Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə124/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   120   121   122   123   124   125   126   127   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
226 
Təcrübə 8 variantdan və 4 təkrardan ibarət olmaqla 32 ləkdə yerləşdirilir. Lakin uzunluğu 5 və eni 
4,8 m olacaqdır. Bir ləkin sahəsi 5m x 4,8m =24m olacaqdır. Ümumi tədqiqatın ərazisi 24m
2
 x 32=768m
2
 
olacaqdır. 
 
 
 
 
 
 
KÖK BĠTKĠSĠNĠN MƏNġƏĠ, TARĠXĠ, AREALI VƏ XALQ TƏSƏRRÜFATINDA 
ƏHƏMĠYYƏTĠ 
 
Abbasova C.A. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Bizim  eradan  əvvəl  X  əsrdə    Iraq  (Keçmiş  Vavilon),  habelə  qədim  Yunanıstanın  ədəbiyyat 
mənbələrində  (Feofrast)  kök  bitkisi  haqqında  məlumatlar  vardır.  Kök  bitkisinin  becərilmə  tarixi  3  min 
ildən artıqdır. O, hələ qədim zamanlardan tərəvəz bitkisi kimi tanınmışdır.  
Bəzi müəlliflər belə hesab edirlər ki, kökün başlanğıc formalaşma mərkəzi  Ön Asiya və Ərəbistan 
tərəfləridir.  
N.I.Vavilov  və  sonralar  P.M.Jukovski      kök  bitkisinin  öz    nişanələrinə  görə  fərqlənən  çox 
müxtəlifliyinə  rast  gəlmiş  və  buna  əsaslanaraq  kökün  2  mənşə  mərkəzinin-  Aralıq  Dənizi  Sahili  və 
Cənubi Qərbi Asiya (Orta Asiya)  olduğu qənaətinə gəlmişdir . 
Kök bitkisinin vətəni Aralıq Dənizi Sahili və Orta Asiya hesab edilsə də kökün yabanı formaları 
Azərbaycanda  geniş  yayılmışdır.  Bununla  bərabər  kökün  yabanı  formalarına  Rusiyanın  Qaratorpaq 
bölgəsində, Ukrayna və Qafqazda rast gəlinir. 
Kök  bitkisi  Çinə  qədim  «Ipək  yolu»  vasitəsilə  Əfqanıstandan  keçmişdir.  Yaponiyada  XVI-XVII 
əsrlərdən  başlayaraq  kök  bitkisinin  Əfqanıstandan  gətirilmiş  sarı  və  narıncı  rəngli  formaları  XIX  əsrin 
axırlarında isə narıncı rəngli avropa sortları becərilməyə başlamışdır.  
Cənubi Qərbi Avropanı mədəni kökün ikinci mənşə mərkəzi hesab etmək olar. Belçika, Hollandiya 
və Böyük Britaniyanın ekoloji şəraiti formasına, rənginə, kütlə və keyfiyyətinə görə fərqlənən genotipik 
kökümeyvəlilərin əmələ gəlməsinə, böyüyüb inkişaf etməsinə ortimal imkan yaratmışdır.  
Yemək  kökü  daha  qədimdən  rum  və  yunanlara  məlum  idi.  Ilk  dəfə  kökün  ağ,  sarı  və  bənövşəyi 
formaları  yayılmışdır.  Lakin  süni  seçmələr  və  hibridləşmənin  tətbiqi  sayəsində  XIX  və  XX  əsrin 
başlanğıcında daha məhsuldar qırmızı, karotinli (narıncı) sortlar əmələ gəlməyə başladı. Belə sortlardan 
XIX  əsrin  axırlarında  Fransada  yayılmış  Qrelo,  Nant,  Şantene,  Valeriya,Qeranda,Karotel  tipli  sortlarını 
göstərmək olar.  
Kökün karotinli sortları XIX əsrdən başlayaraq Avropadan Rusiyaya yayılmağa başlamışdır. Kök 
bitkisinin  bioloji  xüsusiyyətləri  onu  dünyanın  hər  yerində  yayılmasına  imkan  yaratmışdır.  Belə  ki,  o, 
Avropa, Asiya, Şimali Afrika və Amerikada becərilir. Ədəbiyyat məlumatına görə dünyada kökün əkin 
sahəsi  480  min  hektar,  kütləvi  yığımı  10  mln  tona,  orta  məhsuldarlığı  isə  22  t/ha-ya  çatır.  Qeyd  etmək 
lazımdır ki, kök bitkisi ən çox Fransa (40 min hektardan artıq),  ABŞ (30 min hektardan artıq), Yaponiya 
(20 min hektara yaxın), Böyük Britaniya (12 min hektar) və Kanadada ( 5 min hektar) geniş əkin sahələri 
tutur.  
Yuxarıda qeyd olunduğu kimi kök dünyanın bütün ölkələrində, Azərbaycan respublikasında isə ən 
yüksək  dağlıq  rayonlarında  belə,  becərilir.  Lakin  respublikamızda  onun  əkin  sahəsi  az  olub  tərəvəz 
əkininin 3-4 %-ni tutur . 
Kök  bitkisi  təsərrüfat  əhəmiyyətinə  görə  kökümeyvəlilər  içərisində  birinci  yerdə  durur.  Onun 
tərəvəz  kimi  yoğunlaşmış  şirəli  kökləri  istifadə  edilir  ki,  bu  hissə  kökümeyvə  adlanır.  Kökümeyvənin 
tərkibini 88,8% su, 6,4 % şəkərlər, 1,67 % selülloz birləşmələri, 2,64 %-i azotsuz birləşmələr, 1,03 % kül 
elementləri təşkil edir. Quru maddənin miqdarı 9,26-14,1 % arasında dəyişir (orta hesabla 11,67%). Bəzi 
müəlliflərin verdiyi məlumata görə kökmeyvənin tərkibində 84,0- 91,7 % su, 1,7-3,1 % monosaxarid, 3,1-
5,0  %  saxaroza,  5,1-7,9  %  ümumi  şəkər,  24,2-35,6  %  askorbin  turşusu  (C  vitamini)  və  18,0-  37  mq% 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
227 
karotin vardır. Kökümeyvənin tərkibində şəkərlər 3,4-11,2%, sellüloz birləşmələri isə 0,5-3,5 % arasında 
dəyişir (11,13). 
Kök bitkisi vitamin mənbəyidir. Belə ki, bizim tanıdığımız  vitaminlərin əksəriyyəti az və ya çox 
miqdarda  onun  tərkibində  vardır.  Lakin  tərəvəz  bitkilərindən  əsas  üstünlüyü  tərkibinin  karotinlə  zəngin 
olmasıdır  ki,  bu  maddə  adətən  7-11  mq%,  bəzi  sortlarda isə  25-37  mq%  arasında  dəyişməklə  insan  və 
heyvan orqanizmində A provitamininiə çevrilir. 
Kökmeyvə  mineral  maddələrdən  kalium  (282  mq  %),  kalsium  (35  mq  %),  dəmir  0,7  mq  %), 
manqan (21mq %), fosfor, kükürd, xlor, bor, yod, brom, sink, xrom, molibden və s. ilə zəngindir. Belə 
zənginlik  ona  başqa  tərəvəz  bitkilərinin  əksəriyyətindən  fərqli  olaraq  qələvi  xüsusiyyəti  verir  ki, 
qidalanma  zamanı  orqanizmdə  yaranan  artıq    turşuluğun  neytrallaşdırılmasına,  normal  mühitin 
yaranmasına şərait yaradır.  
Kökün  kimyəvi  tərkibi  sortdan,  yerdən,  becərmə  üsulundan,  şəraitdən,  kökümeyvənin  yetişmə 
dərəcəsindən və ölçüsündən və s.-dən asılı olaraq dəyişir . 
Kökün  dad  keyfiyyəti  onun  tərkibində  olan  təkcə  şəkərin  miqdarına  görə  deyil,  həm  də 
kökmeyvənin böyüməsi zamanı getdikcə azalan efir yağına görə də müəyyən edilir (hər kq yaş kütlənin 
40-50  mq-ı,  quru  kütlənin  isə  0,5-1,6  %-ni  efir  yağı  təşkil  edir).  Kökmeyvənin  tərkibində  0,1-0,7  %, 
yarpaqlarda 0,6 %, toxumunda isə 13,2% piy yağı vardır. Efir yağları kök meyvənin tərkibində 0,014 %, 
meyvələrində isə 0,9-1,6 % arasında dəyişir. Piy yağları ən çox II ili toxumluq bitkinin mərkəzi çətrinin 
toxumlarında (29,1%) toplanır. Budaqlanma dərəcəsi artdıqca piy yağının miqdarı azalır.  
Toxumun  tərkibində  olan  efir  yağı  likor  istehsalında  və  ətriyyat-kosmetika  sənayesində  istifadə 
olunur. Toxum həmçinin xroniki ürək çatışmazlığı, stenokardiya, ateroskleroz, hipertoniya xəstəliklərinin 
müalicəsində  dammar  genişləndirici  vasitə  kimi  istifadə  olunan  daukarin  preparatının  alınmasında 
işlədilir . 
Kök  gözlərin  görmə  qabiliyyətini  artırır,  körpələrin  böyüməsini  sürətləndirir,  iştah  açır  və 
sidikqovucudur.  Böyrək  xəstəlikləri  zamanı  güclü  təsir  göstərir.  Kökmeyvənin  tərkibində  yod  çox 
olduğundan boğaz ağrısı xəstəlikləri üçün də dərman kimi işlədilir. Yodun miqdarı kökün hər kq-da 0,17 
mq olduqda və onunla normal qidalandıqda insanlarda zob xəstəliyi baş vermir . 
Kökmeyvələrdən  alınmış  karotinlə  zənginləşdirilmiş  maz  və  yağlı  məhlul  dəri  xəstəlikləri,  çətin 
sağalan irinli yaralar zamanı istifadə olunur. Kök bitkisi xalq təbabətində qədimdən həzmi yaxşılaşdırıcı, 
antiseptik xüsusiyyətinə görə soyuqdəymənin qarşısını alan vasitə kimi tətbiq olunmuşdur. Belə ki, kök 
şirəsinin balla qarışığına qaynadılmış su əlavə edib boğaz ağrısı zamanı boğazı yaxalamaq üçün istifadə 
olunur .  
Kök çiy halda çərəz kimi yeyilir. Borşa, bəzi şorabalara, aşa (Orta Asiyada) tökülür. Pörtlədilmiş 
kök müxtəlif salatlara və vineqretə qatılır, onlara yaxşı rəng, dad və qidalılıq verir.  
Kök müxtəlif tərəvəzin (kələm, badımcan, bibər, xiyar və s.) duza, turşuya, sirkəyə  qoyulmasında 
istifadə  olunur.  Kökmeyvənin  doğranıb  müxtəlif  tərəvəzlərə  qatılması  onların  daha  yaxşı  qıcqırmasını  , 
rənglənməsini təmin edir, onlara yaxşı iy verir. Kökün körpə özəkləri də yüksək qidalılığa və vitaminlərə 
malik olduqlarından sup və salatlarda, həmçinin duza qoymada istifadə oluna bilər.  
Kökün  şirəsi  körpə  uşaqlar,  qoca  və  xəstələr  üçün  çox  əhəmiyyətli  olduğundan  nəinki  evlərdə, 
eləcə də konserv zavodlarında bu bitkinin kök meyvələrindən şirə hazırlanır.  
Kökün  standarta  düşməyən  qeyri  əmtəəlik  kökmeyvəsi  və  onun  yarpaq  kütləsi  (şəli)  əksər 
heyvanlar  üçün qiymətli  yem  mənbəyidir.  Kökün  silos  və  kobud  yemlərə  (quru  ot  və  saman)  qatılması 
onların keyfiyyətini artırır və həzm olunmasını yaxşılaşdırır.  
Kök məhsuldar bitkidir. Bir il ərzində iki dəfə məhsul verə bilir ki, bu da əhalinin il boyu tərəvəzlə 
təmin edilməsində böyük rol oynayır. 
 
 
XĠYAR QĠYMƏTLĠ TƏRƏVƏZ BĠTKĠSĠDĠR 
 
Həşimov R.E. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Xiyar tərəvəz bitkiləri arasında ən çox istifadə edilən bitkilərdəndir. 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə