Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə63/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   59   60   61   62   63   64   65   66   ...   75

Təbrizin Gəncədən, Şəkidən, Ordubaddan seçilməyən bir tərzdə öz kökü üstündə
dimdik dayanaraq elə onların şirin ləhcəsi ilə danışması və küçələrində başqa bir
dilin eşidilməməsi idi.
Təbrizdən yeni çıxmışdılar ki bir məqam maşını avtobusu saxlatdırdı. Salona
qalxan birisi ilk sırada oturmuş Ziyad bəyi görən kimi “məni sizin ardınızca
göndəriblər, sizə ayrıca maşın ayırıblar, bir yerdə gedəcəyik” – dedi. Akademik
“Avtobus çox rahatdır” – deyə düşmək istəməsə də maşının sürücüsü təkid elədi,
“məni işdən qovarlar...”
Uzaqdan Savalanın qarlı zirvələrinin göründüyü bir yerdə yenə yadına Rüstəmin
Meşkində eşitdiyi əhvalat, Amerikalıların ilk insan beşiyini axtara-axtara gəlib
buralara çıxması düşdü. Vaxt olsa maşını o yolla sürdürərdi. Ancaq indi konfransa
yetişməlidir. Elə bu yolun keçdiyi vadilərdə də insanı sehrləyən bir qədimlik
havası var... Düşüncələr onu yenidən bu yerlərin uzaq keçmişinə aparmışdı. Ancaq
qəfildən maşının yoldan çıxdığını hiss etdi. Gözü dağlarda olsa da, tez sürücüyə
doğru çevrildi. Onun yuxulaya biləcəyi ağlına gəlməmişdi. Əlini sükana uzatdı.
Lakin sürücü yatmamışdı və cidd-cəhdlə sükanı sağa-sola döndərirdi, anlamaq
olmurdu, yenidən yola çıxmaq istəyir, yoxsa, maşının üzünü yamacın ətəyindən
axan çaya doğru çevirmək istəyir. Artıq istiqaməti dəyişib maşını geri döndərmək
gec idi və uçurumun başında sürücü öz qapısını açıb maşından yerə aşırıldı,
maşınsa uçurumun başındakı bir ağacla yandakı iri daşın arasına soxulub durdu.
Həmin anlarda akademik bədəninin xıncımlanacağını, iri sümüklərinin quru
çubuqlar kimi şaqqa-şaqla sınacağını göz​ləyirdi. Kim bilir, ölüm bu əzilmənin
hansı anında gələcəkdi. Bir neçə anda beynindən buna bənzər çox şeylər keçdi.
Ölüm qorxulu görünmürdü, təkcə şikəst olmasın...
Sonra nə baş verdiyini duymadı. Başının üs​tün​dən topa-topa ağ buludlar keçirdi.
Sanki Savalanın zirvələri parça-parça uçub gedirdi. Kimsə onu silkələyir, yavaşca
üzünə toxunur: “Bəradər, ayıl-ayıl, Allaha şükür elə ki, salamatsan”.
Yanındakının sözlərini də anlamağa çalışırdı:
– Allahın möcüzəsidir. Bu maşından salamat çıxmaq olar?
Nə baş verib görəsən, bəlkə artıq o dünyadadır. O zırpı alman onu boğa
bilməmişdi. Barmağı çəkməsinə keçirdiyi iri bıçağa toxunanda birdən bütün gücü
bir qoluna yığılmışdı. Axı onu öldürmüşdü, bəs üstündəki bu ağırlıq nədir? Əli
ayağına tərəf uzandı, əlli ildən sonra yenidən çəkməsindəki bıçağını çıxarmaq
istəyirdi. Qolunun ağrısız hərəkətinə sevindi və dağdan əsən sərinlik köksünü
doldurdu. Yerindən dikəlməyə çalışdı.
– Tələsmə qardaş, qoy həkim gəlsin, sonra qalxarsan.
– Həkim? Nə həkim?


“...Cəbhədə doktor var, tibb bacıları var, başlarına bomba yağsa da, özlərini
yetirirlər.”
Ancaq bomba səsi eşidilmirdi.
Başını pəncərəyə doğru çevirəndə gözü yenə dağların qarlı zirvəsinə sataşdı və
hər şeyi anladı. O, bu yolla Tehrana getməli idi.
– Mənə nə olub?
– Heç nə olmayıb, qardaş.
Köməkləşib ambulansa qoydular. Ağır adamdır, kömə​yə gələnlərin gücü çatmırdı.
Gözü ətrafdakı yerli adamlara sataşdı və anladı ki, onu xilas edib bu maşını
çağıranlar, gündən qaralmış bu gözəl sifətlər yaddaşına əbədilik həkk olundu,
eynilə cəbhə dostlarının siması kimi...
Fikri yavaş-yavaş aydınlaşanda:
– Sürücü hanı? – deyə soruşdu.
Onun gəzmək həvəsinə bir insanın qurban get​məsini istə​məzdi, ancaq
nigarançılığına son qoydular:
– Salamatdır.
– Bəs mənə nə olub?
– Əziklərin var, xəstəxanada yoxlayacaqlar.
– Təbrizə qaytarın məni.
– Qorxulu bir şey yoxdur. Bizə Tehrana getmək tapşırılıb.
Ombasının və başının ağrısı bədəninə yayılır və nitqini itirirdi.
Tehran həkimləri onu diqqətlə yoxladılar. Çaşqınlıq içində nə qərara gələcəklərini
bilmirdilər. Çünki maşının yoldan çıxdığı yerin və əzilən maşının şəkilləri
əllərində idi. O yamacda yoldan çıxan maşını uçuruma yuvarlanmaqdan heç nə
saxlaya bilməzdi. Necə olmuşdu ki, maşın o tək ağacın üstünə düşmüşdü. Ağacın
yanından keçsə və əslində keçməli idi də, qarşısında başqa maneə qalmayacaq və
düz uçurumun dibinə yuvarlanacaqdı. Ancaq hansı möcüzəyləsə maşın istiqamətini
sağa dəyişərək ağacla qayanın arasına pərçimlənmişdi. Bəlkə də otların arasında
gözə dəyməyən yarmaçalardan, daşlardan biri maşının yönünü dəyişib. Bir də ki,
bu iri bədənli adamın heç bir ciddi zədə almaması əsl möcüzə idi. Başında
silkələnmə vardı və müharibədən başında qalan qəlpəni tərpətmişdi. Bir də
ombasında qorxulu olmayan əzintilər vardı. Bir neçə günə yaxşılaşardı.
Xəbər tez yayıldı. Konfrans təşkilatçılarının, Teh​randa yaşayan türk-azəri
ziyalılarının biri gəldi, biri getdi. Azərbaycan səfiri hər gün baş çəkirdi ona.
Səfirin ilk gəlişində aralarında maraqlı bir söhbət də olmuşdu. Səfir:
– Ustad, axı mən sizi xəbərdar eləmişdim. Bizim Akademiyanın Rəyasət Heyətinə
zəng vurub bildirmişdim ki, konfransa gəlməyiniz məsləhət deyil. Burda sizə qarşı


ciddi bir kampaniya gedir və hətta sui-qəsd söz-söhbəti də var.
Akademik təəccüblə:
– Sənin adından mənə bir söz deyilməyib. Zəng vurduğundan da xəbərim olmayıb.
Səfir:
– Naxçıvandan gəldiyini də bilməmişəm. Bilsəy​dim, özüm qarşılayardım səni.
Kim qarşılayıb, sürücü kim olub, bilmirik.
Köhnə dostu Doktor Cavad Heyyət də hər gün baş çəkir, həkimlərlə söhbət edir,
müalicənin gedişini izləyirdi.
İkinci dəfə gələndə soruşdu:
– Həkimlə nə qovğan olub arada?
Ziyad bəy gülümsədi:
– Xırda şeydi...
– Yenə də olsun.
Ziyad bəy gizlətmədi:
– Gecədən xeyli keçmiş əlində iynə bir həkim girdi otağa ki, “iynənin vaxtıdır,
qolunu çirmə!” Baxdım, üzü xoşuma gəlmədi. “Hayes?” – deyə so​ruşdum. Başı ilə
təsdiq etdi. “İynə vurdurmaq istəmirəm” – dedim. Yox e, cumur irəli, qoluma əl
uza​dır. Tutub qolunu burdum, iynə əlindən düşdü. “Durub öldürərəm səni, rədd
ol!” – dedim. İynəni də götürüb tez çıxdı.
Cavad Heyyət güldü:
– Düz tapmısan, dünən növbətçi həkim erməni olub. – dedi. – Ancaq necə həkim
olması və gecənin o vaxtı vuracağı iynənin tərkibi barədə bir şey deyə bilmərəm.
Hər halda düz eləmisən.
Bakıdan tanıdığı İran Azərbaycanı tarixçisi Rəsul da yastığının başındaydı:
– Həkimlərlə danışmışıq, elə bir ciddi zədə yox​​dur. Xırda beyin silkələnməsi
olub, o da keçib gedəcək.
Ziyad bəy böyük bir bəladan qurtardığına sevinirdi və həkim​lərin dediklərini
zarafata saldı:
– Başım onsuz da xarab idi.
– Əstəğfürullah! –Rəsul ona etiraz etdi. – Nə qə​dər qalsan, gözümüz üstündə yerin
var. Ancaq inciməsən, bir söz deyərəm.
– De görüm! Nə incimək, canım.
– Maşına və ya təyyarəyə minə bilərsənsə, qalma burda! Onsuz da konfransa
qatıla bilmədin. Müalicəni Bakıda davam etdirərsən.
Ziyad bəy fikrə getdi:
– Nədən narahatsan?
– Sürücünün izi tapılmadı. Kimdir, nəçidir, məlu​mat verən yox​dur. Ürəyimə min


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə