Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə66/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

Abşeron tutuna bənzəmirdi. “Kənddən gətiribmiş, barmaq kimi uzun, ağ, qənd kimi
şirin tutdur”.
Murad “eyniylə bizim kənddəki kimi” – deyə düşündü. Qız “ətrafa baxmaq
istəyirsənsə, yuxarı qalxaq” – deyə onu pilləkənə doğru çəkdi. Həyətin bir
qırağında çardaq, bakılılar demiş, giləfrəngi vardı.
Giləfrəngidən bir-birindən gözəl, dəbdəbəli ev​lər görünürdü. Yad ölkələrin
memarlığını Abşe​rona köçürmək yarışı gedirmiş sanki. Bircə Qazax çöllərinin
alaçığı çatışmır. Özgələrə heyranlıq bizimkilərin köhnə xəstəliyidir.
Giləfrəngi səliqəliydi. Yerə kilim atılmış, cod üzlüklü yastıqlar düzülmüşdü.
Kilimin üstündə yanpörtü oturub yastıqlardan birini qoltuğunun altına çəkdi. İndi
aralarındakı fərqi daha yaxşı hiss edir: “O ev, bu bağ, maşın, şöhrət... hər kəs
barmaqla göstərir. Mən kiməm, nəyim var? Onu bu həyatından qoparıb
Qazaxıstana aparacaqsan, yoxsa kirayə qaldığın daxmaya köçürəcəksən?
“Filankəsin nəvəsi bu evdə yaşayır!” – deyəcəklər. Aysel qəbul edərmi bunu?
Qəbul etsə də, nə qədər tablaşa bilər? Mən necə dözərəm?
Aşağıdan Səhər xanımın Aysellə asta danışığı eşidilirdi:
– Qonağı tək qoymusan, bəlkə bir şey istəyir.
– Ora çıxmağa utanıram...
– Onda Muradı bura dəvət eləməyinin anlamı nədir? Fikrin aydın olmalıdır.
– Mənim fikrim qətidir.
Muradın bədəni əsdi. Bir həftə əvvəl olsaydı, sevin​cin​dən bağırardı, ancaq indi
tər basdı onu. Ayselə nə deyəcək​di? Bu fikirlər içində bağın sərin havası onu
mürgülətdi.
Üzü qıdıqlanır. “Ayseldirmi?” Doğrudan da yanında oturan Ayseldi. Əlində
tutduğu üzüm salxımını onun dodaqlarına toxundurub ayıltmaq istəyir. Dikəldi. Bir
anlığa Ayseli bağrına basıb yanında uzan​dırmaq keçdi ürəyindən. Qız bunu hiss
edirmiş kimi barmağını dodaqlarına yapışdırıb “sus” işarəsi verdi.
– Üzüm ye! – Bir az ara verib, – indi de görüm, neçə günü məndən niyə qaçırdın?
– deyə soruşdu.
Səndən yox, özümdən.
– Özün elə qaçmalı adamsan. Belə getsə, məni də qaçıracaqsan. – Aysel bunu
deyib ayağa qalxdı: – Anam da durub-oturub səndən razılıq edir. Bilmirəm nəyini
bəyənir sənin?
Pillələrlə aşağı endilər, daha bu mövzuya qayıtmadılar.
Muradın çiynindən dağ götürüldü.
Muradın Ayselə məktubu


“Sənə necə müraciət edəcəyimi bilmirəm. Əzizim, canım, ürəyim! Hamısı sənə
sevgimin, ürəyimə köçürdüyüm rəsminin yanında solğundur. Ayselim! Mə​nim üçün
vətən olmuş Qazaxıstandan əsl vətənimə gəl​dik​dən sonra duyduğum yadlığı sən
büsbütün unutdurdun. Mən səni sevdim və sənin simanda ailəmə ögey ana olmuş
vətənimi də sevdim. Səndən sonra Bakının küçələri doğmalaşdı. Adamlar
qohumuma-qardaşıma çevrildi. Bütün həyatımı sənə qurban verməyə hazıram.
Ancaq mən sənə, sənin gözəlliyinə layiq deyiləm. Sən adı xalqın dilindən
düşməyən, bir dünya şöhrətli alimin nəvəsi, mən isə Qazaxıstanda sürgün həyatı
yaşayan və bu dövlətin yeni bəraət verdiyi bir ailənin Bakıda xırdaca bir
sığınacağı da olmayan elm həvəskarı. Buna baxmayaraq, sevgimizə güvənir və
xoşbəxt olacağımıza inanırdım. Bu haqda çox danışmışdıq. Lakin həyatın
amansızlığı davam edir. O deyir ki, sənin ailənin xoşbəxt olmağa və rahat
yaşamağa haqqı yoxdur...
Xeyli vaxtdır mövzumla əlaqədar 30-cu illərin qəzet​lərini vərəqləyəndə babanın
adı ilə bağlı yazılara rast gə​lirdim. Öncə əhəmiyyət vermirdim. Mürəkkəb dövr
olub. Hamı hamını ittiham edib. Ancaq arxivlərdə elə sənədlər gördüm ki, sakit
oxumaq mümkün deyil. İndiyə qədər inanmırdım, indi inanıram. 30-cu illərdə
sənin babanın da əli qana batıb. O da repressiyaya imza atanlardan, dolayı yolla
Moskvanın Azərbaycandakı siyasətini – o siyasət ki mənim ailəmi bədbəxt günə
qoyub, vətənindən didərgin salıb – müdafiə edənlərdən biridir.
Bəzi yazıların surətini çıxarmışam. Nə vaxt istə​sən, verərəm, baxarsan.
Deyə bilərsən bunun bizim münasibətimizə nə dəxli?
Mən də neçə gündür düşünürəm. Tərəddüd ürə​yimi üzür. Qorxuram ki, biz ailə
qurandan sonra sən üzə vurmasan belə, özünü bizim evdə həmişə günahkar hiss
edə, sıxıntı çəkəsən.
Bu məni öldürər.
Mən ömrümü bu dövrün araşdırılmasına həsr etmək istəyirəm. Nə yazacağamsa,
elə biləcəksən, sizin ailəni də nəzərdə tuturam. Ata-anamı da qə​rarımın
düzgünlüyünə inandırmağa çalışacağam.
Əbədi məhəbbətlə: Murad”.
***
Görünür, hər işdə gözə görünməyən və izahı çətin olan bir qanunauyğunluq var.
İllərlə gizli qalan sirrin açılması bir bəndin qırılmasına bənzəyir. Sonra
məlumatların qabağını kəsmək olmur. Hadisələr sürətlə əvəzlənir və hamısı da bir


istiqamətə! İllərlə, aylarla yada düşməyən məsələ indi qəzetlərin baş müzakirə
mövzularından birinə çevrilmişdi; otuzuncu illərdə hansı ziyalı özünü necə
aparmışdır? Ailələrinin sonrakı taleyi necə olmuşdur?
Son illərdə mətbuatın bir işi də goreşənlikdir. Tarixdə bir toxunulmaz nöqtə
qalmadı, bütün məbədləri yıxıb dağıtdılar, müqəddəsliklər lağ mövzusuna
çevrildi.
Ziyad bəy bunu millətin mənəvi və tarixi dayaqlarını sarsıtmaq sayırdı; düşmən
layihəsi hesab edirdi. Yoxsa bircə dənə tarix kitabının üzünü açmamış uşaq-
muşağın, deyək ki, dünənə kimi qürur mənbəyi kimi baxdığı Babəklə, yaxud Şah
İsmayıl Xətai ilə nə işi? Bunu yazanlara deyən gərək ki, bala, sən get öncə öz
“papulya”nın tərcümeyi-halını, nəslinin tarixini öyrən, gör kimlərə xidmət ediblər,
hansı əyri işlərə imza atıblar, sonra o uzaq keçmişlərə boylan. Murad bəzən bunu
alim qısqanclığı sayırdı. “Öz araşdırdığı dövrlərə başqasının girişməsini istəmir”.
Hətta özündə cəsarət tapıb utana-utana elmi rəhbərinə işarə də vurdu:
“Mübahisəlidir, nə olsun? Bəlkə gənclərin əllərində bir əsasları var? Bəlkə
keçmişə pərəstiş vərdişini qırmaqla əlinə kürsü keçən kimi milləti unudanlara və
özlərini ölümsüz hesab edənlərə bir mesaj verirlər?!”
Ancaq Ziyad bəyin mövqeyi dəyişilməzdi. “Bunların yazılarından erməni pulunun
iyi gəlir!”
Bir gün də aspirant yoldaşları Qızılgüllə İlqarın söh​bətinin üstünə çıxdı. Qızılgül
bir çox oğlandan daha sərt yanaşırdı məsələyə:
– Bu məqalədə nə yazıblarsa, düzdür. Hələ az yazıblar. Neçə müddətdir səni
inandırmağa çalışıram ki, bu müqəddəsləşdirilən adamlar Stalin, Bağırov rejimi
ilə o birilərdən daha artıq bağlı olublar. Günahları daha çoxdur. Kim hökumətə
daha çox əyilibsə, daha çox pay alıb, ucaldılıb. Ələ kitablarını, gör o dövrün
ideologiyasından kənar nə qalacaq?”
İlqarın da öz məntiqi vardı:
– Hansı sənətkar dövrünün ideologiyasından kənar qalıb ki?
– Mən sənə başqa şey deyirəm, ay başına dönüm! Xəya​nətdən, qələm dostlarının
ölümünə imza atmaqdan danışıram...
Adı hallandırılan böyüklərdən biri də Ayselin babası idi. Murad dostlarına hiss
etdirməsə də, özünü bu söhbətlərdən kənarda saxlaya bilməzdi.
Qızılgül qəzəbli idi:
– Sözü ora-bura atma, İlqar. Mən maksimalistəm və yazılanlara haqq
qazandırıram. Nə tökərsən aşına, o da çıxar qaşığına. Dünyada heç nə gizli qalmır
və ataların pislikləri övladların başında çatlayır, onların yoluna çıxır.
İlqar:


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə