Ağirliq qaldiranlarin həRTƏRƏFLİ


TAKTİKANIN ƏHƏMİYYƏTİ HAQQINDA



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə17/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 
53 
TAKTİKANIN ƏHƏMİYYƏTİ HAQQINDA 
 
Ağırlıqqaldırmada  da  ümumiyyətlə  taktika  mövcuddurmu? 
İdman  oyunlarında,  güləşmədə,  boksda  taktiki  kombinasiyalar, 
aldadıcı hərəkətlər, istirakçıların gözlənilməz yerdəyişmələri və s. 
Bəs,  ağırlıq  qaldırma  idmanında?  Axı  doğru  desək,  ağırlıq 
qaldırmanın  vəzifəsi  sanki  tamamilə  aydındır;  maksimum  çəkili 
ağırlığı  qaldırmaq.  Deməli  fiziki  hazırlıq,  rejim,  hərəkətlərin 
texnikasnı  mənimsəmək,  ümumi  ustalıq  səviyyəsini  artırmaq 
barədə  danışmaq  mümkündür.  Bəs,  taktika  kimə  lazımdır?  Bu 
kimi  mülahizələr  tamam  yanlışdır.  İdmanın  başqa  növlərində 
olduğu  kimi  ağırlıq  qaldırmada  da  taktiki  ustalıq  böyük  mühüm 
rola  malikdir.  Gücünə  görə  özünə  bərabər  olan  rəqibə  qalib 
gəlməkdən  ötrü,  ağırlıq  qaldıran  idmançı  çəkini  götürmək  üçün 
sərancamında  olan  altı  yanaşmanın  hamısından  daha  yaxşı 
istifadə  etməyə  çalışmalı,  öz  qüvvəssini  maksimum  dəqiqliklə 
bölüşdürməlidir. Taktikadan hələ bu o, demək deyildir. 
Körpü  üzərində  mübarizə  bir  çox  incə  taktik  sirlərlə 
zəngindir.  İdmançıya  və  məşqçilərə  məlumdur  ki,  yarışın  uğurlu 
başlanğıcını, müvəffəqiyyətini nəzərdə tutulan son hədd çəkisinin 
götürülməsini  təmin  edəcək  yanaşmaları  hələ  yarışlardan  xeyli 
əvvəl və yarışların gedişində müəyyən etmək çox çətindir. 
Taktiki  hərəkətlərin  ilkin  planının  tərtibi  yanaşmaların 
bölüşdürülməsi, çərki artımları ölçülərin müəyyən edilməsi yarış 
şəraitində  idmançının  fiziki-texniki  və  iradə  hazırlığın  bir  sıra 
amillərinə  əsaslanır.  İcra  texnikasının  həddindən  artıq  dəqiq  və 
mükəmməl olmasına baxmayaraq, get-gedə artan qüvvə və xüsusi 
hazırlıq  həmçinin  idmançının  iradə  möhkəmliyi  olmadan  son 
hədd çəkilərinin qaldırılmasını təsəvvür etmək mümkün deyildir. 
Əlbətdə, digər komponentlərlə birlikdə məhz bu keyfiyyətlər 
idmançılarımız  müxtəlif  yarış  marafonlarında  8-10  saatlıq 
maksimum  bacarıqlarını  nümayiş  etdirmiş,  necə  deyərlər  körpü 
üzərində  bütün  məharətlərini  göstərərək,  yüksək  idman 
nəaliyyətləri qazanmışlar. 


 
54 
Təxminən  bərabər  imkanlı  idmançıların  təkbətək  görüşündə 
ağırlıq  qaldıranların  yarışının  taktikası  özünü  parlaq  sürətdə 
nümayiş etdirir. Texniki və qüvvə hazırlığının bir-birinə bərabər 
olan  digər  şəraitində  müvəffəqiyyətin  əldə  olunması  idmançının 
mənəvi  və  iradə  keyfiyyətlərindən  onun  qətiyyətlə  və  müstəqil 
həəkət  etmək,  əmələ  gəlmiş  vəziyyəti,  rəqibinin  hərəkətlərini 
təhlil etmək bacarığından asılıdır. Misal göstərə bilərik. 
Təcrübəli  mükəmməl  hazırlıqlı  idmançıların  məşq  zamanı 
əmələ  gələn  ilkin  taktik  yanaşmalar  planlı  bəzən  yarış 
prosesindədə dəyişilmir. 
İdmançılar  təcrübəsiz  olduqda,  öz  çəkilərini  2-3-4  kq 
azaltmaq  istədikdə,  icra  texnikası  zəif  olduqda  bu  zaman 
yanaşmalar  üzrə  takik  planlarda  başqa  cür  olur.  Bu  halda 
yarışların gedişindəki hərəkətlərin yanaşmaların planı son olaraq 
döşəmə  üzərinə  çıxmaqdan  əvvəlki  qızışdırıcı  hərəkətlər  zamanı 
müəyyənləşdirilməlidir. 
İdmançı  öz  imkanları  haqqında  daha  dəqiq  məlumata  malik 
olmalıdır,  daha  sabit  göstəricilər  əldə  etməlidir.  Bundan  ötrü 
yarışlardan 10-15 gün əvvəl yoxlama məşqləri keçirilməlidir. 
Adət  edilmiş  və  əlverişli  şəraitdə  məşq  salonunda  tələsik 
sürətdə  göstərilən  son  həd  çəkisi,  heç  də  yarış  şəraitində  həmin 
ağırlığın asanlıqla qaldırılacağına tam təminat vermir. 
Həmən  halda  da  idmançının  mükəmməl,  yaxud  qeyri-
mükəmməl  icra  tenxikası  iradə  hazırlığı  və  təcrübəsi  ya  onun 
yaxın  köməkçisinə  çevriləcək,  ya  da  idmançının  uğurlu  çıxışına 
əngəl törədəcəkdir. 
Şəxsi  çəki  rejiminə  nəzarət  etmək,  məşq  maksimum  hansı 
normada artıq çəkidə əldə olunduğunu nəzərə almaq şəxsi çəkinin 
azaldılmasına  gücün,  həmçinin ağırlığın  nə  qədər  azaldılmasının 
lazım olduğunu bilmək vacibdir. 
İdmançının öz çəkisinin 2,5-3,5 kq aşağı salınması, birdən və 
təkanla  qaldırılma  zamanı  qaldırılan  ağırlığın  çəkisində  5-7,5  kq 
azaltmağa imkan verir. Bunu nəzərə almaq mümkündürmü? 
Halbuki bir çox idmançıların çəkiləri azaldıqdan sonra da öz 
çəkisinin  aşağı  salınmasına  qədər  məşqlər  zamanı  qaldırıldığı 


 
55 
çəkini  qaldırmağa  cəhd  etdiyini  müşahidə  edirik.  Bəzən  ölkənin 
qüvvətli  idmançıları  da  yarışlardakı  çıxışlarını  məğlubiyyətlə 
qurtarırlar -“sıfır” qiymət alırlar. 
Seçilmiş  taktikanın  həyata  keçirilməsi  texnikanın  sabitliyinə 
əsaslanmalıdır.  İdmançı  ağırlığı  birdən  və  təkanla  qaldırılması 
texnikasında  çatışmamazlıqlar  varsa,  onun  imkalarını  qüsursuz 
sürətdə müəyyən etmək mümkdürmü? 
Əlbətdə yox. 
Buna  görədə  icra  texnikasının  səviyyəsi  və  yarışlar  zamanı 
idmançının  belə  qüsurlara  yol  verə  biləcəyi  imkanı  nəzərə 
alınmalıdır. Deməli idmançının inamla qaldıra biləcəyi başlanğıc 
çəki müəyyən edilməlidir. 
Qaydaları  mükəmməl  bilmək  yarışlardan  əvvəl  keçmiş 
çıxışları  yada  salmaq  gündəlik  qeydləri  təhlil  etmək,  ötən 
çıxışlrın  taktiki  planlarının  xüsusiyyətlərini  götür-qoy  etmək 
lazımdır. 
Taktiki  plan  məşqçi  ilə  birlikdə  müzakirə  olunmalı, 
komandanın müzakirəsinə verilməlidir.  
Bəzən  komanda  üzvləri  məşqçinin  nəzərindən  qaçan  detallar 
(fikirlər) barədə öz tövsiyyə və qeydlərini bildirirlər. 
Çıxışların  taktiki  planını  hazırlayarkən  yadda  saxlamaq 
lazımdır  ki,  yarışlarda  idmançının  hər  bir  hərəkətinə  hakimlərin 
tələbkar  baxışları  ona  dikiləcək,  bəzən  məşqçilər  idmançının 
maksimum  çəkini  qaldırdığı  zaman  buraxdığı  kobud  səhvlərə 
barmaq arası baxır, bu zaman məşqçinin vəzifəsi belə bir ağırlığı 
götürməkdən  ötrü  “psixoloji”  maneəni  aradan  qaldırmaqdan 
ibarətdir.  Texniki  hərəkətlərin  dəqiqliyi  özü  tədricən  əldə 
olunacaq  axı,  məşq  salonuna  nisbətən,  yarışların  gedişində 
idmançının  daha  çox  həyacanlandığı  bir  vaxt  qüsurlara  yol 
verməsi ehtimalı daha çoxdur. 
Ağırlığın  birdən  və  təkanla  qaldırılması  zamanı  ilk  cəhddə 
ciddi  yanaşmaq,  onun  yerinə  yetirilməsinə  səy  göstərərək 
qaydaları  pozmamağa  və  öz  gücünə  qənaət  etməyə  çalışmaq 
lazımdır. Bu isə qaldırılan ağırlığın qeyd edilməsinə imkan verir. 
Ağırlığın növbəti artırmalarından sonra da uğurla qaldırılacağına 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə