A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə39/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   35   36   37   38   39   40   41   42   ...   168

 142 

 

 



SAYLARIN SƏRGÜZƏŞTİ 

 

Günlərin bir günündə Bir İkiyə dedi: 



–Ay İki, gəl dur yanımda olaq On İki. 

İki cavab verdi: 

–Yox, ay Bir, sən gəl dur mənim yanımda olaq İyirmi Bir, 

İyirmi Bir On İkidən çoxdur.  

Bir dedi: 

–Yox, mən gərək səndən qabaq duram, çünki mən səndən 

əvvələm. 

İki dedi: 

–Yox, mən gərək səndən qabaq duram, çünki mən səndən 

böyüyəm. 

Bir dedi... 

İki dedi... 

Sözləri çəp düşdü... 

Axırda dedilər kedək Üçün yanına, o bizdən böyükdür, 

davamızı o kəssin. 

Üç çoxbilmiş idi, çox haqq-hesabdan çıxmışdı. Aşiq olanda, 

Vurulanda On İki də olurdu, lap İyirmi Bir də. Bildi ki, bu 

sövda baş tutan deyil. 

Amma Üçün könlündən ayrı  şey keçirdi. O, çoxdan altı 

olmaq istəyirdi.  İndi Biri və  İkini görəndə fikirləşdi ki, əlimə 

əcəb fürsət düşüb. Bir ilə İki ikisi bir olsa onlarla bacarmaram, 

gücümüz tən gələr. Gərək ayrı-ayrılıqda ikisini də aldadıb 

özümə qatam. 

Üç əvvəl İkini xəlvətə çəkdi, aldadıb özünə qatdı, sonra da 

Biri. Oldu Altı.   

Dörd Beşə dedi:    

–Gördün? Üç əvvəllər bizə  aşağıdan yuxarı baxırdı.  İndi 

Altı olub qudurub. Bizə yuxarıdan aşağı baxır. 

Beş Dördə dedi: 



 143 

–Eybi yoxdur. Gəl biz də birləşək onun qabağına Doqquz 

qoyaq. 

Dördlə Beş birləşib oldular Doqquz. 



Altı bunu eşidəndə coşub çıxdı özündən, dombalaq aşıb o da 

oldu... Doqquz. 

Əvvəlki Doqquz bunu eşidib xəbər göndərdi ki, sən  əsil 

Doqquz deyilsən, Yalançı Doqquzsan, Altıdan dönməsən. Çox 

o yan bu yan eləsən bir dənə çəkərəm kəllə mayallaq olub yenə 

dönərsən Altıya. 

Altıdan dönmə Doqquz da əvvəlki Doqquza xəbər göndərdi 

ki, çox danışma, bir dənə vurram üç bölünərsən. 

Daha bundan sonra bir-birinə sataşmadılar. 

Günlərin bir günündə  əvvəlki Doqquz fikirləşdi; nə vaxta 

qədər tək qalacağam. Gərək özümə bir yoldaş tapıb olam cüt. 

Belə qərara gələndən sonra Doqquz Yeddiyə elçi getdi. 

O biri Doqquz da fikirləşdi ki, mən də təkəm, gərək özümə 

bir çüt tapam. O da getdi Səkkizə elçi. 

Əvvəlki Doqquz bunu eşidib təzədən fikrə getdi. Yaxşı mən 

Yeddiylə qoşa duranda olacağam Doxsan Yeddi. O biri 

Doqquz Səkkizlə qoşalaşanda olacaq Doxsan Səkkiz. Axı, nə 

səbəbə o məndən artıq olsun? 

Belə fikirləşən kimi bu Doqquz Yeddini atdı, getdi o da 

yapışdı Səkkizdən. 

Bir Doqquz Səkkizin bu başından tutub bu tərəfə  çəkdi, o 

biri Doqquz Səkkizin o başından tutub o biri tərəfə çəkdi. 

Səkkizin incə beli qırıldı, bir yumru qaldı bu Doqquzla, bir 

yumru qaldı o Doqquzla. 

Əvvəlki Doqquz çox fikirləşdi ki, bu yumrunu neyləsin? 

Axır tapdı. Başladı yumrunu üfürməyə. Üfürdü, üfürdü, yumru 

şişdi, şişdi oldu Sıfır. Doqquz qoydu bu Sıfırı yanına. 

Bunu görüb o biri Doqquz da başladı öz yumrusunu 

üfürməyə. Şişirtdi elədi Sıfır, qoydu yanına. Ancaq qaranlıqda 

sağı, solu çaşdırdı. Sıfrı sağ  tərəfdən qoymaqdansa, sol 

tərəfdən toydu. Odur ki, o Doqquz oldu 90, çıxdı göyün 



 144 

doqquz qatına, bu doqquz oldu 09, düşdü yerin doqquz qatına. 

Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a 

qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı, vaxtilə sən də 

doqquz olmusan, mən də. 

Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi: 

Düzdü, vaxtilə  mən də Doqquz olmuşam, sən də. Amma indi 

sənin kimi "Doqquzu" mənim yanımda görsələr mənə  dəli 

deyərlər, Doxsan Doqquz deyərlər. 

Sıfır Doqquz dinmədi. Nə desin? 

Dünyada qəribə işlər olurdu. 

Bu iki rəqəmdən başqa say qalmamışdı, odur ki, 

məktəblərdə hesab dərsi keçilmirdi. Hesab müəllimlərinə 

doxsan manat təqaüd təyin edib evə göndərmişdilər. 

Bazarda hər  şeyin qiyməti 90 manat olmuşdu: istəyirsən 

doxsan xalça al, istəyirsən doxsan kibrit. 

Havalar bəzi yerlərdə isti keçirdi, doxsan dərəcə, bəzi 

yerlərdə soyuq – doxsan dərəcə. 

Futbol oyunları doxsan dəqiqə  çəkirdi və hamısı eyni 

hesabla qurtarırdı: 0:9. 

Yazıçılar nə  qədər  əlləşirdilər doxsan səhifədən uzun kitab 

yaza bilmirdilər. 

Hamı telefonu götürəndə yalnız məlumat bürosuna zəng 

eləyirdi: sıfır doqquz. 

Məlumat bürosundan cavab verirdilər: 

–Doxsan dəfə demişik, hansı nömrəni istəyirsiniz istəyin, ya 

doxsan – sıfır doqquzdur, ya da sıfır doqquz – doxsan. 

Təyyarələr, maşınlar, gəmilər, qatarlar hamısı doxsan 

dəqiqədə doxsan kilometr sürətlə gedirdi. 

Rəyləri yalnız doxsan dərəcə dəyişmək olurdu. 

Hamının boyu doxsan santimetr, çəkisi doxsan kiloqram 

olmuşdu. 

Hamının doxsan yaşı vardı. 

İclaslar səhər saat 9.0-da başlayır, axşam saat 9.0-da 

qurtarırdı.  



 145 

Hamı axşam saat 9.0-da yatır,səhər saat 9.0-da dururdu. 

Mən də  yəqin ki, bu nağılı o vaxt yazmış olsaydım belə 

başlardım: günlərin doxsan günündə… 

Doxsan gün belə keçdi, axır adamlar darıxdı: 

–Əşi, belə  iş olar, – dedilər, – öz barmaqlarımızı saya 

bilmirik. 

Gəldilər Doxsanın yanına.  

–Yaxşı, ay Doxsan müəllim, – Dedilər, – orda yalqız 

qalmısan, darıxmırsan? 

Demə Doxsan elə bu sözə bənd imiş: 

–Əşi, darıxırsan da sözdür. Qalmışam yalqız bu kəllə-

çarxda. Bu Sıfırın da elə adı var, bilmirəm niyə bunu özümə 

calayıb Doxsan oldum. Gül kimi Doqquz idim. Tək idim. Kimə 

istəyirdim vurulurdum. Kim bilir, bəlkə elə günlərin bir 

günündə məni artırıb edəcəkdilər On. 

Adamlar dedi: 

–Yaxşı, Doxsan müəllim. Səndə  nə desən tapılar. Gəlsənə 

özündən bir ayırasan. Bir birlə səni kim tanıyacaq? 

Doxsan fikrə getdi. Deyəsən, bu söz onun beyninə batdı. 

Özündən Bir ayırıb aşağı göndərdi. 

–Ay sağ ol, Doxsan müəllim. Yox, bağışla. Səksən Doqquz 

müəllim. 

Bundan sonra Səksən Doqquzdan Üç, Dörd, Beş, Altı, 

Yeddi, Səkkiz çıxdılar. Qaldı  Əlli Dörd, onu da Altıya bölüb 

Doqquz qazandılar. 

Bir,  İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz Doqquz yan-

yana düzüldülər. 

Adamlar üzlərini saylara tutub dedilər: 

–Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir 

olmasa, On da olmaz, yüz də, min də, milyon da. Doqquz Sıfra 

uyub çox yüksəklərə qalxdı, amma yalqız qalıb başa düşdü ki, 

sizsiz o heç nə eləyə bilməz. Odur ki, hərəniz öz yerinizi tutun, 

öz işinizi görün. Mehriban olun. Tez-tez görüşün. Cihazlarda, 

məktəb taxtalarında, kitablarda, layihələrdə. Üstə gəlin, çıxılın, 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə