А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə68/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   64   65   66   67   68   69   70   71   ...   148

 

204


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şə

kil 6.3 



Inflyasiyanın qarşısının alınması proqramlarının strukturu. 

 

Inflyasiyanın qarşısının alınması proqramları 

Ortodoksal 

Bazar tənzimləyicilərinin maksimal 

istifadəsi 

Valyuta əməliyyatlarının dövlət 

tənzimlənməsi 

Qiymətlərin və əmək haqqının 

artımının qarşısının alınması 

Xarici ticarətin dövlət tənzimlənməsi 

Daha əhəmiyyətli sahələrin dövlət 

tərəfindən dəstəklənməsi 

Bazar infrastrukturunun 

yaradılmasının dövlət tənzimlənməsi 

Qiymətlərin və əmək haqqının 

müvəqqəti dondurulması 

Dövlətin rolunun yüksəlməsi 

Bazar tənzimləyicilərinin mümkün 

istifadəsi 

Heterodoks 

Sərbəst qiymətlər 

 

Balanslaşdırılmış büdcə 



Pul kütləsinin artım сцрятиня 

nəzarət 


Milli pul vahidlərinin məzənnяsinin 

sabitlliyi 

Müəssisənin fəaliyyətinin 

liberallaşdırılması 

Dövlətin birbaşa müdaxiləsinin ixtisarı 



 

205


 

 

 

§ 6.2.  NFLYASIYANIN NÖVLƏRI VƏ MƏRHƏLƏLƏRI, ONUN 

IQTISADI PROSESLƏRƏ TƏSIRI 

Monetaristlər  bütün  inflyasiya  təzahürlərini  dövlətin  öz  üzərinə 

götürdüyü rolun müstəsna böyüklüyü, inzibati-təsərrüfat mexanizmində 

dövlətin  əsas  mövqelər  tutması  və  həcmini  pul  emissiyasında  dövlətin 

qeyri-adekvat fəaliyyəti ilə izah edirlər. 

Nəzərə almaq gərəkdir ki, bu hər iki elmi məktəb və antiinflyasiya 

proqramlarının  hər  iki  növü  mümkün  olan  yerdə  dövlət  xərclərinin 

ixtisarına cəhdlərə əsaslanır. 

Öz təzahür və inkişafında inflyasiya üç əsas mərhələdən keçir. Bu 

mərhələlərdən hər biri üçün qiymətlərin müvafiq yüksəlməsi 

xarakterikdir və hər mərhələ öz adına malikdir. 

Birinci  mərhələdə  inflyasiya  prosesləri  nisbətən  yavaş  ötüb  keçir 

və  uyğun  inflyasiyanın  mötədil  və  ya  sürünən  adlandırırlar.    Sürünən 

inflyasiyanın  başlanğıc  mərhələsində  pulun  dəyərdən  düşməsi  ildə  2-3 

%-dən  yuxarı  olmur.  Sahibkarlar  da,  istehlakçılar  daqiymətlərin  belə 

əhəmiyyətsiz  yüksəlməsini  normal  hal  kimi  qəbul  edirlər.  Bundan 

başqa,  qiymətlərin  kiçik  artımı  hətta  iqtisadi  proseslərə  məlum  müsbət 

təsirini  də  göstərə  bilər.  Məsələ  bundadır  ki,  qiymətlər  artımının 

davamına əmin olan sahibkarlar istehsalı mümkün qədər sqrətlə inkişaf 

etdirməyə  və  bu  məqsəd  üçün  faydalı  olanları  –  yeni  avadnlıq  və  

materialları mümkün qədər tez əldə etməyə cəhd göstərirlər. 

Amma  bu  halda  əldə  olunan  dinamik  tarazlıq  tam  səbatsızdır. 

Qiymətlərin  istənilən  əhəmiyyətsiz  artımı  –  istehsal-satış  faktorlarının 

təsadüfi tərəddüdləri nəticəsində həmişə baş verə bilən artım ildə 5-7 % 

həddində  inflyasiya  templərinə  səbəb  olur  və  bu  da  öz  növbəsində 

tələbin  ixtisarına,  renovasiya  və  investisiya  proseslərinin  yavaşımasına 

gətirib  çıxarır.  Nəticədə,  elmi-texniki  tərəqqinin  sürəti  yavaşıyır  və 

sosial gərginlik artır. 

Inflyasiya  templərinin  gələcək  artımı  (ildə  10  %-dən  yüksək) 

inflyasiyanın  ikinci  mərhələyə  keçidini  bildirir.  Bu  ikinci  mərhələ 

qiymətlərin ilkin artımının iki rəqəmli ədədi ilə xarakterizə olunur. Belə 

inflyasiya çaparaq və ya sıçrayışlı adlandırılır. Çaparaq inflyasiya üçün 

açğıdakılar xarakterikdir: 



 

206


  Qiymətlər  artımı  ildə  10  %-dən  –  100  %-dək  olan  diapozanda 

dəyişir; 

  Sərbəst  pullar  əhali  və  sahibkarlar  tərəfindən  dərhal  maddi 

qiymətli əşyalara, avadanlıq və ehtiyatlara yatırılır; 

  Kontraktlar ya qiymət artımının nəzzərə alınması ilə, ya da sabit 

xarici valyuta ilə bağlanılır; 

 

qtisadiyyatın  real  sektorunun  ziyanına  olaraq,  tədavül  sferası 



olduqca yüksək templərlə artır; 

  Qiymətlər  səviyyəsi  ilə  əmək  haqqı  səviyyələri  arasındakı 

uyğunsuzluq sürətlə yüksəlir; 

  Həyat  səviyyəsi,  o  cümlədən  əhalinin  təminatlı  qruplarının 

həyat səviyyəsi əhəmiyyətli dərəcədə və sürətlə aaşağı düşür. 

Inflyasiyanın olduqca yüksək səviyyəsində milli iqtisadiyyatın hər 

hansı  artım  və  inkişafı  praktik  olaraq  dayanır.  Iqtisadiyyatın  belə 

vəziyyəti  staqnasiya  adlandırılır.  Staqnasiyanın  yüksək  inflyasiya  ilə 

birləşməsi staqflyasiya adını daşıyır. 

Yüksək  inflyasiya  nəticəsində  istehlak  səbətinin  dəyəri  daimi  və 

sürətlə  yüksəldiyindən  muzdlu  işçilər  nominal  əmək  haqqının 

yüksəlməsinə  nail  olmağa  cəhd  edirlər.  Bu  yüksəlmə  əhəmiyyətli 

olmalıdır, çünki belə yüksəlmə təkcə keçmiş qiymət artımını deyil, həm 

də  gələcəkdə  gözlənilən  –  yüksək  inflyasiya  nəticəsində  mütləq  baş 

verəcək  qiymət  artımı  kompensasiya  etməlidir.  Əmək  haqqının  belə 

artımı  istehsal  xərclərinin  yüksəlməsini  bildirir.  Deməli,  rentabelliyin 

qəbul  edilən  səviyyəsinin  təminatı  üçün  sahibkar  yenidən  qiymətləri 

qaldırlmalıdır.  Nəticədə,  əmək  haqqı  və  qiymətlərin  inflyasiya 

spiralında növbəti dövrə yaranır. 

Əgər inflyasiya olduqca yüksək və qiymətlərin illik artımı 100 %-

dən  yuxarı  olursa,  onda  inflyasiyanın  üçüncü  mərhələsi  – 

hiperinfilyasiya  adlanan  mərhələ  başlayır.  Hiperinfilyasiya  üçün 

xarakterik olan fövqəladə yüksək inflyasiya templəri zamanı sahibkarlar 

da,  istehlakçılar  da  gözlənilən qiymət  artımını  kompensasiyaya  etməyə 

cəhd göstərərək, tələsik alqılar edirlər. Belə hal “puldan qaçma” adlanır. 

Bu  halda  istehsal  həcmi  ilə  məşğulluq  arasındakı  balanslaşdırma 

pozulur. 

Hiperinfilyasiya  zamanı  qiymətlər  təkcə  kəskin  deyil,  həm  də 

qeyri-bərabər 

artır. 


Iqtisadi 

münasibətlərin 

və 

sahələrarası 



proporsiyaların  balanslaşdırılması  pozulur.  Hiperinfilyasiya  üçün  həm 

xarakterik olan budur ki,  sərbəst pul vəsaitləri sahibləri (bu müəssisələr 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə