A y t o r e f e r a t I



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix26.08.2018
ölçüsü0,9 Mb.
#64831
1   2   3   4   5   6   7   8   9   10

tələffüzü  zamanı  azərbaycanlüann  nitqində  daha  qabanq  şəkildə 

meydana  çıxır.  Məsələn,  aşağıdakı  sözlərə  diqqət  yetirək:  hərbi,  hamam, 



hasar, həsrət, həkim, həndəsə, həyət, heyva və s. Rus dilində təhsil ahnış və 

ya  ana  dili  rus  dili  olan  şəxslər  bu  sözləri  aşağıdakı  kimi  tələffüz  edir: 



xərbi,  xamam,  xasar,  xəsrət,  xəkim,  xəndəsə,  xəyət,  xeyva.  Çox  maraqlı 

haldır ki,  [x]  səsi ilə  başlanan sözləri  isə  demək  olar ki,  çox  vaxt  (adətən 

həmişə)  rus  dilinin  fonetikasmda  olmamasma  baxmayaraq  [h]  səsi  ilə 

tələffüz  edirlər.  Xoşbəxt-hoşbəxt,  xalis-halis,  xarici-harici,  xənur-həmir, 



xəbər-həbər,  xəzər-həzər  və  s.  Bu  vəziyyətin  eyni  tərəfini  Azərbaycan 

dilində  danışanda  müşahidə  edirik.  Baxmayaraq  ki,  Azərbaycan  dilinin 

fonetikasmda  Ik]  və  İ4İ  səsləri  mövcuddur,  ancaq  danışan  şəxsin 

tələffüzündə  biz  eyni  ilə  yuxanda  qeyd  etdiyimiz  vəziyyətin  (rus  dilinə 

aid)  oxşan  ilə  qarşılaşınq.  Bunun  özünü  də  çox  güman  ki,  psixoloji 

cəhətdən  aydınlaşdırmaq  lazımdır.  Məsələn,  katorqa-qatorqa,  okoşka- 



aquşqa, kartoşka-qartoşka və s.1

Birinci  fəslin  beşinci yarımbaşhğı «Qrammatik  interferensiya»  adlamr. 

Dillər  arasında  müəyyən  əlaqələr  yarandıqda  dilin  digər  səviyyələrində 

olduğu  kimi,  qrammatik  səviyyədə  də müəyyən  norm adan  kənaraçıxma 

halları  baş verə  bilər.  Dilin  bütün  səviyyələrində  olduğu kimi  bu  səviyyə 

də  inkişafdan  və  dəyişikliklərdən  kənarda  deyil.  Bizə  elə  gəlir  ki, 

morfoloji sistem nə qədər möhkəm olsa belə,  ikidilliliyin kütləvi və daimi 

xarakter  aldığı  vaxt  qram m atik  səviyyədə  ikinci  dilin  təsiri  ilə  müəyyən 

dəyişikliklər  baş  verə  bilər.  Morfoloji  səviyyədə  şəkilçilərin  bir  dildən 

digərinə  keçməsinə  dair  müəyyən  faktlar  mövcuddur.  Azərbaycan 

dilindəki fars mənşəli sözlərin bir qismi bu dilə həmin mənşəli şəkilçilərlə 

birlikdə keçmişdir.  Məsələn,  bisavad,  qənddan,  namərd,  baməzə,  həmkar, 



zərgər,  bağban  və  s.  sözlərdəki  bi-,  na-,  ba-,  həm-,  -dan,  -gər,  -ban  ön  və 

son  şəkilçiləri  buna  nümunə  ola  bilər.  Hətta,  bu  şəküçilərin  bəziləri 

doğma  dihmizin  öz  sözlərinə  də  qoşularaq  yeni  sözlər  yaradır.  Məs., 

nakişi, nadinc, antitürk və s.

Azərbaycan  dihnin  təsiri  ilə  bir  sıra  dihərdə  də  müəyyən  qram m atik 

formaların  yaranması  müşahidə  olunur.  Azərbaycan  ərazisində  olan 

yazısız  dillərdə ən çox yayüan türkizmlərdən biri kimi  göstərilən  «-miş ilə 

feldən  düzəldilən  isim+doğma  dilin  köməkçi  feh  tiph  birləşmələr»  buna 

bariz  nümunə  ola  bilər.  Məsələn,  saxur  dilində  qiiy  «etmək»,  ixay 

«olmaq»,  aqımış  qiiy  «yada  salmaq»,  barışmış  ixay,  «barışmaq»,  və  s.

1  M ehdiyev  F .N .  A zərbaycan  və  rus  dillərində  interferensiya  hadisəsi //  A zərbaycan-rus  ikidilliliyi 

(elmi əsərlərin tem atik məcmüəsi) Bakı:  Bakı U niversiteti nəşriyyatı,  1991, s.86-87

11



Ləzqi dilində: avun «etmək», xun «olmaq», artnuş avun «artırmaq», ezmiş 

xun  «əzilmək»  və  s.  Udin  dilində:  besun  «etmək»,  baksun  «olmaq», 



baqamiş  besun  «bəyənmək»  azarlamış  baksun  «xəstələnmək».  Xmalıq 

dilində: kirval «etmək» kuval «olmaq», yapıştırmiş kırval «yapışdırmaq», 



yaramış  kurval  «edilmiş»  və  s.  Buduq  dilində:  yıxar  «etmək»,  ixar 

«olmaq»,  işlanmış  yıxar  «işlədim»  işlamış  yıxari  «işləyir»  və  s.  Talış 

dilində:  karde «etmək»,  be «olmaq» aldatmış karde «aldatmaq» azmiş be 

«azmaq»  və  s.  Kürd  dilində:  kırın  «etmək»,  buym  «olmaq»,  kışxırmış 



kırın «qışqırmaq», yaşamış buyın «yaşamaq» və s.1

Qram m atik  səviyyədə  interferensiyadan  danışarkən  əlbəttə  ki, 

sintaktik  səviyyədə  də  interferensiyaya  diqqət  yetirmək  lazım  gəlir. 

Dillərin  sintaktik  sistemi  xarici  təsirə  daha  gec  məruz  qalsa  da  bu 

səviyyədə  də  interferensiya  hallanna  rast  gəlmək  olur.  Sintaksik 

səviyyədə interferensiya bir dildən digərinə cümlə quruluşunun,  sintaktik 

qaydaların  keçməsi  misal  ola  bilər.  Bəzən  dillərin  qarşılıqlı  əlaqəsi 

zamanı  cümlənin  strukturu  dəyişir,  davamlı  söz  sırası  pozulur. 

Azərbaycan  dilinin  rus  dili  ilə uzunmüddətli  qarşılıqlı  əlaqəsi  zamanı bu 

dildən  bizim  dilə  xas  olmayan  bəzi  cümlə  quruluşlan  da  keçmişdir. 

Məsələn,  Damşır  Bakı!  və  s.  Bundan  əlavə  Azərbaycanda  yaşayan 

xalqlarm  bir  çoxunun  dillərində  cümlə  quruluşu  dəyişərək  Azərbaycan 

dilinə  uyğunlaşmışdır.  Məsələn,  talış  dilində  artıq  cümlə  quruluşu 

tamamilə  Azərbaycan  dilinə  uyğun  gəlir.  Mı  bə  Boku  şedəm  -   Mən 

Bakıya  gedirəm.  Bu  cümlə  əslində,  Mı  şedəm  bə  Boku  olmalıdır.  Yəni, 

tahş  dilində  də,  digər  hind  -   Avropa  dillərində  olduğu  kimi,  əwəllər 

m übtəda-xəbər-ikinci  dərəcəli  üzvlər  cümlə  konstruksiyası  olmuşdur. 

Lakin  uzunmüddətli  qarşılıqlı  əlaqələr  nəticəsində  indi  bu  dildə 

danışanlann  demək  olar  ki  hamısı,  qəzet  və  kitablanm n  isə  böyük 

əksəriyyəti  məhz  türk  dillərində  olduğu  kimi,  mübtəda-ikinci  dərəgcəli 

üzvlər-xəbər  konstruksiyasındadır.  Bu  sintaktik  səviyyədə  baş  verən 

norm adan kənaraçıxma hallanna misal ola bilər.

Y uxanda söylənilənlər onu göstərir ki,  dillərin qarşılıqlı əlaqəsi zamanı 

qram m atik  səviyyədə  də  bu  və  ya  digər  dildə  müəyyən  norm adan 

kənaraçıxma hallan baş verir və bu hallara demək olar ki,  bütün dillərdə 

rast gəlinir.

Birinci  fəslin  altıncı  yanmbaşhğı 

«Konvergensiya  və  divergensiya» 

adlanır.  Dillərarası  əlaqələrdən  damşarkən  əlbəttə  ki,  konvergensiya  və

1

  A c j ıa H O B  



A.M. 

B

3



a H M

0

fle ftc T B H e  



a3ep6aHn>KaHCKoro  a3bma 

c   a p y r H M H  

a3biKaMH  Ha  TeppHTopnn 

A

3



e p

6

aHfl>KaHCKO H 



CCP:  fln c .... 

a o k t .   (Jih ji.  H a y K . 

BaKy,  1982, c.190



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə