Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə101/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

 
 
 
 
03.09.1918-ci  il  təltif  siyahısına  əsasən  13  azərbaycanlı  zabit  Hərbi  Medalla  təltif  edilmişdir.
617   
Onların sırasında   1-ci   alayın   zabitləri:   süvari   qayməqamı   Həmid   xan,   yüzbaşı   vəkili   Sultanov,   süvari   
yüzbaşı   vəkili Əliyev, 
mülazimi-əvvəl 
Aslanbəyov, 
mülazimi-sani 
Əliyev;  2-ci
 
alayın 
zabitləri: 
mülazimi-əvvəl  Mehmandarov,    mülazimi-əvvəl    Savkov,    süvari   
zabit    vəkili    Kavzar,    yüzbaşı    Sultanov,    topçu    miralayı    Cavad  Şıxlinski;      2-ci      süvari      alayın      zabit     
vəkili      -      Qaratiklinski,      təlimgahın      yüzbaşı      vəkilləri      Nəsirbəyov      və  Əhmədiyev.
618   
Osmanlı 
ordusunda mülazimi-əvvəl rütbəsi "kiçik leytenant" rütbəsinin analoqu idi. 
Hələ Bakı azad edilməzdən əvvəl  18 zabit (Həmid xan həm Məcidi  Nişanı, həm də Hərbi Medalla təltif 
edilmişdi)    Osmanlı    dövlətinin    önəmli    hərbi    təltif    nişanlarına   
layiq  görülmüşlər.    Siyahıdakı    zabitlərin    adı    və    soyadı    tam   
göstərilmədiyi  üçün   
onların   
bir   
çoxunun    kimliyini   
dəqiqləşdirmək    müəyyən    qədər  çətindir.    Məlumdur    ki,    Bakı   
azad    ediləndən    sonra    (15.09.1918)    yeni  təltif      siyahıları      tərtib     
edilmiş      və      fərqlənənlərə      orden      və      medallar  verilmişdir.
619   
Heç   şübhəsiz   ki,   onların   sırasında   azərbaycanlı   zabitlər 
də olmuşdur. 
Cəbhə   xəttində   mövcud   vəziyyəti   öyrənmək   üçün   QİO   
Ərkani- Hərb rəisi Nazim bəy cəbhəyə göndərildi. Onun fikrincə, Bakıya 
hücum 
iki    istiqamətdə    aparılmalı,    bu    istiqamətlər    arasında    Biləcəri    və   
Hacı 
Həsən  arakəsmə  xətti  olmalı  idi.  Bölgüyə  uyğun  olaraq  top  yerləri  müəyyənləşdirilir,  ehtiyatlar  toplanır,  firqə 
hissələrinin      yerləşməsi      üçün      məntəqələr      hazırlanırdı.      Maştağada      10      min      nəfər      üçün      ərzaq     
toplanması başlanılmışdı. Hücumdan bir gün əvvəl süvari hissələr və azərbaycanlılardan ibarət könüllü hissələr 
şərqdən və şimali-şərqdən şəhərə hücum etməli idilər.
620
 
15-ci     firqənin     gəlişi     sentyabrın     7-si-10-u     arası     gözlənilirdi,     bu     vaxta     qədər     düşmənin     
hərbi     güc imkanlarının öyrənilməsi, Sabunçu və Biləcəri ətrafındakı təpələri ələ keçirmək məqsədi ilə mövqe 
döyüşlərinin davam etdirilməsi qərara alınmışdı. 
Sentyabrın  2-də  Şimal  qrupu  Zabratı  tutdu, lakin sentyabrın 3-də  ingilis-Sentrokaspi  qoşunlarının  güclü 
hücumu  ilə oradan  çıxarıldı.  Həmin  gün  311 №-li  təpə  top  atəşinə tutuldu, Hövsan   ətrafında döyüşlər davam 
etdi. Ləzgi süvari alayının 3-cü eskadronunun 1-ci taqımı yunker Cavarxan Ansoxskinin rəhbərliyi ilə düşmənin 
üstün qüvvələrinin (2 piyada bölüyü, 1 süvari eskadronu, 3 pulemyot, 2 top) hücumunun qarşısını aldı, kömək 
gələnə qədər 4 saat ərzində vuruşdu.
621
 
Nazim bəy və Mürsəl paşa mövqeləri birlikdə gəzərək Nuru paşaya ayrı-ayrılıqda raport göndərdilər Hər 
ikisinin   qənaəti   eyni   idi:   şəhərə   son   hücumdan   əvvəl   Biləcərinin   cənub-   qərbindəki   sahə   ələ   
keçirilməlidir. Balaxanı, Ramana, Sabunçu və Suraxanıda olan düşmən dəstələrini məhv edəndən sonra şəhərə 
hücum etmək təklifi Mürsəl paşa və Nazim bəyin fikrincə lüzumsuz idi. Kəndlərdə aparılan döyüşlər əlavə itkiyə 
səbəb olardı, həm də onların şəhərdən uzaq olması Bakıya hücum etməyə  maneçilik 
törətmirdi.     Şəhər     alınandan     sonra     oradakı     dəstələrin     
müqavimətini dərhal qırmaq mümkün idi. 
Sentyabrın      6-da      15-ci      firqənin      hissələri      Ağstafaya     
çatmağa 
başladı  və  dərhal  qatarlarla  Bakı  istiqamətinə  göndərildi.  15-ci  firqənin 
komandanı  Süleyman  İzzət  bəy  və  onun  qərargahı  Gəncədə  Nuru  paşa, 
Əli      ağa      Şıxlinski,      Azərbaycan      hökumətinin      üzvləri      və     
digərləri  tərəfindən  qarşılandılar.  Sentyabrın  7-də  15-ci  firqənin 
qərargahı,  sonra  isə    hissələri    Hacıqabulda    qatarlardan    enərək   
mövqelərə    yönəldilər.
622
 
Qeyd    etmək    lazımdır    ki,    15-ci    firqə    Rumıniyada    Qafqaza    göndərilmək    əmrini    aldıqda    olduqca   
güclü    idi. Firqənin  8104  nəfər  piyadası,  212  süvarisi,  285  istehkamçısı,  62  pulemyotu,  10  mortiri,  45  topu,  2 
uzaqvuran  topu    və    bir    tank    batareyası    mövcud    idi.
623     
Beləliklə,    bu    firqənin    Qafqaza    göndərilməsi   
qərarı    düzgün    idi    və  vəziyyəti    dərhal    dəyişməyə    imkan    verirdi.    Lakin    firqənin    gəlişi    yubadıldı,    o,   
Gümrü-Qarakilsə    istiqamətində  yerləşdirildi.  Onun  tərkibində  olan  hissələr  Qafqaz  cəbhəsinin  müxtəlif 
əməliyyatlarına cəlb olunurdu. Nəticədə Bakı ətrafına göndəriləndə firqənin tərkibi zəiflədilmişdi. 
617
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.158. 
618
ATASE, klassor - 3821, dosye 15, fehrest -- 57. 
619
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.160. 
620
Yenə orada, s.325. 
621   
Yenə orada, s.326. 
622     
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.327. 
623   
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198. 
148 
 


 
 
 
 
 
 
15-ci   firqə   ağır   yükləri   Gəncədə   qoyaraq   Bakı   istiqamətində   hərəkət   edir-di.   Nuru   paşa   Xəlil   
paşaya 
göndərdiyi   teleqramda   Bakıya   hücumu   sentyabrın   12-nə   planlaşdırdığını   bildirdi,   
lakin almanlar üçün verilən məlumatda sentyabrın 15-nin hücum günü kimi göstərilməsini 
xahiş 
edirdi.   Şərq   Cəbhəsi   komandanı   Mürsəl   paşaya   göndərdiyi   məktubda   o,   bütün   
hazırlıq işlərinin     sentyabrın     11-də     sona     çatdı-rılmasını     tələb     etdi.     Lakin     15-ci     
firqənin     son 
hissələrinin   yalnız   sentyabrın   10-   da   cəbhəyə   çatması   nəzərə   alınaraq   hazırlıq   
işlərinin 
sentyabrın 11-də sona çatdırılmasının mümkünsüzlüyü ortaya çıxdı.
624
 
Sentyabrın   9-da   Mürsəl   paşa,   5-ci   firqə   Ərkani-Hərb   rəisi   Rüşdü   bəy,   
Süleyman 
İzzət    bəy    Binəqədi    topçu    müşahidə    məntəqəsinə    gəldilər.    Ətraf    ərazidən   
hündürlükdə  yerləşən    məntəqə    Biləcəri    və    onun    ətrafında    qoşunların    yerləşməsini   
müəyyən    etməyə  imkan    verirdi.    Nuru    paşadan    alınan    teleqramda    göstərilirdi    ki,   
Bakıya    ikinci    hücuma ümumi rəhbərliyi o, öz üzərinə götürmək üçün Gəncədən Bakıya 
gəlir.  Qoşunlar о  gələnə kimi  döyüş  mövqelərini  gizlin  şəkildə  tutmalı  idilər:  13-cü  alay 
Hökməlinin  cənubunda, 
106-cı   alay   Qobu   ətrafında,   38-ci   alay   345   №-li   təpə   və   Maştağada,   29-cu   tabor   
13-cü 
alayın ehtiyatında.
625
 
Sentyabrın   10-da   Şərq   Ordular   Qrupu   komandanı   Xəlil   paşa,   QiO   komandanı   Nuru   paşa,   
Azərbaycan 
kolordusunun   komandiri   Əliağa   Şıxlinski   Bakı   ətrafına   gəldilər.   QİO   komandanlığı   və   Xəlil   paşa   
Güzdəkdə 
yerləşdilər.  Həmin      gün  onlar  müşahidə  məntəqələrində  oldular,  düşmən  mövqelərini  nəzərdən  keçirdilər.
626
 
Xəlil paşa    qoşunların təminatı, əsgərlərin mənəvi durumu ilə tanış oldu, düşmən mövqelərini nəzərdən keçirdi 
və komandirlərdən hücum planlarını təklif etməyi xahiş etdi. Onunla bərabər gəlmiş bir neçə alman zabiti başda 
polkovnik-leytenant    Parakuin    olmaqla    öz    təkliflərini    verdilər:    toplar    vasitəsilə    düşmən    səngərləri   
saatlarla bombalanmalı,  düşmən   mövqeyinin  hər  qarışı  top  atəşinə  tutulmalı,  sonra  isə  düşmənin  müqaviməti 
qırılaraq  şəhərə  daxil  olmalı.
627   
Bu  plan  Avropada  aparılan  "mövqe  müharibəsi"nin  klassik  forması  idi.  Planı 
icra  etmək üçün   nə   kifayət   qədər   top,  nə   kifayət   qədər   mərmi   ehtiyatı,   nə   də   vaxt   var   idi,  odur   ki,   
"alman   planı"   qəbul edilmədi. 
15-ci  firqənin  komandiri  Süleyman  İzzət  bəy  öz  hücum  planını  təklif  etdi:  5-ci  firqə  gecə  ikən  hücuma 
keçir,    lakin    əsas    zərbəni    15-ci    firqə    endirir,    Biləcəri    təpələrini    ələ    keçirir.    Azərbaycan    süvariləri   
Əhmədli  istiqamətində  hücum  edir.  Bütün  qoşunlar  elə  hərəkət  edirlər  ki,  düşməni  şəhərin  ortasında  və  ya 
Qara  şəhərdə  sıxsınlar.  Düşmən  limana  çəkilib  şəhərdən  qaça  bilməsin  və  məhv  edilsin.  Nuru  paşa  bu  təklifi 
bəzi  cəhətlərinə  görə  dəyərləndirsə  də,  ümumilikdə  onu  qəbul  etmədi.
628   
Şəhər  daxilində  gedən  döyüşlərdən 
sonra  adətən  şəhərin  tamamilə    məhv    edildiyini    nəzərə    alsaq,    dinc    əhali    arasında    itkilərə    yol   
verməməyə    çalışan    Nuru    paşanın    bu  təklifi    qəbul    etməməsi    labüd    idi.    Üstəlik    çoxlu    sayda    neft   
buruqları,   neft   anbarları    və    emal    zavodları    olan  Bakıda  şəhər  döyüşlərinin  aparılması  şəhərin  yanıb  külə 
dönməsi ilə nəticələnəcəkdi. 
Bir    qrup    türk    zabiti    ayrı    bir    plan    təklif    etdilər.    Belə    ki,    yarbay    Bəsri    (sonralar   
Atatürk    ordusu 
sərkərdələrindən biri, 1934-cü ildə korgeneral rütbəsinə layiq görülüb), minbaşı Saleh Ömurtak, minbaşı Nazim 
(1920-ci ildə Atatürkün ordusunda vuruşarkən Kütahya döyüşündə qəhrəmancasına həlak olub), minbaşı Saffet 
Arıkan,  yüzbaşı Tevfik (sonralar  Cümhurbaşkanı  Genel  Sekretarı)  mərmi  ehtiyatının az olmasını nəzərə  alaraq 
gözlənilməzlik    amilindən    istifadə    edib    gecə    vaxtı    süngü    zərbəsi    ilə    düşmən    səngərlərinə    soxulmaq   
təklifini  verdilər.
629   
Bu  təklif  hücum  planı  sayılmasa  da,  hər  halda  ümumi  planın  bir  hissəsi  kimi  Xəlil  paşa 
tərəfindən bəyənildi. 
Bütün təklifləri nəzərə alaraq komandanlıq hücum planını qəbul etdi. Sentyabrın 10-da  QİO  komandanı 
Bakıya    hücum    əmrini    imzaladı;    Şərq    Cəbhəsi    komandanlığı    və    Şimal    qrupu    ləğv    edilir;    hazırlıq   
işləri    11 sentyabr   saat   21-də   tamamlanır;   Şərq   cəbhəsi   kimi   tanınan   qüvvələr   (5-ci,   15-ci 
firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5- 
ci  firqə:  9-cu,  10-cu,  13-cü,  56-cı  piyada  alayları,  dağ  qaubitsa  batareyası,  13  rus 
səhra    topu,    4    rus    dağ    topu,    2    ədəd    105    mm-lik    səhra    qaubitsası,    3   
Qüdrətli    dağ  batareyası  (10  top),  2  Şnayder  topu,  6  Şnayder  dağ  topu;  15-ci 
firqə:  38-ci,  107-ci  piyada    alayları,    2-ci    mürəttəb    süvari    alayı,    Azərbaycan   
süvari    alayları,    Dikaya  diviziya    (Tatar    süvari    alayı    nəzərdə    tutulur)    və   
milis    (könüllülər)    taborları,    105  mm-lik  səhra  qaubitsa,  2  rus  Şnayder  dağ, 
qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü 
Azərbaycan piyada alayının 1-ci və 2- 
ci   taborları,   iki   süvari   bölüyü,   süvari   Azərbaycan   bölüyü,   iki   Krupp   dağ,   iki   
rus 
624
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.328. 
625
Yenə orada, s.329. 
626
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.164. 
627
Yenə orada, s.168. 
628
Yuceer N. Birinci Dünya savaşında, s.115. 
629     
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.168. 
149 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə