Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

adlandırmışdı. Tezliklə övladlarından Fatimə adlı bir xanımın bu şəhərdə dəfn olunacağını  və 



onu ziyarət edənə behiştin vacib olmasını bildirmişdi.

0

 



                                               Həyat yoldaşı 

İmam Rzanın yeganə arvadının adı, əvvəl “Dürrə” idi evləndikdən sonra imam onun adını 

dəyişərək Xizəran qoydu. O, -peyğəmbərin həyat yoldaşı- Mariya Qibtiyyənin ailəsindən idi. 

Onun digər adlarını, Səbikə Nobiyyə, Reyhanə və künyəsini Ümmu Möhsin deyiblər. İmam 

Cavadın anası olmaq iftixarı Xizəran xanıma məxsusdur. Onun əsli Sudan əhalisindən idi. 

3

 



                                                Övladları

 

İmam Rzanın(ə) tənha övladı İmam Cavad(ə) idi. Bu nəzər (tək övladın olması) tarix yazarlar 

tərəfdən kifayət qədər şöhrətə malikdir. Əlbətdə bəzi digər tarix yazarlar imamın övladlarının 

sayını birdən çox yazıblar.  

İmam Cavadın anası, Xizəran xanım idi. O, hamilə olanda İmam Rza ona övladının Allahın 

canişinlərindən  olması müjdəsini verdi və daha çox (riayət olunası məsələləri) riayət etməyinin 

lazım olduğunu dedi. Bundan əlavə İmam böyük bacısı, Həkimə xanımdan, övladın dünyaya 

gələn zaman, Xizəran xanıma dayaq və yanında olmasını istədi.  

İntizar sona çatdı və Məhəmməd ibni Əli(ə) cümə günü, Rəcəb ayının 01-u, 095-ci hicri-qəməri 

ilində, Mədinə şəhərində dünyaya gəldi. Şadlıq və sevinc parıltısı atanın gözlərində hiss edilirdi. 

Körpəni anadan götürdü və sağ qulağına azan və sol qulağına iqamə dedi, sonra beşiyə qoydu. 

Bu mübarək təvəllüdün xəbəri, şiələri də şad etdi; çünki bəzi düşmənlər şiəni qorxudan şayiələr 

yaymışdılar. İmam körpəsini, Musa və İsa peyğəmbərlərə(ə) bənzətdi və şiələrə buyurdu: “Allah 

mənə bir övlad bağışlayıb ki, məndən və Davudun ailəsindən irs aparacaq.” İmam övladının 

adını Məhəmməd, künyəsini isə Əbu Cəfər qoydu.  

Cavad ləqəbli imam Məhəmməd ibni Əli atasının şəhadətindən sonra, təqribən 1 yaşı hələ 

olmamış, şiələrin imamı (rəhbəri) oldu. Onun, azyaşlı olmasına baxmarayaq, şiə cəmiyyəti gözəl 

şəkildə bu imaməti qəbul etdi və mühüm bir muxalifətçilik görsənmədi. Belə ümumi qəbul 

olunma İmam Rzanın zəhməti nəticəsində idi, belə ki, imamət məfhumu və düşüncəsini aydın və 

şəffaf şəkildə cəmiyyətə bəyan etmişdir.  

İmam Cavadın ömründən hələ 35 il keçməmiş, şənbə günü Zil-qədə ayının axırı, 331-ci hicri-

qəməri ilində Bağdadda şəhadətə çatır.

2

  

                                                Quranla birgə 



İmam Rzanın özü canlı Quran olmasına baxmayaraq, həmişə bu əziz kitab ilə ünsiyyətdə idi. 

İmamın quran əxlaqı və quran danışığı var idi. Dost və düşmən o, hərzətin Allah kitabının aşkar 

təcəssümü olduğunu etiraf edirdilər. İbrahim ibni Abbas Suli (vəfat: 341h.q) əhli-sünnənin 

böyük alim və şairi, bir müddət səkkizinci imamın xidmətində oldu. O, deyir: ”Məmun, öz 

                                                             

0

 Kamiluz-ziyarat səh.234; hədis 0 və 3/ Biharul-Ənvar; 51-ci cild; səh.309; 49-cu hədis və 99-cu cild; səh.366; 4-cü 



hədis və səh.361; 5-ci hədis 

3

 Əl-Kafi; 0-ci cild; səh.493/ İrşad; 3-ci cild; səh.312/ Əlamul-vəra; səh.244/ Əl-Mənaqib, İbni Şəhraşub; 4-cü cild; 



səh.219 

2

 Əl-Kafi; 0-ci cild; səh 493/ İrşad;3-ci cild, səh.310/ Əlamul-vəra, səh.239/ Əl-Mənaqib; İbni Şəhraşub; 4-cü cild; 



səh.261/ Biharul-Ənvar; 03-ci cild, səh.012/ İmam Məhəmməd Cavadın həyatı, səh 30-36 


 

 

müxtəlif və çoxsaylı sualları ilə Əli ibni Musanın elmini imtahan etmək istəyirdi. İmam da onun 



bütün suallarını kamil sürətdə, Qurana istinad edərək cavab verirdi. İmam Rzanın cavab, kəlam 

və misallarının hamısı Qurandan idi.  

Hər gün səhər sübh namazının təqibatından (namazdan sonra oxunan dualardan) sonra Quran 

oxumaq ilə məşğul olar və buyurardı: “Yaxşı olar ki, namazın təqibatından sonra, Qurandan ən 

azı 51 ayə oxunsun.” 

Gecələr həmçinin yatmazdan öncə, Quranı çox tilavət edər və bu qiraət zamanı cənnət və 

cəhənnəmə işarə edən ayələr ilə rastlaşanda ağlıyar, Allahdan behişt istəyər və cəhənnəm 

atəşindən Allaha pənah aparardı.  Bəzən üç günə Quranı xətm edərdi (əvvəldən sona kimi 

oxuyardı).  

İmam Debel Xuzaiyə paltar hədiyyə edən zaman buyurdu: “Bu köynəyi yaxşı saxla. Onun ilə min 

gecənin hər gecəsində, min rükət namaz qılmışam və min dəfə Quranı xətm etmişəm.” 

İmamın bəzi yoldaşlarına, o cümlədən Əhməd ibni Məhəmməd Bəzəntiyə etdiyi hədiyyə, bir cild 

Quran olardı. 

0

 



                                              İmam və dua 

İmam Rzanın(ə) həyatının diqqət çəkən hissələrindən biri də, dua etmək idi. Həzrət çox dua edər 

və mübarək dili həmişə dua etməknən məşğul idi. Rəvayət kitablarında

 

imam Rzadan onlarla 



gözəl dua yadıgar qalmışdır. İmam özü dua etməkdən əlavə, başqalarını da dua etməyə 

rəğbətləndirirdi.  

Bu cümləni dəfələrlə  dost və tərəfdarlarına buyurardı: “Sizə peyğəmbərlərin silahı vacibdir” 

kimsə soruşdu: “ Peyğəmbərlərin silahı nədir?” buyurdu: ”Dua”. Salavat imamın həmişə etdiyi 

dualardan idi və buyurardı: “Kimsə günah etməmək üçün bir iş görə bilmirsə, Məhəmməd və 

onun ailəsinə (Allahın salamı olsun onlara) çoxlu salam və salavat göndərsin; çünki “salavat” 

günahın kökünü kəsir.”  

İmam Rza, onun üçün dua etməyini xahiş edən şiələrdən birinə belə buyurdu: “Məgər mən səni 

dua etmirəm? Sizin əməllərinizi görən zaman sizlər üçün dua edirəm. Allaha and olsun ki, sizin 

rəftar və əməlləriniz hər gecə və gündüz mənə təqdim olunur”. 

İmam davam edərək, buyurdu: “Məgər Quranda oxumamısız: “Və de (Ey Məhəmməd): 

“İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun peyğəmbəri və möminlər görəcəklər...”

3

. Bilin 


ki, Allahın möminlərdən məqsədi o gün Əli ibni Əbu Talib idi və bugün zamanınızın imamıdır. 

2

 



                                          Gündəlik ibadət 

Rəca ibni Əbi Zəhhak, Məmun tərəfdən İmam Rzanı Mədinədən Xorasana aparmaq üçün 

məmur seçilmişdi. O, Məmuna uzun bir hesabat vermişdi. Həmin hesabatın qısa məzmunu 

belədir: 

                                                             

0

 Mən la yəhzuruhul-fəqih, 0-ci cild, səh.514/ Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.011, 4 və 5-ci hədis/Əmali, Şeyx 



Səduq, səh. 151/ Əmali, Şeyx Tusi, səh.259, 149-cu hədis/Bəsairud-dərəcat, 0-ci cild, səh.346, 1-ci hədis. 

3

 Tövbə 015 



2

 Əl-Kafi; 0-ci cild; səh.309, 4-cü hədis və 3-ci cild, səh.461, 5-ci hədis/ Əmali, Şeyx Səduq, səh.020, 032-cü hədis 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə