Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

 

Hişam ibni Həkəm və Əli ibni Yəqtin imam Kazimin(ə) iki ən yaxşı tərəfdarlarından idilər. İmamın 



digər səhabələri də, həmişə bu iki səhabəni çox imanlı və alim ünvanında tanıyırdılar. Bir gün 

onlar imam Kazimin həyatda olan dövründə, Bağdadda şiələrin toplumumda oturmuşdular, Əli 

ibni Yəqtin danışmağa başladı və dedi: "Mən imam Kazimin yanında oturmuşdum oğlu Rza daxil 

oldu. İmam mənə buyurdu: "Ey Əli ibni Yəqtin! Bu Əli mənim övladlarımın ağasıdır. Mən öz 

künyəmi (Əbul-Həsən) ona bağışladım." 

Sanki səhabələr, imamın məqsədini anlamamışdılar. Hişam ibni Həkəm bu sözü eşidən kimi, 

əlinin içini alnına vurdu və dedi: "Vay olsun sənə ey Əli ibni Yəqtin! Bu nə söz idi dedin? " 

Əli ibni Yəqtin dedi: Allaha and olsun ki, dediklərimi ondan eşitmişəm.  

Hişam ibni Həkəm dedi: Bu sözün mənasını bilirsən? Yəni imamət o həzrətdən sonra Əli ibni 

Musaya keçir.(Yəni o həzrətdən sonra imam Əli ibni Musa(imam Rza)dır.) 

1-ci əsrin şairlərindən olan Həsən Kaşi, bir şerdə bu macəraya işarə etmişdir:  

Nə gözəl künyə varindir, 

Adi da Əbul Həsəndir, 

Atanin adiyla eyni, 

Bəs o da Əbul Həsəndir.. 

Nə qədər Əbul Həsən var 

Hamisi şərəf tapibdir, 

Sənin o gözəl adindan 

Necə bir rəvanə gəlmiş 

Bu cahan əzəl adindan!  

Davud Riqqi həmçinin deyir: İmam Kazimə dedim: “Qurbanın olum! Mən qocalmışam, məni 

cəhənnəmdən xilas et. Sizdən sonra imam kimdir? Həzrət oğlu Əbul-Həsəni işarə edib buyurdu: 

Məndən sonra bu sizin əmr sahibinizdir.  

İmam Bəsrə zindanından Mədinəyə yazdığı məktubunda, "oğlum Əli ibni Musa mən vəsimdir" 

deyə qeyd etmişdir.  

Davud ibni Zurbi deyir: "Malımın xümsunu İmam Kazimə apardım. Onun bir miqdarını götürdü 

və qalanını qaytardı. Dedim: Niyə bu miqdarı qaytardız? Buyurdu: Bu miqdar qalsın imamət 

sahibi onu səndən istəyər. Bir müddət sonra imamın vəfat xəbəri bizə çatdı. Biraz keçməmiş Əli 

ibni Musa Rza həmin malı götürmək üçün bir nəfəri göndərdi və mən bildim ki növbəti imam 

odur." 

0

 



                                           62 illik imamət 

Cümə günü, 35-i Rəcəb , 012-cü hicri-qəməri ilində, İmam Kazim(ə) əlli beş yaşında haqq olan 

Allahın dəvətini qəbul edib, dünyasını dəyişdi. Bu acı hadisə Harunun göstərişi ilə, Sindi ibni 

                                                             

0

 Əl-Kafi, 0-ci cild, səh.200-204, 0ci 2-cü 9-cu və 02-cü hədis/ Tarixe Muhəmmədi, səh.041 




 

 

Şahikin zindanında zəhərlənmək yolu ilə baş verdi və o həzrət Bağdadın “Qureyş qəbirləri” 



qəbirsanlığında torpağa taşırıldı. 

Bu il - 1-ci imamın ən böyük oğlu- Əli ibni Musa Rzanın bərəkətli ömründən 25 bahar keçmişdi 

və atasının əzadarı olmalı idi.  

İmam Rza atasından sonra ağır məsuliyyət olan, şiələrə imamlığı Allahın əmri ilə öhdəsinə 

götürdü və şiələr, Tus şəhərində şəhadətə çatdığı, 312-cü hicri-qəməri ilinədək onun 

imamətindən istifadə etdilər.  

Səkkizinci imam, 31 illik imaməti dövründə, on yeddi il yarımı Mədinədə və təqribən iki il 

yarımını Xorasanda keçirtdi.

0

 

                           



Azğınlıq qarşısında möhkəm və dözümlü olmaq 

Yeddinci imamın ömrünün sonunun, çox hissəsini zindanda keçdi. Şiələrin imamla rabitə 

qurmaları çətinləşmişdi. Həmçinin şiələrin, geniş İslam höküməti torpaqlarında olan çoğrafi 

pərakəndəliyi, imam ilə hüzuri şəkildə (üz-üzə) görüşməni, şiələrin çoxlarına mümkünsüz 

etməyə  səbəb olmuşdu. İmam Kazim bu üzdən şiələrin onunla rabitə yaratmaları üçün, "Vəkillik 

təşkilatı" yaratdı. İmam  əetimad etdiyi şəxsləri vəkil seçmək ilə, onları şiələr və özü arasında 

rabitə körpüləri kimi tanıtdırdı. Şiələr, öz məktub, suallar və şəri imama çatan pullarını həmin 

vəkillərin vasitəsi ilə imama çatdırırdılar. İmamın vəkillərinin əksəriyyəti dindar, tanınmış və 

etibarlı şəxslər idi. Şəri pullardan minlərlə dinar, imam onlari məmur etdiyi xərclərə çatdırmaları 

müddət ərzində, onların ixtiyarında olurdu. 

Ancaq imam Harunun zindanında şəhid olan kimi, bur neçə məqam pərəst və pul sevər vəkil 

yeddinci imamın şəhadətini inkar edib, həmin camaatdan yığılmış pullara sahib çıxmaq qərarına 

gəldilər. Bu bir neçə azmış vəkil, rüşvət vermək ya imamın səhabələrinə rüşvət təklif etmək ilə, 

Vaqifiyyə kimi məhşur olan öz yeni firqələrini inkişaf etdirməyə çalışırdılar.  

Onlar İmam Kazimin gözdən itdiyini və bir müddət sonra zühur edib, bəşəriyyəti zülmdən nicat 

verəcəyini iddia edirdilər. Yəni o həzrət axırıncı imam, bəşəriyyətin xilaskarıdır və həzrət Əli İbni 

Musa Rza  imam deyil. İmam Kaziminin gözəl və ləyaqətli alim və vəkilləri - Səfvan ibni Yəhya və 

Yunis ibni Əbdürrəhman kimi- bu şayələr və təhlükəli zəlalətin qarşısında var qüdrətləri ilə 

dayanırdılar. Ancaq təəssüflər olsun ki, bəzi cahil və dar düşüncəli insanlar bu azğın qrupa cəlb 

oldular.  

Şübhə və sualların aşkar olması bir tərəfdən və Vaqifiyyə firqəsinin başçılarının əyrilik icad 

etmələri digər tərəfdən, imamət məsələlərini əvvəlkindən daha çox bəyan etmək üçün 

zəminənin yaranmasına səbəb oldu. Buna görə bu dövrdə imamət məsələləri ilə bağlı mətləblər 

çox gözəçarpan və açıq-aydın şəkildə İmam Rzanın dilindən bəyan olunurdu.  

İmam Rza qüdrətli şəkildə, azdırıcı yeddi imamçıların qarşısında dayandı və elmi mübahisələri 

müzakirə etməklə onların suallarını cavablandırdı. Imamın alim səhabələri də həmçinin, həmişə 

Vaqifilərin hilələrini ifşa edirdilər. İmam Rzanın imamətinin əvvəl illəri, azğın Vaqifiyyə firqəsinin 

fitnəsi ilə qarşılaşdıqları üçün, imam və şiələrinə çox çətin keçdi. 

3

 

                                                             



0

 Əl-Kafi, 0-ci cild, səh.461/ Təhzibul-əhkam, 6-cı cild, səh.10/ İrşad, 3-ci cild, səh.341, Uyun Əxbarur-rza, 0-ci cild, 

səh.099, 4-cü hədis 

3

 Qurbul-isnad; səh.311 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə