Abuzər Xələfov



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə3/130
tarix08.07.2018
ölçüsü4,41 Mb.
#54702
1   2   3   4   5   6   7   8   9   ...   130

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 10 - 
dövrün tələblərinə uyğun qurulmasına, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz 
olunmasına,  elektron  kataloq  və  elektron  kitabxanaların  yaradılmasına,  oxuculara  kitabxana 
xidmətinin  tamamilə  yenidən qurulmasına və  ayrı-ayrı kitabxana proseslərinin avtomatlaşdı-
rılmasına şərait yaratmışdır. 
Bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycan kitabxanaçılığının önündə gedən iri kitab-
xanalarda  –  Azərbaycan  Milli  Kitabxanasında,  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında, 
BDU-nun və  ADA Universitetinin Elmi kitabxanalarında, Xəzər Universitetinin, Dillər Uni-
versitetinin, Biznes Universitetinin, Tibb Universitetinin və İqtisad Universitetinin kitabxana-
larında,  bir  sıra  şəhər  və  rayon  mərkəzi  kitabxanalarında  İKT  texnologiyalarının  tətbiqi  ilə 
oxuculara xidmət işi yüksək səviyyədə qurulmuşdur. İndi qarşıda duran əsas vəzifə əldə olu-
nanlarla kifayətlənməmək və gələcək perspektivlərin müəyyənləşdirilməsindən ibarət olmalı-
dır. 
―Kitabxanaçılıq-informasiya  elmi:  tədris  və  təcrübədə  yeni  çağrışlar‖  dedikdə  nə  başa 
düşülməlidir?  Bütövlükdə  kitabxanaçılıq  elmi  təcrübi  elmdir  və  həmişə  təcrübə  nəzəriyyəni 
qabaqlayır və müəyyən mənada onu öz ardınca aparır və buna görə də kitabxanaların təcrübə-
sindən doğan problemlər daima gələcəyə çağırışlarla səciyyələnir. Nədir bu çağırışlar? Bunlar 
ilk növbədə kitabxanaların  təcrübi fəaliyyətini  tənzimləyən normativ hüquqi  aktların müasir 
kitabxana  təcrübəsinin  normal  işləyib  fəaliyyət  göstərməsini  stimullaşdırması  faktorudur. 
Belə ki, kitabxana təcrübəsində  yeni iş üsullarının və  yeni texnologiyaların tətbiqi normativ-
hüququ bazanın mütəhərrikliyini və yaxud onun ən qısa zamanda yenilənməsini tələb edir. Bi-
zim ―Kitabxana işi haqqında‖ Azərbaycan Respublikası Qanunu 90-cı illərin əvvəllərində iş-
lənib hazırlanmışdır və təbii ki, orada bu gün kitabxanalarımızın ən vacib atributuna çevrilmiş 
İNTERNET,  İNTRANET,  elektron  kataloq,  elektron  kitabxana,  virtual  kitabxana  xidməti, 
elektron-məlumat bazaları, Avtomatlaşdırılmış kitabxana sistemi, elektron resurs və s. termin-
lər ola bilməzdi.  Amma bu gün kitabxanaları  bu terminlərsiz və  bu proseslərsiz qətiyyən tə-
səvvür etmək mümkün deyildir. Digər tərəfdən kitabxanalar hüquqi dövlətdə müvafiq norma-
tiv-hüquqi baza olmadan problemlərsiz fəaliyyət göstərə bilmirlər. Oxuculara virtual xidmət, 
çap əsərlərinin tammətnli resurslarının yaradılması, bu resurslardan qlobal internet vasitəsilə 
istifadənin  təşkili  məsələləri  normativ  hüquqi  əsaslandırmalar  tələb  edir.  90-cı  illərdə  qəbul 
olunmuş ―Kitabxana işi haqqında‖ Qanuna müvafiq olaraq həmin vaxtda təkcə Milli Kitabxa-
naya dair 5 normativ sənəd qəbul olunmuşdur ki, bu gün həmin kitabxana onlara əsaslanaraq 
müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərə bilməz. 
Son  illərdə  Milli  Kitabxananın  fəaliyyətinin  əsas  prioritetlərindən  biri  də  informasiya 
texnologiyalarının tətbiqi ilə oxuculara kitabxana xidmətinin bütün proseslərinin avtomatlaş-
dırılmasından ibarət olmuşdur. Bu vəzifə demək olar ki, tamamilə yerinə yetirilmiş və xidmət-
lə  əlaqədar  bütün  proseslər-oxucuların  qeydiyyatı,  nəzarət-buraxılış  məntəqəsi,  kitabların 
elektron kataloq üzrə axtarışı və birbaşa kitab fonduna sifarişlərin verilməsi, zallarda kitabla-
rın oxuculara verilməsi  və geri qaytarılması prosesləri, kitabların kitabxanadan qeyri-qanuni 
yollarla çıxarılmasının qarşısının alınması, oxucuların yaşayış və iş yerlərindən kitabların əv-
vəlcədən virtual sifarişi,  onlayn biblioqrafik və metodik xidmət və s. proseslər tam avtomat-
laşdırılmışdır. 


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 11 – 
 
Son  dövrlərdə  oxuculara  göstərilən  elektron  xidmətlərin  əhatə  dairəsinin  və  keyfiyyə-
tinin genişləndirilməsinə də ciddi diqqət yetirilir. Belə ki, 2010-cu ildən yeni virtual biblioqra-
fik və kitabxana xidmətləri təcrübəyə tətbiq olunmuşdur və  bu  yolla  çoxlu  sayda  oxucuların 
sorğuları məsafədən keyfiyyətli şəkildə ödənilir və onların müxtəlif xarakterli biblioqrafik və 
faktoqrafik sorğular üçün vaxt itirərək kitabxanaya gəlmələrinə ehtiyac qalmır. Kitabxananın 
elektron kataloqu təkmilləşdirilmiş, ‖Virtua‖ AKİS-inin ən son nailiyyətlərini özündə əks et-
dirən, daha təkmil interfeysə və mütəhərrik imkanlara malik yeni CAMO adlı proqramın alı-
naraq tətbiq olunması nəticəsində oxuculara elektron kataloqdan birbaşa kitab fondlarına kitab 
sifariş edə bilmək imkanları yaradılmışdır və hazırda heç bir əlavə blank doldurmadan birbaşa 
elektron kataloqdan sifariş modulu tətbiq olunur.  
Elektron  kitabxananın  təkmilləşdirilməsi  məqsədilə  Milli  Kitabxana  tərəfindən  xüsusi 
proqram  hazırlanmış,  bu  proqram  vasitəsilə  kitabların  ―pdf‖  formatda  hazırlanmış  elektron 
versiyalarına  milli  kitabxananın  holoqramı  vurulur,  elektron  resurs  kodlaşdırılır  ki,  bu  da 
elektron  kitabxanada  yerləşdirdirilmiş  və  müəllif  hüquqları  qorunan  nəşrlərin  surətlərinin 
çıxarılmasına, elektron daşıyıcılarına köçürülməsinə imkan vermir. Hazırda ümumilikdə elek-
tron kitabxananın məlumat bazasında
 
126.323
 
elektron resurs (kitab, dövri mətbuat material-
ları və not nəşrləri) vardır və cari ildə onların əksəriyyəti oxucular üçün açıq olacaqdır. 2015-
ci  ildən  Milli  Kitabxana  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  Turizm  Naziri  cənab 
Əbülfəs Qarayevin təşəbbüsü ilə Nazirliklə Milli Kitabxananın birgə layihəsi əsasında işlənib 
hazırlanan, ilk orijinal milli avtomatlaşdırılmış sistem hesab edilən və innovasiya texnologi-
yalarının kitabxana işinə tətbiqinin müasir tələblərinə tam cavab verən Avtomatlaşdırılmış Ki-
tabxana İnformasiya Sisteminin (ALİSA) nazirlik sistemindəki bütün mərkəzi kitabxanalarda 
tətbiqi işlərini həyata keçirməyə başlamışdır. İlk növbədə kitabxanamızın Treninq Mərkəzin-
də 8 avtomatlaşdırılmış iş yerləri yaradılaraq region kitabxanaçılarına ALİSA proqramının və 
bütün dünyada geniş tətbiq olunan ―MARK-21‖ formatının öyrədilməsi üzrə treninqlərə baş-
lanmışdır.  3  ay  müddətində  respublikamızın  bütün  regionlarındakı  və  Bakı  şəhərindəki  72 
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mütəxəssisləri treninqlərdən keçərək yerlərdə 
birbaşa  işə  başlamışlar.  Hazırda  Milli  Kitabxananın  və  ALİSA-nı  hazırlayan  ―Ultra  Compu-
ters‖ şirkətinin mütəxəssisləri ilə birlikdə yerlərdə bu proqramın tətbiqi işləri uğurla davam et-
dirilir. 
Digər bir  ciddi məsələ  isə  Azərbaycan mətbuatının və  nəşr məhsullarının  arxiv  fondu-
nun yaradılması işidir və bu gün obrazlı desək, ―havadan asılı vəziyyətdə‖, ‖allah umüdinə‖ 
qalmış bu çox vacib işi lazımi səviyyədə təşkil edən bir qurum yoxdur. Bu gün ölkə ərazisində 
dərc olunan çap məhsullarının dövlət qeydiyyatı və statistikası aparılmır. Bir vaxtlar bu işlər 
Dövlət Kitab Palatası tərəfindən icra olunurdu, lakin 2000-ci ildə Palata ləğv olunduqdan son-
ra ölkə nəşr məhsullarının dövlət qeydiyyatı və kitab statistikasının aparılması işi dayandırıl-
mışdır. Bəs biz gələcək nəsillərə nə əmanət edəcəyik, onlara nə cavab verəcəyik, elmi tədqi-
qatlarımızı  hansı  statistika  əsasında  aparacağıq?  Kitabxanaşünaslıq,  biblioqrafiyaşünaslıq  və 
kitabşünaslıq elmnin inkişafında əhəmiyyətli rol oynayan bu materialları biz və gələcək nəsil-
lər haradan əldə edəcəklər? Məncə bu barədə həyəcan təbili çalmağın vaxtı çoxdan çatmışdır. 
―Kitabxana işi haqqında‖ və ―Nəşriyyat işi haqqında‖ Azərbaycan Respublikası qanun-
larının  müvafiq  maddələrinə  əsasən  pulsuz  məcburi  nüsxələri  Milli  Kitabxanaya  göndərmə-


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə