Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

əhəmiyyət bəsləməsi, şiələrin bu günləri daimi olaraq şəhidlərin ağası İmam Hüseynin əzasına 



oturmalarına səbəb oldu. İmam Rza buyurardı: “Atam -Allahın salamları olsun ona- Məhərrəm 

ayı çatanda, gülərüz görünməzdi və bu on gün sona çatana kimi qəm-qüssə onu basardı.” 

Məhərrəm ayının onuncu günü çatanda, həmin gün, əza, qəm və ağlama günü olardı və 

buyurardı: “Bu həmən gündür ki, Hüseyn (Allahın salamları olsun ona) onda öldürülüb.”  

Rəyyan ibni Şəbib imamın Qumdan olan tələbələrindən idi. O, imam Rzadan Məhərrəm və imam 

Hüseyn barədə çoxlu rəvayətlər eşidib. İmam ona buyurub: 

“Ey Şəbibin oğlu! Əgər ağlasan, Hüseyn ibni Əli ibni Əbu Talib (ə) üçün ağla. Onun, qoç kimi başı 

kəsilib və ailəsindən on səkkiz kişi onunla bahəm öldürülüblər. Bu öldürülənlərin yer üzündə 

tayı-bərabərləri yox idi.” 

“Ey Şəbibin oğlu! Əgər Hüseyn(ə) üçün yanaqlarından göz yaşı axan şəkildə ağlasan, Allah kiçik 

və böyük, az və çox bütün günahlarını bağışlayacaq.” 

“Ey Şəbibin oğlu! Əgər Allahla günahın olmadığı halda görüşmək istəyirsənsə, Hüseyni(ə) ziyarət 

et.” 

“Ey Şəbibin oğlu! Əgər biz Əhli-beyt ilə cənnətin yüksək dərəcələrində olmaq istəyirsənsə , bizim 



qəmli günlərimizdə qəmli ol və şad günlərimizdə şadlan və  həmişə bizim vilayətimizi qəbul et.”

0

 



                                           

                                              Zühur müjdəsi 

Şiələr yavaş-yavaş qeybət (qeybə çəkilmə) məfhumu ilə tanış olmalı idilər. Hətta şiələrin 

əksəriyyəti üçün, bir imamın qeybə çəkilməsi və qeybdə olduğu müddətdə imamət nemətindən 

necə bəhrələnmələri aydın deyildi. Ancaq dövran elə bir tərəfə hərəkət edirdi ki, imamlar rahat 

şəkildə camaatın hidayət olmaları ilə məşğul ola bilmirdilər. Buna görə imam Rza da müxtəlif 

fürsətlərdən istifadə edərək imamət məqamını tanıtdırırdı, bəzən də imam Məhdinin (ə.f) 

doğum müjdəsini və həmçinin bəzi xüsusiyyətlərini öncül şiələrinə bəyan edirdi. O, bu yolla 

camaatı qeybət dövrünə hazırlaşdırırdı. Debel Xuzai, zəmanəsinin şiə şairlərindən idi, imam 

vilayətəhdliyi qəbul edəndən sonra, özünü Xorasana çatdırdı və Əhli-beytin mədhində şerlər 

dedi. Həmin şerlərdən birinin adı “Mədarisu-ayatin” idi. Debelin şerlərinin iki beyti Ali-

Məhəmmədin(ə) qiyamçısı barədədir. Baxmayaraq ki, bu barədə elə bir məlumatı yox idi, ancaq 

bu beytləri söyləmişdir: 

 

Zahir olacaq şübhəsiz ol mahi-vilayət,                

Bəxş eyləyəcək İslama izzət və şərafət ! 

Allahın adıyla edəcək hökmü qiyamı,                 

Olmaz daha məzlumlar üçün xari zəlalət! 

Haqq əhli üçün haqqa dua eyləyəcəkdir,           

                                                             

0

 Uyun Əxbarur-Rza(ə), 0-ci cild, səh.399, 51-ci hədis/ Əmali, Şeyx Səduq, səh.091, 099-cu hədis 




 

 

Məhv eyləyəcək batili , vardir buna ayət ! 



Əcrin verəcək hər kəsin ə`malına uyğun,           

Hökm eyləyəcək aləmə haqq ilə ədalət !  

İmam bu beytləri eşidəndən sonra, möhkəm ağladı və bir müddət sonra başını qaldırıb və 

Debelə dedi: “Ey Xuzai! Bu iki beyt şeri müqəddəs ruh sənin yerinə deyib. Bilirsənmi o imam 

kimdir və nə vaxt qiyam edəcək?” 

Debel cavab verdi: “Xeyr sərvərim, yalnız bunu eşitmişəm ki, sizin ailənizdən bir imam xaric 

olub, fəsadla dolmuş yer üzünü paklayacaq və dünyanı ədalətlə dolduracaq!” 

Həzrət buyurdu: “ Ey Debel! Məndən sonra imam oğlum Məhəmməddir, Məhəmməddən sonra 

oğlu Əli və ondan sonra oğlu Həsən və onun oğlu Höccət qiyam edəndir. Qeybət dövründə, 

onun intizarını çəkərlər və zühur və hüzur dövründə bütün aləmə başçılıq edər. Əgər dövrandan 

bir gün qalsa, Allah həmin günü uzadar ki, o zühur edib dünyanı zülm ilə dolduğu kimi , ədalətlə 

doldursun. Ancaq bu hadisə nə vaxt baş verəcək? Bu barədə xəbər vermək qiyamətdən xəbər 

verməyə bənzəyir (yəni necə ki qiyamətin vaxtı bilinmir və yalnız Allah bundan xəbərdardır, 

Höccətin(ə.f) zühuruda belədir).

 

                                             



Qədirxum xatırlama mərasimi 

Qədir-xum gününü şiənin mühüm bir bayramı kimi dəyərləndirmək, İmam Rzanın səy və 

təlaşlarından hesab olunur. Həzrət evindəki xidmətçilərnən bahəm Zil-həccə ayının 01-i, yeni və 

gözəl paltarlarını geyinib, evində oturub şiələrin gəlişini gözləyərdi. Şiələrdə həmçinin təbrik 

üçün İmam Rzanın məclisində iştrak edirdilər. İmam hərdən bəzi şiələri iftara da dəvət edirdi.  

Qədir-xum bayramı günləri imam, moizəsində müxatibləri üçün bu günün bəzi tərəflərini bəyan 

edirdi. Məclisin sonunda isə imam

 

iştrak edənlərə, hətta onların ailələrinə belə  yemək, paltar, 



üzük, ayaqqabı və s. kimi hədiyələr verərdi.  

İmam bu məclislərin birində, İraqda yaşayan səmimi yoldaşı Əhməd ibni Məhəmməd Bəzəntiyə, 

buyurdu: “Ey Əbi Nəsrin oğlu! Qədir-xum günü harda olsan İmam Əlinin(ə) məzarının başında 

hazır ol ki, Allah həmin gün mömin və müsəlman kişi və qadının altmış illik günahlarını bağışlayır 

və Ramazan ayında, Qədr gecəsində və Fitr bayramı gecəsində cəhənnəm atəşindən xilas 

olanların sayının iki bərabəri qədər cəhənnəmdən azad edir. Həmin gün haqq tanıdığın 

qardaşlarına bir dirhəm  infaq etmək , digər günlərdə min dirhəmə bərabərdir. Həmin gün 

qardaşlarına ehsan et və həmin gün bütün mömin kişi və qadınları sevindir.”

0

 

                                               



İkiüzlülük qadağandır 

Həcc səfərində şiələr qərara gəldilər ki, Mədinəyə gedib, İmam Rza(ə) ilə görüşsünlər. İmam da 

həcc mövsümündə şiə zəvvarlar üçün çoxsaylı məclislər təşkil edir və səmimanə onları qəbul 

edirdi. Bir gün imamın məclisində bir qrup Xorasan şiələrindən iştrak edirdilər. Moizədən sonra 

imama olan hədsiz məhəbbət və sevgilərini izhar etdilər. İmam da öz növbəsində onlara 

məhəbbət göstərdi.  

                                                             

0

 Təhzibul-əhkam; 6-ci cild; səh.34, 53-ci hədis/ Misbahul-muteheccid səh.153 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə