Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə61/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   57   58   59   60   61   62   63   64   ...   75

gizlədilmiş səhifələri aydınlaşır, ağlı kəsəndən onu narahat eləmiş bir çox sualın
cavabı ortaya çıxırdı. Hətta birbaşa onun ailəsinin, özünün taleyi ilə bağlı
olmasaydı belə, bu illərə sakit yanaşa bilməzdi. Göz önündə açılan mənzərə
dəhşətli idi, insanlıq tarixinin utancverici olayları dissertasiyalıq, elmi işlik
deyildi. Geniş bir dənizə baş vurmuşdu, üzüb sahilə çıxmaq olmurdu.
Bəlkə də bu mövzuya girişməkdə səhv eləmişdi, bir başqası Moskvanın
qərarlarını və o qərarların əyalətlərdə necə yerinə yetirildiyini, QULAQ-ın sorub
apardığı insan selinin statistikası və ümumi coğrafiyasını yazmaqla işini bitirərdi.
Ancaq o, təkcə sənədləri və ordakı quru rəqəmləri görmürdü. Neçə min alman,
neçə min tatar, neçə min fin, neçə min ukraynalı, neçə min Azərbaycan türkü həbs
və sürgün edilmişdi... 30, yaxud 40 min deyib keçməyə nə var ki? İnsanlar rəqəmə
çevriləndə ağacdan, daşdan, kibrit qutusundan, araq şüşəsindən, kitab səhifəsindən
fərqləri qalmır. Ancaq bu rəqəmlərdəki on minlərdən tək birinin taleyini göz
önünə gətirsən, sarsılarsan. Yurdundan qoparılan hər insanın yaşantısı bir faciə
əsəridir və cildlərlə kitaba sığmaz. Quru statistika ilə yaşadığı həyatın fərqini və
aradakı təzadın nə demək olduğunu bildiyindən fikrini toplamaq çətinləşirdi.
...Qovluqdakı növbəti səhifəni aşıranda gözü böyüdü. Ayselin tanış soyadı
diqqətini çəkdi və ürəyi döyünməyə başladı. Düzdür, baxdığı qəzetlərdə bu soyada
tez-tez rastlaşmışdı, ancaq qəzetlərin çoxu dəlmə-deşikdi. Kimlərinsə oğru əlləri
qəzet materiallarını səliqə ilə kəsib götürmüşdü. Qəzetlərə əsaslansan, məşhur
alimin həmin illərdəki mövqeyini müəyyənləşdirmək çətindir. Ancaq burda hər
şey aydın yazılmışdı və oxumadan keçə bilməzdi. Qorxurdu, ancaq oxumalıydı.
Ürəyində Allaha yalvarırdı ki, tanış olduğu və sevdiyi bu ailənin keçmişindən
ürək bulandıran bir məlumata rast gəlməsin. Sürgün həyatını görməyən,
repressiyanı öz ailəsinin taleyində yaşamayan bir başqası bu səhifələrə fikir
verməyə də bilərdi, ancaq o, bunu bacarmazdı. Oxudu və oxuduqca xəyalında
qurduğu xoşbəxtlik sarayının necə ləngər vurduğunu hiss elədi. Birbaşa onun
ailəsinə aidiyyəti yoxdu, ailəsinin hökmü kənddə və daha öncədən verilmişdi,
ancaq nə olsun? Bağırov bəzi məşhurları çağırdı, danışdılar və yeni bir ziyalı
dəstəsi həbs olundu, sürgün edildi, sorğu-sualsız güllələndi...
Stalinə qarşı qəsd, dövlət çevrilişi cəhdi, antisovet fəaliyyət. Nə qədər olar? Hər
dəfə yuxarıdan aşağıya minlərlə insan qırılıb gedir. Ancaq gərək xalqın sevdiyi
möhtərəm şəxslər əllərini o qan çaylarında yumayaydılar. Adlarına ləkə
düşməyəydi. Dostları, tanışları haqqında böhtan deməyəydilər. Millətin
sevdiklərinin sözü ilə millətini sevənlər güllələnir. Tarixin bu üzü də var. Murdar
üzü... Halbuki Bakıda oxuduğu sanballı nəşrlərdə bu adam millətini sevən və onun
yolunda hər cəfaya hazır olan, elmdə etdiyi yeniliklərlə xalqının adını ucaldan, hər


yerdə duz-çörəklə qarşılanan bir şəxsiyyət kimi təqdim olunur.
Murad sarsılmışdı.
Ayselə heç nə demədi.
Onun nə günahı?
O raportlar yazanda bəlkə heç Ayselin anası da dünyaya gəlməmişdi. Ancaq hər
dəfə onun üzünə baxanda Qazaxıstan çöllərinə səpələnmiş günahsız insanları
düşünürdü.
Keçib gedər...
Amma keçib getmir və ürəyini ovmaqda davam edirdi.
Ata-anasının gözü yolda qaldı.


Güneydə qəza
Meşkindən gündoğana, Savalana və indi üs​tündən Quzey Azərbaycanla sərhədin
keç​diyi Kömürgöy, Qızyurdu dağ silsiləsinə doğru baxanda göz önündə açılan
görünüş adamın ayağını yerdən üzür. Əgər cənnət müqəddəs kitablarda yazıldığı
kimidirsə və ya Cənnət adlı bir planet varsa, o, elə belə olmalıdır; yaxud bu
vadilər həmin cənnətə bənzəyirdi. Bəlkə yayın ortasında buralar saralıb-solacaq,
yaxud qışda qar altında qalacaq və indiki gözəlliyini itirəcək, ancaq hələ bahardır,
daşların da cana gələn, üstündə yüz rəngə çalan çiçəklər bitirən çağıdır. Savalanın
geniş sinəsindən başlanan kiçik dağ çaylarının hansına qoşulub getsən, ətraf öz
meyvə bağları, lələk kimi yerə sancılmış qovaqları, arxları, bostanları, insan
əlinin bərəkətindən nişanə olan terrasları ilə səni heyran qoyacaq. Bu çay
yataqları, həm də zirvələrə və zirvələrin o üzündəki torpaqlara aparan yolların
yön bulduğu və uzanıb getdiyi yerlərdir.
Sürülərin yaylağa qalxan vaxtında bu vadilər və yollar daha da canlanır, insanlar
min illərin səssiz çağırışlarına qoşulub payızda tərk etdikləri obalarına doğru
dikəlirlər. Ətəklərdə ot çalını qurtarsa da, yamacların yaşıllığı hələ təzə-tərdir.
Yolun üst tərəfində yerdən yumruq kimi çıxan daşa söykənmiş iki çoban nil,
yamşan, qarağac ağaclarının arasına səpələnmiş sürüyə göz qoyur. Gün boyu
belədir: otarmaq imkanı olmayanda sürünü sıxışdırıb yola tökür, sürüb darlıqdan
çıxarır, sonra imkan düşən kimi yenə belə yayılmasını, otlaya-otlaya irəliləməsini
gözləyirlər.
Yolla dolana-dolana gələn iki maşın çoxdan diq​qət​lərini çəkmişdi, hara yön
aldıqlarını görmək istəyirdilər. Maşınlar bir neçə dəfə dayanıb, sonra yenidən
hərəkətə gəlmişdilər. İndi yenə yolun alt tərəfindəki şamlıqda dəryaz çalan
adamların yanında dayanmışdılar, maşından enənlər şəkil çəkir, söhbətləşirdilər.
Bəlkə elə son dayanacaqları da oraydı və bir azdan geri dönəcəkdilər. Ancaq bu
dəfə maşındakıların diqqəti onlara yönəldi. Hələ onların kim olduğunu, nə
məqsədlə gəldiklərini bilməyən, 45-50 yaş arasındakı çoban yanındakı
yoldaşından gözlənilməz bir soru sordu:
– Şirzad, eşidirsən?
– Eşidirəm!
– Maşınları gördüm, yadıma düşdü ki, son zamanlar əcnəbilər yaman dadanıblar
bizim dağlara.
– Burda nə axtarıllar, əmioğlu?


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə