Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə10/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

 

“Ey Əhməd! Möminlərin əmiri Əli ibni Əbu Talib(ə) Səsəni, xəstə ikən ziyarət etdi və ona 



xəbardarlıq etdi ki, bu ziyarət, özünə fəxr və mərhəmət sanıb, özünü digərlərindən üstün hesab 

etmənə səbəb olmasın , təvazökar ol, Allah da məqamını uca etsin!”

0

 

                       Bəsirətli fəqih, Yunis ibni Əbdürrəhman 



Üç dəfə buyurdu: “Behişti ona zəmanət verirəm.” İmam belə təkidlə bu kəlamı heç bir şəxs üçün 

buyurmamışdı. Buna baxmayaraq hətta şiələrin içində onunla düşmənçilik edən var idi. İmam 

Rza(ə) Yunis ibni Əbdürrəhmana o dərəcə də inam və etibarı var idi ki, nümayəndələrini elmi 

suallar üçün ona yönləndirirdi. Yunisin yazdığı kitablar çox idi. “Əməlul yəvm vəl leylə” (gün vı 

gecənin əməlləri) dua və əməllər toplusunu əhatə edən onun kitablarından idi. Bu kitab ıksır 

şiələrin evində var idi. İmam Həsən Əskəri(ə) – Yunisin vəfatindan illər sonra- bu kitaba nəzər 

saldı. Əvvəldən axıra kimi onu varaqladı və baxdı. Kitabı dəyərli bir əsər bildi və Yunis üçün belə 

dua etdi: “İlahi! Bu kitabın hər hərfinin müqabilində, qiyamət günü Yunisə xüsusi nuraniyyət 

inayət et!” 

O, yalnız elm meydanında deyil əməl meydanında da öncül idi. Yunis İraklı idi və 54 dəfə - 54 

ildə- həcc və ümrə ziyarətinə getmişdi. İmam Rza da birdəfə Xorasandan onun üçün hədiyyə 

göndərdi və onun yerinə həcc ziyarətini yerinə yetirməsini göstəriş verdi. O, kamil şəkildə 

vilayət və imamətə tabe olan bir şəxs idi. Həm gülat əqidəsində olan şiələrin, həm də azğın 

Vaqifiyyə firqəsinin müqabilində dayanırdı. Vaqifiyyə firqəsinin başçıları İmam Rzanın imamətini 

inkar edirdilər. Onlar Yunisin Vaqifiyyə firqəsinə qoşulması və səkkizinci imamın imamətini inkar 

etməsi üçün ona küllü miqdarda pul göndərdilər. O bu rüşvət verməni ictimailəşdirdi və 

Vaqifiyyə firqəsinə böyük bir zərbə vurdu. Onun böyük elm sahibi olması, təqvası və imamdan 

kamil şəkildə itaət etməsi, İmam Rzanın səhabələri arasında günəş kimi parlamasına, adının 

həmişə imamın ən elmli və fəqih şagirdi kimi qeyd olunmasına və o həzrət tərfindən zamanın 

Salman Farsisi kimi tanıtdırılmasına səbəb oldu.  

Cəfər ibni İsa imam Rzanın tələbələrindəndir. O deyir: “Yunis ilə imamın evində idik. Xəbər 

verdilər ki, Bəsrə şiələrindən bir dəstə görüşmək üçün icazə istəyirlər. İmamYunisə buyurdu: 

Otaqda, pərdənin arxasında otur və mən sənə deməyincə yerindən hərəkət etmə. Bəsrəlilər 

gəldilər və Yunis ibni Əbdürrəhman haqqında çox pis danışdılar. İmam da başını aşağı salıb, bir 

şey demirdi. Onlar Yunisin əleyhinə istədiklərini dedilər və getdilər. Bu zaman imam Yunisə dedi:   

Otaqdan çıx. Yunisin göz yaşları bütün sifətini islatmışdı. Ağlaya-ağlaya imama dedi: Qurbanın 

olum, mən siz Əhli-beytin məzhəbindən müdafiə edirəm, lakin sizin şiələriniz mənimlə belə 

rəftar edirlər. 

İmam Rza buyurdu: Ey Yunis! Sənin imamın səndən razı olduğu halda, belə sözlər səni narahat 

etməsin. Ey Yunis! Camaatın dərk və şuuru əsasında onlar ilə söhbət et və onların istedad və  

dərk etmə qabiliyyəti olmayan mətləbələri onlar üçün açıqlamaqdan çəkin.” 

Ömrünü imam Kazim və imam Rzaya şagirdlik etmək və  Əhli-beyt maarifini yaymaq ilə keçirən 

Yunus ibni Əbdürrəhman, 311-ci hicri-qəməri ilində vəfat edir. 

3

 



                               Əbasəlt, son səhabələrdən 

                                                             

0

 Uyun Əxbarur-Rzanın(ə) tərcüməsi,  3-ci cild, səh.504, 09-cu hədis / Vəsailuş-şiə, 3-ci cild, səh.000 



3

 Ricalul- Kəşşi, səh.414/ Rical Nəccaşi, səh 441, nömrə 0311/ Təhzibul-əhkam, 1-ci cild, səh. 41, 030-ci hədis. 




 

 

Əbasəlt Hərəvi kimi məhşur olan, Əbdüs-səlam ibni Saleh imam Rzanın (ə) tanınmış 



tərəfdarlarındandır. O, əslən İranlı və Herat əhlinnəndir, lakin Mədinə də dünyaya gəlib. Əbasəlt 

ömrünün çox hissəsini sünni alimləri arasında keçirib, onların alimləri sırasında idi və imamın 

Xorasana gəlişindən sonra, tədricən şiə düşüncə və yolunu qəbul etmək tofiqi tapır.  

Onun Xorasanda səkkizinci imam ilə bahəm olması, onu şiələrin zehnində uca məqamlı və 

dəyərli bir şəxsiyyət kimi formalaşdırmışdı. Bu bahəmlik (imam ilə birgə olmaq), Əbasəltin 

sünnilərin  hədis mühitində bütün öyrəndiklərini yenidən oxumasına və imama təqdim edib 

düzlüyünü yoxlamağa səbəb oldu. O, şiə olmazdan öncə, xəlifələri mədh edən rəvayətlər bəyan 

edirdi, ancaq şiə olduqdan sonra, keçmiş kəlamların düzgün olmamasını anladı və imamətin 

məqamı və Əhli-beytin vilayəti  barədə gözəl rəvayətlər nəql edirdi. Məmunun da ona xüsusi 

hörməti var idi. Sərxəsdə zindanda olduğu müddətdə imam ilə görüşün yalnız ona icazə 

verilməsi, bəlkə də bu səbəbdən idi. 

Əbasəlt Hərəvi imam Rzadan çoxlu xatirələr  nəql etmişdir. O, deyir: 

Bir gün Məmunun məclisində peyğəmbərin(s) imam Əliyə(ə) buyurduğu: "Ey Əli! Sən qiyamət 

günü behişt və cəhənnəmi bölənsən"  hədisi barədə söhbət açıldı. Bu sözə inanmayan və sanki 

bu sözü heç eşitməyən Məmun üzünü imama tutdu və soruşdu: "De görək hansı səbəbdən o 

behişt və cəhənnəmin bölənidir?" 

İmam Rza buyurdu: "Ey Məmun! Abavü əcdadlarından eşitməmisənmi sizin böyük cəddiniz 

Abdullah ibni Abbas peyğəmbərdən belə nəql edir ki, həzrət buyurdu: "Əlinin məhəbbəti iman 

və onunla düşmənçilik küfrdür." ? 

Məmun dedi: "Bəli bu rəvayəti, əcdadımdan eşitmişəm." 

İmam buyurdu: "Deməli behişt mömin və cəhənnəm kafir üçün olsa nəticə alırıq ki, cənnət və 

cəhənnəmin bölümü Əli(ə) ilə məhəbbət və düşmənçilik əsasındadır. Burdan imam Əlinin behişt 

və cəhənnəmi ayıran olması başa düşülür.  

Heyrətdə qalan Məmun dedi: "Allah məni səndən sonra diri saxlamasın. Həqiqətən sən cəddin 

peyğəmbərin(s) elminin varisisən."  

Məclisdən sonra imam ilə bahəm evə qayıtdıq. Çatanda ona ərz etdim: "Ey peyğəmbər övladı, 

ata və anam sənə fəda olsun! Xəlifəyə necə də qəşəng və gözəl cavab verdiz!"  

İmam buyurdu: "Ey Əbasəlt! Bu Allahın mənə ilham olmuş kəlamı idi. Həqiqətən ata və 

babalarımdan, peyğəmbərin möminlərin ağasına belə buyurduğunu eşitmişəm: "Ey Əli! Sən 

qiyamət günü behişt və cəhənnəmi bölənsən. O gün cəhənnəm atəşinə deyəcəksən: Bu sənin 

üçün və bu mənim üçün, behiştlikdir."

0

 



Əbasəlt, imamın şəhadətə yetişən vaxtına kimi onunla bahəm idi. O, həzrətin şəhadəti ilə bağlı 

ən dəqiq və ən kamil mətləbləri digərlərinə xəbər verdi və sonralar bu macəraları bir kitabda 

cəm etdi. 

3

 



                              İmamətin (imam Rzaya) keçməsi 

                                                             

0

 Uyun Əxbarur-rza(ə), səh.16, 21-cu hədis 



3

 Rical Nəccaşı, səh.345, 642-cü nömrə/ Əlamul-vəra; 3-ci cild; səh.10 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə