A. MİRZƏcanzadə. Z.ƏHMƏdov, R. Qurbanov



Yüklə 3,65 Mb.
Pdf görüntüsü
səhifə32/137
tarix02.01.2018
ölçüsü3,65 Mb.
#19313
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

106 

 

boyunca sürüşməsi baş verir. Bununla da süxurların ayrı-ayrı 



sahələrində nəzərə çarpmayan pilləvarienmələr baş verir ki, bu da layın 

səlist əyilməsi təəssüratı yaradır. 

Süxurların  plastik və  sürüşmə  deformasiyalarının  hansı  təbiətə 

malik olmalarından asılı olmayaraq onlar hətta böyük olmayan 

dərinliklərdə də baş verir. Məsələn quyular qazıldıqdan sonra,  

 

 



Şəkil 1.42 

qoruyucu kəmərlərə düşən təzyiqin uzun müddət ərzində artması,  

bəzən süxurların sürüşmə və plastik degormasiyanın hesabına baş verir. 

Süxurların  belə xassələrinin  öyrənilməsinin ,  laya süni təsir  

üsullarının    seçilməsi və onun effektiv idarə  olunması  məsələsində 

böyük əhəmiyyəti vardır. 

Yuxarıda qeyd etdiyimiz kimi, neft laylarını təşkil edən süxurların 

məsaməliyini lay təzyiqindən asılı olaraq dəyişməsi qeyri-elastik 

xarakter daşıyır. Bu xassəcisimlərin plastik halına aid olan 

xassədir.Plastik cisimlər üçün alınmış deformasiya-gərginlik əyrilərinin 

xarakteri, təcrübə sınaqlarının qoyuluşundan da asılıdır. 

1.42 şəkli əsasında aşağıdakı mülahizəni yürütmək olar. Plastik cismi, 

deformasiya olunmayan halından (A nöqtəsi) başlayaraq yükləyir. Onda 

cismə təsir edən yük 



c

artdıqca, məsaməlilik (m) AB əyrisi üzrə 


107 

 

azalacaqdır. Sonra da cismin b halına uyğun vəziyyətində ona  təsir 



edən yükü azaldaq. Bu  halda cismin öz əvvəlki halını AB əyrisi üzrə 

deyil, BC ıyrisi üzrə bərpa etməyə çalışacaq, yəni yeni hala keçəcəkdir. 

Bundan sonra cismim C halına uyğun vəziyyətdə yenidən yükləsək o, 

öz B halını CB əyrisi üzrə bərpa edəcək və yükün artması AB əyrisinin 

ardı olan BD əyrisi üzrə D halına keçəcəkdir. 

   Qeyd etmək lazımdır ki, məsaməli mühitin gərginlikli halı üçün 

alınan “deformasiya-gərginlik”  əyriləri də  mahiyyət etibarı ilə 1.41 

şəklindəki əyrini xatırladır 

Məsaməli mühit üçün belə  asılılıqların alınmasının  əsas səbəbi 

süxuru təşkil edən hissəciklərin yuxarında qeyd olunduğu kimi

düzülüşünün təkrar olunmaz dəyişməsidir. 

Müəyyən edilmişdir ki, məsaməli mühitdəki təzyiqin (mə- 

sələn, lay təzyiqinin) dəyişməsi süxurdakı effektiv gərginliklə    (σc) 

kompensə olunur, yəni 

 

                                       



0

)

(



t

p

e

.                                 (1.109) 

Bu tənliyə  əsasən aşağıdakı mülahizəni yürütmək olar.Məlumdur 

ki, neft yataqlarının işlənməsinin  ilk mərhələsində lay təzyiqi azalır: 

yəni 

t

p

< 0 olur. Onda (1.109) ifadəsinə  görə 

t

e

 >0  alınır və 

məsaməlilik azalır. Lay təzyiqi artdıqda isə əksinə 

t

p

> 0 olur, 



t

e

< 0 

alınır. Yəni məsaməlik artır. Belə ki, 



t

e

> 0 olduqda (yüklənmə halı) 

alınan yüklənmə modulu  (AB əyrisinə  görə)  

dt

d

e

 < 0 halındakı 

(yükdən azadolma halı) yüktən azadolma modulundan  (BC əyrisinə 

uyğun) az olyr. 




108 

 

Qeyd etmək lazımdır ki, 



t

e

< 0 halında, yəni quyu dibində 

təzyiqin artması  nəticəsində  yaranan yükdən azad olma dalğası layda 

yayılır və məsaməliliyin  lay üzrə dəyişməsini təyin edir. 

Bu dəyişmə lay təzyiqinin bərpa vaxtına  əhəmiyyətli dərəcədə 

təsir göstərir. Məsələn, Vuktıl və Orenburq yataqları üçün hidrodinamik 

tədqiqatlar  əasasında  (təzyiqin bərpa  əyriləri) təyin olunan təzyiqin 

bərpa vaxtı lay təzyiqinin azalması  ilə  artır. Belə ki, lay təzyiqinin 1 

mPa düşməsi məsamələr həcminin 8% azalmasına səbəb olmuşdur. 

Deməli, bu amili yataqların işlənmə layihəsinin tərtib etdikdə  və 

istismar prosesində nəzərə almaq lazımdır. 

 

 

§ 24. Süxurların müxtəlif növ deformasiyalara 



müqaviməti 

 

Dağ süxurlarının sərtliyi və  onların mexaniki xassələrin 

xarakterizə edən  əmsallar, deformasiyanın növlərindən asılıdır. 

Süxurların yükə  dayanıqlığı  sıxılmada aşakr edilir; başaqa 

deformasiyalarda onların möhkəmliyi yüksək deyil, məsələn, lay 

süxurları üçün yarılmaya müqavimətin 0.02 hissəsini təşkil edir. 

Süxurların möhkəmlik dərəcəsinə  onların mineroloji tərkibi və 

quruluşunun böyük təsiri vardır. Kişik dənəcəkli məsaməli 

süxurlar,adətən. Eyni mineraloji tərkibli, lakin böyük plçülü kristal 

quruluşlu süxurlara nisbətən daha yüksək möhkəmliyə  malikdirş lifli 

quruluşa malik süxurların  möhkəmliyi daha yüksək olur. Süxurların 

mexaniki xassələrinə sementləyici maddənin tərkibinin də  təsiri 

böyükdür. 

Lakin süxuru təşkil edən dənələrin yüksək möhkəmliyə malik 

olması, süxurun müxtəlif deformasiyalara böyük müqavimət göstərə 

bilməsi demək deyildir. Gil hissələri ilə sementləşən  qum 

dənəciklərindən təşkil olunmuş süxurlar sıxılmaya dayanıqsız süxurlar 

qrupuna aiddir. Əhəngdaşında gil hissəcuklərinin olması da süxurların 

dayanıqlığını azaldır. 



109 

 

Sementləyici maddəsi silisium oksidi və  əhəng elementindən 



ibarət qum dənəciklərindən təşkil olunmuş süxurlar yüksər möhkəmliyə 

malikdir. 

Çökmə süxurlar, mexaniki xassələrinə görə anizotropdur.Məsələn, 

laylanma istiqamətinə  görə belə  süxurların möhkəliyi laylanmaya 

perpendikulyar istiqamətə görəmöhkəmlikdən çox olur. 

 

 



§ 25. Gilli süxurların neft və cuyun 

təsirindən şişməsi 

 

Məlumdur ki, süxurların tərkibində olan gil hissəcikləri su ilə 



təmasda  şişir. Bunun nəticəsində  məsamərəldəki keçiricikanalların 

ölçüləri kiçilir və  süzülməyə  böyük müqavimət yaranır. Bu səbəbdən 

həmin hadisənin öyrənilməsi vacib məsələlərdən biridir. 

Müəyyən olumuşdur ki,gilin şişməsi osmotik xarakter daşıyaraq 

əksər hallarda məsamədəki məhlul ilə onunla təmasda olan sudakı 

duzların konsentrasiyaları  fərqi nəticəsində  baş verir. Şişmə prosesi, 

xüsusi sərhi böyük olan süxurun gil hissəciklərinin səthinə hidratlaşmış 

ionlu qatın qalınlığının artması ilə davam edir. 

Gilin  şişməsinin  intensivliyi, məsamədəki suyu kimyəvi 

tərkibindən, duzun konsentrasiyasından, süxurun mineraloji və 

qranulometrik xüsusiyyətlərindən , dəyişənionların tərkibindən , layın 

quruluşundan, onun daxili əlaqəsinin xarakterindən və  süxurun su ilə 

təmas  şəraitindən asılıdır. Süxurla təmasda olan suyunminerallaşma 

dərəcəsi azaldıqca gilin şişməsi artır. 

Gilin  şişmə qabliyyətini öyrənmək üçün xüsusi laboratoriya 

qurquları  məlumdur. Belə  qurğuların köməyi ilə  gilin  şişməsinin 

xarakterizə edən aşağıdakı məlumalar əldə edilir. 

1) su ilə təmas nəticəsində gil nümunəsinin həcminin artması 

2) şişmiş nümunənin nəmliyi 

3) şişmə prosesində təzyiqin artması. 

Gilin ifrat şişməsi nəticəsində  onun möhkəmliyiazalır və gil 

hissəcikləri arasındakı daxili əlaqə pozulraq yumşalmağa başlayır. 




Yüklə 3,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə