Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə21/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

 
66 
Motivləşmə  sistemi  məşqetmə  prosesləri  üçün  yaxşı  təşkil 
olunmuş  köməyə  çevrilir.  Vəzifənin  icrası  ilə  bağlı  qorxu  hissi 
idmançı  tərəfindən  dərk  edilir,  yada  dərk  edilmir.  Belə  hallarda 
onun icra imkanları xeyli aşağı düşür. 
İdmançı  öz  vəzifəsinin  icrasında  əvvəl  baş  verən  qorxu 
xüsusilə yuxu və yataqdan qalxma qabarıq formalaşır. İnoxondrik 
sindromun  da  idmançının  öz  vəziyyətinə  həddən  artıq  diqqət 
yetirməsi və həyacan keçirməsi ilə xarakterizə edilir. 
Elə  səbəblər  yaranır  ki,  bununla  məşqləri  buraxmağa  dəyər, 
yaxud  hər  hansı  tapşırığı  icra  etməmək  olar.  İdmançı  özünə  öz 
qüvvələrinə  inam  sayəsində  icrasında  olan  hərəkətlərə  mənfi 
münasibətin dəyişə bilir. 
İdmançılar intensiv məşq edirlər. 
İmkanların yenidən bərpa olunmasına münasibət məşqlərarası 
fasilədə  meydana  gəlir.  İdmançı  yorğunluğa,  xoşagəlməz  hallara 
fikir  verməli,  həmişə  özünün  sağlamlığı  üçün  narahat  olmalıdır. 
O,  tapşırığın  icrasından  sonra  tam  bərpa  oluna  bilər.  Sürətli  və 
keyfiyyətli bərpa olunmaq üçün təbabət, əmək və idmanla yanaşı 
psixoloji amillərin də əhəmiyyəti çoxdan sübut edilmişdir. 
Ruh  düşkünlüyünü  aradan  qaldırılması,  diqqətin  yorğunluğu 
ilə  mübarizə  və  bərpaolunmaya  sarsılmaz  inam,  onun  icra 
metodikasının  düzgün  seçilməsi  və  s.  elə  vacib  psixoloji 
amillərdir  ki,  bərpa  prosesinin  vaxtında  yüksək  səviyyədə  təmin 
edir. 
Məşqlər  fasiləsiz  və  çətin  keçirilərsə  psixi  gərginlik 
əlamətlərin  həddindən  artıq  olacağı  şəksizdir.  İdmançı  başa 
düşməlidir  ki,  bu  məşqlərə  olan  qanuni  reaksiyadır.  İdmançı 
bilməlidir  ki,  həyacanla  bağlı  olan  dəyişikliklə  müvəqqəti  hal 
hesab edilir. 
Müəllim  və  məşqçinin  fəaliyyəti  və  şəxsiyyətinin  psixoloji 
səciyyəsi. 
Gənc  nəslin  inkişafında  müəllim  və  məşqçi  başqa  fənn 
müəllimləri kimi yüksək ideya-siyasi səviyyəyə müsbət səciyyəli 
fərdi  və  peşə  keyfiyyətlərinə  malik  olmalıdır.  Onda,  xalq 
mənafeyi,  təmiz  mənaviyyat  və  ictimai  məsuliyyət  və 


 
67 
münasibətdən 
kəskin 
prensipiallıq 
kimi 
keyfiyyətlər 
səciyyələndirilməlidir.  Bu  keyfiyyətlərin  mənimsədən,  fiziki  və 
psixi  cəhətdən  inkişaf  etmiş  süurlu  və  fəal  üzvünü  yetişdirə 
bilməz.  Müəllim  və  məşqçinin  fəaliyyəti  heçdə  maneyəsiz  və 
çətinliklərsiz  cərayan  etmir.  Bunların  obyektiv  və  subyektiv 
çətinliklərin  mühüm  cəhətlərindən  biri  də  məşqçi-müəllim 
müxtəlif  elm  sahələrinə  dair  müvafiq  biliklərə  yiyələnməsinin 
zəruriliyidir.  Öz  fənnini  deyil,  bədən  tərbiyə  nəzəriyyəsi  və 
metodikası  ayrı-ayrı  idman  növləri  üzrə,  eləcə  də  anatomiya, 
fiziologiya,  biologiya,  gigiyena,  idman  təbabəti,  biomexanika, 
fizika  ümumi  və  yaş  psixologiyası,  sosial  psixologiya  və  s. 
sahələr üzrə biliklərə malik olsun. 
Subyektiv çətinliklər isə iki qrupa ayrılır.  
Birinci  qrupa,  fəaliyyətin  icrasına  mane  olan  fərdi 
xüsusiyyətlərlə bağlı çətinliklər daxilidir. 
Fərdi  xüsusiyyətlər  deyildikdə,  sinir  sisteminin  xassələri  və 
temperament, xarakterli və qabiliyyətlər nəzərdə tutulur. 
İdman  pedaqogikası,  fiziki  tərbiyə  problemləri,  təlim-məşq 
prosesi  nəzəriyyə  və  metodikası  ilə  bağlı  temperament 
problemlərinin  öyrənilməsi  ciddi  əhəmiyyət  kəsb  edir.  Hər  bir 
insan  şəxsiyyəti  təkrarolunmazdır.  İnsana  anadangəlmə  xas  olan 
psixi keyfiyyətlər, əslində temperamentin xassələrindən ibarətdir. 
Temperament  haqqında  ilk  məlumat  bizim  eradan  V  əsrdə 
Hippokrat  vermişdir.  O,  temperament  tiplərini  insan  bədənində 
olan  bərk  və  maye  cisimlərlə  –  qan,  selik,  sarı  öd  və  qara  ödlə 
əlaqələndirmiş,  onları  həmin  cisimlərlə  mənaca  bağlı  olan 
sanqvinik, fleqmatik, xlorik və mexanxolik adlandırmışdır. 
Onların  fizioloji  əsası  haqqında  söylədikləri  isə  fizioloq 
İ.Pavlovun  sinir  fəaliyyətinin  tipləri  barədə  təlimi  ilə  təkzib 
edilmişdir. Beləliklə, Hipokratdan bizə qalan yalnız tepperament 
tiplərin adi olmuşdur. 
İ.Pavlovun  təliminə  görə,  temperament  tiplərinin  fizioloji 
əsasını mərkəzi sinir sistemini qanunauyğunluqları təşkil edir. Bu 
təlimin  üstünlüyü  odur  ki,  sinir  sisteminin  iştirakı  olmadan  heç 
bir fəaliyyət mümkün deyil. 


 
68 
İ.Pavlov  mərkəzi  sinir  sisteminin  faəliyyətini  dörd  tipə 
ayrılmışdır. 
Sanqvinik  tipi  üstünülk  təşkil  etdiyi  insanlar  –  qüvvətli, 
müvazinətli, diribas, tez coşub, tez də sakitləşirlər, çevikdirlər və 
alovludurlar. 
Sanqvinik  tipin  üstün  cəhətləri,  təşkil  etdiyi  adamlar  həmişə 
özülərini  narahat  hiss,  hər  işə  qarışır,  insalarla  təmas  yaratmağı 
xoşlayır,  tanımadığı  adamlarla  ünsiyyətə  girməkdən  çəkinmirlər. 
Tez-tez  suallar  verir  və  tələsikliyə  yol  verir.  Məqsəd  aydınlığını 
itirirlər. 
Həmçinin  hərəkətlərə  münasibətlərində  həmişə  sabit  qalan 
olurlar,  çox  başladıqları  işi  yarımçı  qoyurlar.  Qeyri-ciddidirlər, 
çətin  işdən  yan  keçirlər,  məsələlərin  həllində  düşüncə  sabitliyi, 
dəyanətliyi, dözümlüyü az olur. 
Məşqçilər  bu  idmançılarla  işləməli  olduqda  ilk  növbədə 
motivasiya  və  məqsəd  aydınlığının  sabitliyini  təmin  etməyə  səy 
göstərməlidir. 
Fleqmatiklər  –  qüvvətli,  müvazinətli  və  asta,  həmən  tipdə 
olan  insanlar  “gec  coşub,  gec  sakitləşirlər”  fleqmatik-tipin 
üstünlük  təşkil  etdiyi  insanlar  səbirli  təmkinlidirlər,  qərar 
qəbulunda, fəaliyyətdə tələsikliyə yol vermir, hər şeyi yüz ölçüb, 
bir  biçirlər.  Onlar  üçün  məsələlərə  təfəkkür  movqeyindən 
yanaşmaq xoşdur. Taktiki planların müzakirəsində həvəslə iştirak 
edir.  Daxili  hisslərini  biruzə  verməyi  sevmirlər.  Motivasiyaya 
malik  olmaq,  məqsədi  dəqiqləşdirmək,  nəticənin  əldə  edilməsi 
üçün təkidli olmaq, onların xarakter xüsusiyyətləridir. Qısa olaraq 
onların nitqi və hərəkətləri yubandırıcıdır. İş icra etmək və ya söz 
gec  çatır,  işə  adət  çətin  keçir.  Yarış  yerinə  onları  iki  həftə 
qabaqca gətirmək məsləhətdir. 
Melanxoliklər  –  zəif  sinir  tipinə  malik  olurlar.  Bu  tipin 
üstünlüyü 
isə 
məşqçidə 
huşsuzluq,  ətalət,  unutqanlıq, 
qətiyyətsizliyin yaranmasına kömək etməsindədir. 
Subyektiv  çətinliklər  yalnız  temperament  tipləri  ilə  deyil, 
yuxarıda qeyd edildiyi kimi, digər səbəblərlədə əlaqədar ola bilər. 
Bu  tipdə  olan insalar  qapalı,  fiziki  və  zehni  işdən  tez  yorulurlar, 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə