А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   2   3   4   5   6   7   8   9   ...   148

 

10

F   Ə   S   И   L    1 



 

QИYMƏTLƏR SAHƏSINDƏ ÜMUMI 



ANLAYIŞLAR 

 

 



Qiymətin müəyyən edilməsinə iki yanaşma - Qiymət bazar anlayışı kimi 

-  Bazar  inzibati  -  Komanda  iqtisadiyyatının  məqsədləri-  Qiymət 

siyasətinin  aparılmasında  istehsalçının  və  dövlət  orqanlarının  rolu- 

Qiymət  əmələ  gəlməsində  əsas,  vəziyyət  (konyuktura)  və  tənzimləyici 

amillər-  Qiymətlərin  qalxmasına  və  düşməsinə  təsir  edən  amillər  - 

Əmtəəyə  tələb  və  təklif  onun  qiymətindən  asılıdır  -  Taraz  qiymətlər 

anlayışı  -  Qiymətlərin  yerinə  yetirdiyi  funksiyalar  -  Müxtəlif  qiymət 

növləri - Əlavələr, güzəştlər və hesablamalar. 



§1.1.ƏMTƏƏNIN QИYMƏTИ DEDИKDƏ NƏYИ BAŞ

ŞMƏK LAZIMDIR 

  

Ənənəvi  olaraq  tariflərdən  başlayaq.  Əmtəə  -  tələbatı,  yaxud 



ehtiyacı ödəyənlər (məmulatlar, xidmətlər, iş yerləri, ideyalar və d.) və 

satış üçün təklif olunanlardır. Əmtəəni müvəffəqiyyətlə satmaqdan ötrü 

potensial alıcını bu və ya digər üsulla maraqlandırmaq və həmin əmtəəni 

almağa  vadar  etmək  lazımdır.  Hər  hansı  əmtəəni  əldə  etmək  arzusunu 

doğurmaq üçün həmin əmtəə bu və ya digər insan tələbatını (yaxud bu 

tələbatı  təmin  etmək  qabiliyyətini) təmin  etməyi  bacarmalıdır.  Alıcının 

qabiliyyətlə təmin olunan tələbatı alıcıya satıcıdan bu və digər əmtəəni 

almaq imkanı verir. 

 

Yuxarıda  qeyd  edildiyi  kimi,  istehsalçı  (satıcı)  nöqteyi 



nəzərindən  qiymət  müəyyən  əmtəə  istehsalı  üçün  zəruri  olan  xərclərlə 

müəyyən  olunur.  Əmtəə  istehsalı  inkişafının  ilkin  mərhələlərində 

Vilyam  Petti,  Adam  Smit,  David  Rikardo  və  digər  məşhur  iqtisadçılar 

tərəfindən  qiymətin  əmək  nəzəriyyələri  adlı  nəzəriyyələrin  əsası 

qoyulmuşdur.  Karl  Marks  da  belə  nəzəriyyələrin  ardıcıl  tərəfdarı 

olmuşdur. O, orta şəraitdə və ixtisasa uyğun olan ictimai faydalı zəruri 

əmək  sərfiyyatları  anlayışını  irəli  sürmüşdür.  Belə  yanaşmada 

məhsuldar  əmək  konkret  xüsusiyyətlərdən  təcrid  edilmiş  olur.  Onu 

mücərrəd  (abstrakt)  əmək  adlandırmaq  qəbul  edilmişdir.  Bu 

nəzəriyyələrə görə, əmtəənin qiyməti onun dəyərinin pulla ifadəsidir. 




 

11

 



  Istehlakçı nöqteyi - nəzərindən əmtəənin qiyməti konkret bazar 

şəraitində  onun  satıcıya  ödəməyə  razı  olduğu  pul  məbləğidir.  Bu 

konsepsiya qiymətin bütün qeyri-əmək nəzəriyyələrinin əsasında durur. 

Bu cür anlamda  qiymətdə bazardakı əmtəə vəziyyəti, məhz bu əmtəəyə 

ehtiyac,  ona  tələbat,  mübadilə  məqsədəuyğunluğu  və  sövdələşmə 

tamamlanması  əks  olunur.  Əmtəənin  istehlak  dəyəri  yüksək  olduqca, 

ona daha yüksək qiymət ödəməyə hazır olurlar. 

 

Beləliklə,  qiymətin  bu  iki  konsepsiyasının  müqayisəsi 



mahiyyətcə bu suala gətirib çıxarır ki, nəyi ilkin saymaq lazımdır: təklifi 

(dəyəri), yaxud tələbi (faydalılığı)? 

 

Müasir iqtisadi nəzəriyyə hər iki yanaşmanı bundan asılı olaraq 



razılaşdırmağa  cəhd  göstərir  ki,  qiymət  həm  dəyəri,  həm  də  əmtəə 

faydalılığını əks etdirir. Əslində xərclərin formalaşdırılmasının obyektiv 

prosesi  əmtəənin  istehsalı  və  realaşdırılması  üçün  zəruri  olan  bütün 

xərclərin  əvəzlənməsini  tələb  edir.  Bazar  münasibətləri  şəraitində  belə 

konsepsiya  məhz  əmtəə  satışı  nəticəsində  əldə  olunan  pul  gəlirlərinin, 

yəni subyektiv prosesin hesabına həyata keçirilə bilər. 

 

Əgər  bu  konsepsiya  qeyri-qənaətbəxş  olursa,  onda  istehsalçılar 



var- yoxdan çıxırlar və bazardan gedirlər; onların yerini həmin əmtəəni 

daha az məsrəflərlə istehsal edən istehsalçılar tuturlar və onlar əmtəəni 

daha aşağı qiymətə təklif edə bilirlər, yaxud həmin, yəni yeni əmtəələr 

istehsal  edən  və  ya  ənənəvi  əmtəələrə  yeni  xassələr  verən  istehsalçılar 

tuturlar ki, bu da alıcıları əmtəələr üçün uyğun qiyməti ödəməyi təhrik 

edir. 


 

Deməli əmtəə qiyməti - bazar anlayışıdır. Onda bazar nədir? 



 

Bazar  –  üzvləri  arasında  qiymət  əmələ  gəlməsi,  əmtəə-pul 

münasibətləri,  tələb,  təklif,  əmtəələrin  mübadiləsi  sferasının  digə

elementləri  şəklində  həyata  keçirilən  müxtəlif  tipli  sabit,  daima  baş 

verən,  təkrar  olunan  əlaqələr  (istehsal,  ticarət,  texnoloжi  və  digə

ə

laqələr) sistemidir. 

 

Müxtəlif  münasibətlər  tələbata  qarşı  təklifin  qoyulduğu,  və 



uyğun  olaraq,  əks  maraqlara  malik  olan  alıcılar  və  satıcıların  qarşılıqlı 

fəaliyyət göstərdiyi hər yerdə baş verirlər. 

 

Satıcıların  məqsədləri  mümkün  olduqca  daha  çox  əmtəələr 



satmaqda  və  bununla  mümkün  maksimum  mənfəət  əldə  etməkdə  ifadə 

olunur. Alıcıların məqsədləri isə lazımi əmtəələri daha əz məsrəflərlə və 

daha  çox  fayda  ilə  əldə  etməkdir.  Satıcı  və  alıcının  maraqlarının 



 

12

tarazlaşdırılması əmtəə qiymətinin müəyyən edilməsi nəticəsində həyata 



keçirilir.  

 

Beləliklə, əmtəə istehsalında (yəni müxtəlif cinsli məmulatların, 



xidmətlərin, ideyaların  və  s.  satmaq  məqsədi  ilə  istehsalında)  qiymətin 

yaranması  üçün  ilkin  olanı  bazardır.  Başqa  sözlə,  iqtisadi 

münasibətlərdir  və  deməli,  qiymətlər  istehsal  prosesində  deyil,  həmin 

əmtəənin realizasiyasında müəyyən olunurlar. 

 

Qeyd  etmək  lazımdır  ki,  iqtisadiyyatın  mərkəzləşdirilmiş 



inzibati-  amirlik  şəraitində  qiymətlər,  hər  şeydən  əvvəl,  istehsal 

xərclərindən  asılı  olaraq  müəyyən  edilirdilər.  Bu  halda  bazar 

qiymətlərin  səviyyəsinə  və  dinamikasına  ancaq  dolayı  təsir  göstərirdi, 

məhz satış və bölgü də mərkəzləşdirilmiş qaydada həyata keçirilirdilər. 

 

 

Qiymətin  belə  kalkulyasiyasına  misal  şəkil  1.1-  də 



verilir. 

Satış qiyməti 

 

 



Üstəlik 

(əlavə) 


xərclər 

Tam maya dəyəri 

 

 

Inzibati 



və 

maliyyə 


xərcləri 

Kommersiya xərcləri 

 

 

Satış 



xərcləri 

Məcmu xərclər 

 

Tədavül(əmtəə 



hərəkəti) 

xərcləri 

Ümumi istehsal xərcləri 

 

Istehsal 



xərcləri 

Ümumi satınalma 

dəyəri 

Daşıma 


(gətirilmə) 

dəyəri 


Satınalma 

qiyməti 


Ş ə k i l  1.1. «Xərclər üzrə» qiymətin əmələ gəlməsi sxemi. 

Yuxarıda  göstərildiyi  kimi,  qiymətin  əmələ  gəlməsinin  belə 

strategiyası çərçivəsində əmtəə qiyməti faktiki çəkilmiş xərcləri ödəməli 

və müəyyən mənfəət də gətirməli idi. Bu qayda ilə kalkulyasiya edilmiş 

qiymət adətən «əlavəli qiymət», yaxud, «xərcli qiymət» adlanır. 

Qiymətəmələgəlmənin  bu  prinsipi  bəzən  bazar  iqtisadiyyatı 

şəraitində  də  tətbiq  oluna  bilinir.  Bu  halda  o,  işin  mühafizəsi  və 

müəyyən  mənfəət  səviyyəsinin təmin  edilməsi  məqsədini  güdür.  Lakin 

istehsal-satış  fəaliyyətinin  üğürlu  gedişi  üçün  məhsulun  çox  və  ya  az 

dərəcədə  daimi  və  fasiləsiz  satış  həcminin  zəmanətli  mühafizəsi 

lazımdır. 

«Xərclər  üzrə»  qiymətin  əmələ  gəlməsi  metodunun  əsas 

nöqsanları aşağıdakılardır. 

1) «xərclər qiyməti» alıcı üçün həmin əmtəənin faydalılığını əks 

etdirməməsi; 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə