Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

uzaqlaşdırmasında müdaxilə etməmək, heç bir rəsm-rüsumu və keçmiş qaydaları 



dəyişdirməmək və kənardan müşavir və yolgöstərən rolu oynamaq şərti ilə.” 

Bu şərtlərin özü, yəni hökümətin bütün ixtiyarlarına göz yummaq və belə bəyan, vəliəhdliyin 

qəbulunun icbari olmasına dəlil və sübütdur.  

İmam vəliəhdliyi qəbul etdikdən sonra, sarayda qalmadı və bu hər kəsin təəccübünə səbəb oldu.  

Həmçinin Məmun dəfələrlə imamdan kömək istəməsinə baxmayaraq, ancaq imam Rza 

vəliəhdliyi qəbul edən zaman qoyduğu şərtləri xatırlatdı və Abbasi hökümətinnən həmkarlıqdan 

boyun qaçırtdı. Nümunə olaraq, Məmun imamdan zərər çəkmiş məntəqəyə komandır təyin 

etməkdə etibarlı bir şəxs (məsləhət görməsini) istədikdə, imam cavab verir ki, “Allah məni 

səndən tez fani dünyadan aparana kimi, mən vəliəhdliyi  bu şərtlə qəbul etmişəm ki əmr, 

qadağa, qəbul etmək ya çixartmaq  işlərində müdaxilə etməyin.” 

Həmçinin Fəzl ibni Səhl dünyadan köçəndən sonra, Məmun imama deyir: “Ey Əli ibni Musa! Hal-

hazırda bizim sənə çox ehtiyacımız var. Hökümət işlərində mənə kömək etməlisən.” Lakin imam 

həmənki kimi imtina edir və buyurur: “Sənin vəzifən tədbir tökməkdir və bizim vəzifəmiz dua 

etnək.” 


Bayram namazı qılmaq üçün, xəlifənin dəvətinin qarşılığında da, imam vəliəhliyi qəbul edən 

zaman qoyduğu şərtləri xatırlatdı. Əlbətdə imama çox çətin olsa da, xəlifənin cümə 

namazlarında məmum (iqtida edən) kimi iştrak etməyə məcbur idi. Yasir Xadim deyir: İmam hər 

həftə müsəlladan qayıdan zaman, Allahdan ölümünü istəyirdi və belə dua edirdi: “İlahi! Bu 

olduğum giriftarçılıqdan ölüm ilə qurtaracamsa, onu(ölümü) tezləşdir!” 

0

 



                                                 Xorasandakı şairlər 

Belə rəsm olunmuşdur ki, bir şəxs xilafət ya vəliəhdliyi qəbul etdikdə, böyük şairlər onun 

vəsfində şerlər deyirdilər. Bu şerlər adətən tarixdə qalmışdır. Həmin dövrün İbrahim ibni Abbas 

Suli, Debel ibni Əli Xuzai, Rəzin ibni Əli Xuzai və Əbu-Novas kimi məhşur şairləri, Xorasanda hazır 

olub, Əhli-beytin(ə) şənində həmişə qalan şerlər səsləndirdilər. Özü şiə olan, Debel Xuzai, 

“Mədarisu ayatin” kimi şöhrət tapan, imam Rza və Əhli-beyt şənində bir qəsidə söylədi. Xüsusi 

ədəbi incilərdən təşkil olan bu şerlər, hələ imamın sağlığında Xorasanın müxtəlif bölgələrində 

yayılmışdı. 

Zəmanın ən böyük şairi, Əbu-Novasın (046-091 h.q) Əhli-beytin mədhində şer söyləməsini 

səkkinci imamın dövründə olan ən mühüm ədəbi cərəyanlardan hesab edə bilərik.  

Bəzilərinin fikrinə görə, islam dinindən sonra şairlərin başçısı hesab edilən, Əbu-Novas vəliəhdə 

şer oxuma məclisində iştrak etmirdi. Bir gün sonra Məmun Əbu-Novasa dedi: “Sən şairlərin 

gözüsən və tayın-bərabərin yoxdur. Niyə şairlər məclisində yer alıb, Əli ibni Musanın mədhində 

şer demədin? Əbu-Novas yerindəcə dörd beyt şer dedi onlar iki beyti belədir: 



Gər mənə sorsalar, ey dili qasir, 

Niyə vəsf eyləmir imami şair? 

Mən necə vəsf edim, ki, əzəməti, 

                                                             

0

 Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.029, 2-cü hədis və səh.05, 24-cü hədis və 41-cı bab, 35 və 39-cu hədis. 




 

 

Aləmi bürüyüb nuri-heybəti. 



Cəbrail ona da  atasina da, 

Həqir bir qul olub babasina da. 

Onun şerinin gözəlliyinə heyran qalan Məmun, Əbu-Novası təriflədi və bütün şairlərə verdiyi 

miqdarda ona hədiyyələr bağışladı. Əbu-Novas bir müddət sonra , Mərvdə imam Rza ilə görüşdü 

və onun üçün şer qoşduğunu söylədi. Həmin şeri dinləməyinizə sevinərəm. İmam oxumasını 

buyurdu və zəmanə şairi belə oxumağa başladı:  

Imamlar pakligin tecellisidir, 

Ilahi nurunun pak cilvesidir, 

Mubarek adlari cekilen zaman, 

Allah salamının gonderecekdir 

Her kim bu pakize neslden deyil, 

Elbet ki iftixar etmeyecekdir. 

Ey uca elinin pak ovladlari, 

Duzdur ki cox ali meqaminiz var, 

Allahin ezeli ebedi elmi, 

Hem butun alemin , Quranin sirri, 

Her ne var sizlerin yaninizdadir, 

Ebedi olaraq, yadinizdadir! 

İmam onun şerinə çox şad oldu və bəyan etdi: “Elə şer söylədin ki, indiyəcən deyilməyib və heç 

kəs belə şer söyləməyib.” Bu zaman nökərinə dedi: “Üzərində nə qədər pul var?” Cavab verdi: 

“Üç yüz dinar.” Buyurdu: “Hamısını Əbu-Novasa ver.” Sonra dedi:  “Bəlkə bu pul ona azdır.” 

Bu zaman imam miniyini də ona bağışladı.

0

 



                                          Bayram namazı 

Bayram namazını həmişə xəlifənin özü qılırdı. İmamı vəliəhdliyi qəbul etməyə məcbur edəndən 

sonra, bayramların birində namazı imamın qılmasını istədi. İmam qəbul etmədi. Ancaq xəlifə 

israr etdi. İmam nəhayət xəlifənin təkidlərinin cavabında buyurdu: “Ey xəlifə! Əlbətdə ki, əgər 

məni bu işdən üzrlü bilsən daha çox sevinərəm, ancaq  qəbul etməsən, Allahın rəsulu(s) və Əli 

ibni Əbu Talib(ə) kimi, bayram namazını qılmağa məcburam.” 

Məmun qəbul etdi. Mərvdə imamın namaz qılma xəbəri yayıldı. Qurban bayramının səhəri idi. 

İmam namaz qıldığı yerdən qalxıb, qüsl aldı. Başına ağ əmmamə bağladı. Əmmamənin bir 

tərəfini sinəsinə, digərini isə arxasına atdı. Dizindən ayağına kimi olan hissəni açıq saxladı. Evin 

                                                             

0

 Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.042, 01-cü hədis/ Əlam, 3-ci cild, səh.335 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə