A y t o r e f e r a t I



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix26.08.2018
ölçüsü0,9 Mb.
#64831
1   2   3   4   5   6   7   8   9   10

edilir.  İlkin  mərhələdə  bilinqv  tərəfmdən  linqvistik  dəyişiklik  norm adan 

kənaraçıxma  kimi  qəbul  edilir  və  bu  hal  gələcəkdə  normaya  da  çevrilə 

bilir  (eyni  zamanda  çevrilməyə  də  bilir).  Bu  halda  norm adan 

kənaraçıxma  dildə  nəzərə  çarpmır  və  o  artıq  inteqrasiya  mərhələsinə 

qədəm qoyur və dilin tərkib  hissəsinə  çevrilir.  Buna misal  olaraq müasir 

Azərbaycan  dilində  işlənən  məktəb,  kitab,  ailə,  müəllim  və  s.  sözləri 

göstərmək  olar.  Belə  ki,  onlann  ahnma  olduğu  ancaq  bu  sahənin 

mütəxəsisləri  tərəfmdən  müəyyənləşdirilə  bilir.  Eyni  sözləri  fonetik, 

morfoloji  və  sintaktik  dəyişikliklər  haqqm da  da  demək  lazımdır. 

Məsələn,  buna  misal  olraq,  Azərbaycan  damşıq  dilində  işlənən  bir  çox 

rus  sözlərini  də  göstərmək  olar:  vabşe,  plyaj,  fortoçka,  astanovka,  şofer, 

butka,  prosto,  zakaz  və  s.  Bundan  başqa,  rus  dilini  zəif  bilən 

azərbaycanlılar  «Mən  səndən  soruşuram»m  təsiri  ilə 



«

5

\

 

o t



 

r e ö a  

cnpauınBaK)» 

deyirlər.  Yaxud,  Azərbaycan  dilini  zəif  bilən  (yeni 

öyrənən)  rusdilli 

« y r p o M » ,   « B e n e p o M » , 

«b

 

npomjıoM  roay»  mənalannı, 



müvafiq  olaraq,  «səhərdə»,  «axşamda»,  «keçən  ildə»  kimi  ifadə  edir. 

M araqlıdır  ki,  bu  ancaq  ikidillilərin nitqində  baş  vermir.  Digər insanlar 

da  bu  formada  danışmağa  öyrəşiblər.  Bu  cür  hallara  eyni  zamanda 

sintaktik  səviyyədə  də  rast  gəlinir.  Məsələn,  «hansı  ki»  birləşməli  təyin 

budaq  cümlələri  Azərbaycan  dili  qrammatikası  üçün  xarakterik  deyil. 

Lakin  rus  dihnin  təsiri  ilə  bu  cür  cümlələr  dilimizdə  kifayət  qədər  çox 

yayılıb.  Bəzən  hətta  qəzet  səhifələrində,  televiziya  ekranlannda  belə,  bu 

cür cümlələrə rast gəlinir.  Məsələn,  O  insanlar hansı ki, bu işləri görüblər, 



öz  cəzasma  çatacaqlar və  s.  Bu hallara  daha  çox tərcümə  ədəbiyyatmda 

rast  gəlinir.  Şübhəsiz  bu  cur  ifadələrdə  Azərbaycan  dilinin  qrammatik 

norm alanndan kənara çıxılması aydın sezihr.

Hər bir ikidillinin  nitqində interferensiya hadisəsi  qeyri-iradi  baş  verir 

və  bundan  sonra  unudulur.  Ancaq  bu  halın  bir  neçə  şəxsin  nitqində 

təkrarlanması nəticəsində bu haüardan  bəziləri  adiləşir,  kollektivin digər 

üzvləri  tərəfmdən  də  işlədilir və  onlann  dil  sistemində  möhkəmlənir.  Bu 

hallann  sonrakı istifadəsi artıq ikidillikdən asılı  olmur.  İnterferensiyanm 

dildə  möhkəmlənməsi  üçün  kollektivin  bu  hala  münasibəti  çox 

mühümdür.

Birinci  fəslin  dördüncü yanmbaşhğı  «İnterferensiyanm  növləri.  Fonetik 

interferensiya»  adlamr.  Artıq  qeyd  etdiyimiz  kimi,  ikidilliliyin  bütün 

formalarmda interferensiya hadisəsinə rast gəlinir,  lakin interferensiyaya 

bir  çox  dilçilər  məhz  xarici  dilin  aksenti  kimi  yanaşmış  və  bu  mənada 

interferensiyamn  ancaq  fonetikada  olduğunu  iddia  etmişlər.  Dünya 

dilləri içərisində hətta iki dil belə tapm aq olmaz ki, fonetik sistemləri tam

9



olaraq üst-üstə düşsün.  Buna görə də əcnəbi dildə hər hansı bir sözü və ya 

ifadəni  demək cəhdi  artikulyasiyamn və intonasiya vərdişlərinin yenidən 

qurulmasını  tələb  edir.  Lakin  yeni  dili  öyrənən  hər  bir  şəxs  ilkin 

mərhələdə  xarici  dilin  səslərini  öz  doğma  dilinin  «fonetik  sistemi» 

prizmasmdan  qəbul  edir.  Bu  da  öz  növbəsində  fonetik  interferensiyamn 

yaranmasma münbit şərait yaradır.

Möhkəm eşitmə və ifadə etmə vərdişlərinə yiyələnən bilinqvin dilindəki 

səhvlərin  səbəbləri  qəbul  etmə  və  ya  artikulyasiya  orqanlanndan  deyil, 

əksinə  əlaqədə  olan  dillərin  fonoloji  sistemindən  asılıdır.  Başqa  sözlə, 

səhvlər  nitqdə  yaramr,  amma  onun  səbəbləri  qarşıhqlı  əlaqədə  olan 

dillərin  fonoloji  sisteminə  əsaslanır  və  mənşəyinə  görə  bu  səbəblər  dil 

sistemi  ilə  bağhdır.  Dilin  fonetik  sistemi  təkcə  fonemlərdən  ibarət  deyil, 

fonetikada  həm  intonasiya,  həm  vurğu  və  həm  də  digər  xüsusiyyətlər 

vardır.  Sözsüz  ki,  birinci  dilin  bütün  bu  xüsusiyyətləri  ikinci  dilin 

öyrənilməsinin ilkin çağlarmda ikinci dilə keçir.

Fonetik  hadisələrin  də  dildə  baş  verməsində  bilavasitə  interferensiya 

hadisəsinin  rolu  vardır.  Məsələn,  Azərbaycan  dilinin  əlamətdar 

xüsusiyyətlərindən  biri  də  budur ki,  söz daxihndə saitlər,  sözün  əwəli və 

sonunda  isə  samitlər  yanaşı  işlənmir.  Buna  görə  də  alınmalarda  qoşa 

səslərin  ardıcıl  gəlməməsi  üçün  bu  səslərin  arasm a  başqa  səs  artınlır. 

Əlbəttə  ki,  bu  da  dildə  interferensiyaya  səbəb  olur.  Məsələn,  aüə-ayilə, 

aid-ayid,  şair-şayir  və  s.  Bundan  başqa  Azərbaycan  dilində  r  səsi  ilə 

başlanan  sözlər  almmalardır.  Buna  görə  də,  belə  almmalarda 

azərbaycanlılar  tələffüzdə  sözün  əwəlinə  sait  artınrlar.  Məsələn,  rayon- 

irayon,  razı-irazı,  rus-urus,  Rəvan-lrəvan  və  s.  Eyni  hal  sözün  əwəlində 

qoşa samitlər işlənəndə də baş verir.  Məsələn, stəkan-istəkan, şkaf - işkaf, 



stul-ustul  və  s.  Göriindiiyü  kimi,  belə  hadisələrin  çoxunda  doğma  dilin 

alınmaya təsiri açıq-aydm seçilir.  Sözsüz ki,  bu,  digər dildə damşanda da 

özünü  birüzə  verir.  Məsələn,  rus  dilini  yeni  öyrənənlər  bu  qaydalara 

uyğun olaraq SpaTb sözünü bırat kimi tələffüz edirlər.

Əcnəbi  dili  yeni  öyrənməyə  başlayan  şəxsə  elə  gəlir  ki,  xarici  dihn 

bütün  əsasmı  predmetlərin,  anlayış  və  proseslərin  başqa  cür  səslənməsi 

təşkil  edir.  Belə  insanlar  hər  şeydən  əw əl  nəyin  necə  deyilməsini 

öyrənməyə  tələsirlər  və  səslənməyə  o  qədər  də  fıkir  vermirlər.  Yeni  dili 

mənimsəyərkən  onlar  öz  doğma  dillərinin  artikulyasiya  vərdişlərini 

istifadə etməkdə davam edirlər. Ancaq fərdin ikidillilik təcrübəsi artdıqca 

o  daha  çox  dəqiqlik  əldə  edir  və  xarici  dil  axınmı  və  onda  olan  aynca 

komponentləri dəqiq ayırmağa başlayır.

Bəzən  elə  hallar  da  olur  ki,  bunu  ancaq  psixoloji  amillə  izah  etmək 

olar.  Belə  hal  əksər  vaxtlarda  rus  fonetik  sistemində  olmayan  səslərin

ıo



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə