Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

                                             



Azğın tayfanın başçıları 

Vaqifiyyə firqəsinin fitnəkarları İmam Kazim(ə) işçilərindən idilər. Onlar müxtəlif şəhərlərdə olur 

və şiələrin xüms və hədiyyə ünvanında yeddinci imama göndərdikləri malların xəzinədarları 

idilər.   

Bu hadisənin əsas üç banisi: Əli ibni Əbi Həmzə Bətaini, Ziyad ibni Mərvan Qəndi və Osman ibni 

İsa Rəvvasi idi. 



 

İmam Kazim hökümət tərəfindən, ordu yaradıb Abbasi hökümətinə qarşı qiyam etmək üçün, 

İslam şəhərlərindən onun üçün pul göndərilmə ilə, müttəhim olunurdu. Bu baxımdan həzrətin 

bütün iqtisadi işləri casuslar tərəfindən yoxlanılırdı. İmamların yolu, alınan malları fəqir və 

ehtiyaclılar arasında bölmək idi. Ancaq mövcud olan mənfi şəraitə uyğun olaraq, imam mal-

dövləti müstəqil şəkildə almır və onu bölməkdən də həmçinin uzaqlaşmalı idi. Mal-dövləti qəbul 

etmək vəzifəsi, şəhərlərdə imamın işçiləri ünvanında qərarlaşan çoxsaylı vəkillərin öhdəsində 

idi. Onlar imam Rzanın imamətindən sonra, həmin malları imama qaytardılar. Ancaq qeyd 

olunan üç nəfər, ixtiyarlarında olan küllü miqdarda məbləği, imam Rzaya qaytarmaqdan imtina 

etdilər. Əbi Həmzə Bətainin yanında otuz min dinar, Ziyad ibni Mərvan Qəndinin yanında yetmiş 

min dinar və Osman ibni İsa Rəvvasinin yanında isə otuz min dinar və altı kəniz var idi.  

Dünya sevgisi və məqampərəstlik səbəb oldu ki, onları mal-dövləti İmam Kazimin oğlu və 

canişininə təhvil verməkdən boyun qaçırsınlar. 

İmam Rza, Misrdə Osman ibni İsaya məktub yazıb mal-dövləti geri qaytarmasını istədi. Osman 

cavabında yazdı ki, atan ölməyib, atan diri və qaimdir, kim desə o ölüb bihudə söz danışıb.

0

   



                  İmamın dövründə olan hakimlər; birinci Harun 

Səkkizinci imamın imamət dövrü, "Harun Ər-Rəşid" və iki oğlu "Əmin" və "Məmun" ilə bir 

zamanda olub. Harun və Məmunu Abbasilərin ən məhşur xəlifələri hesab etmək olar.  

Harun öz qüdrətli və Bərməkidən olan vəzirlərinin köməyi ilə, iqtidar gücündən istifadə edərək 

islami məntəqələrə nisbi aramlığı hakim etməyi və dəqiq yoxlanış ilə, hər bir müxalifi məhv 

etməyi bacardı. Şübhəsiz bütovlüklə diktator rejimli bir hökümətdə,  ələvilər kimi müxalif əqidə 

də olan bir qrupun yaşaması həddindən artıq çətin idi və hamıdan çox, şiələrin rəhbəri yəni 

imam Kazımın hərəkətləri ciddi kontrol edilirdi. Belə bir hökümətdə, imamın bir neçə dəfə 

tutularaq zindana salınması və axırda da şəhadətə yetirilməsi təəccüblü bir iş deyildi. İmam 

Rzanın səbahəsi, Məhəmməd ibni Sinanın Harunun şəxsiyyəti barədə aydın bəyanından gözəl 

şəkildə məlum olur ki, Abbasilər hakimiyyətinin çox geniş bölgəsində ixtinaq və boğucu 

mühitdən başqa bir şey hökm sürmürdü. O deyir: “Harunun qılıncından həmişə qan axırdı.” 

Bu sərtlik və qəddarlıq imam Kazimin şəhadətindən sonra şiələr üzərində davam etdi, lakin 

Harunun dövründə imam Rzaya qarşı ciddi bir etiraz nəql edilməyib heç, əksinə dini mətnlərdə o 

həzrətin dəfələrlə gələcəkdən belə xəbər verdiyi vurğulanır: “Harunun mənə zərər yetirmə 

qüdrəti yoxdur.” Bu xəbərlər onu göstərir ki, şiələr imamın canının xətərdə olmasından 

qorxurdular və imam bu bəyanı ilə onları aram və gələcəyə ümidvar edirdi.

3

 



                                                             

0

 Uyun Əxbarur-rza(ə); 0-ci cild; səh.002/ Əl-Ğeybə; Şeyx Tusi, səh.41 



3

 Əl-Kafi, 1-ci cild, səh.351 və 351/Uyun Əxbarur-rza(ə), 0-ci cild, səh.09 




 

 

                           Harundan sonra məqam müharibəsi 

Harun 092-cu hicri-qəməri ilində Tusda öldü. O, baxmayaraq ki böyük iqtidar sahibi və hökümət 

idarəçiliyində qüdrətli bir şəxs idi, lakin şübhəsiz canişin seçimində tədbirsizliyə düçar oldu. O, 

geniş islam ölkəsinin müdriyyətini, üç övladı (Əmin, Məmun və Mötəmin) arasında bölüşdürdü 

və hər qismətin hakimliyini onlardan birinə tapşırdı. Harun həmçinin, ondan sonra əvvəl kiçik və 

tədbirsiz oğlu Əmin, ondan sonra Məmun və daha sonra Mötəminin xəlifə olmasını vəsiyyət 

etmişdir. Bu yalnış addım onların arasında yeddi il müharibə və qan tökməyə səbəb oldu. 

Nəhayət 091-ci hicri-qəməri ilində, Məmunun ordusu Əminin ordusuna qalib gəldi və Əminin 

qətlə yetməsi ilə Abbasilər arasında döyüş sona çatdı.

0

 

                                           Məmunun xilafəti 



Məmunun hələ otuz yaşı olanda, qardaşını öldürəndən sonra, yeddinci Abbasi xəlifəsi 

ünvanında atasının taxt-tacının varisi oldu.  

Əmin, 095-ci hicri-qəməri ilində, qarşıya çıxan ixtilaflara görə, qardaşı Məmunu vəliəhdlikdən 

kənarlaşdırdı və bu hadisə Məmunun Xorasandan Bağdada ordu çəkməsinə səbəb oldu.  

Tarix, Harunun hakimiyyət dövrü və hətta Əmin və Məmunun çəkişmələrinin  beş illiyində imam 

Rzanın mövqeyinin müxtəlif cəhətlərini açıqlamaqda və dəqiq bəyan etməkdən acizdir, ancaq 

onun davranışlarının nəticəsi, şiə məktəbini düşmənlərin hilələrindən qorumaq idi. Çünki şiə 

düşmənlərinin başları öz ixtilaflarına qarışmışdı və şiələrdən qafil idilər.  

Tarixçilər, Məmunun şəxsiyyətini digər Abbasi xəlifələrdən daha üstün bilirlər və onu səbrli, 

alim, zirəng, şücaətli və dərin düşüncəli tanıtdırırlar. Əlbətdə o eyni halda həmdə eyş-işrət 

məclislərinin əhli və həmçinin əyyaşlıqla məşğul olan biri idi. Məmunun daha çox ürək bağladığı 

məşğuliyyət  şahmat oynamaq, musiqi və şərab idi. Məmun, 310-ci hicri-qəməri ilində imam 

Rzanı Xorasana çağırdı və həmin ilin Ramazan ayında, vəliəhdliyi üçün camaatdan beyət aldı.  

Həzrət ömrünün sonuna qədər -təqribən iki il beş ay- Xorasanda qaldı.

3

 

                                      Qiyamlar və aramsızlıqlar 



Məmunun yeni bərpa olunmuş höküməti Bağdadda Abbasilər fitnəsindən keçəndən və Əmini 

ölüdürdükdən sonra yeni çətinliklərnən qarşı-qarşıya qaldı. Hökümətdə sabitsizlik bir tərəfdən 

və Abbasi hakimiyyətinin genişliyi digər tərəfdən, bəzi narazı siyasətçilərin qiyam fikrinə 

düşmələrinə səbəb oldu.  

Bu qiyamların ardınca, İslam aləminin çox məntəqəsində hərc-mərclik və qeyri-sabitlik hakim 

oldu. Bu qiyamların bir qismini ələvilər(şiələr) öz öhdələrinə götürdülər. Bu qiyamların çoxunun 

şüarı: “Məhəmməd(s) ailəsindən qəbul edilən bir nəfərə tərəf dəvət” idi. Bu qiyamlar Abbasi 

hökümətinin əsasını, ciddi çökmə təhlükəsi ilə qarşılaşdırırdı. Ardıcıl olaraq həmin qiyamların 

bəzisinə işarə edirik:  

091-ci ildə nisbətən böyük qiyamlar baş verdi. Bu ilin zil-həccə ayında Həsən ibni Hərş 

“Məhəmməd(s) ailəsindən qəbul edilən bir nəfərə tərəf dəvət” şüarı ilə, Misr məntəqəsində və 

Nil çayının kənarlarında ordu cəm etdi.  

                                                             

0

 Tarixe Yəqubi, 3-ci cild, səh.421/ Tarixul-xuləfa, səh.234/ Əl-Kamilu fil-tarix, 6-cı cild, səh.391 



3

 Tarixul-xuləfa, səh.216/ Tarix İbn Xəldun, 2-cü cild, səh.201/ Həyatul-imam Rza(ə),3-ci cild, səh.343-344 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə