А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə136/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   132   133   134   135   136   137   138   139   ...   148

 

402


kənarda  qalırlar.  Beləliklə  də,  dünya  bazarı  beynəlxalq  pul  -  əmtəə 

münasibətlərinin  sahələrini  təmsil  edir,  yəni  bütün  dünya  ölkələrinin 

xarici ticarət əməliyyatlarını özündə əks etdirir. 

Beynəlxalq ticarət idxal və ixrac əmtəə axınını özündə cəmləyir. 

Idxal – ixrac əməliyyatı yalnız o zaman başa çatdırılmış hesab edilir ki, 

hər  hansısa  çatdırılacağı  ölkənin  gömrük  məntəqəsindən  yoxlanılıb 

keçmiş olsun. Bu keçid məhsulun mülkiyyətçisi tərəfindən nəzarət oluna 

və olunmaya da bilər. 

Dünya  bazarında  ixrac  olunan  məhsullar  üçün  tələb  və  təklifin 

balanslandırılması  təmin  edilir.  Hər  hansı  bir  ölkədə  ixracın  həcmi 

həmin  ölkədə  bu  məhsulun  artıq  təklifi  ilə  təyin  edilir.  Hər-hansı  bir 

ölkəyə  ixracın  həcmi  isə  həmin  ölkədə  bu  məhsula  olan  artıq  təlabatla 

təyin edilir. 

Ölkə  daxilində  artıq  təklifin  və  ya  tələbin  olması  daxili 

bazarlarda  təyin  edilmiş  tarazlıq  qiymətlərinin  və  həmin  məhsullara 

digər  ölkələrdə  təyin  edilmiş  qiymətlərin  müqaviləsi,  nəticəsində  təyin 

edlir.  Beynəlxalq  ticarətin  həyata  keçirildiyi  qiymətlər  həmin  məhsula 

üçün  təyin  edilmiş  minimum  və  maksimum  daxili  qiymətlər  arasında 

olur. 

Beləliklə,  müəssisə  dünya  bazarına  daxil  olması  əməkdaxili 



bazarda onun üçün imkanların zəifləməsi nəticəsində olduğu kimi, həm 

də digər ölkələrdə onun üçün perspektivlərin açılması nəticəsində də ola 

bilər.  Bundan  başqa,  istehsalçıların  dünya  bazarına  çıxması  dövlət 

tərəfindən  də  stimullaşdırıla  bilər,  belə  ki,  bu  hal  xarici  valyutanı 

dövlətə axınını artırar və xarici ticarət çatışmamazlığının aradan qaldırır. 

Dövlətin  xarici  iqtisadi  fəaliyyətə  qarışması  stimullaşdırıcı 

olduğu kimi, həm dünya bazarıə tormozlayıcı təsir göstərə bilər. Bu hər 

şeydən əvvəl gömrük rüsumları və ya gömrük tarifləri formasında, yəni 

dövlətin  ixrac  edilən  məhsullar  üçün  təyin  etdiyi  pul  vergiləri 

formasında  əks  etdirilir.  Gömrük  tarifləri  təyin  edilərkən  nəzərdə 

tutulmuş məqsədlərdən asılı olaraq onun 2 müxtəlif cəhəti fərqləndirilir: 

1)  fiskal tarif - əmtəə istehsalına əsaslanır. 

2)  proteksionist  tarif  –  istehsalçının  müdafiəsi  məqsədi  ilə 

əmtəə ixracını məhdudlaşdırar. 

Dövlət  uyğun  pul  vergilərini  təyin  etməklə  yanaşı  beynəlxalq 

ticarət  prosesində  istehsalçının  müdaifəsi  və  müxtəlif  növ  kvotaların 

həyata  keçirilməsi  yolu  ilə  məşğulluğun  sabitlə.dirilməsi  və  ya 

yüksəldilməsi kimi daxili sosial məsələləri dünya bazarıə həll edə bilər. 




 

403


Kvota  –  hər  hansı  bir  məhsulun  başqa  ölkəyə  daşınması  üçün  təyin 

dilmiş  kəmiyyət  həddi  deməkdir.  Müstəsna  hallarda    kvota  üçün 

embarqo  qoyulur,  yəni  hər  hansı  bir  məhslunu  daşınması  tamamilə 

qadağan edilir (sıfır hədli kvota). Qeyri-tarif gömrük hədlərinə həmçinin 

hər hansı bir məhsulun diskriminasiyası da aid edlir. 

Məhsula  olan  tələb  və  təklifin  balanslaşdırılması  nəticəsində 

tənzimləyici qiymətlərin yarandığı – qapalı daxili bazardan fərqli olaraq 

beynəlxalq  ticarətdə    tənzimləyici  qiymətlər  qarşlıqlı  tələb  və  qarşlıqlı 

təklifin balanslaşdırılması nəticəsində təyin edilir. 

Qarşılıqlı  tələb  –  məhsulun  elə  həcmidir  ki,  onu  bütövlükdə 

mövcud  olan  qiymətlər  səviyyəsində  realizə  etmək  mümkündür.  Qeyd 

etmək  lazımdır  ki,  qarşılıqlı  tələb  yerli  istehlakçılar  tərəfindən  tələbat 

demək deyildir. O, xaricdən xarici istehlakçılar tərəfindən o cümlədən, 

ölkə  daxilində  investisiyaları  həyata  keçirən  istehlakçılar  tərəfindən 

təqdim edilən tələbatdır. 

Qarşılıqlı  təklif  –  bu  məhsulun  elə  bir  həcmidir  ki,  burda 

mövcud qiymətlər səviyyəsində həmin məhsulun bütün istehsalçıları öz 

məhsullarını  bötüvlükdə  təklif  edirlər.  Qarşılıqlı  təklif  məhsulu  yerli 

istehsaldan onun ixracına gətirib çıxarır. 

Bütün  Dünya  miqyasında  keçid  mərhələsi  bitdikdən  sonra 

(hansı  ki,  bunu  həmişə  tam  sona  yetmiş  hesab  etmək  olmaz)  qarşılıqlı 

tələb qarşılıqlı təkliflə bərabərləşməlidir. Amma ayrı-ayrı regionların və 

ya  qrup  ölkələrin  miqyasında  hətta  keçid  mərhələsi  sona  yetişdikdən 

sonra,  yəni  tam  təyin  edilmiş  rejimə  çatmasına  baxmayaraq  bu  və  ya 

digər məhsul növü üçün balans olmaya bilər. 

Daxili  bazardan  fərqli  olaraq  xarici  bazarın  bu  və  ya  digər 

məhsul  və  ya  xidmət  növü  üçün  müəyyənləşdirilmiş  hətta  ən  minimal 

məbləği belə ödəməyə hazır olduğuna arxayın olmaq olmaz. Buna görə 

dünya  bazarında  konyukturanın  təhlili  üçün  müxtəlif  məhsullara  və 

müxtəlif ölkə və ölkə qruplarına müxtəlif cür yanaşmalar tələb olunur. 

Gəlin  ən  əvvəl  dünya  bazarında  realizə  edilməsi  nöqteyi-

nəzərindən müxtəlif məhsul növlərini nəzərdən keçirək. 

Çox  zaman  dünya  bazarında  məhsulu  onun  dəyəri  və  qiyməti 

arasındakı  uyğunsuzluqlarla  əlaqədar  olaraq  həmçinin  həmin  məhsulu 

sərhədlərdə  kənara  çıxarmaq  demək  olar  ki,    qeyri-mümkün  olduğuna 

görə əldə etmək demək olar ki, imkansızdır. Bu nöqteyi-nəzərdən bütün 

məhsulların iki yerə: ticarət və qeyri-ticarət məhsullara bölmək olar: 



 

404


Ticarət  məhsulları  –  elə  məhsullardır  ki,  onların  bir  ölkədən 

digərinə köçürmək mümkün olsun. 

Qeyri-ticarət  məhsullarının  isə  bir  ölkədən  digərinə  köçermək 

mümkün  deyil.  Prinsipcə,  təkrar  istehsaldan  kənarlaşmaq  üçün  qeyri-

istehsal məhsullarını bütövlükdə yalnız istehsal olunduğu ölkədə realizə 

etmək lazımdır. 

Bütün  məhsulların  ticarət  və  qeyri-ticarət  mallarına  bölüşməsi 

adətən  BMT  tərəfindən  qəbul  edilmiş  standartlaşmış  sənaye  təsnifatı 

əsasında  baş  verir.  Bu  təsnifata  uyğun  olaraq  bütün  məhsul  və 

xidmətlərin bölgüsü aşağıdakı kimi baş verir: 

a)  ticarət məhsulları: 

k/t, ab, meşə təsərrüfatı və balıqçılıq; 

hasiledici sənaye; 

emaledici sənaye; 

b)  qeyri-ticarət məhsulları: 

kommunal xidmətlər və tikinti; 

topdansatış  və  pərakəndəsatış  qiymətləri,  restoran  və 

mehmanxanalar; 

daşınma, saxlanma, əlaqə, maliyyə vasitəçiliyi; 

müdafiə və mütləq sosial xidmətlər; 

digər kommunal, sosial və şəxsi xidmətlər; 

 

bütün məhsulların təsnifatı sxem şəklində aşağıdakı kimidir: 



 

Şə

kil 10.1. Beynəlxalq ticarətdə iştirakına  görə məhsulların 



təsnifatı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Məhsulun cəmi 

Qeyri-ticarət malları 

k/t ob, meşə 

təs-tı və 

Ticarət malları 

Hasilat sənayesi 

Emaledici sənaye 

Kommunal xidmətlər və tikinti 

Topdansatış və 

pərakəntəsatış ticarəti, 

Daşınma, saxlanma, əlaqə, maliyyə vasitəçiliyi; 

 

müdafiə və vacib sosial xidmətlər 



Təhsil, səhiyyə, ictimai işlər 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə