Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə131/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   127   128   129   130   131   132   133   134   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
240 
radial  istiqamətdə  uzanmış,  tək  qatlı  və  daşlaşmış  çox  dar  boşluqlu  sütunvari    hüceyrələrdən  – 
makrosklereidlərdən ibarətdir. Bu hüceyrələr arasında 10-15 qatdan ibarət çox qatlı və odunlaşmış, eyni 
ölçüyə  və  quruluşa  malik  məsaməli  sklereid  hüceyrələr  müşahidə  edilir.  Sklereidlərin    hüceyrə  
boşluqlarında silisiumun  elementinin toplanmasına da rast gəlmək olar.  
Daxili zona  – endotest  –  xırda ölçülü, nazikqılaflı  daxildə yerləşən epidermdən  və bir neçə qat 
qalinlaşmamış  parenxim  hüceyrələrdən  ibarətdir.  Toxum  yetisən  zamanı    bu  hüceyrələr  möhtəviyyatını 
itirərək,  sıxılırlar  və  endospermi  əhatə  edən  struktursuz  quru  pərdəciyə  çevrilirlər.  Ekzotestin  və 
endotestin iki ətli zonası  mezotesti (sklerotesti) xaricidən və daxildən əhatə edərək  müxtəlifnövlü  toxum 
qabığını əmələ gətirir. Endotestin və endospermin arasında zəif inkişaf etmiş kutikula qatı əmələ gəlir.           
Endosperm;    bol  həcmli  olmaqla    toxumun    bütün    kütləsini    tutur.  Endosperm  toxuması  iri,  sıx 
yerləşən,    zəyif  qalınlaşmış    qilaflı,  eyni  öiçülü,  hüceyrəaralıqları  olmayan  hüceyrələrdən  ibarətdir.  Ən 
yuxarıda  yerləşən  hüceyrələr  daxildə  yerləşən  hüceyrələrdən    kiçik  ölçülü  olmaları  ilə  fərqlənirlər. 
Endosperminin  üzərində  nazik  kutikula  qatı  əmələ  gəlir.  O,  endospermi  toxum  qabığınin  xarici 
qatlarından ayırır. Endospermin  tərkibində  rüşeymin qəbul və emal etdiyi nişasta və yağlar, həmçinin  
rüşeyimin  formalaşmasına  təsir  edən    fizioloji  aktiv  maddələr  olur.  Nişasta  dənələri  xırdadırlar, 
yumuruvaridirlər  və  çoxsaylıdırlar.  Nişasta  dənələri  sadə,    xırda,  yumuruvari  və  çoxsaylıdırlar.  Yağlar 
çox halda dispers halında olurlar, bəzi hallarda hüceyrələrdə yağ damcıları da müşhidə edilir.  
Rüşeym  yetişmiş  toxumda  rüşeyim    xlorofillsız,  qüvvətli  inkişaf  etməmiş  düz    iki  ləpədən, 
hipokotildən  və  kökçukdən  ibarətdir.  Onlar  endosperminin  mikropapillyar  hissəsində  toxumun  mərkəzi 
oxunun  yanında  yerləşir.  İki  ləpənin  arasında  yerləşən  və  differensiasiya  uğramayan  zoğun  apeksi, 
meristematik  hüceyrələr  qrupundan  ibarətdir.  Endospermdən  fərqli  olaraq,  rüşeymin  ölçüləri  çox  kiçik 
olur.  Bütün  qeyd  edilən  quruluş  xüsusiyyətlərinə  görə  qaracöhrənin  toxumu    hipokotili  yaxşı  inkişaf 
etməmiş toxum tipinə  aid edilir. 
Qaracöhrə  toxumuna  aşağıdakı  xüsusiyyətlər  aiddir:  rüşeyminin  ―nüvə  partlayışlı‖  inkişaf  çıxışı,  
iri  çoxhüceyrəli  spiralvari  asqının  əmələ  gəlməsi,  rüşeymin  dərinliyə  sirayyət  etməsi  və  endosperm 
toxumasını  həll edən sekretor fermentlər. 
Anatomik  məlumatlardan  aydın  olur  ki,  qaracöhrənin  toxumunun  mexaniki    müdafiəsi  toxum 
qabığının sklereid zonasının qüvvətli inkişafı və qalın qılaflı xarici epiderm və   kutikul qatının köməyi ilə  
təmin  olunur.  Bu  struktur  elementləri  toxumun  qabığına  sərtlik,  dözümlülük  və  mənfi  mühit  amillərinə 
müqavimət göstərməyə kömək edir. Eyni zamanda qeyd olunan möhkəmlik və hipokatilin zəyif inkişaf 
etməsi toxumun gec (2-3 ilə) cücrmsinə səbəb olur. Məhz belə toxumların cücərməsi üçün yaradizasiya, 
strafikasiya və son zamanlar isə auksin – boy maddələrindən istifadə edilir.  
 
 
MEYVƏ BAĞLARINDA ZƏRƏRVERĠCĠLƏRĠN NÖV TƏRKĠBĠ 
 
Məmmədov R.Ü. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
İnsanların qida rasionunun əsas hissəsini demək olar ki, meyvələr təşkil edir. Meyvələrin insanların 
sağlamlığının mühafizəsində və bir sıra xəstəliklərin müalicəsində faydalılığı daim nəzərə alınıb və alınır. 
Meyvə  bağlarına  müxtəlif  ziyanvericilər  və  xəstəlik  törədiciləri  böyük  zərər  vurur.  Onlar  nəinki 
bitkinin məhsuldarlığını aşağı salır, həm də məhsulun keyfiyyətini azaldır. 
Gəncə-Qazax  bölgəsinin  meyvə  bağlarına  alma  meyvəyeyəni  (Laspeyreisa  pomonella  L.),  Qanlı 
mənənə  (Eriosoma  lanigerum  Hausm),  Alma  yaşıl  mənənəsi  (Aphis  pomi  Dey.),  Gavalı  mənənəsi 
(Hyalopterus  pruni  Fabr),  Böyük  şaftalı  mənənəsi  (Pterochloroides  persicae),  Gilas  mənənəsi  (Myzus 
cerasi  Fabr),  Albalı  mənənəsi  (Myzus  cerasi  L.),  Cənub  armud  mənənəsi  (Dysaphis  pyri  B.d.f.),  Boz 
rəngli alma mənənəsi (Dysaphis devecta Walk.), Nar mənənəsi (Aphis punicae Pass.), Qoz iri mənənəsi 
(Pterocallis    juglandis  Trisch.),  Fındıq  mənənəsi  (Corylobium  avellanae  Schrk.)  və  s.  kimi  mənənələr 
fəsiləsinə  (Aphididae) mənsub olan zərərvericilər ziyan vurur. 
Zərərli  növün  olifaq  və  ya  polifaq  olması  onun    daha  geniş  ərazidə  yayıla  bilməsini  şərtləndirir. 
Olifaq  zərərvericilərdən  alma  meyvəyeyəni,  şərq  meyvəyeyəni,  qırmızı  alma  gənəciyi,  qonur  meyvə 
gənəciyi,  alma  yaşıl  mənənəsi,  bənövşəyi  çanaqlı  yastıca,  tumurcuq  yarpaqbükəni,  alma  şüşəqanad 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
241 
kəpənəyi,  kazarka  və  başqaları  bu  və  ya  digər  səbəblərdən  yaxın  cinslərdən  olan  ağac  bitkiləri  ilə 
qidalanmaya keçərək, növün arealını genişləndirmək və həyatda qalma imkanlarını artırır.  
Azərbaycanda meyvə ağaclarına ən çox zərər vuran növlər kəpənəklər dəstəsinin nümayəndələridir. 
Analizlər  göstərir  ki,  aşkar  olunmuş  zərərvericilərin  növ  müxtəlifliyinə  görə  yarpaqbükənlər  fəsiləsi 
birinci  yeri  tutur.  O,  səkkiz  növlə  təmsil  olunur  ki,  bunların  bir  qismi  böyük  təsərrüfat  –  iqtisadi 
əhəmiyyətə  malikdir.  Borubükən  böcəklər,  sovkalar  və  çanaqlı  yastıcalar  fəsilələri  də  çoxnövlüdür. 
Onların hər biri Azərbaycanın tumlu meyvə bağlarında dörd  zərərli növlə təmsil olunur.  
Haşiyəli  bağacıqlar  fəsiləsi  (Tingitdae)  nümayəndələrinin  bədən  ölçüsü  kiçik  (1,5-4,5  mm), 
qanadüstlüyünün  damarlanması  tor  şəklindədir.  İldə  2-3  nəsil  verə  bilirlər.  Adətən  yetkin  mərhələdə 
qışlayırlar.  Xarakterik  nümayəndəsi  Armud  bağacığı  (Stephanitis  pyri  F.).  Bu  növ  alma,  armud,  gilas, 
albalı və s. kimi ağaclara böyük ziyan vurur. 
Yastıcaların əksəriyyəti növdən asılı olaraq ildə 2 və daha çox nəsil verir. Yumurtalarını yumurta 
kisəsinə  qoyurlar.  Sürfə  birinci  yaşda  hərəkətli  olur  və  yastıcaların  yayılmasında  rol  oynayır.  Sonra  isə 
sürfə  bitkinin  şirəsini soraraq  hərəkətsiz  olur  və  bu  vəziyyətdə  yetkin  mərhələyə  keçir.  Yastıcaların  bir 
çox  növləri  sitrus  və  meyvə  bitkilərinə  zərər  verir.  Beləliklə  onlar  yarpaqların  qurumasına  səbəb  olur. 
Yastıcalardan  Kaliforniya  çanaqlı  yastıcası  (Diaspidiotus  perniciosus  Comst.),  Vergülşəkilli  çanaqlı 
yastıca (Lepidosaphes ulmi L.), Unlu sitrus yastıcası (Pseudococcus gahani Green.), Bənövşəyi çanaqlı 
yastıca (Parlatoria oleae Colvee), Akasiya yalançı çanaqlı yastıcası (Parthenolecanium Corni Bouche) və 
s. bitkilər üçün daha təhlükəlidir. 
Gənəciklər  (Acarina)    hörümçəyə  bənzər  ziyanvericilərdir.  Gənələrin  fərqli  əlamətləri  onların 
bədəninin  buğumlara  ayrılmaması  (gənələrin  bədəni  dairəvi  və  ya  oval  formada  olur),  bığcıqların 
olmaması və dörd cüt (yaşlı gənələrdə) ayaq olmasıdır.  Ağız aparatının quruluşu müxtəlifdir. Sərt (qaba) 
yem yeyən gənələrin (Məsələn ambar gənələri) ağız orqanı gəmiricidir, bitkilərlə qidalanan gənələrin ağız 
aparatı isə bitkilərin toxumalarını deşmək və onlardan şirə sormaq üçün uyğunlaşmışdır. 
Gənələr  bədənlərindəki  deşiklər  vasitəsilə  tənəffüs  edirlər.  Bu  deşiklər  şaxələnmiş  tənəffüs 
borucuqlarına-traxeyalara və ya bütün dəri səthinə gedir. Gənələrin inkişafında yumurta, sürfə, nimfa və 
yaşlı gənə mərhələləri olur. Şərait əlverişli olmadıqda gənələrin bəzi qruplarında daha bir xüsusi nimfa 
fazası əmələ gəlir. Hipopus adlanan bu mərhələ əlverişli olmayan xarici şəraitin təsirinə çox davamlıdır. 
Bitkilərlə qidalanan gənələr son dərəcə kiçik olur. Qonur meyvə gənəsi (Bruobia redikorzevi Reck), 
Yemişan  gənəsi  (Tetranychus  viennensis  Lacher),  Qırmızı  alma  gənəciyi  (Panonychus  ulmi  Koch), 
Armud fır gənəciyi (Eriophyes pyri L.) və s. meyvə bitkilərinin çox təhlükəli zərərvericiləridir. 
 
 
QARAMAL ƏTĠNĠN ORQANOLEPTĠKĠ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
Məmmədov H.C.  
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Ət  insanların  gündəlik  həyatı  üçün  çox  vacib  ərzaq  növü  olub,  onların  böyüməsinin 
nkişafını,sağlamlığın  və  əmək  qabiliyyətini  təmin  edir.  Ətin  böyüməkdə  olan  uşaqlar  üçün  plastik 
funksiyasının yerinə yetirməkdə, yeni toxumaların qurulması,daimi dəyişən toxumaların bərpa olunması, 
hormonların, fermentlərin, antitellərin sintez olunması üçün əvəzi yoxdur. 
Ətin  tərkibində  bütün  əvəz  olunmayan  amin  turşuları  vardır.  Odur  ki,ət  tam  dəyərli  zülaldır. 
Bundan  başqa  ətin  tərkibində  yağlar,  heyvani-şəkər  glikogen,  mineral  maddələr,  vitaminlər,  hormonlar, 
fermentlər  və s.-dən ibarət orqanizm  üçün vacib olan bütün komponentlər vardır. 
Ət və ət məhsulları qiymətli ərzaq məhsulu olmaqla yanaşı konservlər, müxtəlif növ kolbaslar, hisə 
verilmiş ət məmulatı, tibbi və ferment preparatları, ət unu və s.hazırlanmasında istifadə olunur. 
Bütün  bunlarla  yanaşı  ət  həmdə  toksikoinfeksiya  mənbəyidir.  Ət  vasitəsi  ilə  bir  sıra  helmintlər 
insana  yoluxa  bilər.  Və  həmçinin  ət  vasitəsi  ilə  insanlara  ən  qorxulu  olan  qara  yara,  vərəm,  brusellyoz, 
dabaq və s.xəstəliklər keçə bilərlər. Odur ki, bütün göstərilənlərə qarşı istifadə olunan ət və ət məhsulları 
mövcüd təlimata uyğun baytarlıq-sanitariya ekspertizasından keçməlidir(1). 
Məlumdur ki,ətin alınma mənbəyləri heyvanlardır. Qaramal əti yaşına və cinsiyyətinə görə bir neçə 
qrupa bölünür, orqanoleptiki və fiziki-kimyəvi göstəricilərə görə fərqlənirlər.                                                                        


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə