A y t o r e f e r a t I



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix26.08.2018
ölçüsü0,9 Mb.
#64831
1   2   3   4   5   6   7   8   9   10

Məsələn,  tat  dilində  sifətin  çoxaltma  dərəcəsi  ən,  lap  ədatlarmm  köməyi 

ilə yaramr. Məsələn, ən xub «ən yaxşı», lap xınık «lap soyuq»və s.1

Talış  dilində  də  sifətin üstünlük  dərəcəsini  yaradan  sözlər Azərbaycan 

dilindən alınıb. Məsələn, ən çok «ən yaxşı», lap bevəc «lap pis» və s.

Sifətin müqayisə  dərəcəsini  əmələ  gətirmək üçün  Azərbaycan  dilində  - 

tər,  təhər  sözündən  istifadə  olunur.  Məsələn,  ağtəhər,  qırmızıtəlw  və  s. 

Tat  dilində  bujlətəhər-balacatəhər,  isbitəhər-ağtəhər  və  s.  Talış  dilində 



sipitəhər-ağtəhər,  siyotəhər-qaratəhər  və  s.  Udin  dilində  də  təhər  /  tər 

işlənir.


Çoxaltma dərəcəsi 2 yolla yaranır; analitik və sintaktik yolla.

Analitik  yolla  sifətin  çoxaltma dərəcəsini  yaratm aq  üçün  adi  dərəcədə 

olan sifətlərin ilk hecalarına Azərbaycan  dilində olduğu kimi  «p» və «m» 

səsləri əlavə  olunur.  Məsələn,  tat dilində çimçor-gömgöy, zipzərd-sapsan, 



sipsiyəh-qapqara,  və  s.  Udin  dilində  mapmaçi-ağappaq,  kğarkğari- 

qupquru və s.

Sifətin  çoxaltma  dərəcəsi  eyni  zam anda  sintaktik  yolla  da  yaradılır. 

Bunun  üçün 

ən, 

lap  ədatlanndan  istifadə  olunur.  Məsələn,  ən 

xub-ən 

yaxşı,  lap  xınık-lap  soyuq.  Talış  dilində  lap  yol-lap  böyük, 

əb

  qsdə-ən 

kiçik və s.

Say.  Bildiyimiz  kimi,  saylar  da  kənar  təsirə  çox  az  məruz  qalır  və 

mühafızəkrlığım  saxlayır.  Azərbaycanda  yaşayan  xalqlann  dillərinin 

araşdırılması  bu  sahədə  də  kifayət  qədər  yaxınlaşmanm  olduğunu 

göstərir.  Məsələn,  tat  dilinin  cənub  dialektlərində  Azərbaycan  dilinin 

təsiri  ilə  11-dən  19-a  qədər  olan  sıra  saylannda  İran  dillərindən  fərqli 

xüsusiyyətlər  yaranıb.  Məsələn,  dähyek-on  bir,  dähdu-on  iki  və  s.  Talış 

dilində də belə saylar iki cür yaranır: yonzə-on bir, donzə-on iki, davo i-on 

bir,  davo  dı-on  iki  kimi  işlənir.  Göründüyü  kimi,  İran  dillərinin  sıra 

saylannda  təklik  əwəl,  onluq  isə  sonra  gəlir.  Türk  dillərində  isə  bu 

əksinədir.  Məhz  Azərbaycan  dili  ilə  uzunmüddətli  qarşılıqh  əlaqə 

nəticəsidə  Azərbaycan  ərazisində  yaşayan  xalqlann  dillərində  saylarm 

sırası  dəyişmişdir.  Sıra  sayı  düzəldən  -ınci4  şəkilçisi  də  demək  olar  ki, 

bütün  dillərdə  işlənir.  Məsələn,  talış  dilində  iminci-birinci,  dımind-ikinci 

və s., udin dilində saumçi-birinci, xıbumçi-ikinci və s.

Əvəzlik,  zərf,  və  köməkçi  nitq  hissələrində  də  kifayət  qədər  üst-üstə 

düşən sözlər vardır.

Bundan əlavə,  sintaktik səviyyədə də müəyyən yaxmlaşma hiss olunur. 

Məsələn,  Azərbaycan dihnin təsiri ilə sifətin cümlədə yeri dəyişir.  Məlum 

olduğu  kimi,  İran  dillərində  sifət  təyin  etdiyi  sözdən  sonra  gəlir.  Lakin,

1 H üseynova G .  Lahıc tatlarm m  dili.  Bakı:  N urlan, 2002, s.81

17



tat  dilində  sifətlər  təyin  etdiyi  sözdən  əw əl  gəlir.  Məsələn,  isbinə  pur-ağ 

ağac,  raffiya  pənir-üzlü  pendir və  s.  Talış  dilində  də  bu  belədir.  Məsələn, 

çoka  raj-yaxşı  gün,  yolə  do-böyük  ağac  və  s.  Dil  ittifaqının  əsas 

xüsusiyyətlərindən  biri  mürəkkəb  cümlə  problemidir.  Mürəkkəb  cümlə 

dilin inkişafmm  son mərhələlərindən  biri  olduğu üçün  bu sahədə ümümi 

xüsusiyyətlərə daha çox rast  gəlinir.  Mürəkkəb cümlənin hər iki növü bu 

dillərdə  təxminən  uyğun  gəlir.  Bu  baxımdan  Azərbaycan  dilinin  güclü 

təsiri  xüsusi  ilə  nəzərə  çarpır.  Zənnimizcə,  Azərbaycan  ərazisində  ayrıca 

dil ittifaqından  damşılmasa da,  burada  təzahür  edən  ümumi  cəhətlər bu 

ərazidə  konvergent  münasibətlərin  ciddi  inkişafmdan  xəbər  verin.  Bu 

həm  də  getdikcə  ikidiüi  insanlarm  daha  çox  monohnqvizmə  keçidi  ilə 

əlaqədardır.

Ikinci  fəslin  üçüncü  yarımbaşlığı  «Qarışıq  dillər:  picin  və  kreol  dillər» 

adlamr.  Dillər  arasm da  qarşıhqlı  əlaqələrin  ən  son  və  ən  mürəkkəb 

mərhələsi  picinləşmə  və  kreollaşma  prosesidir.  Əgər  dillərin  qarşıhqh 

əlaqəsindən danışarkən  biz  alınmalan qarşıhqlı əlaqə prosesinin  ən  sadə 

vəziyyəti  sayırxqsa,  picinləşmə  və  kreollaşma  bu  kontekstdə  ən  çətin 

prosesdir.  Picinlərin  nə  olduğunu  və  onun  hansı  şəraitdə  yarandığım 

müəyyənləşdirməyə çalışaq.

Dillərin  qarşılıqlı təsirinin  nəticəsi  iki  şəkildə təzahür edir:  a)  sözün  ən 

geniş,  ümumi  mənasmda  alınmalar  (leksik,  fonetik  və  qrammatik 

ünsürlərin ahnması) və b) bütövlükdə dilin dəyişməsi.1  Dillərin  dəyişməsi 

prosesi də özünü 2 form ada göstərir: I.Qarşılıqlı əlaqədə olan dihədən biri 

tamamilə  dil  assimilyasiyasına  uğrayır.  II.  İkinci  dil  natam am  

mənimsənihr  -  bunun  nəticəsində  «picin»  və  kreollaşmış  dillər  yaranır. 

«Picin» diüərin yaranması təmasdə olan xalqların qeyri-bərabər sosial və 

iqtisadi  münasibətlərinin  nəticəsidir:  bütün  hallarda  yerlilərin  və 

avropalılann  təmasmda  müxtəlif  Avropa  dillərindən  alınmış  sözlərin 

toplusundan ünsiyyət vasitəsi kimi istifadə edilir.

Piciniər  bir  qayda  olaraq  müstəmləkəçilik  dövrlərində  müstəmləkəçi 

gəlmələrlə,  yerli  aborigen  xalqlann  qarşılıqlı  əlaqəsi  zamanı  formalaşan 

qanşıq  dihərdir.  Picin  heç  bir  tərəf  üçün  doğma  dil  deyil,  lakin 

millətlərarası 

ünsiyyət 

yaratm aq 

üçün 


bir 

vasitədir. 

Özünün 

formalaşmasmm ilkin mərhələsində picin çox sadə qrammatikaya və çox 



azsayh leksik  ehtiyata malik  olur.  Həm də  ancaq  kifayət  qədər məhdud 

dairədə:  ticarət  və  xüsusi  fıziki  işlər  tələb  etməyən  sahələrdə  işlədihr. 

Picinin 

leksikası, 

bir 

qayda 


olaraq, 

90%-dən 


yuxarı 

gəlmə


1 R əcəbov Ə.Ə.  Dil,  şüur, cəmiyyət,  tarix.  Bakı: A zərnəşr,  1993, s.133

18



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə