Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə123/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   119   120   121   122   123   124   125   126   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
225 
Əlavə  olaraq,  onlarda  çoxlu  vitaminlər,  boy  stimulyatorları  tapılmışdır.  pambığın  yarpaq  və 
gövdəsi  preslənib  istehsal  olunarsa,  o  taxta  kəpəyi  və  taxta  yonqularından  hazırlanmış  piltəni  əvəz  edə 
bilər.  Pambığın  tullantılarından  detoliant  və  desikantlar  əldə  edilir.  Onlardan  ağ  kristal  formada  olan 
endotolu göstərmək olar. Fermerlər bilməlidirlər ki, pambıq ən yüksək  bal verən bitkidir. Pambıq əkən 
rayonlarda pambıq bitkisi çiçəklədiyi dövrdə əkilən digər bitkilərdə demək olar ki, çiçək olmur. Pambıq 
isə  demək  olar  ki,  iyul  ayının  əvvəlindən  oktyabrın  sonunadək  müəyyən  qədər  çiçəyə  malik  olur. 
Hesablamalara görə bir hektar pambıq sahəsindən 300-350 kq bal əldə etmək  mümkündür. Bu qiymətli 
bitkinin mahlıcından, toxumundan və bitkinin digər hissələrindən 120-dən çox müxtəlif material və əşya 
əldə etmək olar [6]. 
Pambıqçı fermerlər heyvandarlıqla da məşğul olurlar. Mal-qaranın yem ilə təmin edilməsində tarla 
növbəli əkinlərindən bacarıqla istifadə edilməlidir. 
Pambıqçılıqda  tətbiq  edilən  texnologiyaların  tamamilə  yenidən  işlənməsi,  yüksək  məhsuldar,  tez 
yetişən sortların tətbiqi, pambıqçılığın maddi-texniki  bazasının möhkəmləndirilməsi, pambığın xəstəlik 
və zərərvericilərinə qarşı səmərəli mübarizə  tədbirlərinin hazırlanması və sair bu bitkinin məhsuldarlığını 
artırmaqla pambıqçılığı xalq təsərrüfatında ən rentabelli bir sahə etməkdir [3, 4].
 
Pambıq  qiymətli  texniki  bitki  olduğu  üçün  ölkəmizdə  onun  istehsalının  artırılmasına  xüsusi  fikir 
verilir.  Pambıq    bitkisindən  sənayenin  müxtəlif  sahələrində  istifadə  olunsa  da  o  əsasən  lifinə  görə 
becərilir. Ölkəmizdə torpaq-iqlim şəraiti bu strateji bitkinin becərilməsi üçün  tam əlverişlidir. 
     Ölkəmizdə  kənd  təsərrüfatı  iqtisadiyyatının  aparıcı  sahələrindən  biri  olan  pambıqçılıq  aqrar 
islahatından  sonra  müvəqqəti  tənəzzülə  uğrasa  da,  hazırda  fermer  təsərrüfatlarında  da  ildən-ilə  pambıq 
istehsalının artırılmasın  xüsusi fikir verilir. Son dövrlər bu qiymətli bitkinin ölkə üzrə istehsalı 200 min 
tondan da az  olmuşdur. Lakin bununla belə, toxuculuq sənayesinin daima artan tələbatını ödəmək üçün, 
müasir  tələblərə  cavab  verərək,  yüksək  məhsuldarlığa  və  ekoloji  plastikliyə  malik  olan  yeni  sortların 
yaradılması  və  onların  müxtəlif    aqrotexniki  şəraitdə  öyrənilməsi  olduqca  vacibdir.  Torpaq-iqlim 
şəraitindən asılı olaraq hər hansı sortun və ya hibridin genetik və irsi xüsusiyyətlərinin sabit saxlanılması, 
yəni  uzun  illər  boyu  yüksək  məhsul  verməsi  üçün  tələb  olunan  aqrotexniki  tədbirlərə  düzgün  əməl 
edilməlidir.  Qeyri-normal  aqrotexniki  şəraitdə  hətta  mədəni  sort  hibridlər  bir  neçə  nəsildən  sonra  xarab 
olub sıradan çıxır. Belə bir strateji əhəmiyyətə malik olan bitkinin məhsuldarlığının və lif keyfiyyətinin 
yüksəldilməsi  istiqamətində  çox  şaxəli  elmi  tədqiqat  işləri  aparılır.  Məhsulun  keyfiyyətinin 
yüksəldilməsində sortun xüsusi payı vardır. Son dövrlərdə pambıq əkən fermerlər öz təsərrüfatlarının təbii 
iqlim şəraitində daha yüksək məhsul verən sortların seçilməsində xeyli çətinlik çəkirlər [5].
 
Sortu  ayrıca  götürülmüş  bitkinin  məhsuldarlığını  artırmaqla  ən  ucuz  vasitə  olmaqla,  hazırda  elə 
güclü  bioloji  idarə  etmə  amilinə  çevrilmişdir  ki  onsuz  əkinçilikdə    elm  və  texnikanın  nailiyyətinin 
tətbiqinə,  yeni-yeni  səmərəli  sistemə,  kimyalaşmasına  və  s.  kapital  qoyuluşunu  optimallaşdırmaq 
mümkün  deyildir.  Sort  müasir  kənd  təsərrüfatı  bitkilərinin  istehsalında  intensiv  texnologiyanın  həyata 
keçirilməsində bioloji özəl rolunu oynayır. Onun yüksək və keyfiyyətli məhsul verməsinə, tətbiq edilən 
aqrotexniki  tədbirlər  daha  çox  təsir  göstərir.  Bu  da  hər  hansı  bir  sortun  uzun  müddət  öz  bioloji  və 
morfoloji  xüsusiyyətlərini  qoruyub  saxlamağa  imkan  yaradır.
 
Sortların  morfoloji  və
  bioloji 
xüsusiyyə
tl
ə
rind
ən asılı olaraq mühit amillə
rin
ə
 
münasibə
ti d
ə
 
müxtə
lif olur
 
Dig
ə
r  aqrotexniki  t
ə
dbirl
ə
rl
ə
 
yanaşı  bitki  sıxlığı  pambıq  bitkisin
in  h
əyatında  çox 
böyük  rol  oynayır.  Məhsuldarlığın  artmasında  və
  s.  lifin  keyfiyy
ətinin  yüksə
ldilm
ə
sind
ə
 
bitki sıxlığının düzgün nizamlanması vacib mə
s
ə
l
ə
dir. Sah
ə
d
ə
 bitki n
ə
 q
ə
d
ər çox olsa və
 
yuvalarda düzgün yerləşdirilsə
, m
əhsuldarlıq da bir o qə
d
ə
r d
ə
 
çox olar.
 
Pambıq  sortlarını  hər  hansı  bir  təbii  iqlim  zonasında  müqayisəli  öyrənilərək  bioloji  və  morfoloji 
xüsusiyyətləri  aydınlaşdırıldıqdan  sonra  üstünlük  təşkil  edəni  seçib  fermer  təsərrüfatlarında  əkilməsini 
təklif etməkdən ibarətdir. 
Bizim də məqsədimiz bir neçə məhsuldar sortu eyni sahədə əkərək, müxtəlif bitki sıxlığı zəminində 
(100  və  160  min  ədəd)  müqayisəli  öyrənməkdir.  Əgər  tətbiq 
edil
ə

aqrotexnikanın  təsirindən  sortun 
məhsuldarlığı  digərlərinə  nisbətən  5-6  sen  ha  artırsa,  bu  hər  hektardan  200  manata  yaxın  xalis  gəlir 
deməkdir. Yuxarıda qeyd olunanları nəzərə alıb Gəncə-2, Gəncə-8, Gəncə-78, Gəncə-110 və AzNİXİ-195 
sortları  hektarda  100  və  120  min  ədəd  bitki  sıxlıqlarını  müqayisəli  öyrənməyi  qarşımıza  məqsəd 
qoymuşuq.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə