Ağirliq qaldiranlarin həRTƏRƏFLİ



Yüklə 22,4 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix05.10.2017
ölçüsü22,4 Kb.
#3253
1   ...   22   23   24   25   26   27   28   29   30

 
88 
Ağırlıq qaldıranların kollektivçiliyi – yoldaşcasına əməkdaşlıq və 
qarşılıqlı  yardım,  şəxsi  mənafeyin  şüurlu  sürətdə  ictimayi 
mənfeyə  tabe  edilməsinə  əsaslanan  birlik  deməkdir.  Həm  ayrıca 
idmançının  həmdə  bütövlükdə  komandanın  idman  kollektivinin 
müvəffəqiyyət  əldə  etməsindən  ötrü  kollektivçilik  tərbiyyəsinin 
böyük əhəmiyyəti vardır. 
Ağırlıqqaldıranların  kollektivçiliyi  mənəvi  keyfiyyət  kimi 
idman nailiyyətinin əsasını təşkil edir. 
Həmən  keyfiyyətin  təkmilləşməsi  işi  məşqçinin  şəxsən 
maraqlandırır.  Əgər  kollektivin,  kamandanın  başqa  üzvləri, 
idmançıya mənəvi cəhətdən kömək etməzlərsə, idmançı yarışlara 
müvəffəqiyyətlə hazırlaşa bilməz.  
Məşq  prosesinin  qarşısında  duran  vəzifələrin  həyata 
keçirilməsi  zamanı  hər  bir  idmançı  yalnız  şəxsi  tələbatını 
ödəyərsə bu halda kollektivdə əsil yoldaşlıq münasibətləri əmələ 
gələr,  əgər  yüksək  ixtisaslı  idmançı  məşq  prosesi  ilə  və  həyatla 
bağlı məsələlərin həllində öz yoldaşına kömək edərsə, buna cavab 
olaraq  onda  özünə  qarşı  hörmət,  hüsn  –  rəqabət  hissi  və  lazım 
gələrsə kömək etmək həvəsi görür. 
Deməli yoldaşlara, məşqçiyə, cəmiyyətdə kollektivdəki başqa 
adamlara münasibət kollektivçiliyin başlıca prinsipidir. 
Kollektivçiliyin 
təkmilləşdirilməsi 
idmançının 
şəxsi 
vəzifələrinin  qoyuluşu  və  yoldaşlarının  məşq  etməsinin 
məqsədlərinin aşkar edilməsi yolu ilə davam edir. 
Cari  və  prespektiv  vəzifələrin  uğurla  yerinə  yetirilməsində 
yoldaşlarına  və  bir-birinə  kömək  etmək  kollektivçiliyi 
təkmilləşdirməyin  əsas  üsuludur.  Bu  zaman  yadda  saxlamaq 
lazımdır  ki,  komandanın,  kollektivin  ümumi  nəailiyyətində 
kollektivin  hər  bir  üzvününü  öz  xidməti  və  payı  olur.  Ona  görə 
müvəffəqiyyət  qazanan  idmançı  bunu  yaddan  çıxarmamalıdır  və 
yarışlardan  qayıtdıqdan  sonra  onun  qələbəsində  müəyyən  qədər 
xidməti olan hərkəsə (hətda aşağı xidmətçilərdə) bütün kollektivə 
təşəkkürlüyünü  bildirməlidir  ki,  onlarda  bu  nailiyyətin  hamıya 
məxsus  olduğunu  duya  bilsinlər.  Kollektivin  bu  vəya  digər  üzvü 
ona  kömək  göstərirsə,  yüksək  ixtisaslı  idmançı  məşq  prosesində 


 
89 
də  belə  hərəkət  etməlidir.  Kömək  göstərmək  və  təşəkkür  etmək 
özündə  kollektivçilik  keyfiyyətini  tərbiyyə  etməyin  əsas 
üsuludur.  
Bütün  adamlara  kömək  göstərməyə  və  göstərdikləri  köməyə 
görə  onlara  təşəkkür  etmyə  çalışmaq  və  bu  əsasda  özündə 
müəyyən  vərdişlər  yetişdirmək  kollektivçilik  keyfiyyətini 
təkmilləşdirməyin vasitəsidir. 
Vətənpərvərlik  –  bu  ağırlıq  qaldıranın  öz  vətəninə,  dövlətinə 
milli  ənənəsinə  xas  olan,  cəmiyyətinə  və  kollektivinə  sədaqəti 
deməkdir. 
Vətənpərvərliyin 
təşəbbüskeşliyin 
təkmilləşdirilməsi 
kollektivçiliyin  təkmilləşdirilməsi  ilə  sıx  sürətdə  bağlıdır.  Öz 
kollektivini  hər  şeydən  üstün  tutan,  kollektivin  idman 
cəmiyyətinin, ölknin hörmətinin qazanan idmançı öz cəmiyyətinə 
həmişə  sadiq  qalır.  Əgər  o,  bir  kimsə  tərəfindən  xüsusən  yuxarı 
vəzifələri  şəxslər  (müdrüyyət,  məşqçi  və  s.)  tərəfindən 
alçaldırılırsa,  bu  zaman  belə  amillər  vətənpərvərliyin 
təəssübkeşliyin  təkmilləməsinə  öz  mənfi  təsirini  göstərir.  Belə 
hallarda  (idmançı  (ağırlıq  qaldıranı)  öz  kollektivindən  çox 
asanlıqla üz çevirə bilir. Onu daha yüksək qiymətləndirən başqa 
cəmiyyətə  keçə  bilər.  Deməli  vətənpərvərlik  (təəssübkeşlik) 
tərbiyyəsi  xidmətlərinə  və  azacıq  belə  azaltmadan  fəaliyyətinin 
müsbət  qiymətləndirilməsinə  görə,  idmançının  kollektividə 
tutduğu  özünəlayiq  yerin  müəyyən  edilməsi  yolu  ilə  aparılır. 
Ağırlıq  qaldıranın  nailiyyətlərinin,  yaxud  onun  komandada, 
kollektivdə  tutduğu  mövqenin  alçaldılması  onda  təhqir  edilmək 
və  incidilmək  duyğusunu  meydana  çıxarır.  Xüsusən  belə  təhqir 
edilmək  haqsız  olduqdan  –  idmançıya  daha  ağır  təsir  bağışlayır. 
İdmançının  ictimayi  (tabeçilik,  ərazi  və  başqa)  tələbatının 
ödənilməsi,  vətənpərvərliyin  (təəssübkeşliyin)  tərbiyə  edilməsi 
vasitəsidir.  İdmançının  təlabatının  ödənilməsi  onun  və  mənsub 
olduğu  kollektivin  üzvlərinin  fəaliyyətinin  yüksək  dərəcədə 
qiymətləndirilməsi  yolu  ilə  həyata  keçirilir.  Kollektivin 
nailiyyətləri  də  vətənpərərliyi  (təəssübkeşliyi)  təkmilləşdirməyi 
vacib şərtlərindəndir. 


 
90 
Beynəlmiləlçilik – hər bir millətə hörmət edilməsi dostluq və 
əməkdaşlıq  uğrunda,  şovinizmə  və  millətçiliyə  qarşı  mübarizədə 
bütün  xalqların  hüquq  bərabərliyinin  müdafiə  edilməsi  tərzində 
ifadə  olunur  komanda  da,  idman  kollektivində  adətən  müxtəlif 
millətlərin  nümayəndələri  məşğul  olurlar.  Kollektivçiliyin,  milli 
və  irqi  ayrıseçkiliyə  yol  vermədən  bütün  insanların  dostluğunun 
tərbiyyə edilməsi vasitəsinə beynəlmiləlçilik təkmilləşdirilir. 
Məşq prosesində əməkdaşlıq duyğusu mühüm yer tutur, milli 
üstünlük  yaxud  natamamlıq  hisslərinə  yol  verilmir.  Bir  nəfər 
adama  xas  olan  nöqsan  cəhətin  bütün  kollektivə,  qrupa,  yaxud 
xalqa aid edilməsinə yol verilməməlidir, yadda saxlamaq lazımdır 
ki,  natamam  bir  insan  kimi  münasibət  bəslənilən  idmançıda 
millətçilik,  sovinizm  duyğular,  onda  yalnız  həmən  duyğuları 
nümayiş etdirən idmançıya qarşı deyil, həm də komandaya, xalqa 
qarşı  neqativ  münasibətin  əmələ  gəlməsinə  səbəb  olur.  Xaricdə 
və  ölkənin  daxilində  digər  xalqların  mədəniyyətinə  və 
ənənələrinə ehtiramla yanaşılmalıdır. Özünü düzgün aparmaq və 
nəzakət  qaydalarını  gözləmək  lazımdır.  Beynəlmiləlçiliyin 
təkmilləşdirməklə  əlaqədar  olaraq,  məşq  prosesində  müxtəlif 
millətlərdən  olan  şəxslərlə  yaxşı  əlaqələri  yaratmaqla  bağlı 
tapşırıqlar verilməlidir. 
Belə  yaxşı  münasibətlər  birgə  məşqlərin  gedişində  ümumi 
məsələlərin  həlli  zamanı  daha  tez  yaranır.  Çalışmaq  lazımdır  ki, 
idmançılar  qarşılıqlı  ünsiyyətdən  müsbət  emosiyalar  əldə  edə 
bilsinlər. 
Humanizim  –  bütün  insanlara  məhəbbətlə  yanaşmaq,  onların 
qayğısına  qalmaq,  insanllıq  ləyaqətinə  etiram  göstərmək 
deməkdir.  Humanizmin  tərbiyyə  edilməsində  də  kollektivçilikdə 
tədbiq  edilən  metodlardan  istifadə  edilir.  Komanda  da,  idman 
bölməsində  mehriban  münasibətlərin  səhmana  salan  idmançı 
(ağırlıq  qaldıan)  yoldaşlarına,  komandaya,  bütün  insalara  qarşı 
ehtiram hissini yayır. Öz kollektivinin üzvlərinə yaxşı münasibət 
bəsləmək  vərdişlərinin  o,  başqa  adamlarla  münasibətinədə  çox 
asanlıqla (avtomatik sürətdə) keçirir. Bu onun gündəlik davranış 
normasına  çevrilir.  Nailiyyət  və  uğursuzluqların  birlikdə 


Yüklə 22,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə