Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə16/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 
50 
Yalnız  çox  bacarıqlı,  təşəbbüskar,  öz  idman  texnikasını 
mükəmməl bilən, həddindən çox iradəli idmançılardan ötrü fərədi 
məşqlər əlverişlidir. 
İdmançı  öz  səylərini  uğurla  başa  çatacağına  məşqlərin 
ecazkar təsirinə inanmalıdır, lakin heçdə asanlıqla müvəffəqiyyət 
qazanacağına  ümid  bağlamamalıdır.  Hər  bir  yeniyetmə  Nizami 
Paşayev şöhrəti vəd edən məşqçilər heçdə düzgün iş görmürlər. 
Gənc  idmançı  öz  göstəricilərinin  sürətlə  artmasına  ümid 
bağlayır,  lakin  bunun  çoxda  asan  olmadığını  gördükdə,  idman 
zalını məyusluql tərk edir. 
Məşqin öz çətinlikləri var. 
Bəzən 
məşqin 
gedişi 
pozulur. 
İdmançının 
maraq 
göstərmədiyi,  yerinə  yetirməkdən  boyun  qaçırdığı  “Sevilməyən 
hərəkətlərdə olur. Bu da idman naliyyətlərinin artmasını ləngidir. 
Daimi  özünənəzarət  “özünə  buyurma”  olmadan  iradə 
tərbiyyəsi mümkün deyildir. 
“Özünə buyurma”nın mahiyyəti nəzərdə tutulan gündəlik cüzi 
tədbirləri  dönmədən  yerinə  yetirməkdən  ibarətdir.  Həvəsi  yoxsa, 
yağış yağırsa, hava korlanmışsa da,  məşqi təxirə salmaq olmaz. 
İdman  salonuna  get,  rəqibdən  qorxursansa  bu  hissi  özündən 
uzaqlaşdır.  Körpünün  üzərinə  qalx:  Bədəni  soyuq  su  ilə  silmək 
xoşuna  gəlmirsə  də  -  bədənini  mütləq  soyuq  su  ilə  yumağa, 
öyrəşəcəksən, bu sənin səhhətinin xeyrinədir. 
Yoxlama-nəzarət məşqlərinin məqsədi iradənin formalaşması 
sahəsində  müstəsna  əhəmiyyətə  malikdir.  Həmən  məşqlərə 
mükəmməl hazırlaşmaq lazımdır. 
Son  hədd  çəkisi  əgər  ilk  dəfə  qaldırılırsa  onu  məşqin 
əvvəlində, idmançının yorulmadığı bir vaxtda götürmək lazımdır. 
Bir  müddətdən  sonra  idmançıdan  məşq  zamanı  maksimum 
çəkini  qaldırmaq  inamı  əmələ  gəldikdə,  yoxlama  hərəkətini 
məşqin  axırında  da  yerinə  yetirmək  olar.  Məşqin  axırında 
ağırlığın  sürətlə  qaldırılması  intensivliyinin  və  miqdarının 
artırılmasına gəlincə isə bunu təxminən bütün ən yaxşı idmançılar 
çox təcrübədən keçirilir. 


 
51 
Əgər  yoxlama  zamanı  ağırlığı  ilk  yanaşmada  qaldırılma 
mümkün  olmazsa,  lakin  böyük  səy  və  texniki  təshihlər 
nəticəsində  (ağırlığı  qaldırılma)  ştanqı  qaldırmağı  mümkün 
olması aydındırsa, qaydaların pozulmasına yol verilsə də ağırlığın 
götürülməsi cəhdini bir daha təkrar etmək lazımdır. 
Əlbəttə  bu  çox  böyük  iradə  qüvvəsinə  dəlalət  edir. 
Maksimum  ağırlığın  qaldırılması  uğursuzluqla  nəticələnərsə, 
yoxlama  məşqini  təxirsiz-sürətdə  dayandırmaq  lazımdır.  Çünki 
özünü bu kimi məcburiyyətə uğratmaq zədələrə əsəbi yorğunluğa
daxili narahatsızlığa səbəb ola bilər. 
Son  hədd  çəkisi  ilə  yoxlama  hərəkətini  –  yanaşmanı  tam 
sakitliklə etmək lazımdır. Bu idmançının özünü cəmləşdirməsinə 
kömək  göstərir.  Həmin  ağırlığın  sonrakı  müşayət  edən  narahat 
şəraitdə 
yerinə 
yetirməyə 
öyrənmək 
lazımdır. 
Bəzi 
ağırlıqqaldıranlar böyük çəkili ştanqdan qorxurlar. Bu və ya digər 
hərəkətlər  ən  böyük  çəkilərin  qaldırılması  zamanı  baş  verən 
uğursuzluqlar,  ağırlığın  birdən,  yaxud  təkanla  qaldırılması 
nəticəsində əmələ gələn zədələr həmin ağırlığa qarşı qorxu hissin 
meydana  çıxarır.  İdmançı  öz  diqqətini  maksimum  səylərə 
yönəltmək  əvəzinə,  ştanqın  ağırlığını,  yarışın  pozulması  və 
zədələmə ehtimalını heç cür beynindən çıxara bilmir. İdmançı bu 
barədə  nə  qədər  düşünərsə  onun  həmin  çəkiyə  qarşı  qorxu  hissi 
də  artmış  olur,  beləliklə,  ağırlıq  qorxusu  başlanır.  Bəs  bu 
qorxudan necə yaxa qurtarmaq olar? Bəs bu psixoloji maneə necə 
dəf edilə bilər? 
Hər  şeydən  əvvəl  həmin  qoxunu  əmələ  gətirən  səbəbləri 
müəyyənləşdirmək  onun  meydana  çıxamasına  səbəb  olan  şərti 
reflektor  əlaqələri  aşkara  çıxarmaq  lazımdır.  Həmin  ağırlığın  bu 
və ya başqa tərzdə yoxlamaq, qaldırılmasını qəti surətdə qadağan 
etmək  lazımdır.  Əsəb  sistemini  bütünlüklə  bərpa  olunmasına 
imkan  vermək  lazımdır.  Əgər  zədələr  varsa,  onları  sağaltmaq 
daha  kiçik  ağırlıqları  qaldırmaq,  bir  qədər  istirahət  etmək 
lazımdır.  İdmançıya  necə  deyərlər,  psixoterapiya  lazımdır.  Ona 
uğursuzluğunun 
səbəbləri 
izah 
edilməli 
və 
nəzərinə 
çatdırılmalıdır  ki,  bütün  bu  çətinliklər  asanlıqla  aradan  qaldırıla 


 
52 
bilər.  Sonra  isə  əvvəllər  qaldıra  bilmədiyi  və  mümkün  olmayan 
çəkinin  qaldırılmasından  ötrü  əlverişli  şərait  yaradılmalıdır. 
Beləliklə, idmançının öz artmaqda olan qüvvəsinə və imkanlarına 
inamından mütləq meydana çıxar. 
Yarışın  əvvəlindən  axırına  kimi  təşəbbüsü  əldə  saxlamaq 
lazımdır.  Birdən  qaldırmada  müvəffəqiyyət  qazandıqdan  sonra 
idmançı  təkanla  qaldırılmasına  hazırlaşmaq  lazımdır.  Yarışlar 
zamanı tərif və təbriklər nə qədər az eşidilərsə, bir o qədər yaxşı 
olar. Vaxtından əvvəl gərəksizdir. 
Yarışlar uğursuzluqla başa çatdıqda özünü doğrutmaqdan ötrü 
cürbəcür  səbəblərə  əl  atmaq  düzgün  deyildir:  “Körpü  pis  idi”, 
“Zədələr  mane  oldu”,  “Hakimlər  qərazkarlıq  edirdilər”, 
“Hazırlığım yaxşı deyildi” və s. 
Bütün  bu  bəhanələr  yalnız  idmançının  çarəsizliyinə  və 
iradəsizliyinə  dəlalət  edir.  Belə  bir  mənəvi  zərbədən  mütəəsir 
olan,  idmançısına  qarşı  məşqçinin  münasibətdə  mühüm 
əhəmiyyət kəsb edir. 
Heç  bir  məzəmmətə  öyüd-nəsihətə  yol  verilməməlidir. 
Məşqçi  öz  məyusluğunu  gizlətməli,  idmançıya  ürək-dirək 
verməlidir. 
Beləliklə  idmançının  iradə  hazırlığının  möhkəm  olması 
ümumi fiziki texniki hazırlığında çox böyük əhəmiyyətə malikdir. 
 
 
 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə