Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə126/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   122   123   124   125   126   127   128   129   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
230 
biliklərin  yada  salınması,  təkrarlanması,  biliklərin  ümumiləşdirilməsi  və  sistemləşdirilməsi 
prosesində daha çox istifadə edilir. 
Hər  bir  mövzunun  tədrisinə  uyğun  fərqli  fəal  təlim  metonlarından  istifadə  edilməsi  daha 
səmərəli nəticə alınmasına səbəb olur.     
 
 
 
 
 
 
TƏDRĠS PROSESĠNDƏ ġAGĠRDLƏRĠN ĠDRAK FƏALĠYYƏTĠNĠN ĠNKĠġAFI  
 
Əliyeva G.K. 
Sumqayıt Dövlət Universiteti 
 
Tədris prosesində başlıca olan cəhət şagirdlərin idrak fəaliyyətinin müxtəlif növləri, xüsusiyyətləri 
və  qanunauyğunluqlarının  nəzərə  alınmasıdır.  Məlumdur  ki,  şagird  varlıq  haqqında  olan  məlumatları 
müxtəlif  duyğu  orqanları  vasitəsi  ilə  əldə  edir.  Duyğu  orqanlarının  köməyi  ilə  əldə  edilən  həmin 
məlumatlar  insan təfəkkürünün  bir  sıra  əməliyyatları  vasitəsi ilə  beyin  süzgəcindən  keçilir  və  təcrübədə 
yoxlanılır.   
Müasir  ədəbiyyatlarda  insanların  idrak  fəaliyyətinin  ―Pertseptiv‖,  ―Produktiv‖  və  ―Reproduktiv‖  
olmaqla üç növ olduğu qeyd edilir. 
Pertseptiv  idrak  fəaliyyəti  əşyanın və dünyanın maddiliyi ilə əlaqədar hadisələrin xarici əlamət-
lərini və onlar haqqındakı bilikləri dərk etməkdən ibarətdir. Predmet və hadisə haqqındakı biliklər yazılı 
və  ya  şifahi  nitq  vasitəsi  ilə  mənimsənilir.  Bu  növ  fəaliyyət  duyğularla  başlayaraq  sistem  və  ya  hadisə 
haqqındakı  təsəvvürün  formalaşması  mərhələsində  başa  çatır.  Bu  proses  zamanı  əmələ  gələn  təsəvvür 
idrak fəaliyyətinin başqa növləri üçün material vəzifəsini görür. 
Biologiya  tədris  prosesində  şagirdlərin  idrak  fəaliyyəti  öz  təbiətinə  görə  müxtəlifdir.  Bu  mənada 
pertseptiv idrak fəaliyyəti özü də üç növ olur. 
1.  Şagirdlər  cisim  və  hadisələrin  xarici  əlamətlərini,  həmçinin  onlar  haqqındakı  hazır  bilikləri 
mənimsəyir. Bu halda fəaliyyət xüsusi pertseptiv adlanır. 
2.  Şagirdlər  mümkün  olan  bu  və  ya  digər  məsələni  mənimsəyərkən  mühakimənin  gedişi  və  yaxud 
hadisənin  izahı  zamanı  müəyyən  qanunauyğunluğu  aşkar  edir.  Bu  halda  idrakı  proses  pertseptiv 
tədqiqatçılıq adlanır. Pertseptiv tədqiqatçılıq fəaliyyətinin gedişi zamanı şagirdlərdə təbiət və cəmiyyətin 
dərk edilməsi yolları, elmi axtarışların məntiqi və psixologiyası haqqında ilk təsəvvürlər, dünya və onun 
qanunauyğunluqlarının dərk olunması inamı formalaşır. 
3. Şagirdlər mümkün olan bu və ya digər məsələni qavrayarkən mühakimə prosesində onlarda cihaz 
yaratmaq  meyli  əmələ  gəlir,  müəyyən  kimyəvi  maddələrin  alınmasına  aid  cihazı  təkmilləşdirmək 
təsəvvürü yaranır. Belə idrak fəaliyyəti pertseptiv yaradıcılıq adlanır. 
Produktiv  idrakı  fəaliyyətinin  gedişində  insan  praktiki  və  idraki  vəzifəni  müstəqil  həll  edir. 
Şagirdlərin  tədris  prosesində  tədqiqatçılıq  və  yaradıcılıq  fəaliyyətinə  cəlb  edilməsi  tədricən  həyata 
keçirilir.  Müəllim  bu  və  ya  digər  mövzunun  tədrisi  zamanı  şagirdlərin  qarşısında  hadisənin  izahı, 
qanunauyğunluğun  çıxarılması  ilə  əlaqədar  problem  xarakterli  sual  qoyduqda  və  şagirdləri  həmin 
problemin qismən və tamamilə həlli üçün mühakimə aparmağa ardıcıl istiqamətləndirdikdə şagirdlər gər-
gin zehni fəaliyyətdə olur. Buna evristik fəaliyyət deyilir. 
Reproduktiv  idraki  fəaliyyəti  qavranılmış  biliklərin  yenidən  mənimsənilməsindən  və  təqdimindən 
ibarətdir.  Biliklərin  yenidən  mənimsənilməsi  və  tətbiqi  xarakterindən  asılı  olaraq  reproduktiv  idraki  
fəaliyyət də müxtəlif ola bilər.  
Şagirdlər  biologiya  haqqında  qavradıqları  hazır  biliyi  yenidən  mənimsəyərkən  müəyyən  idrakı 
fəaliyyət göstərirlər ki, buna xüsusi idrakı fəaliyyət deyilir. 
Şagirdlər  əvvəllər  hadisənin  izahı  və  qanunauyğunluğun  aşkar  edilməsi  ilə  əlaqədar  mühakimə 
nəticəsində qavradıqları biliyi yenidən mənimsəyərkən yenə də idrakı fəaliyyətdə olurlar. Bu növ idrakı 
fəaliyyət isə reproduktiv-tədqiqatçılıq adlanır.    


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
231 
Şagirdlər  əvvəllər  qavradıqları  biliyi  yenidən  mənimsəyərkən  idrakı  fəaliyyət  göstərirlər.  Bu  növ 
idraki fəaliyyətə reproduktiv-yaradıcılıq fəaliyyəti deyilir. 
  
 
BĠOLOGĠYANIN TƏDRĠSĠ METODĠKASININ BAġQA ELMLƏRLƏ ƏLAQƏSĠ 
 
Cəfərova A.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Məktəbdə  bioloji  kursların  tədrisi  bioloji  elmlər  sahəsində  yaxşı  erudisiyaya  malik  olmağı,  həm 
praktiki,  həm  də  nəzəri  cəhətdən  təbiət  hadisələrini  düzgün,  elmi  cəhətdən  izah  edə  bilməyi 
müəllimlərdən  tələb  edir.  Bu  isə  məktəb  fənnlərinin  eyni  olmasına  əsas  verir.  Bioloji  elmlərin  əsas 
məzmunu  və  bioloji  tədqiqatların  elementar  üsulları  biologiyanın  tədrisi  metodikasının  spesifikliyini 
müəyyən  edir  və  onu  digər  məktəb  fənlərinin  metodikasından  fərqləndirir.  Tədqiqatçılar  belə  hesab 
edirlər  ki,  tədqiqat  metodlarının  ümumiləşdirilməsi  məktəbdə  canlı  təbiətin  öyrənilməsi  zamanı 
müşahidənin  elementar  tələbatını,  tədqiqatın  dəqiqliyini  və  nəticələrinin  məntiqiliyini  düzgün  təmin 
etməlidir.  Müşahidə  və  eksperiment  yolu  ilə  alınmış  materialın  ümumiləşdirilməsi,  təhlili  şagirdlərdə 
elementar nəzəri düşüncə yaratmaq məntiqi öyrədir. 
Bioloji  fənlərin  bir-biri  ilə  əlaqəsi  baxımından  dərsliklərin  təhlilindən  belə  bir  nəticəyə  gəli 
ki, mövcud dərsliklər arasında bir əlaqə var və həmin əlaqə didaktik prinsiplərə əsaslanan müəyyən 
sistem  və  ardıcıllıca  malikdir.  Zoologiya  fənnindən  keçilən  sistematik  məktəb  kursu  aşağı 
siniflərdə  həyat  bilgisi  və  botanikadan  verilən  biliklərə  əsaslanır.  Həmin  biliklər  zoologiyanın 
tədrisində elmi mühakimələr, izahatlar, sübutlar, dəlillər və s. ilə genişləndirilir, həm də mürəkkəb 
bir formada şagirdlərə aşılanır. Bu biliklər aşağı siniflərin həyat bilgisi materiallarına əsaslandıqda 
daha  yaxşı  mənimsənilir.  Tədris  materialları  şagirdin  keçmiş  biliklərinə  söykənməlidir,  lakin  elə 
informasiyaya malik olmalıdır ki, şagird onun vasitəsilə nəinki yeni olanı öyrənsin, həm də özünün 
keçmiş  biliklərini  və  təcrübəsini  mənalandıra  bilsin,  məlum  olanı  yeni  baxımdan  öyrənsin.  Ona 
görə də orta məktəblərdə zoologiya fənninin tədrisində bu əlaqəyə lazımi diqqət yetirilməli, hər bir 
bioloji hadisənin izahından əvvəl şagirdlərin bu haqda aşağı siniflərdə aldıqları və həmçinin həyati 
müşahidələri  əsasında  əldə  etdikləri  biliklər  onların  yaddaşında  bərpa  olunmalı,  müəyyən  qədər 
yeni biliklər verilməlidir ki,  bu da şagirdlərin elmi dünyagörüşlərinin formalaşmasına kömək edir. 
Zoologiyanın tədrisi zamanı nəinki bioloji fənlər arasında əlaqə yaradılmalı, həmçinin digər 
fənlərlə  də  əlaqəli  şəkildə  tədris  olunmalıdır.  Şagirdlərin  dünyagörüşünü  hərtərəfli  inkişaf 
etdirmək,  təlimin  keyfiyyətini  yüksəltmək  üçün  fənlərarası  əlaqənin  mühüm  əhəmiyyəti  vardır. 
Digər fənlərdə olduğu kimi zoologiyada da proses və hadisələri kimya, fizika, riyaziyyat, coğrafiya 
ilə əlaqəli tədris etdikdə şagirdlərin bilik və  bacarıqları daha çox inkişaf edir. H.Hacıyevaya görə 
zoologiya  fənnindən  mövzuları  coğrafiya  fənni  ilə  əlaqəli  tədris  etdikdə  dərs  şagirdlər  üçün  daha 
maraqlı,  aydın  olur,  onların  elmi  dünyagörüşləri  genişlənir,  daha  doğrusu,  dərsin  məzmununun 
şagirdlər  tərəfindən  şüurlu  mənimsənilməsinə,  onların  dərin  bilik  və  əməli  bacarıq  qazanmalarına 
kömək edir.   
Çətin  mövzuların  tədrisində  müəllimin  yeni  təlim  texnologiyalarından,  xüsusilə  fəal  təlim 
metodlarından, elekton dərslik materiallarından istifadə etməsi zəruridir. Eyni zamanda müəllim tədrisdə 
mövzulararası, kurslararası və fənlərarası əlaqə yaradılmasına səy göstərməlidir. 
 
 
MÜASĠR QĠYMƏTLƏNDĠRMƏNĠN ƏSASLARI   
 
Rüstəmova Z.Q. 
Sumqayıt Dövlət Universiteti 
 
Müasir dövrümüzdə dünyada gedən siyasi, iqtisadi və sosial dəyişikliklər bilavasitə idarəetmənin 
daha  demokratik  üsullarına  keçilməsi,  ölkədə  açıq  vətəndaş  cəmiyyətinin  qurulması,  inkişaf  etmiş 
ölkələrlə  səmərəli  əməkdaşlığın  təmin  edilməsi,  milli  özünəqaydış  hisslərinin  aşılanması  kimi  konkret 
məqsədlərin reallaşdırılmasını tələb edir.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə