Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə2/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

Musa ibni Cəfər (imam Kazim)- səhabələrindən biri olan- Hişamdan soruşdu: Mərakeşdən 



Mədinəyə tacir gəlməyib? Bazardan yeni gələn Hişam, mənfi cavab verdi.  

Sanki xüsusi bir şəxsin intizarında olan, imam buyurdu: “Artıq gəlməlidir. Qırmızı sifət və 

mərakeşli tacir. Gəl bahəm bazara gedək.”  

Bazara çatanda və bir az axtarışdan sonra mərakeşli bir taciri tapdılar. Ondan kənizləri 

göstərmələrini istədilər. İmam bu kənizlərdən birini, hörmətli anası Həmidə Musəffaya xidmət 

etmək üçün almaq istəyirdi. Ardınca olduğu nişanələr, satış üçün hazır olan doqquz kənizin heç 

birində yox idi. İmam buyurdu: “Bunlara ehtiyacımız yoxdur. Digər bir xanımda var. O hardadır?” 

Belə bir sualı gözləməyən tacir, dedi: “Xeyr! Bütün olanlarım bunlardır. Tacirin yalançılığından 

narahat olan imam, buyurdu: “Digər bir kənizinində olduğunu bilirəm. De görüm o hardadır?”  

Mərakeşli tacir özünü itirərək dedi: “Allaha and olsun bir kənizim də var ki, xəstədir!” 

Yalnız həmin kənizi istəyən imam, üzünü tacirə çevirib, dedi: “Əgər bir maniə yoxdursa onu da 

gətir görüm. Satıcı cavab verməkdən imtina etdi və imam bazardan qayıtdı.  

Səhərsi gün, imam, Hişama bazara gedib, həmin kənizi tacirin istədiyi qiymətə almasını tapşırdı.  

Haşimi görən tacir, hər şeydən öncə, dünən onunla olan şəxsin kim olmasını soruşdu?  

Dəqiq cavab vermək istəməyən Hişam, dedi: “Bəni-Haşimdəndir. Mərakeşli tacir dedi: “Bəni-

Haşim seyidlərinin hörməti mənə məlumdur, sadəcə həmin şəxsin Bəni-Haşimin hansı 

ailəsindən olmasını bilmək istəyirəm? Hişam yalnız bu cümlə ilə kifayətləndi: “O, Bəni-Haşimin 

böyüklərindəndir.” 

Tacir dedi: “Həqiqət belədir ki, “Tuktəm” adlı bu kənizi, Mərakeşin uzaq şəhərlərindən özüm 

üçün almışdım. İnsanları tanımaq qabiliyyəti olan Əhli-kitabdan bir xanım, onu görən zaman, 

dedi: “Sən və sənin kimilər bu kənizə layiq deyilsiz. O yer üzündə ən yaxşı insanın yanında 

yaşamalıdır. Belə olduğu halda, şübhəsiz bir müddət sonra həmin evdə, şərq və qərb onun 

müqabilində itaətkar və təvazökar olan, bir uşaq dünyaya gələcək.”  

Hişam tacirə dedi: Bu qızı alan, ən yaxşı insanlardandır və əhli-kitabdan olan xanımın proqnozu 

öz  həqiqətini tapacaq inşallah.

0

  



 

                                               Ata və ana  

Tuktəm xanım altıncı imamın evinə gəldi. İmam Sadiqin (ə) həyat yoldaşı və imam Kazimin (ə) 

anası, əcəmin (qeyri-ərəb tayfasının) şərəfli və şəxsiyyətli xanımı Həmidə Musəffa, evinə yeni 

gələn xanımı gözəl şəkildə qarşıladı. Kəniz, çox iffətli və həyalı idi. O, evin xanımının köməkçisi 

ünvanında evdə xidmət edirdi.   

Tuktəm ağıl, din və öz sahibəsi Həmidə xanıma ehtiram etmək baxımından, ən yaxşı kənizlərdən 

idi. Belə ki, onun malikiyyətinə keçən zamandan, ədəb və ehtiram üzündən onun müqabilində 

oturmurdu. Ailə üzvləri onun adını Nəcmə qoyub və bundan sonra onu belə çağırmaq qərarına 

                                                             

0

 Uyun Əxbarur-Rza(ə); 0-ci cild səh.01, 4-cü hədis.  




 

 

gəldilər. Çox keçməmiş Həmidə xanım kənizində bir çox üstün və fəzilətli sifətlərin olduğunu 



anladı.  

Həmin vaxtlarda Həmidə xanım, yuxuda həzrət peyğəmbəri(s) görür və peyğəmbər ona belə 

buyurur: “Ey Həmidə, Nəcməni oğlun Musaya bağışla; çünki ondan yer üzünün ən yaxşı insanı 

dünyaya gələcək.”  

Həmidə oğlu, Musa ibni Cəfərə, Nəcmə ilə evlilik haqqında danışdı və belə bildirdi: “Oğlum! Bu 

qızdan yaxşısını görməmişəm və şübhəm yoxdur ki, Allah ondan yaranan nəsli, pak və pakizə 

qərar verəcək. Onu sənə bağışlayıram, onunla yaxşı rəftar et.”

0

 



                                                                      

Mövlud

 

Bir müddət sonra Nəcmə xanım hamilə oldu. O həmin günləri xatırlayaraq, belə deyir: “Oğlum 



Əliyə(ə) hamilə olanda, hamiləliyin çətinliyini və yükümün ağırlığını hiss etmirdim. Bəzən 

yuxuda, bətnimdə təsbih, zikr  və “lə iləhə illəllah” deyilməsini eşidirdim. Bu səs məni qorxuya 

salırdı və oyanan zaman, heç bir şey eşitmirdim.” 

Nəhayət hamiləlik müddəti sona çatdı və Həzrət Əli ibni Musa Rza (ə) dördüncü gün, Zil-qədə 

ayının 00-i, 041-ci hicri-qəməri ilində, Mədinə şəhərində dünyaya gəldi.  

Nəcmə xanımı (bu münasibət ilə) ilk təbrik edən, Musa ibni Cəfər(ə) idi. O, həyat yoldaşına xitab 

edərək dedi: “Nəcmə xanım, Allahın bu kərəmi sənə mübarək olsun!”  

Sonra İmam Kazim parça və ağ libasa bükülmüş uşağı anasından götürdü, sağ qulağına azan və 

sol qulağına iqamə dedi və fərat suyu istədi. Həmin sudan bir damcı uşağın ağzına 

damızdırandan sonra, uşağı Nəcməyə qaytardı və buyurdu: “Onu götür. O, Allahın yer üzündə 

saxladığıdır.” Nəcmənin körpəsinin, iri cüssəsi var idi və çoxlu süd içirdi. Uşaq olmamışdan öncə 

davamlı olaraq ibadət və Allah zikrinə məşğul olan Nəcmə xanım deyirdi ki, Əli ibni Musaya süd 

verdiyim üçün, bütün köhnə müstəhəb namazları və zikrlərimi çatdıra bilmirəm. 

3

 



                                               Ad və soyad 

Həzrət Musa ibni Cəfər (ə) oğlunun adını “Əli” qoydu və ona “Rza” ləqəbi verdi. Övladı yanında 

olmayan zaman onun haqqında danışmaq istəyəndə, onu “Rza” ünvanında yad edirdi və övladı 

yanında olduğu zaman ona künyəsi ilə yəni “Əbəl-Həsən” deyərək xitab edirdi.  

Sonralar – bəlkə də İmam Rzanın şəhadətindən sonra- müxaliflərin içində şaiyə yayılmışdır ki, 

Məmun, Əli ibni Musanı öz vəliəhdi olması üçün bəyəndiyinə görə, ona Rza ləqəbi vermişdir. 

İmam Cavad(ə) bu yanlış təsəvvürü öz qəti kəlamları ilə batil edərək, buyurdu: “Allaha and olsun 

ki, onlar yalan deyirlər, xilaf söz danışırlar, əslində mütəal Allah onu “Rza” adlandırıb, çünki 

göydə Allah və yerdə peyğəmbər(s) və ondan sonrakı imamlar(ə) hamısı ondan razı idilər.  

2

 



                                        Şəxsi xüsusiyyətlər 

                                                             

0

 Uyun Əxbarur-Rza(ə), 0-ci cild səh.04; 3-ci hədis və səh.01; 2-cü hədis 



33

 Əl-Kafi; 0-ci cild; səh. 416, Uyun Əxbarur-Rza(ə); 0-ci cild səh.04, səh. 01, səh. 31; 3-ci hədis, İrşad səh.214, 

Tacul-məvalid səh.41, Heyət və nucume İslami 3-ci cild; səh.230 

2

 Uyun Əxbarur-Rza(ə); 0-ci cild səh.02; 0-ci hədis və səh.04; 3-ci hədis/ Kəşful-ğimmə ; 2-cü cild; səh 16 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə