Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə139/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   135   136   137   138   139   140   141   142   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
256 
2) İstehsal proseslərində ayrılan qazlar.  
Neft kimya müəssisələrində yaranan tullantı qazlar öz tərkibinin müxtəlifliyinə, dəyişgənliyinə və 
zəhərliliyinə  görə  daha  təhlükəlidir.  bu  qazlar  ətrafa  atılmazdan  əvvəl  mütləq  zərərsizləşdirilməli  və 
neytrallaşdırılmalıdır.  Çünki,  bu  qazların  tərkibindəki  zərərli  maddələr  bitkiləri,  heyvanları  və  insanları 
zəhərləyərək ətraf mühiti və ekologiyanı korlayır. Bu zərərlərin qarşısını almaq üçün müxtəlif üsullardan 
istifadə  olunur  ki,  bunlar  da  öz  növbəsində  xarakterlərinə  görə  kimyəvi  və  fiziki  təmizlənmə  üsullarına 
bölünürlər:  
Fiziki  üsullarla  tullantı  qazlar  təmizlənərkən  heç  bir  kimyəvi  çevrilmə  baş  vermədən  qazlardan 
zərərli  maddələr  ayrılır.  Bu  üsullardan  ən  çox  yayılan  süzmə,  yaş  təmizləmə,  absorbsiya  və  adsorbsiya 
üsullarıdır.  
Kimyəvi  üsullarla  tullantı  qazların  təmizlənməsində  müvafiq  zərərli  maddələrdə  kimyəvi 
reaksiyaya  daxil  olan  aktiv  maddələrdən  istifadə  olunur.  bu  üsulların  həyata  keçirilməsində 
adsorbsiya  və  absorbsiya  üsullarından  geniş  istifadə  edilir.  Məsələn,  Sumqayıt  Kimya 
müəssisələrində  xlorlu  üzvi  suntez  istehsalatlarında  külli  miqdarda  turşu  tərkibli  qazlar  yaranır. 
Bunun üçün bir qayda olaraq qələvi tərkibli su məhlullarından istifadə olunur. belə istehsalatlardan 
ekoloji cəhətə daha ağır olanları sanitar kalonlarında 5  – 10%-li NaOH qələvisi ilə yuyulduqda bu 
turş qazlar qələvi ilə reaksiyaya girərək neytrallaşır.  
 
Bəzi maddələrin atmosferdə buraxıla bilən qatılığı (BBQ)  
                                                                                                           Cədvəl    
s/s 
Maddələrin adı 
BBQ 
mq/m

1. 
Doymuş karbohidrogenlər  
300 
2. 
Doymamış karbohidrogenlər  
50 
3. 
Neft məhsullarının buxarları  
300 
4. 
Ağır neft məhsullarının aerozolları  

5. 
Aromatik karbohidrogenlər  
50 
6. 
Xlorlu üzvi maddələr  
0,1 – 5,0  
7. 
Alfatik spirtlər  
10 – 50  
8. 
Fenollar  
0,3 
 
 
 PROPĠLEN-QLĠKOL  ĠSTEHSALI  TULLANTILARIN  UTĠLIZASĠYASI  VƏ  YA 
ZƏRƏRSĠZLƏġDĠRILMƏSĠ   PROSESĠNĠN  ARAġDIRILMASI  
 
Axundov T.F.  
Sumqayıt Dövlət Universiteti  
 
Kimya  sənayesinin  hazırki  inkişafı  göstərir  ki,  istehsal  olunan  məhsullar  bir  sıra  təbii  məhsulları 
bilavasitə  əvəz  edir.  Aydındır  ki,  bu  və  ya  digər  istehsal  olunan  sintetik  məhsullar  müxtəlif  xammal  və 
monomerlər  əsasında  alınır.  Bu  cür  məhsullardan  biri  də  propilenqlikol  sayılır.  Propilenqlikol  əsasən 
propilen  oksidindən  alınır  və  poliefir  qətranların,  poliuretan,  plastifikator,  selofan  plyonkalar,  eləcə  də 
hidravliki  maye  və  yağlayıcıların  alınması  və  müx-təlif  maddələrin  tərkiblərinə  qatılması  üçün  işlənilir. 
Propilenqlikol  etilenqlikola  nəzərən  az  toksiloji  hesab  olunur  və  elə  buna  görə  də  bəzi  yeyinti 
məhsullarının yumşaq saxlanması məqsədilə nəmləşdirici bir komponent kimi istifadə olunur. 
Propilenqlikol istehsalında əsas məhsullardan başqa əlavə kənar məhsullar və tullantılar da alınır. 
Tullantıların və kənar məhsulların bir hissəsi tutumlara yığılaraq təkrar istehsala göndərilir. Digər hissəsi 
isə  qazvari  tullantı  halında  ətraf  mühitə  səpələnərək  onu  korlayir.  İstehsalat  tullantılarına  xlor,  duz 
turşuları, xlor üzvi birləşmələr, işlənmiş maye qələvi qarışıqları, çirkab suları aiddir. Onların təsirindən 
hava , torpaq və su hövzəsi çirklənərək ekoloji mühiti pisləşdirir. Ona görə də bu problemlərin qarşısını 
aımaq ücün istehsalatda tədbirlər görülür. Ətraf mühitin mühafizəsi məqsədi ilə qaz-toz tutucu qurğular 
işlədilir. Bu qurğuların səmərəliliyi 90 %-ə çatır. 
Propilenqlikol  istehsalında  bərk  tullantılar  yoxdur,  maye  tullantılar  isə  reaksiya  yolu  ilə  kənar 
məhsullar  alınmasında  istifadə  olunur.  Reaksiyaya  girməyən  propilen  və  təsirsiz  qazlar  təzyiqlə  məşələ 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
257 
verilməzdən  əvvəl  abqazın  təmizlənməsi  qovşağında  xlordan,  HCl  turşusundan  və  xlor  üzvi 
birləşmələrdən  təmizlənir.  Hava  yollarından  çıxan  qaz  tullantıları  ətraf  mühitə  səpələnərək    onu 
çirkləndirir.  Ona  görə  də  təmizlənməsi  mümkün  olmayan  qazları  məşəldə  yandırırlar.  Hava  hövzəsinə 
atılan qazlar normaya uyğun olmalıdır. Xlorun havada qatılıq həddi 1 mq/m
3
, propilenin havada yol verilə 
bilən miqdarı 50  mq/m
3
 –dir. Texnoloji proseslər zamanı yaranan tullantıların bir hissəsi xüsusi qurğular 
vasitəsi  ilə  tutularaq  utilizasiya  edilir.Xüsusi  qurğu  və  avadanlıqlar  vasitəsi  ilə  tullantılar  yenidən  emal 
edilərək  tutumlara  yiğilir.  Su  hövzəsinə  axıdılan  çirkab  suların  tərkibində  olan  zərərli  maddələrin 
tutulması ücün zavod ərazisində lokal təmizləyici qurğu quraşdırılmışdır. Həmin qurğuda çirkab suların 
və  axıntıların  tərkibində  olan  neft  məhsulları  tutulur,  turşular  neytrallaşdirilir  və  çökdürüldükdən  sohra 
üzvi  tərkibli su kimi rayon təmizləmə stansiyasına verılır. Tərkibində turşu axıntıları olan mineral tərkibli 
sular  da   həmçinin ərazi  (rayon)  təmizləmə  stansiyasina  axıdılır.  Zavodun  ərazisində  toplanmış  ―texniki 
təmiz sular ― ın bir hissəsi Sumqayıtçay vasitəsi ilə Xəzər dənizinə axıdılır. 
Ətraf  mühitə  atılan  zərərli  toksiki  maddələrin  norma  həddlərinə  Azərbaycan  Respublikasının  və 
Sumqayıt şəhərinin  ―Təbiət mühafizəsi və təbii ehtiyatlara nəzarət ― komitəsi tərəfindən nəzarət edilir.  
İstehsalatın ətraf mühitə qarşılıqlı təsiri bir çox texnoloji proseslərin ayrılmaz hissəsidir.     
 
FLÜORLU QAZLARIN ZƏRƏRSĠZLƏġDĠRMƏ ÜSULLARI  
 
Hətəmli K.E. 
Sumqayıt Dövlət Universiteti  
 
Flüor xalq təsərrüfatı üçün strateji və iqtisadi  əhəmiyyət kəsb etdiyi qədərdə də ətraf mühit üçün 
təhlükəli və zərərli sayılır. Bu zərərli təsir həm fosfatlı xammalların meneral gübrələrlə emalı prosesində, 
həm də digər sahələrdə, o cümlədən alüminium flüorid alınmasında özünü göstərir. Proses zamanı tullantı 
kimi  ətraf  mühitə  flüor  və  onun  birləşmələri  atılır.  Bu  birləşmələrin  miqdarı  isə  olduqca  böyükdür. 
Məsələn,  fosfatların  mineral  turşularla  emalı  zamanı  ətraf  mühitə  hər  ton  reaksiya  məhsuluna  30-50  kq 
flüor  və  onun  birləşmələri  ayrılır.  Onların  tutulması  isə  çətin  və  mürəkkəb  proseslərdir.  Lakin  ətraf 
mühitə zərərli təsirinə qarşı ciddi tədbirlər görülməsi vacibdir. 
Alüminium  flüoridin  alınması  olduqca  mürəkkəb  və  çətin  texnoloji  prosesdir.  Çətinlik  onunla 
əlaqədardır  ki,  flüor  olduqca  kimyəvi  aktiv  və  aqressiv  elementdir.  Reaksiyalar  aparılacaq  qabların  və 
texnoloji  proveslərin  həyata  keçirilməsi  üçün  aparatların  konstruksiya  edilməsi,  material  seçilməsi, 
hazırlanması problemlər yaradır. Onun alınması bir çox xammallardan istifadə etməklə ola bilər. Onların 
ən əsası isə alüminium hidroksidə heksaflüorid sislisium turşusunun təsiri ilə gedən reaksiyadır. Reaksiya 
iki mərhələdə gedir. Birinci mərhələdə alüminium heksaflüorid alınır:  

2
СиФ
6
 + 2 Ал (ОЩ)
3
 = Ал
2
 (СиФ
6
)
3
 + 6 Щ

О 
Reaksiyanın  ikinci  smərhələsində  isə  alüminium  heksaflüorid  hidrolizə  uğrayaraq  alüminium 
flüorid alınır.  
Ал
2
(СиФ
6
)
3
 + 6Щ
2
О = 2АлФ
3
 + 3 СиО
2
 + 12ЩФ 
Alınan  hidrogen  flüorid  isə  yenidən  reaksiya  mühitində  qalan  alüminiui-hidroksidlə  reaksiyaya 
girərək alüminiumflüorid alınır .  
12 ЩФ + 4Ал (ОЩ)
3
 = 4АлФ

+ 12 Щ
2
О 
Yekun reaksiya isə aşağıdakı kimi yazıla bilər.  
Щ
2
СиФ

+ 2Ал(ОЩ)
3
 = 2 АлФ
3
 + СиО
2
 +4 Щ
2
О 
Burada  alınan  alüminium  flüorid  məhlulu  silisium  oksidindən  ayırmaq  lazım  gəlir.  Bu  proses  xüsusi 
filtrləyici materialdan məhlulu süzməklə həyata keçirilir .  
Sürmə prosesindən sonra məhlul alüminium flüorid kristallaşma mərhələsinə verilir, silisium oksidi 
isə  tərkibində  qalan  qalıq  heksaflüorid  turşusu  neytrallaşdırılır  və  onun  üçün  xüsusi  ayrılmış  çirkli 
şlamyığıcı ambaraçala torpaq sahəsinə verilir. 
 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə