A y t o r e f e r a t I



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix26.08.2018
ölçüsü0,9 Mb.
#64831
1   2   3   4   5   6   7   8   9   10

müstəmləkəçilərin  dil  bazası  əsasmda  formalaşır.  Başqa  cür  ola  da 

bilməz.  Belə  ki,  picinin  yaranması  bir  tərəfdən  yerli  aborigenlərin 

gəlmələrlə  onların  öz  dilində  anlaşmaq,  digər  tərəfdən  gəlmələrin  yerli 

əhalinin  dilini  öyrənmək  istəməməsi  ilə  izah  edilir.  Picinlərin  fonetikası 

isə,  əksinə,  yerh  aborogen  əhalinin  dilinə  uyğunlaşır.  Gəlmə  əhalinin 

sözlərini tələffüz edərkən yerli əhah eyni zam anda öz səs artikulyasiyasım 

istifadə  edir  və  ona  çətin  olan  səs  və  səs  ardıcıllıqlarından  yan  keçir. 

Picinlərin qrammatikası həmişə son dərəcədə analitikdir. Sözdəyişmə tam  

və ya demək  olar ki,  tamamilə  istisna  olunur.  Qrammatik  mənanm  əsas 

ötürücüsü söz sırasıdır. Sözyaratmamn əsas vasitəsi mürəkkəb sözlərdir.

İngilis,  fransız və  portuqal  dilləri  əsasmda yaranan  ilkin  picinlər XV- 

XVII 


əsrlərdə 

Afrikanm 

qərbində 

yaranan 


ilkin 

qul 


sahibi 

faktoriyalanm n  yaranması  ilə  meydana  gəlmişdir.  Avropa  ölkələrinin 

sonrakı  müstəmləkəçilik  siyasəti  nəticəsində  picinlərin  formalaşması 

Okeaniya adalarına və Latm Amerikası ölkələrinə yayıldı.  Ümumiyyətlə, 

dünyada əlliyə yaxm müxtəlif picinlər qeydə alınmışdır.

Picinlər  dilin  inkişafınm  təbii  nəticəsi  deyil,  əksinə  daimi  və  kütləvi 

etnik  dil  təmaslan  nəticəsində  yaranan  dil  formasıdır.  Bu  m ənada  picin 

genetik  deyil,  areal-tipoloji  kateqoriyadır.  Picin  müəyyən  ərazidə,  bəzən 

isə  kifayət  qədər  geniş  ərazilərdə  linqva  franka  və  ya  bəzən  koyme  kimi 

fəaliyyət  göstərir.  Müəyyən  hallarda  picin  rəsmi  dil  statusu  ala  bilir 

(neomelanezin  dili  və  ya  tok-pisin  kimi,  panua-Yeni  Qvineada  olduğu 

kimi),  lakin  bu  vaxt  inkişaf  kreollaşma  yolu  ilə  gedir.  Struktur 

münasibətlərdə picinin formalaşma prosesi picinləşmə adlamr.  Picinləşmə 

prosesi  dilə müxtəlif cəhətdən  təsir  edə  bilər.  Bununla  bağlı  olaraq  picin 

və  dilin  picinləşmiş  forması  fərqləndirilir.  Dilin  picinləşmiş  forması 

mənbə  dildən  aynlmır  və  müstəqil  dilə  çevrilmir.  O nlann  picin  dillərdə 

olduğu  kimi  xüsusi  struktur  qanunauyğunluqlan  olmur.  Picinləşmə  hər 

şeydən  əvvəl mənbə dilin çətin qram m atik modellərinin dağılmasmda və 

sadələşməsində, analitizmin inkişafında özünü göstərir.

Picinin  kreol  dilə  çevrilməsi  prosesi  kreollaşma  prosesi  adlanır.  Kreol 

dil  artıq  sonrakı  nəsil  üçün  doğma  dil  sayılır.  Kreollaşma  genişlənən 

picinin 


onun 

doğmalaşması 

nəticəsində 

gələcəkdə 

strakturun 

möhkəmlənməsi  və  funksiyanm  genişlənməsi  ilə  davam   edən  prosesdir. 

Həm funksional,  həm də  struktur nöqteyi  nəzərdən  müxtəhf kreol  dillər 

bir-birindən  kifayət  qədər  fərqlənə  bilərlər.  Ümumilikdə,  onlann 

quruluşu  aqqlütinativliyə  doğru  gedir.  Bu  dillərin  aynca  elementləri  isə 

mənbə  dillərin  uyğun  xüsusiyyətləri  ilə  üst-üstə  düşür.  Bir  şeyi  də  qeyd 

etmək  lazımdır  ki,  nə  picinlər,  nə  də  kreollar  ancaq  onlara  aid  olan  və 

digər dillərdə rast gəlinməyən heç bir xüsusiyyətə malik deyillər.

19



Dünyada  7  milyondan  artıq  insan  kreol  dillərdə  danışır.  Bu  dillərdə 

danışan  insanların  bir  qismi  çox  xırda  qruplar  olduğundan  demək  olar 

ki, onlann bir çoxu tədqiq edilməyib.  Bu dilləri qruplaşdırsaq, əsasən, bir 

neçə qrup ayrılır: ingilis kreollan, portuqal kreollan və fransız kreollan.

İkinci  fəslin  dördüncü  yanmbaşlığı  «DUlərin  qarışması:  substrat, 

superstot, adstrat hadisələri» adlanır.

Dillərin  səthi  təmasında  dillərin  bir  birinə  təsiri  zəif  olur,  bir  dil 

digərinin  daxih  strukturuna  təsir  etmir,  onda  əhəmiyyətli  dəyişikliklər 

yaratmır,  qarşıhqh  təsir  təkcə  ahnmalarla  kifayətlənir.  Lakin  dillərin 

tarixində  elə  hallar  da  məlumdur  ki,  uzun  müddətli  təmas  nəticəsində 

dillərdən  biri  öz müstəqilliyini  itirir,  digəri  isə  saxlayır.  Öz müstəqihiyini 

qoruyan  dil  ona  qanşan  dilin  bir  sıra  xüsusiyyətlrəini  mənimsəyir. 

Dillərin  daxih  strukturunun  dəyişməsində  öz  əksini  tapan  bu  proses 

dilçihk  ədəbiyyatmda  çarpazlaşma  adlandm hr.  Alman  nəticəyə  görə, 

çarpazlaşmamn üç növü məlumdur: substrat, superstrat və adstrat.1

Substrat - (latm dilində sub - alt və stratum  - qat, təbəqə) dil sisteminin 

həmin  dilin  inkişaf  qanunlanndan  deyil,  həmin  linqvocoğrafı  ərazidə 

əvvəllər  mövcud  olmuş dilə aid cizgilər toplusudur.  Almmalardan fərqli 

olaraq  substrat  ikidillilik  mərhələsindən  sonra,  gəlmələr  tərəfindən  yerh 

əhalinin geniş assimilyasiyasmı və etnik qanşmasım şərtləndirir.  Ə w əhər 

həmin  ərazidə  mövcud  olmuş  sonradan  gəlmə  dil  tərəfindən  məğlub 

edilmiş  və  ona  qanşaraq  onda  müəyyən  iz  buraxmış  yerh  dilə  substrat 

deyilir.  Dil substratının daşıyıcısı olan xalq yad dili mənimsəyərək,  o dilə 

öz  dil  vərdişlərini  gətirir.  Bu  məsələ  ilə  bir  sıra  dilçilərin  məşğul 

olduqlarma  baxmayaraq,  indinin  özündə  də  bu  məsələ  tam   olaraq 

aydmiaşdınlmayıb.  B.A.Serebrennikov  bu  məsələnin  dilçilikdə  tam 

aydmlığı ilə müəyyənləşmədiyini qeyd edirdi.  Onun fikrincə,  əslində həm 

substrat,  həm  də  superstrat  dil  təmaslannın  müxtəhf formalarıdır  və  bu 

problemin  öyrənilməsi  üçün  məhz  dil  təm aslan  problemini  araşdırmaq 

lazımdır.2

Substrat  tam   olaraq  dilçihk  anlayışı  deyil.  O  həm  də  tarixi  və  etnik 

proseslə bağlıdır.  Substratla ahnma arasm da da dilçilik ədəbiyatmda tam 

bir  sərhəd  müəyyənləşdirilməyib.  Çünki  hər  iki  anlayışda  oxşar  cəhətlər 

çoxdur.  Həm  alınma,  həm  də  substrat  bir  sistemdən  digərinə  keçən

1  Rəcəbli Ə.Ə .  N əzəri dilçilik.  Bakı:  N u rlan , 2003, s.489

2 CepeSpeHHHKOB 

B.A.  0 6  0TH0CHTejibH0ft  caM0CT0»TejibH0Cra 

p a 3 B H T H »   C H C T e M tı  a 3 H K a . 

M.:  HayKa,

1968, c.36

20



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə