Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə64/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   60   61   62   63   64   65   66   67   ...   75

fikir gəlir. Bura Tehrandır, bizə xeyri dəy​məz.
Deyirsən, Quranın tərcüməçisinə də əl qaldırarlar?!
Rəsul güldü:
– Onları qorxudan da elə budur. Sənin islamı və islam tarixini mükəmməl
bilməyin...
Ziyad bəy:
– Sənin kitablarından da xəbərdaram. İranda çoxlarını yuxudan oyatmısan.
Doğrudan da, Rəsulun araşdırmaları fars tarixşünaslarının bir çox yalanlarını
ortaya çıxarmış və oxucular arasında geniş yayılmışdı. Rəsul təvazökarlıqla
mövzunu dəyişməyə çalışdı.
– Bəzi ustadlarımızın Bakıdan köçüb gəlmələrinə üzüldüm.
– Kimi deyirsən? Son vaxtlar çox dəyərli alim​lər köçüb gəlib. Qulamhüseyin
Beqdeli, Həmid Məmmədzadə.
– Mən doktor Zöhrabini nəzərdə tuturam. İran türk​lərinin tarixi haqqında kitabı
çıxan kimi yer yerindən oynadı. Burda bəziləri türkün tarixini düzgün yazanların
qanını içməyə hazırdır. Buna görə də Şəbüstərdəki evində öldürdülər.
Akademik təəccüblə:
– Demək, mən səhv etməmişəm. Dəfələrlə de​mişəm ki, o sağlam adam idi. Belə
tez ölməzdi. Onu öldürüblər.
– Öldürüldüyünə heç bir şübhəmiz yoxdur. Əli​mizdə şəkillər də var. Bədənində
bütün vəhşilik​lərin izi qalır.
Bunu deyib cibindən bir foto çıxardı:
– Bunu bizim gənclər ölüm xəbəri çıxan kimi çəkiblər.
Ziyad bəy gözünə inanmadı:
– İnsana qarşı belə vəhşilik edərlər?
Zöhrabinin çılpaq bədənində işgəncə və küt zərbə yerləri aydın görünürdü. Ziyad
bəy narahatçılıqla:
– Bəs niyə cibində gəzdirirsən bu fotonu? – dedi.
Rəsul gülümsədi:
– Zöhrabidən artıq deyilik! Bu boyda ölkədə cibimdən etibarlı yer tapa bilmirəm.
Ertəsi gün tez
dən həkimlərin təkidinə baxmayaraq, Ziyad Şıxlı xəstəxanadan çıxdı.
***
O günlərdə İranda Bakıdan dəvət edilmiş məşhur fizik həbsdə yatırdı. İran İslam
Cümhuriyyətinin iç üzünü göstərən maraqlı bir tarixçəydi. Rəşid müəllimin Bakıda
atom fizikası ilə bağlı müəyyən araşdırmalar apardığı laboratoriyası vardı. İran öz
atom sənayesini yaradanda bu sahədə çalışan alimlər sırasında onu da işə dəvət


edir. Bakılı alim bir neçə il ərzində qonşu ölkədə Bakıda başladığı işləri davam
etdirir, yeni elmi laboratoriya qurur. Müqavilə müddəti bitəndən sonra bütün
təkidlərə baxmayaraq, vətəninə dönür. Lakin onun yerini dolduran tapılmır. Zəng
vurub yenidən dəvət edirlər, getmir. Sonra isə bir neçə günlüyə gedib bəzi
məsləhətlər verməsini xahiş edirlər. Rəşid müəllim də inanıb gedir, yardım edir,
geri qayıdanda həbs olunur. Ən maraqlısı İran tərəfin bu həbsi əsaslandırma
şəklidir. Guya Rəşid müəllim İrandan texnologiya yeniliklərini öyrənib Bakıya
gətirirmiş. “Hansı texnologiya yeniliyindən söhbət gedir? Bu sahənin yaradıcısı
mənəm. Nə varsa, Bakıdan mən gətirmişəm, geriyə nə apara bilərəm? Özüm
qurduğum bu laboratoriyadan hansı sirri çalıb apara bilərəm?” – deyə üsyan
qaldırır Rəşid müəllim.
Yəqin tarixçi həmkarının Ziyad Şıxlını Bakıya tələs​dirməsinin bir səbəbi də bu
imiş.
Evə döndükdən sonra yaxın dostlarına bu qəzanın təsadüfi olmadığını etiraf etdi.
Qəza xəbərindən ən çox üzülənlərdən biri Rüs​təmdi. Ziyad bəyin gəldiyini eşidən
kimi görüşünə tələsdi. Ancaq akademik onu heç nə olmayıbmış kimi acı
təbəssümlə qarşıladı. Bu təbəssümün arxasında uzaq müharibə xatirələri,
cəbhədəki itkilər, elmində cəbhə kimi gərgin hücum və müdafiə üsulları dayanırdı.
Gözlənilməz qəzanı bu savaş xronologiyasının hansı səhifəsinə yazacağını
bilmirdi.
Rüstəm günahkar adam kimi danışırdı. Çünki onun bu səfərə getməsini ən çox
istəyən və təkid edən o olmuşdu. İndi də dönə-dönə eyni sualları verirdi.
– Deyirsən, sürücü yoxa çıxdı?
Akademik:
– Hər halda mən onun haqqında heç nə öyrənə bil​mədim.
Rüstəm:
– Bəs erməni olduğunu kim dedi?
Ziyad bəy:
– Qulağım çaldı. Düzünü deyim, mən heç onun erməni olduğuna da inanmıram.
Mən biləni qəsdən ortaya atmışdılar bu sözü...
Rüstəm:
– Bəlkə kürd olub?
Ziyad bəy:
– Nə bilim? Onların nə dəxli var bu işə? Həm də kürdü bizdən ayırmaq olur ki?
Rüstəm:
– Sualdır verirəm də! Kürd deyəndə PKK-nı nəzərdə tuturam. Aralarında o qədər
maskalanmış daşnak var ki... Deyəsən, 1988-ci ilin siyahısı yadından çıxıb.


Ziyad bəy:
– İnanırsan, Rüstəm, mən bu hadisəyə qədər həmin siyahını unutmuşdum.
Rüstəm:
– Ölüm siyahısını unutmaq olmaz!
Ziyad bəy:
– O qəzadan sonra gözümü açdığım ilk dəqi​qələrdə elə bildim müharibənin son
günlərində, Berlində yaralanmışam. Sonra anladım ki, orda atılan güllə məni
Savalanda yaxalayıb. Ölümün yaxınlaşdığını hiss etdim. Sonra da anladım ki, bu
əcəl işi deyil. Bəlkə də İranda hazırlanan bu qəza hansısa başqa bir tamaşanın ilk
pərdəsidir.
Rüstəm coşdu:
– Ey, qəhrəman, sənə kimsənin əli qalxmaz. Özünü er​kək, normal insan sayan bir
kimsə sənə xəyanət eləməz! İrana baxma, orda hər şey ola bilər, gedək nərdimizi
ataq.


Tərəddüd
Ayseli əl içində böyütmüşdülər. Hara getsə, diqqət mərkəzində, qayğısız. Bütün
ölkədə tanınan bir şəxsiy​yətin nəvəsi olmaq zarafat iş deyil. Xalqın sevgisi öz
yerində, əsas hakimiyyətin münasibətidir. Yuxarıda kim oturur otursun, belə ailələr
həmişə qayğı görüb, diqqət mərkəzində olub. Aysel də ağlı kəsəndən bu
seçilmişlik havasında, xoşbəxt yaşayıb.
Ancaq maraqlıdır, diqqət, şöhrət, ehtiyac duymadan yaşamaq Ayseli
harınlaşdırmayıb. Özünü başqalarından yuxarı tutmaq, kimliyini gözə soxub
lovğalanmaq ağlına gəlməz. Əksinə, ona elə gəlir ki, hamıdan daha sadə və
başıaşağı olmalıdır.
Eynşteynin Amerikaya köçdükdən sonra dediyi sözü xatırlayırdı. “Paltarın ucuz
olsun, ya dəbdəbəli – onsuz da hamı sənin atanı, babanı tanıyır. Bu sənə yetər. Nə
qədər sadə olsan, özünü başqalarından ayırmasan, o qədər sayğı görərsən”. Bu
düşüncələrinin doğru olduğunu dəfələrlə görmüşdü. Orta məktəbdə də,
universitetdə də yoldaşları başına and içirdilər.
Fakültədə barmaqla göstərilən iki-üç gözəl qızdan biri olması vecinə deyil. Anası
demiş, bəxti gözəl olsun! Amma nə anası Səhər xanımın, nə özünün bəxtdən
gileylənməyə haqqı vardı. Yaxın ailələrdən söz eşitdirənlər öz yerində, ancaq
universitetdə də onunla tanış olmaq istəyənləri sayıb qurtarmaq olmazdı. Səhər
xanıma söz atanlar da vardı: “Nə saxlayırsan, prezident oğluna verəcəksən?”
Səhər xanım özünü sındırmırdı:
– Nədir, prezidentlərin oğulları ondan artıqdır? Ondan ağıllısı ilə evlənirlər?
Hələ gör o bəyənir böyük vəzifə sahiblərinin uşaqlarını?
Doğru deyirdi. Ölkənin məşhur ailələrinin birinin öv​ladı olduğundan, Aysel üçün
vəzifə, var-dövlət ciddi əhə​miyyət daşımırdı. Şükür elə ki, bu ailənin övladısan,
ancaq bu sənin xidmətin deyil, Allahın işidir. Dağda, bir çoban ailəsində də
doğula bilərdin! Bu şöhrət, bu ev-eşik sənin deyil, babanındır. Onun şöhrət
paltarını daşımağa gücün çatmaz.
Babasının zəhmətlə yüksəlməsi, ən şöhrətli vaxtında da ayağının torpaqdan
üzülməməsi, milli duruşu barədə illər uzunu eşidib-duyduqları Ayselin xarakterinə
oxşar ailələrin uşaqlarından fərqli bir saflıq və gözəllik vermişdi. Əxlaqındakı
qüsursuzluq, yaşından böyük yetkinlik, alicənablıq zahiri gözəlliyini üstələyirdi.
Səhər xanımın qızına ailə qurmaqla bağlı tək​liflərinin çoxaldığı vaxtda Muradla
tanış olmuşdu. Həm birinci, həm sonrakı görüşlərində onu çə​kindirəcək, rahatsız


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə