Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

olunmur.” Bu kəlam, hökümətin qəsb olunmasını, Məmunun xilafətinin qanuni olmamasını və 



həmçinin imamətin Allah tərəfdən seçilmə əqidəsinə təkid etməni bəyan edirdi.  

Bir neçə gün bu minvalla davam etdi və nəhayət Məmun imamın qarşısına başqa bir seçim 

qoydu. O, xilafət barədə uzun-uzadı söhbətlərdən sonra, vəliəhdlik məqamını təklif etdi. Bu 

təklif də imamın müxalifətçiliyi ilə qarşılandı. İmamın (imtina etmək) səbəblərindən biri də bu idi 

ki, (buyururdu) ata-babalarımın peyğəmbərdən nəql etmələrinə əsasən, mən sənin həyatinda 

zəhərlənərək dünyadan gedəcəm, yerin və göyün mələkləri mənə ağladığı halda 

məzlumançasına şəhadətə çatacam və qərib bir diyarda Harun ər-Rəşidin kənarında dəfn 

olunacam. Məmun bu sözü eşidən zaman ağladı və soruşdu: “Ey Allah rəsulunun övladı! Səni 

kim öldürəcək? Mən sağ olan müddətdə, sənə bir pislik etməyə kimin qüdrəti ya cürəti çatar?!” 

İmam buyurdu: “Əgər mən istəsəm öz qatilimi bəyan edə və məni kimin öldürəcəyini deyə 

bilərəm.” 

Xəlifə, məclisin sonunda imamı ölüm ilə təhdid etdi və imamın iki yoldan başqa bir yolu 

olmadığını bildirdi; ya vəliəhdliyi qəbul etmək ya ölüm. 

İmam Rza özünü öz əli ilə həlakətə atmamasından ötəri, qəbul etməkdən başqa çarəsi yox idi. 

Ancaq bu qəbulu, heç bir hökümət işinə müdaxilə etməmək ilə şərtləşdirdi.  

Məmun qəbul etdi. Həmin dövrdə vəliəhd təyin edildikdə, xəlifələr camaata hədiyyələr 

bağışlayardılar. Məmun imam Rzanın adına qızıl sikkələr vurdurduqdan sonra, əsgərlərinin hər 

birinə bir illik zəhmət haqqlarını bir yerdə ödədi və insanlara,  – Abbasılərin şüarı olan- qara 

paltarları, yaşıl paltarlar ilə əvəzləmələrini əmr etdi. 

0

 



                                          İmam ilə beyət 

Tarixi sənədlərə əsasən, Xorasan əhli və hökümət işçiləri şənbə günü, mübarək Ramazan ayının 

beşi, 310-ci hicri-qəməri ilində Əli ibni Musa Rza(ə) ilə Abbasi hökümətin vəliəhdi olmasına görə 

beyət etdilər.  

Məmunun göstərişi ilə, hamıdan əvvəl imam ilə  (Məmunun) oğlu Abbas beyət etdi. Bütün 

Abbasilər, qoşun başçıları və Mərv camaatı imam ilə beyət etdilər. Beyət məclisində, imam və 

xəlifə hər ikisi moizə etdilər və sonra şair və xətiblər imam və xəlifənin mədhində təriflər 

dedilər. 

Xəlifə, imam vəliəhdliyi qəbul etdikdən sonra İslam ölkələrində böyük şənliklər təşkil etdi. O, 

əsgərlərinin bir illik zəhmət haqqlarını bir yerdə ödədi, Abbasılərin qara paltarını əynindən 

çıxarıb, onu yaşıl paltar ilə əvəzlədi və imam Rzanın adına qızıl və gümüş sikkələr (dirhəm və 

dinar) vurulmasını əmr etdi.  Həmin sikkələrdən bəzisi bugünə kimi Londonun Berlin (0395 

nömrə ilə) və Britaniya(319 nömrə ilə) muzeylərində saxlanılır.  

Beyət məclisindən iki gün sonra, xəlifə öz xətti ilə vəliəhdlik fərmanı yazdı və bir dəstə siyasətçi 

və məhşur insanlar həmin fərmanı şahid qismində imzaladılar. Bu xəbər İslam məmləkətlərində 

yayılandan sonra, cümə xətibləri öz cümə xütbələrində vəliəhd üçündə dua etməli idilər. 

Şübhəsiz bu xəbərlə qarşılaşmaq, dost və düşmən, hər kəsi təəccübləndirdi.

3

 



                                                             

0

 Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.029, 2-cü hədis və səh.041, 01-ci hədis 



3

 Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.345/ Həyatul-imamur-rza(ə), 3-ci cild, səh.211 (Yazıcı, muzeydə mövcud olan 

sikkələrin xüsusiyyətini və üzərində yazılan mətləbləri bəyan etmişdir.) 



 

 

                                    Vəliəhdliyi təklif etmə səbəbi 

Əsl sual bundan ibarətdir ki, nəyə görə niyə Məmun vəliəhdlik kimi mühüm bir postu, 

müxaliflərindən birinə təklif etdi? Şübhəsiz ki, Məmun kimi siyasət adamının, belə bir zirəng 

hərəkətdən özünə məxsus dəlilləri var idi. Tarix ərzində bu suala müxtəlif cavablar verilib. 

Bəziləri bu inancda idilər ki, Məmun şiə olub ya şiəliyə meyli var idi və buna görə imam Rzanın 

xəlifə və haqqlı olmasına inanırdı. 

Bəzi digərləri isə bu etiqaddadırlar ki, Məmun Əminin ordusu ilə döyüşün ən qızğın anında 

xilafəti ələ keçirtdiyi halda onu həqiqi sahiblərinə qaytarmağı nəzr edir və vəliəhdlik təklifi 

həmin nəzrə vəfa etməkdir.  

Başqa bir dəstə deyirlər, xəlifə bu hərəkəti ilə -daha çox ələvilər tərəfindən yaradılan- daxili 

aramsızlığı kontrol etməyi bacardı. Öz qiyamlarını “Məhəmməd(s) ailəsindən qəbul edilən bir 

nəfərə tərəf dəvət” şüarı ilə yerinə yetirən ələvilər, xəlifənin bu əməli ilə sakitləşdilər.  

Ancaq nəzərə çarpır ki, Məmunun xilafət və vəliəhdliyi təklifindən əsl hədəfi, “Abbasilər 

hökümətini gücləndirmək”-dən başqa bir şey deyildi, ancaq imam Rzanın uzaqgörənliyi, onun 

hiyləgar planlarını alt-üst etdi. Çünki, Abbasi ailəsin əsas üzvləri Harunun ölümündən sonra 

Əminin xəlifəliyini dəstəkləyirdi. Buna görə, təbii olaraq Məmunun Abbasi ailəsinin yanında 

xilafət üçün bir hörməti yox idi. Xüsusən, Məmunun dayağı daha çox İranlılar olduğu halda, 

Abbasilərin İranlılara elə bir əhəmiyyət vermidilər və onları hökümətin əsl işçi qüvvələrindən 

hesab etmirdilər. Bu üzdən onun, Abbasilər tərəfdən qəbul olunmaq və həmçinin xilafətini 

möhkəmləndirmək üçün, qüdrətini nümayiş etdirib, Bağdadda Abbasi hökümətində yaranan 

zəifliyi daha çox cilvələndirməkdən və sonra özünü Abbasilərin xilaskarı kimi göstərməkdən 

başqa bir çarəsi yox idi.  

Məmun, imama vəliəhdlik təklifi ilə, Abbasilərin uçurumda olmalarını başa saldı. Çünki 

Məmundan sonra hökümət idarəçiliyi üçün heç bir namizədləri olmayacaqdı və hökümət Bəni-

Haşimə keçəcəkdi. Belə olan təqdirdə Abbasilər, nəsldən nəslə keçən hakimiyyətlərini qoruyub 

saxalamaq istəyirlərsə, gərək Məmundan himayət etsinlər və onunla heç bir müxalifətçilik 

etməsinlər.  

Həmçinin növbəti mərhələdə, yeni xəlifə insanlara göstərdi ki, mən dəyişiklik tərəfdarıyam və öz 

başına olan keçmiş xəlifələrdən fərqliyəm. Və hətta öz müxaliflərim ilə belə hökümət 

idarəçiliyini bölüşə bilərəm.   

Ona görə vəliəhdliyi qısa müddət ərzində imama qəbul etdirdi və bütün istəklərinə çatmadığını 

gördükdə, imamı qətlə yetirmək qərarına gəldi.  

                             Hökümət ilə əməkdaşlıq etməmək 

Məmun əvvəl xilafətin və sonra vəliəhdliyin qəbuluna israr edirdi. Ancaq hər ikisində də imam 

Rzanın(ə) qəti surətdə inkarı ilə rastlaşdı. Siyasətinin həyata keçməsini imam Rza tərəfdən 

vəliəhdliyin qəbul edilməsindən aslı olduğunu bilən Məmun, imamı ölüm ilə hədələdi və onu 

vəliəhdlik ya ölümü seçmək qarşısında qoydu. İmam cavbında buyurdu: “Allah məni, özümü 

bilərəkdən həlakətə atmaqdan çəkindirmişdir. Əgər iş bu yerə çatıbsa, nəzərinə gələn istədiyin 

işi gör, məndə həmən işi qəbul edəcəm. Ancaq heç bir kəsin cəlb olunması və 



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə