabram, ġaburan, ġəkinin ġakha, ġəkə, ġəkən, ġəkin, Dəhnənin Daqana, 

Dəhinə,  Dogina,  Dərniqin  Dərinq,  Dərtiq  və  s.  toponimlərin  müxtəlif  yazılıĢ 

formalarını  vermiĢdir.  Bu  cəhətə  Ģəxs  adlarının  yazılıĢında  da  təsadüf  olunur. 

Əsərin sırf tarixi-coğrafi xarakter daĢıdığını və hər bir toponimin müxtəlif deyiliĢ 

variantının  müəyyən  əhəmiyyət  kəsb  etdiyini  nəzərə  alaraq,  müəllif  bəzən  səhvə 

yol  versə  belə,  onların  “Göstəricilər”də  olduğu  kimi  saxlanılması  daha  münasib 

sayılmıĢdır. 

Bununla  yanaĢı,  əsərdəki  toponimlərin  həddən  artıq  çoxluğu  (təx.  700) 

müəyyən  çətinlik  törədir  və  onların  “Göstərici”də  dəqiq  verilməsinə  imkan 

yaratmır.  Odur  ki,  “Göstərici”  tərtib  edilərkən  heç  də  bütün  toponimlərin 

səhifələrinin  dəqiq  göstərilməsinə  cəhd  edilməmiĢ,  oxucuya  məlum  adların 

(məsələn,  Kür,  Bakı,  ġəki,  ġamaxı  və  s.)  olduğu  səhifələr  bəzən  qeyd 

olunmamıĢdır.  Əsərdəki  digər  toponimlər,  oxucu  üçün  maraqlı  və  bəlkə  də,  yeni 

olan yer adlarının səhifələrinin qeydiyyatı isə dəqiq yerinə yetirilmiĢdir. Hər halda, 

bu sahədə nəzərə çarpacaq uyğunsuzluqlara görə üzrxahlığımı bildirirəm. 

Sonda Azərbaycanın tarixi-coğrafiyası sahəsində özünəməxsus yer tutan bu 

kitabın  Azərbaycan  dilində  nəĢrə  hazırlanmasında  köməyi  olmuĢ  bütün 

həmkarlarıma  -  N.A.Əliyevaya,  S.M.QaĢqaya,  ġ.Mustafayevə,  M.Ənsərliyə, 

T.Nəcəfliyə, 

F.Xəlilova, 

“Göstərici”lərin 

tərtibində 

köməyinə 

görə 

M.N.Bəhramovaya öz dərin təĢəkkürümü bildirirəm və güman edirəm ki, bu kitab 



Ə.Z.Vəlidinin  Azərbaycan  oxucusuna  daha  yaxından  tanıdılmasında  müəyyən 

mövqe tutacaq. 



Vaqif PİRİYEV 

əməkdar elm xadimi, tarix elmləri doktoru, professor 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə