Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə19/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

 
60 
Psixologiya  dedikdə  -  “psixo”  –  ruh  “logiya”  elm  deməkdir. 
İdmançının psixoloji hazırlığı, psixoloji keyfiyyətləri ilə müəyyən 
olunur.  Psixoloji  keyfiyyətlərə  aşağıdakılar  aiddir.  İradi 
keyfiyyətlərə  mərdlik,  mətanətlik,  özünü  ələ  almaq,  qələbəyə 
inam, prinsipiallıq daxildir.  
Mənəvi  keyfiyyətlər  isə  aşağıdakılardır  -  vətənpərvərlik, 
yoldaşlıq,  humanistlik,  kollektivçilik,  dəqiqlik,  nəzakətlilik 
intizamlılıq və s. aiddir. 
Sual  oluna  bilər  ki,  bəs  taktiki  fəaliyyətin  psixiloji  quruluşu 
necə  anlaşılmalıdır?  Burada  yalnız  xüsusi  qabiliyyətlərindən  və 
taktiki təfəkkürdən söhbət gedə bilər. 
Taktiki  biliklər  deyildikdə,  konkret  idman  növündə  fərdi  və 
kollektiv taktiki xüsusiyyətlərin, onun inkişaf  ənənələrinin, eləcə 
də  görkəmli  idmançıların  taktiki  fəaliyyətinə  bələd  olmağın 
kifayət  etdiyini  düşünməmək  səhv  olardı.  Bunlarla  yanaşı 
məşqçilərin 
qavrayış,  diqqət  və  təfəkkür  proseslərinin 
qanunauyğunluqlarını  bilmələri  olduqca  vacibdir.  Taktiki 
bacarıqların  başlıca  vəzifələri  rəqibin  fikrini  qabaqcadan  və 
vaxtında  oxumaq,  ona  müvafiq  olaraq,  öz  taktikasının  sürətlə 
dəyişmək bacarığına malik olmalıdır. Əlbətdə qabaqcadan və ona 
müvafiq olaraq öz taktikasının sürətlə dəyişmək bacarığına malik 
olmalıdır.  Əlbəttə,  qabaqcadan  planlaşdırma  aparmaq,  nəzarət 
etmək  və  yarış  zamanı  tənzimləmə  aparmaq,  nəzarət  etmək  də 
idmançının taktiki bacarığı deməkdir. 
Taktiki  vərdişlər  taktiki  fəaliyyətlə  bağlı  olan  fərdi  və 
kollektiv  icra  proseslərinin  avtomatlaşdırılması,  sürətli  axıcılığı 
və variantlığı ilə səciyyələnir. Taktiki qabiliyyətlə isə müxtəlf ola 
bilər. Burada idmançının fərdi xüsusiyyətləri qabarıq rol oynayır. 
Lakin  dəqiq  olmasa  da  həmin  qabiliyyətləri  qruplaşdırmaq 
mümkündür.  Taktikanın  özündə  olduğu  kimi,  burada  da 
məlumatların  toplanması,  fikri  əməliyyatlar  və  konkret  fəaliyyət 
zamanı qabiliyyətlər özünü göstərir. 
İndi  isə  dəqiq  olaraq,  ayrı-ayrı  psixi  proseslərin  idmançı 
taktiki  hazırlığı  ilə  əlaqəsinə  diqqət  yetirək.  Sir  deyil  ki,  hər  bir 
taktiki  hərəkət  mürəkkəb  və  müxtəlif  tərzdə  sürətlə  dəyişən 


 
61 
şəraitdə  icra  edilir.  Taktiki  fəndlərin  müvəffəqiyyətlər  tətbiqi 
məhz  bu  dəyişiklik  və  mürəkkəbliyin  təxirə  salınmadan  nəzərə 
alınmasıdır.  
Qavrayışın  müxtəlif  növlərinin  və  xüsusiyyətlərinin  iştirakı 
texniki, taktiki fəndlərin icrası olmadan qeyri-mümkündür. 
Burada görmə sahəsinin genişliyindən, gözlə təxmini ölçməni 
bacarmaqdan çox şey asılıdır. 
Qavrayışdan  bəhs  edərkən,  onun  zaman  növündən  də 
danışmaq  yerinə  düşərdi.  Ona  görə  ki,  hər  bir  idmançıdan  ötrü 
müddət,  sürət  və  ardıcıllıq  amillərinin  obyektiv  inikası  xüsusi 
əhəmiyyət  kəsb  edir.  Yarışlar  zamanı  daxilində  cərəyan  yaranır. 
Qısa  fasilə  zamanı  taktiki  fəndlər  işlədilir,  sürət,  onun  temp  və 
ritmi  dəyişir,  dinamik  yaranır.  Eyni  sözləri  məkan  qavrayışı 
haqqında  da  demək  mümkündür.  Bütün  bunlar  idmançıların 
məşqetmə  vəziyyəti,  hərəkətlrin  müntəzəm  təkmilləşmə  prosesi 
ilə sıx sürətdə əlaqədardır. 
İdman fəaliyyəti rəngarəng emosiyalarla zəngindir. Elə bir an 
ola  bilməz  ki,  çılğınlığın  özündən  çıxma  hallarının  qarşısını 
almaq  üçün  iradi  səy  göstərmək  laızm  gəlməsin.  Yalnız 
emosionallığın  tüğyan  etdiyi  zamandamı?  Əlbəttə  yox”.  Fiziki 
gərginliyin  saxlanılmasında,  psixi  sabitliyin  qorunmasında 
müxtəlif  xarakterli  maniyələrin  aradan  qaldırılmasında  iradi  səy 
göstərilir.  İradi  zəiflik  ətalət  burulğanına  atılmaqdır.  Xalq 
arasında  deyildiyi  kimi  taleyin  ümidinə  qalmaqdır.  Bu  isə 
sahildən 
sahilə 
çırpılan  gəmiyə  bənzəməzmi?  İradənin 
məqsədyönlük,  təşəbbüskarlıq,  müstəqillik,  qətiyyətlilik,  mərdlik 
kimi  keyfiyyələri  vardır.  Yalnız  bu  keyfiyyətlərdən  hər  birinin 
məna çalarını, mahiyyətini özünə aydınlaşdırmalı, onların tərbiyə 
olunması  yollarını  müəyyənləşdirməlidir.  Əks  təqdirdə,  müəllim 
üçün  qaranlıq  olan  şagird-idmançı  üçün  zülmətə  çevrilə  bilər, 
hikmətli  fikirlərlə  rastlaşmaq  mümkündür.  Məsələn,  müstəqillik 
kənar  qüvvələrin  köməyi  olmadan  qarşıya  çıxan  maniyələrin  hər 
hansı bir şəxsi tərəfindən sərbəst sürətdə aradan qaldırılmasıdır və 
s. 


 
62 
Taktiki  fəaliyyətdə  həlledici  əhəmiyyət  kəsb  edən  psixi 
proseslərin  təfəkkürüdür.  Bu,  psixoloji  ədəbiyyatlarda  taktiki 
təfəkkür kimi qəbul olunmuşdur. İstər qavrayış prosesi, istərsə də 
hərəki fəaliyyətlə sıx bağlıdır. İdmançı taktiki təfəkkürün kpməyi 
ilə  sürətlə  dəyişən  vəziyyətləri  qiymətləndirməyi  bacarır  və 
özünün taktiki fikirlərinin səhmana salır. Taktiki təfəkkür daşıdığı 
vəzifələrə  görə  müxtəlif  xüsusiyyətlərə  malik  olur.  İdmançının 
əyani-obrazlı  olması,  əməli  əhəmiyyət  kəsb  etməsi,  aktivliyi, 
tezliyi,  məqsədyönlüyü,  müstəqilliyi,  dərinliyi,  genişliyi  və 
tənqidliyi  həmin  xüsusiyyətlərin  mahiyəti  ilə  bağlıdır.  Yəni 
bunların  taktiki  fəaliyyətin  meyarları,  həm  də  simptomlarıdır. 
İdmançıların  taktiki  fəaliyyəti,  istər  fərdi  olsun,  istərsə  də 
kollektiv,  qabaqcadan  planlaşdırılır.  Bunun  üçün  yarışlara  təsir 
edən  amillər-rəqiblər  haqqında  məlumat,  şərait  və  mühit,  yarış 
şəraitləri,  iqlim  və  s.  nəzərə  alınır.  Konkret  planların 
hazırlanmasında  aşağıdakı  amillər  nəzərə  alına  bilən-yarışın 
məqsəd və vəzifələrinin aydınlaşdırılması, rəqibin, fiziki, taktiki, 
texniki  və  psixoloji  hazırlığı,  yarış  şəraitlərinin  nəzərə  alınması, 
qarşıya  çıxa  biləcək  manelərin  qabaqcadan  proqnozlaşdırılması 
və  anlaşılması,  qələbəyə  aparan  vasitələr  və  fəndlərin 
müəyyənləşdirilməsi,  gözlənilməz  hadisələrin  baş  verəcəyi 
ehtimali  ehtiyat  plana  malik  olmaq.  Məşqçi  ilə  qabaqcadan  əldə 
edilmiş  razılığa  əsasən  idmançı  bir  taktiki  hərəkətdən  digərinə 
keçir,  onun  müstəqil  qərar  qəbul  etməsi  üçün  şərait  yaradır. 
Taktiki  fəaliyyətin  sürət  və  dəqiqliyini  təmin  etmək  üçün  xüsusi 
tapşırıqlar seçilir, bir-birindən fərqli olaraq idmançılarla yoldaşlıq 
görüşləri  keçirilir,  yarışların  özündən  də  məşqetmə  məqsədi  ilə 
istifadə olunur, təhlillər aparılır və s. 
İdmançıların  taktiki  fəaliyyətinin  səmərəli  təşkilində  onların 
taktiki qabiliyyətlərin xüsusi rol oynayır. Bunun fərdi psixi xassə 
kimi  nəzərə  alınması,  taktiki  təfəkkürün  inkişaf  etdirilməsində 
sərf edilən səyin səmərəliliynə mane olur. Beləliklə, idmançıların 
taktiki  fəaliyyətinin  psixoloji  halları  yalnız  əməli  işdə  özünü 
doğrultduqda faydalı ola bilər. 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə