Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

 

 

Sonra daxil olmaq üçün icazə verildi və biz bir neçə nəfərdən sonra daxil olduq. Salamlaşandan 



və imam Rza oturmaq icazəsi verdikdən sonra, Yunis ibni Əbdurrəhman dedi: “Ey mənim ağam! 

İcazə verirsiz sizdən bir məsələ soruşum?... və sonra Yunis müzakirə üçün çoxlu sual soruşdu.” 

İmam bəzi vaxtlar şiələrdən öz mənzillərində ya başqa bir məkanda cəm olub, həzrətin sözlərinə 

qulaq asmalarını istəyirdi.  

Mədinə məclislərində geniş kütlənin iştrak etməsi qeyd olunub. Xorasanda da həmin cəmiyyət 

azalmadı, əksinə çoxaldılar. Bir dəfə Mərvdə, ravi məclisdə iştrak edənləri sayır və deyir: 

“Müxtəlif şəhərlərdən olan 061 nəfər şiə məclisdə iştrak edirdilər.”  

Bəzi vaxtlar imamın ciddi çalışqan tələbələrindən bəziləri, imamın bəyanatlarının məcmuəsini ya 

peyğəmbər hədsilərini bir kitabda cəmləyirdilər. Nümünə üçün Əhməd ibni Amir Tayi 094-cü 

hicri-qəməri ilində Mədinə də, imamın (nəql etdiyi) peyğəmbər hədislərini məclislərin 

məcmuəsi şəklində yazdı və sonra həmin əsər “Səhifətur-rza” kitabı ünvanında yayıldı və 

xoşbəxtlikdən bugünə kimi qalmaqdadır.

0

  

                                   Qızıl sənədli hədis (silsilətuz-zəhəb) 



O zamanlar Nişapur, sünnilərin hədis mərkəzlərindən hesab olunurdu. (Sünnilərin  ən mühüm 

kitabının müəllifi olan) Buxarinin ustadı İshaq ibni Rahəvey kimi bir çox alim və mühəddislər bu 

şəhərdə yaşayırdılar. Bu şəhərin əhalisinin çoxu sünni idi.  Əlbətdə künc-bucaqda biraz şiələr də 

yaşayırdı.  

İmam sürgün edildiyi səfər ərzində, bir müddət Nişapurda qalmalı oldu və bu şəhərin 

mövqeindən istifadə edərək, bir necə məclis təşkil etdi. İmamın Nişapurda olan ən mühüm 

məclisi, böyük sünni aliminin istəyi ilə olan məclis idi. Həmin məclisdə iştrak edənlərdən biri 

(məclisi) belə bəyan etmişdir: 

Əli ibni Musa Rza(ə) Nişapura daxil olan zaman, avadanlıqları qızıl və gümüşdən olan kəcavədə 

idi. Bu zaman böyük alim və hədis əzbər bilənlərdən bir neçə nəfər, izdihamlı yerdə yəni şəhərin 

mərkəzində (bazarın ortasında) həzrətin minik vasitəsinin qarşısını aldılar və dedilər: “Səni and 

veririk hörmətli ata-babalarına, mübarək simanı bizə göstər və atalarından bizə hədis nəql et!” 

Bu zaman imamın miniyi dayandı, örtük kənara çəkildi və müsəlmanların üzü o həzrətin 

mübarək və nurani siması ilə işiqlandı. Camaat birdəfəlik yerlərdindən qalxdı və həzrətin 

ehtiramına ayaqüstə qaldılar.  

Bəzi insanlar ağlayır, bir qism camaat fəryad və şadlıq səsləri ucalır, və s... bəziləri qatırının 

yüyənini öpür və bir qrup başlarını qaldırıb, həzrətin yerinə baxırdılar. 

Bu izdiham və insanların göz yaşı günortaya kimi uzan uzandı. Fəryad və səslər kəsildi.  

Sükut hər tərəfi bürüyən zaman, alimlər və fəzilət sahiblərinin səsləri ucaldı: “Ey İnsanlar! Qulaq 

asın və peyğəmbər övladını əziyyət etməyin.” 

Əllərində qələm tutmuş təqribən iyirmi dörd min nəfər, imamın hədis imla etməsini 

gözləyirdilər.  

                                                             

0

 Əl-Kafi, 4-cü cild, səh.32/ Təhzibul-əhkam, 6-cı cild, səh.34, 9-cu hədis/ Qurbul-isnad, səh.311/ Əl-ehticac, 3-ci 



cild, səh.405/ Əlmuctəba, səh.33 


 

 

O vaxt imam Rza(ə) buyurdu: “Atam Musa ibni Cəfərdən eşitdim və o dedi: Atam Cəfər ibni 



Məhəmməddən eşitmişəm və o dedi: Atam Məhəmməd ibni Əlidən eşitmişəm və o dedi: Atam 

Əli ibni Hüseyndən eşitmişəm və o dedi: Atam Hüseyn ibni Əlidən eşitmişəm və o dedi: Atam Əli 

ibni Məhəmməddən eşitmişəm və o dedi: Qardaşım və əmioğlum həzrət peyğəmbərdən (s) və o 

dedi: Allahdan eşitmişəm ki buyurub: “Lə iləhə illəllah” kəlməsi – Allahın birliyinə etiqad etmək-  

mənim möhkəm qalamdır. Hər kəs o qalaya daxil olsa, mənim əzabımdan amandadır.” 

Həmin dövrün alimlərindən biri deyir: Bu hədisi qeyd olunan sənədlə Samaniyan padşahlarından 

birinə oxudular. O, göstəriş verdi bu hədisi qızılla yazdılar və sonra ölən zaman kəfəninə 

qoymalarını vəsiyyət etdi. Alimlərdən digəri həmçinin deyir: “Əgər bu möhkəm sənədli rəvayəti 

bir dəliyə oxusalar və o ağıllı bir insan olsa təəccüb etmək lazım deyil.”  

Bu səbəbdən bu rəvayətə qızıl sənədli rəvayət (silsilətuz-zəhəb) deyilir. 

0

 

                                                                   



Münazirə

6

 

Peyğəmbərin(s) besətindən (peyğəmbərliyə seçilməsindən) 311 il keçmişdi və bu uzun müddət 

ərzində, İslam dünyası qeyri-islami düşüncələr ilə tanış olmuşdu. Bir tərəfdən çoğrafi 

sərhədlərin genişlənməsi və başqa şəhərlərdən müsəlman şəhərlərinə gedib-gələn ayrı din və 

məzhəbin alim və böyükləri, müsəlman alimlərinin müxtəlif şübhələrnən qarşı-qarşıya 

gəlməsinə səbəb olmuşdu. Digər bir tərəfdən Əhli-beyt məktəbinin düşüncələri imam Rzanın(ə) 

vilayətəhdliyi ilə başqa zamanlardan fərqli olaraq daha çox yayılmışdır və buda şiəlik barədə 

şübhə və sualların çoxalmasına səbəb olmuşdu. Abbasilər hökümətinin aparıcı sistemi də 

mütərcimləri qeyri-ərəbi kitabları ərəb dilinə çevirmələrinə rəğbətləndirmək ilə, tərcümə 

hərəkatı başlatmışdı.  Bu işlər etiqadi şübhələrin və şiə və qeyri-şiə alimlərinin etiqad (inanc) 

məsələlərində imama müraciət etmələrinin, artmasına səbəb oldu.  

Bu mübahisələrin çoxu, imam və müxtəlif din və məzhəblərin alim və tərfdarları arasında, iki 

tərəfli müzakirə formasında keçirilirdi. İmam Rzanın müzakirələrinin çoxu tövhid və imamət 

məsələsi barədə idi. İmamın müzakirə məclisləri arasında, ikisi digərlərindən daha parlaqdır.  

Biri: Məmun ilə peyğəmbərlər və onların məsumluğu barədə uzun bir mübahisə. Həmin məclisi 

Məmun bu cümlə ilə başlayır: “Ey peyğəmbər övladı! Bütün peyğəmbərlərin məsum olması 

inancındasan? Və imamın müsbət cavabını eşitdikdən sonra soruşur: Bəs: “Adəm Rəbbinə 

itaətsizlik etdi və səhv yola düşdü”

2

 ayəsinin mənası nədir?  



Bu məclisin gözəlliyi, imamın ona yalnız Quran ayələrinə əsaslanaraq cavab verməsidir. Bu 

müzakirə açıq-aydın, ikitərəfli və uzundur. Müzakirənin sonunda Məmun öz təəccübünü gizlədə 

bilmir. Bu baxımdan belə deyir: “Ey Əbəl-Həsən! Allaha and olsun ki, gerçək və doğru elmi yalnız 

Əhli-beytin yanında tapmaq olar və ata-babalarının bütün elmi bugün səndədir. Allah sənə gözəl 

mükafat inayət etsin. Məclisinin gedişatında Məmun dəfələrdə bu sözü dilinə gətirirdi: “Şəhadət 

verirəm ki, sən həqiqətən peyğəmbər övladısan.” 

İmam Rzanın ikinci məhşur müzakirəsi, müxtəlif dinlərin başçı və alimləri ilə Məmunun 

sarayında və onun iştrakı ilə keçirilən müzakirədir. Xəlifənin dəvət və istəyi ilə qurulan bu uzun 

müzakirə məclisi, məsihi (patriarx), yəhudi (rəsul-calut), sabiilər(ulduz pərəstlər), zərdüşti, 

                                                             

0

 Biharul-ənvar, 49-cu cild, səh.036, 2-cü hədis ( Kəşful-ğummə kitabının Nişapur tarixi bölməsinə istinadən) 



3

 Etika dairəsində mübahisə və müzakirə 

2

 Taha 030 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə