A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə38/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   34   35   36   37   38   39   40   41   ...   168

 137 

hündürlərdə uçurdular. Dənizin üstündə onlar bir qədər fırlanır, 

sonra dənizə adam buraxırdılar. Böyük və  ağappaq paraşütlər 

açılırdı və dəniz ağ çiçəklərlə dolurdu.  

Onda hələ anam sağ idi. Və mənimçün də hər şey irəlidə idi. 

Bütün həyatım. Qeyri-müəyyən xəyallar və dumanlı istəklərlə 

dolu olan bir həyat. 

 

Aniliklər 

 

Mənə elə gəlirdi ki, onu unutmuşam. Lakin bir kərə küçədə 



gözəl, natanış, özgə bir qadın gördüm. Qadın çox xoşuma gəldi 

və mən anladım ki, heç bir zaman o biri qadını, birincini unuda 

bilməyəcəm. Haman o qadını ki, saçları Monenin şəklindəki ot 

tayası kimim ətirli idi.  

 

Qadınlar 

 

O qadınlardan birinə belə dedi: 



–Qadınlara ciddi münasibət bəsləyən adam ciddi adam 

deyildir. 

Qadın incimədi və çıxıb getmədi.  

Başqa bir qadına o belə dedi: 

–Qadınları ciddi qəbul eləyən kişi yumor hissindən 

mərhumdur. 

Qadın gülümsündü.  

Çox sonralar o başa düşdü ki, qadınlar ona ciddi 

yanaşmırdılar, ona görə ki, o özü qadınlara çox ciddi yanaşırdı.  

 

Üfüq 

 

Uzaqda üfüq xətti görünürdü. Göy tər-təmiz və göm-göy idi. 



Göydə tək-tük ağ-ağ buludlar vardı və onlar çiçəyə bənzəyirdi. 

Dəniz də göm-göy idi. Göm-göy idi və sakit idi. 

Sahildə qumlar sap-sarı idi və çox hamar idi, torpaq isə 

mixəyi rəngdə idi.  




 138 

O sahildə dayanmışdı. Onun paltarı göm-göy idi və 

mənə elə gəlirdi ki, o dənizin bir parçasıdır, sahilə düşmüşdür.  

Sonra o soyundu və çimməyə getdi. Onun əynində sap-

sarı çimmək paltarı vardı və bədəni gündə mis kimi yanmışdı, 

tünd mixəyi rəngdə idi və  mənə elə  gəlirdi ki, o sahilin bir 

parçasıdır, dənizə düşmüşdür.  

Mən onu sevirdim və buludları ona bağışlamaq 

istəyirdim. Amma o mənimçün üfiq kimi idi. Görünən. Uzaq. 

Çatılmaz.  



1958-60-cı illər 

 

 

 

 

 

 

 


 139 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

UŞAQLAR ÜÇÜN 

 

İKİ HEKAYƏ 


 140 

 

 

ƏLİFBA 

 

Mən balaca idim. Hələ məktəbə getmirdim. Nə yaza, nə də 



oxuya bilirdim. Heç öz adımı da oxuya bilmirdim. Çünki 

hərifləri tanımırdım. Ancaq payızda məktəbə gedəcəyəm. 

Əmim mənə bir neçə  qəşəng kitab gətirdi. Dedi ki, birinci 

sinfə gedəndə bu kitabları oxuyacaqsan. Hələlik  şəkillərinə 

bax. Mən bilmirdim hansı kitabdan başlayım. Bu vaxt bir səs 

eşitdim.  

–Məndən başla, məndən başla.  

Təəccübləndim. Görəsən bu kimdir? 

–Mənəm danışan, kitabam. Mən  Əlifba kitabıyam. Məni 

vərəqlə, hər səhifəmdə  sənə  təzə-təzə sözlər deyəcəyəm. Mən 

ən böyük kitabam. Əgər uşaqlar səhifələrimdəki 32 hərfin 

hamısını öyrənsə bütün adları, bütün sözləri, bütün kitabları 

oxuya bilərlər. Mənim hər hərfimdən, bilirsən neçə söz 

başlayır. Məsələn, A hərfi ilə başlanan sözləri saymaqla 

qurtarmaz. İnanmırsan, özündən soruş.  

–A… – deyə  hərfi sözə başladı. – Əlbəttə, mən  Əlifbanın 

birinci hərfiyəm. Ona görə neçə-neçə gözəl sözlər məndən 

başlayır! Ata, ana, adamlar. Azərbaycan. Mənim çoxlu dostum 

var. Azərlər, Adillər, Ariflər, Akiflər, Afətlər, Altaylar, 

Aslanlar. Hər il payızda mən onlara çoxlu alma, armud, alça 

alıram.  

–Bağışla, bağışla deyə kimsə A-nın sözünü kəsdi. – Bəli, 

Bağışla. Mən də B hərfiyəm. Bəli – B. Doğrudur. Əlifbada A 

hərfi birincidir. Ancaq elə Birinci sözü də  mənimlə başlayır. 

Bi-rin-ci. Bəli… Elə, Bəli sözü də B-nən başlanır. Belədir. 

Buna görə  də  mən heç vaxt "yox" demirəm, həmişə "bəli" 

deyirəm. Bəli, mən A-nın Bacısıyam. A dedi ki, ata sözü 

onunla başlanır. Mənimlə isə atanın atası, yəni Baba sözü 

başlanır. Bəli, baba. Bizim doğma  şəhərimizin adı Bakıdır. 



 141 

Bakı da mənimlə başlanır. Mənim dostlarım bir Balacalardır, 

bir də Böyüklər: Bədir, Bəkir, Bəşir, Bikə, Bilqeyis… 

A dostlarına alma, armud, alça alır. Mən isə onlara bütün 

Bağları bağışlayıram. Bəli, biz A hərfi ilə Bacıyıq. A. B. 

Kiminsə səsi eşidildi: 

–Bəs heç məni yad etmirsiniz? V…A.B və V. yəni mən. 

Mən V-yəm. V-ni unutmayın. Vətən sözü mənimlə başlanır. B-

nin Bəxti var. Mənim də Vaxtım… Mən hamı üçün Vacibəm, 

Vəfalıyam, Varlıyam. Bütün Vahidlər, Validələr, Vaqiflər, 

Vəcihələr mənim vəfalı dostlarımdır.  

–Qoymaram, qoymaram məni unudasınız. Mən Q-yam. 

Qorxuram, qeydimə qalmayasınız. Qoyun, mən də deyim. Mən 

də sizin Qardaşınızam. Qələmim də var, Qılıncım da.  

–Dostlar! Dostlar! Mən də D hərfiyəm. Dostluq sözü 

mənimlə başlanır. Deyirəm Dost olaq. Deyirəm Dalaşmayaq. 

Deyirəm Danışmaq üçün sözü S hərfinə verək. Axı Sentyabra 

az qalıb. Dərslər başlayacaq. Daha nə deyim? Hə onu deyim ki

Dərslər məndən başlanır. Dərslər sözünü deyirəm. Dostluq 

olsa, dərslərinizi yaxşı oxuyarsınız. Dəftərlərinizi səliqəli 

saxlayın. 

–Onda həmişə beş alarsınız – deyə B D-nın sözünü kəsdi. 

D dedi: 

–Sözü S Hərfinə verək. Bugün-sabah sentyabrın biridir. Söz 

sənindir, ay S. 

S dedi:  

–Salam. Salam Sevimli uşaqlar. Sentyabrın birində  Səhər 

Saat səkkizdə məktəblər Sizi Səbirsizliklə gözləyəcəklər.  

Mən  Əlifba kitabı ilə belə tanış oldum. Əziz uşaqlar, bu 

kitabı vərəqləsəniz, o sizə də çoxlu maraqlı nağıllar, hekayələr 

danışar, şer oxuyar.  

 

iyul, 1967. 




Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə