Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə62/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   58   59   60   61   62   63   64   65   ...   75

– Tülkü dalınca gəlməzlər ki! Tülkü elə Amerikada da çoxdur. Yəqin qızıl
axtarıllar. Onları neftdən, qızıldan başqa bir şey maraqlandırmaz.
Araya sükut çökdü.
Bu dəfə Şirzad çağırdı.
– Qılıncxan!
– Fikrim səndədir.
– Bəs sən necə düşünürsən? Niyə ayaq açıblar buralara?
Qılıncxan bir daha maşının ətrafında nə barədəsə söhbət edən qonaqlara baxıb
cavab verdi:
– Qəribə adamsan! Sən bilmirsənsə, mən hardan biləcəm? Mən də bu it uşağının
nə axtardığı ilə maraqlanmışam. Yəqin gələcəkdə Şurəviyə hücum edəcəklər.
İndidən yollarını öyrənillər, ya da sən demiş, qızıl axtarıllar. Sən yerin altını
deyirsən, niyə demirsən ki, burda yerin üstündə də nə qədər istəsən, qızıl var. Bu
kəndlərin arasında təpələrin hansını qurdalayırlar, altından qızıl çıxır. Yəqin
sorağı gedib onlara da çatıb. Bunlara nə var ki! Aparatlarını tuşlayan kimi
tapıllar.
Söhbətin bu yerində gördülər ki, maşınların yanındakı adamlardan üç nəfər ayrılıb
onlara yaxınlaşır. Gəlsinlər, nə olacaq? Yaylaq, qışlaq arası o qədər qonaq, o
qədər dağçı turist görüblər ki!.. Az qala eyni vaxtda “xoş gəlmisiniz” dedilər.
Görkəmindən yerli olduğu bilinən adam qonaqlara nə isə izah edirdi, yəqin
deyirdi ki, çobanlar sizi salamlayır.
Qonaqlardan biri türkcə “hoş bulduk” desə də, ləhcə​sindən türk olmadığı
bilinirdi. Əl verib gö​rüşdülər. Yerli adam “qonaqlar sizin halınızı soruşur”, –
dedi.
– Sağ olsunlar. Yaxşıyıq. Hardan gəliblər? – Şirzad maraqlandı.
– Amerikadan.
Qılıncxan marağını boğa bilmədi:
Xeyir olsun, nə işləri var burda? Bizim dağlara xaricilər tez-tez gəlməz.
Qonaqlar onun fikrini təsdiq etdilər:
– Bilirik, bilirik, ancaq biz turist deyilik.
Qonaqların nisbətən yaşlı olanı:
– Mən aliməm. Bu da mənin assistentim, – deyərək yanındakı yoldaşını göstərdi.
Bir onlara, bir də assistentinə baxdı. Gözündə bir razılıq ifadəsi vardı, sanki.
“Görürsən hara gəlmişik?” – deyərək, səfərlərinin önəmini nəzərə çarpdırmaq
istəyirdi.
– Siz qardaşsınız? – deyə soruşdu.
– Yox, qardaş deyilik. Qohumuq.


Alim:
– Bəlkə bir şəkil çəkdirək?
– Noolar? Əskiyimiz çıxmaz! – hazırcavablığını gös​tərdi.
Qonaqlar onlara baxa-baxa nəyisə müzakirə edir​dilər. Türkcə biləni, “Siz narahat
olmayın, qonaqlar sizin simanızdan danışırlar”.
Şirzad əsəbiləşdi...
– Üzümüzə nə olub bizim? Çöldə yanıb qaralsa da, üz qaralığımız yoxdur.
Qonaq:
– Məni düz anlamadın...
Çoban çoxdandır güzgüyə baxmırdı. Arada su içməyə əyiləndə əksini görməsə,
yəqin şəklini də tanımazdı. Boylu-buxunlu, görkəmlərindən güc və sağlamlıq
yağan çobanlar diqqəti nə ilə çəkmişdilər? Bu dağlarda yüzlərlə belə çoban var.
Əzələli, azacıq uzunsov sifətləri, düz burunları, gicgahlara doğru qartal qanadı
kimi əyilən uzun qaşları, bir az alaya çalan iri gözləri, möhkəm xarakterdən xəbər
verən mütənasib, azacıq enli çənələri, sıx qara saçları. Yəni bu yerin
adamlarından biri!
Tərcüməçi izah etdi:
– Alim qonağımız neçə illərdir dünyanı dolanır, tarixçidir, insanın ilk beşikləri,
ilk ocaqları ilə maraqlanır.
Qılıncxan zarafatla:
Onlar bunu çoxdan öyrəniblər, hətta bizim meymundan əmələ gəlməyimizi də
sübut ediblər.
Tərcüməçi onun sözlərini çevirəndə qonaq güldü.
Şirzad əmisi oğlunun fikrini davam etdirdi:
– Yəqin burda ilk insanları – yəni meymundan çox da fərqli olmayan adamları
axtarırlar.
Bu sözlərin tərcüməsini dinləyəndə alimin gülüşü kə​sildi.
– Əksinə, biz burda qanı qarışmamış, ali insanlar gördük.
Şirzad etiraz etdi:
– Niyə, bizdə də qanı qarışıqlar var. Kənar mil​lətlərin qızlarını alıb gətirmək
bizimkilərin köhnə adətidir.
Söhbətin bu yerə gəldiyini görən qonaq fikrini izah etmədən ayrılmasının düzgün
anlaşılmayacağını hiss etdi:
– Biz müqəddəs kitablarda yazılanların izi ilə gəzirik. İnsan oğlunun ilk dəfə ayaq
basdığı yerlər hardadır? Bunu tapmaq istəyirik. Axtara-axtara gəlib bura –
Savalan ətəyinə çıxmışıq. Amma bu coğrafiyanın kitablarda yazılanla düz
gəlməsindən daha vacib burda yaşayan insanlardır. Genləri qarışmamış, təmiz


qanlı insanlar...
Qılıncxan gözaltı Şirzada baxırdı. Deyilənlər ağlına batmasa da, sürüləri
otardıqları bu yaylaqların əcnəbilərin gözündə xüsusi bir dəyəri olduğunu başa
düşmüşdü. Yəqin bütün işğallarına elə bu cür bəhanələrlə başlayıblar. Onu da
anlamışdı ki, insanın qiyməti hansı ölkədə, hansı şəhərdə yaşamasında, hansı
məktəbi bitirməsində deyil, şeytandan və şər işlərdən uzaq olmasında, Allahın
yazısına uyğun yaşamasındadır. Fikir sağlamlığını bu dağdakından daha gözəl
harda qoruyub saxlamaq olar? Bəlkə Savalanın müqəddəsliyi də elə bu alimlərin
sözü ilə, yəni insanın ilk beşiklərindən biri olması ilə bağlıdır...
Bu əhvalatı Rüstəm İranda, Meşkində qonaq olarkən eşitmiş və günlərin birində
söhbət əsnasında akademik Ziyad Şıxlıya danışmışdı. Dostu dinləmiş və
etinazsızlıqla zəri ona uzadıb:
– At, nağıl danışma, – demişdi. – Xayaların qapı arasında qalan kimi, Allah
yadına düşür.
Rüstəm bu söhbəti davam etdirməyin mənasız​lığını anlamışdı.
Bir neçə ay keçdi. Akademik arxivdə işlərinin bir qismini yekunlaşdırmış,
məqalələrini toplayıb nəşriyyata vermiş və rahatlaşmışdı. Yenə bir nərd masası
arxasında qəfildən Rüstəmin danışdığı əhvalat yadına düşdü.
– Amerikan alimlərinin Savalanda axtarışlarından danışmışdın, yadındadır?
Rüstəm:
– O cür əhvalatı unutmaq olmaz, – dedi. – Özünə baxma!
Akademik onun atmacasına əhəmiyyət vermədi.
– Gedirəm Naxçıvana. Ordan keçib Tehrana, konfransa gedəcəyəm. Fürsət olsa,
daha doğrusu razılıq versələr cənubu başdan-başa gəzmək istəyirəm. Bəlkə
bərabər gedək?! Amerikanların baxdığı yer​lərə biz də baxarıq. Görək axtardıqları
nədir.
– Nə vaxt gedirsən?
– İki gün sonra.
– Jurnalın növbəti sayını verməliyəm mətbəəyə. Məni məzur qıl! Yoxsa həvəslə
gedərdim səninlə.
***
Tehranda dəfələrlə olmuşdu. Lakin Naxçıvan–Təbriz yolu ilə ilk dəfə gedirdi.
Ürəyində uzun müharibə yollarından sonra sağ-salamat evə döndüyü zamanlarda
olduğu kimi bir qalib ovqatı vardı. Çünki lap son illərə qədər belə rahatlıqla
Arazdan aşağıya adlayıb kitablarında dəfələrlə əriş-arğac dolaşdığı yollardan
sakitcə keçib gedə biləcəyi ağlına gəlməzdi. Ancaq bundan da həyəcanlısı


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə