Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə128/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   124   125   126   127   128   129   130   131   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
234 
Ölkəmizdə  son  illər  həyata  keçirilən  sosial  –  iqtisadi  islahatlar,  əldə  edilən  nailiyyətlər  ətraf 
mühitin mühafizəsinə və ekoloji problemlərin həllinə əlverişli zəmin yaratmışdır.Dövlətimizin bu sahəyə 
göstərdiyi  diqqət  və  qayğı  nəticəsində  biomüxtəlifliyin  qorunması  istiqamətində  uğurlu  nəticələr 
qazanılacağı şübhə doğurmur. 
Məlum olmuşdur ki, torpaqların müxtəlif mənşəli maddələrlə çirklənməsi, onun həm kimyəvi, həm 
də bioloji aktivliklərinə bu və ya digər dərəcədə mənfi təsir göstərir.Nəticədə torpaqların münbitliyi azalır 
və torpağın məhsuldarlığı aşağı düşür. 
Torpaqda  müxtəlif  xarakterli  canlılar  məskunlaşıbdır  və  onlar  torpağın  bir  sıra  ekoloji 
funksiyalarına  görə  cavabdehlik  daşıyırlar.Torpaq  mikroaləminin  aktiv  nümayəndələrindən  biri 
göbələklərdir.Ən  çox  diqqət  çəkən  və  tədqiq  olunan  isə  mikromisetlərdir.Mikromisetlərin  biotopda 
yayılması  və  texnogen  xarakterli  funksiyası  tədqiqatçıların  diqqət  mərkəzində  olan  tədqiqat 
obyektlərdəndir. 
Tədqiq  edilən  mikromisetlər  həm  maye,  həm  də  bərk  qidalı  mühitlərdə  öyrənilən  fermentlərin 
aktivliklərinə  malik  olurlar  və  bu  zaman  da  aktivlik  səviyyəsi  fərqli  göstəricilərlə  xarakterizə 
olunur.Məlum  olmuşdur  ki,  mikromisetlər  sellülolitik,  ksilanolitik,  lipolitik,  proteolitik,  amilolitik, 
pektolitik, liqnolitik kimi fermentativ aktivliklərə malikdirlər. 
Toksik  əmələ  gətirmək  qabiliyyəti  yalnız  göbələklər  üçün  deyil,  həm  də  bakteriya  və  aktinomisetlərə 
məxsusdur.Ekoloji vəziyyət pisləşdikcə bu qabiliyyət daha da güclənir. 
Torpaq  örtüyünün  vəziyyətinin  pisləşməsi  mikroorqanizmlər  tərəfindən  mikrotoksinlərin 
istehsalına şərait  yaranır.Bu  qabaqcadan  bilinməyən  ekoloji  nəticələrə  gətirib  çıxara  bilər.Buna  görə  də 
torpaqda  humusun  saxlanması,  kipliyin  qarşısının  alınması  və  oksidləşmə  reduksiya  potensialının 
nizamlanmasına yönəldilən məsələləri həll etmək lazımdır. 
Tədqiq  edilən  biotoplarda  yayılan  göbələklərin  –  mikromisetlərin  ekolo  –  trofik    əlaqələrə, 
patogenliyə və allergenliyinə görə xarakterizə etmək daha maraqlıdır. 
Tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  Mucor  cinsinə  göbələklərin  proteolitik  sistemi 
digərlərinkindən  gaha  güclüdür  və  tədqiq  edilən  ştammların  demək  olar  ki,  hamısı  yüksək  proteolitik 
aktivliyə malikdir. 
Tədiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  texnogen  torpaqlardan  ayrılan  mikromisetlərin 
lesitinaza  aktivliyi  zamanı  məlum  olmuşdur  ki,  tədqiq  olunan  göbələk  kulturalarının  natrium  –  xlor  ( 
NaCl  )  –  lu  yumurta  sarısı  olan  maye  mühitdə  törətdiyi  lesitovitellin  reaksiyası  bir  qədər  gecikərək, 
becərilmənin 10 – 20 sutkaları arasında müşahidə olunmuşdur. 
Müxtəlif  biotopların  mikrokompleksinin  formalaşmasında  iştirak  edən  növlər  biotoplardakı 
rastgəlmə tezliyinə görə fərqlənirlər, belə ki, neftlə çirklənmiş torpqlarda yayılan göbələklərin 9,3 %  - i 
dominant, 75,9 %  - i tez  – tez rast gəlinən, 14,8 %  -  i isə təsadüfi növlər kimi xarakterizə olunurlar.Bu 
göstəricilər təmiz və kimyəvi maddələrlə çirklənmiş torpaqlarda isə müvafiq olaraq 8,9 % və 9,8 %, 50, 0 
% və 60,8 %, 41,1 % və 29,4 % təşkil edirlər. 
Beləliklə,  mikroorqanizmlərdən  –  xüsusilə  mikromisetlərdən  istifadənin  getdikcə  intensivləşməsi, 
onlardan alınan məhsullara tələbatın gündən – günə artması bu sahədə istifadə edilən mikroorqanizm  – 
produsentlərə olan tələblərin də dəyişməsini şərtləndirmiş və əsas tədqiqat obyektlərinə çevirmişdir. 
 
 
EFĠRYAĞLI BĠTKĠLƏRĠN MĠKOBĠOTASI VƏ ANTĠFUNGAL ƏHƏMIĠYYƏTĠ 
 
Dərvişova N.N. 
Sumqayıt Dövlət Universiteti 
 
Müxtəlif geoloji ərazilərin mürəkkəb relyefə və özünəməxsus bitkiçiliyə malik olması Azərbaycan 
təbiətini  fərqləndirən  əsas  amillərdir.  Məhz  bunun  nəticəsidir  ki,  çox  da  böyük  olmayan  əraziyə  malik 
Azərbaycanda  Yer  kürəsində  rast  gəlinən  əsas  bitki  tipləri  yayılmışdır.  Bunların  içərisində  efir  yağlı 
dərman bitkiləri xüsusi əhəmiyyət kəsb edir. Lakin, çox təəssüf  hissi ilə qeyd etmək yerinə düşər ki, efir 
yağlı  dərman  bitkilərinin  həm  arealı,  həm  də  ehtiyatları ildən-ilə  sürətlə  azalmaqdadır.  Bunun  müxtəlif 
səbəbləri  vardır.  Ən  əsas arqumentlərdən  biri  də efir yağlı  bitkilər  üzərində  müxtəlif  xəstəliklər  törədən 
fitopatogen  mikromisetlərdir.  Başqa  sözlə  desək,  efir  yağlı  dərman  bitkiləri  üzərində  məskunlaşan 
fitopatogen  göbələklər  nəinki  onların  arealını  və  ehtiyatlarını  azaldır,  eyni  zamanda  bu  bitkilərin 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
235 
komponent  tərkibində  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinə  əsaslı  təsir  göstərir.  Hansı  ki,  bu  zaman 
həyat  fəaliyyəti  nəticəsində  bir  sır  metabolitlər  əmələ  gəlir  ki,  onların  da  bir  qismi  toksiki  təsirə  malik 
güclü zəhərlərdir. Bu zəhərli maddələr göbələklərin mitseliləri vasitəsi ilə məskunlaşdıqları bitkinin daxili 
toxumalarına  qədər  gedib  çıxır.  Odur  ki,  efir  yağlı  dərman  bitkilərinin  üzərində  məskunlaşan 
mikobiotanın növ tərkibini, onların inkişafı və yayılmasını mikoloji metodlarla tədqiq etmək lazımdır. Bu 
məqsədlə  Azərbaycan  florasına  daxil  olan  efir  yağlı  dərman  bitkilərinin 68  növünün  mikobiotası tədqiq 
edilmişdir.  
Aparılan tədqiqatlardan aydın olmuşdur ki, tədqiq edilən bitkilərin mikobiotasının formalaşmasında 
mikromisetlərin  87  növü  iştirak  edir  ki,  onların  da  əksəriyyəti  anamorf  göbələklərə(72  növ),  yəni 
Deutoromycota şöbəsinə aiddir.  Başqa sözlə, qeydə alınan göbələklərin 82,8%-ni məhz qeyri-müəyyən 
göbələklər təşkil edir. Qalan göbələklərin taksonomik struktur vahidi üzrə paylanma ardıcıllığı aşağıdakı 
kimi  olmuşdur:  Zygomycota  –  8,0%,  Ascomycota  –  4,6%,    Bazidiomycota    –    4,6%.    Qeydə  alınan 
göbələklər efir yağlı dərman bitkilərinin müvafiq olaraq həm vegetativ (gövdə, kök və yarpaq), həm də 
generativ (çiçək və meyvə) orqanlarında məskunlaşa bilirlər. Aparılan tədqiqatlar göstərir ki, göbələklər 
gövdə,  kök  və  yarpaqlarla müqayisədə, çiçək  və  meyvələrdə  daha  şox  məskunlaşırlar.  Bu isə  vegetativ 
orqanlarla müqayisədə generativ orqanlarda metabolizm məhsullarının daha çox miqdarda toplanması ilə 
əlaqədardır.  Məsələn,  əgər  meyvə  və  çiçəklərdə  ümumilikdə  43  növ  qeydə  alınmışsa,  gövdə,  kök  və 
yarpaqlarda bu say 59 növlə xarakterizə olunur. Lakin 15 növ göbələyə isə tədqiq edilən bitkilərin həm 
vegetativ,  həm  də  generativ  orqanlarda  məskunlaşa  bilir.  Yayılmasına  görə belə  göbələkləri  ―universal‖ 
göbələklər adlandırırlar. 
 
ABġERONUN MÜALĠCƏ ƏHƏMĠYYƏTLĠ BĠTKĠLƏRĠNĠN FLORĠSTĠK  
ANALĠZĠ VƏ ƏHƏMĠYYƏTĠ 
 
Rüstəmova T.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Abşeronun  müalicə  əhəmiyyətli  efir  yağlı  dərman  bitkilərinin  terapevtik  xüsusiyyətlərə  malik 
olması eksperimental olaraq öz təsdiqini tapmışdır. Qeyd edək ki, təbii və ya sintetik mənşəli antifunqal 
dərman preparatları içərisində efir yağlı dərman bitkilərindən alınan preparatlar aşağı toksikliyi və yüksək 
aktivliyi  ilə  fərqlənirlər.  Ona  görə  də,  yabanı  bitki  florası  içərisində  göbələk  əleyhinə  vasitələrin 
axtarılması  daha  məqsədəuyğun  hesab  olunur  və  perspektiv  tədqiqatlara  yol  açır.  Ədəbiyyat 
məlumatlarının  analizi  göstərir  ki,  tədqiq  olunan  bitkilərin  tərkibində  müalicəvi  xüsusiyyətlər  daşıyan 
müxtəlif növlü bioloji aktiv maddələr mövcuddur. Bizim tədqiq etdiyimiz efir yağlı dərman bitkilərinin 
əksəriyyəti xalq təbabətində geniş miqyasda tətbiq olunur (Cədvəl 1).    
 
 
 
 
                         Bir sıra aromatik və dərman bitki növlərinin terapevtik 
xüsusiyyətləri və onlardan alınan bioloji aktiv maddələr                                                                                                                                    
                                                                                                                                   Cədvəl- 1 
 
Bitki növləri 
 
Bioloji aktiv 
maddələrin 
növləri 
 
Tətbiq 
formaları 
İstifadə 
olunan 
orqanlar 
 
Bioloji 
təsiri 
 
Tətbiq  
sahələri 






Phlomis 
pungens 
Efir yağı, 
diterpenoidlər, 
steroidlər, 
alkaloidlər, C, 
B
2
, E və K 
vitaminləri, 
karotinlər, aşı  
maddələri, 
flavanoidlər, 
fenolkarbon 
turşuları 
 Xalq 
 təbabəti 
Yerüstü 
orqanlar 
  
 
 
 
 
Köklər 
Tonizəedici, 
diuretik, immunitet 
artıran, protistosid, 
antibakterial 
 
 
 
Yarasağaldıcı 
Bronxit, tuberkulez, 
pnevmoniya, kəskin 
respirator infeksiyası, 
xroniki və hipasid 
qastrit, yazva, 
anemiya, malyariya, 
asteniya, revmatizm
hipertoniya və s.-də 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə