Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

“Məmun, mənə şəxsən özüm imamı qorumağımı tapşırdı, onu Qum yolu ilə deyil, Bəsrə, Əhvaz 



və Fars yolu ilə aparmağımı, gecə gündüz ondan ayrılmamağı və onu qoruyub Məmunun yanına 

gətirməyimi əmr etdi. Mən həmişə onunla idim və Mədinədən Mərvəyə kimi ondan ayrılmadım. 

Allaha and olsun ki, Allaha nisbətdə ondan təqvalı, ondan çox Allahı yad edən və bütün 

vaxtlarda Allahı zikr edən

 

və ya ondan daha çox pərhizkar və Allahdan qorxan bir şəxs 



görmədim. Dan yeri ağararkən (şəfəq sökülərkən) namaz qılar, sonra öz səcdəgahında oturar və 

gün çıxana kimi sübhənallah, əlhəmdulillah, lə iləhə illəllah, təkbir(Allahu əkbər) və salavat 

demək ilə məşğul olardı. Sonra səcdə edər və günəş qalxanadək səcdədə olardı. Bu zaman 

qalxıb camaatla maraqlanar; onlara zöhr zavalına kimi hədis deyib, moizə edər və nəsihət 

verərdi. Sonra dəstəmazını yeniləyib namaz məkanına qayıdardı.  Zöhr(günorta) olan vaxt altı 

rükət namaz qılar(yəni üç ədəd iki rükətli namaz) və birinci rükətdə Həmd surədən sonra Kafirun 

surəsini və ikinci rükətdə İxlas surəsini, qalan dörd rükətdə isə Həmd surəni İxlas surəsi ilə 

oxuyardı. Hər iki rükətdən sonra salamları deyər  və hər namazın ikinci rükətində isə qiraətdən 

sonra və rukudan əvvəl qunut tutardı. Sonra azan deyər, digər iki rükət də namaz qılar və sonra 

iqaməni deyib zöhr namazını qılardı. Namazın salamlarını deyəndən sonra, təsbihat-ərbəəni 

(sübhənallahi-vəlhəmdulillahi-və la ilahə illəllahu vallahu əkbər) Allah istəyən qədər əda edər, 

sonra səcdəyə gedib, şükr səcdəsi yerinə yetirərdi və həmin vaxt yüz dəfə “şükrən lilləh”(şükr 

Allaha məxsusdur) deyərdi. Başını şükr səcdəsindən qaldırandan sonra yerindən qalxıb digər altı 

rükət namaz qılardı, hər rükətdə Həmd surədən sonra İxlas surəsini oxuyar, hər iki rükətin 

sonunda salamları deyərdi və hər namazın ikinci rükətində qiraətdən sonra və rukudan əvvəl 

qunut tutardı. Bu namazları bitirdikdən sonra azan deyib, iki rükət nafilə namazı qılar və ikinci 

rükətində qunut tutardı, salamlardan sonra isə qalxıb əsr namazına başlayardı. Namazı 

bitirdikdən sonra həmin yerdə oturub, yenə əvvəlki dörd təsbihatı (sübhənallahi-

vəlhəmdulillahi-və la ilahə illəllahu vallahu əkbər) Allah istəyən qədər deyər və sonra səcdəyə 

gedib yüz dəfə “həmdən lillah”(həmd Allaha məxsusdur) zikrini deyərdi.  

Günəş batandan sonra yenidən dəstəmaz alırdı və üç rükət şam namazını bir azan, bir iqamə və 

ikinci rükətində rukudan əvvəl və qiraət bitdikdən sonra qunut tutmaq ilə yerinə yetirərdi.  

Namazın salamlarını verəndən sonra, həmin yerində oturub qabaqkı təsbihatı zikr edərdi, sonra 

şükr səcdəsi edərdi, sonra başını səcdədən qaldırar və dörd rükət məğrib namazının nafiləsini 

yerinə yetirməmiş heç kimnən danışmazdı. Bu nafilələri hər iki rükəti bir salam, ikinci rükətdə 

qiraətdən sonra və rukudan əvvəl qunut və birinci rükətdə Həmd surədən sonra Kafirun 

surəsini, ikinci rükətdə İxlas surəsini, qalan iki rükətdə isə Həmd surəni yenə İxlas surəsi ilə 

oxuyar, salamları verər və sonda Allah istəyən qədər  namazdan sonra oxunan təqibatlar ilə 

məşğul olardı. Sonra iftar edər və gecənin üçdə birini keçməsini gözləyərək istrahət edərdi. 

Sonra qalxıb işa namazını qılmağa başladı, dörd rükət namaz qılıb ikinci rükətdə qiraətdən sonra 

və rukudan əvvəl qunut tutdu. Salamları deyəndən sonra öz namaz qıldığı yerdə qalıb əvvəl 

qeyd etdiyim təsbihatı demək ilə məşğul oldu. Bu təqibatdan sonra şükr səcdəsi etdi, sonra 

başını səcdədən qaldırıb yatmağa getdi və gecənin son üçdə biri gecə namazı üçün qalxdı.”

0

 



 

                                           İmam Rza əxlaqı 

İbrahim ibni Abbas Suli səkkizinci imamın dövründə olan qüdrətli şair və yazar idi və bir müddət 

imamın xidmətində olmuşdu. O, həzrətin rəftarlarına diqqət edərək, ibadi-əxlaqi 

xüsusiyyətlərindən bəzilərini belə rəvayət etmişdir: 

                                                             

0

 Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.011, 5-ci hədis (Mustəfid və Ğəffarinin tərcüməsi) 




 

 

“Heç vaxt İmam Rzanın(ə), danışığında sözü ilə kimisə incitməsini və kiminsə sözünü kəsməsini 



görmədim. O, səbr edirdi qarşı tərəf sözünü bitirsin və sonra əgər lüzum görsə danışardı. 

Görmədim kimsə ondan bir iş ya bir məbləğ istəsin, onunda imkanı çatdığı halda həmin istəyi 

rədd etsin. Heç vaxt başqasının yanında ayaqlarını uzatmaz və yoldaşlarının yanında bir yerə 

söykənməzdi. Heç vaxt xidmətçi və işçələrindən birinə pis söz deməsini eşitmədim. Ağzının 

suyunu kiminsə gözünün önündə atmasını görmədim. Gülərkən qəhqəhə çəkməz, təbəssüm 

edərdi. 


 

Xəlvət olduqda və onun üçün yemək süfrəsi açıldıqda, bütün nökər və xidmətçilərini süfrə 

başına çağırardı, hətta ev və heyvanların qarolcularını belə. Çox az yatar, daha çox oyaq olardı 

və gecənin çoxunu oyaq olub, ibadətlə başa vurardı; gecənin əvvəlindən gün çıxana kimi. Çox 

oruc tutardı, hər ayın ilk üç gününün orucunu tərk etməz və buyurardı: “Bu (üç günü) oruc 

tutmaq, bütün ili oruc tutmaq kimidir.” Çoxlu gizlin sədəqə və ehsan verərdi və sədəqə verməni 

əksər vaxt qaranlıq gecələrdə yerinə yetirərdi. Əgər kimsə güman etsə ki, fəzilətdə onun kimisini 

görüb, ona inanma.

0

  

                                               Daimi xeyriyyə 



İmam Kazim(ə) öz səxavətliyi ilə məhşur idi. İmam Rza da atasından bu sifəti irs aparmışdı. 

İmam Rza ilə bir əsrdə yaşayan sünni alimlərdindən biri həzrətin, (malından) Allah yolunda 

xərcləməsindən  belə yad edir: “O çox sədəqə və ehsan verərdi, həmişə gizlində

 

Allah yolunda 



xərcləyərdi və onun gizlin xərcləməsi camaat içində məhşur idi. Bu sədəqələrin çoxunu özü 

qaranlıq gecələrdə verərdi və əgər kimsə fəzilətdə onun kimisini gördüyünü iddia etsə, həmin 

şəxsin sözünü təsdiq etməyin.” 

Səfvan ibni Yəhya, şiənin böyük alimi, deyir: “Bir gün İmam Rzanın evində idim. Nökərlərindən 

biri daxil oldu. İmam soruşdu: Bugün nəsə infaq etmisən? Nökər mənfi cavab verdi.  

İmam dedi: Bəs Allah bizə necə nəyisə mərhəmət etsin? Bir dirhəm olsa da belə infaq et. 

Xorasanda olduğu günlərdə, gediş-gəlişi xəlvət məkan olmasından ötəri, qulları Mədinədə 

oğlunu (imam Cavadı) evin kiçik qapısınnan apardıqlarından xəbərdar oldu. Əziz övladı İmam 

Cavada yazdı: “Övladım! Eşitmişəm ki, evdən çölə çıxmaq istəyəndə nökərlər evin kiçik 

qapısından səni çölə aparırlar. Bu onların paxilliqlarından irəli gəlir, istəmirlər sənin xeyrin 

kiməsə çatsın. Sənin boynunda olan haqqıma əsasən səndən yalnız böyük qapıdan gediş-gəliş 

etməni istəyirəm. Çölə çıxmaq istəyəndə mütləq özünlə dirhəm və dinar götür və ehtiyac əlini 

sənə uzadan hər kəsin hacətini ödə. Əmilərindən kimsə səndən bir şey istəsə əlli dinardan az 

onlara vermə, əllidən çoxunu özün bilərsən və bibilərindən kimsə səndən bir şey istəsə iyirmi 

beş dinardan az onlara vermə, çoxunu özün bilərsən. Mən Allaha yaxın olmanı istəyirəm, ona 

görə infaq et və fəqirlik və ehtiyaclıq qorxun olmasın.

3

 

                                    İmam Hüseynə(ə) ağlamaq 



İmam Hüseyni(ə) yad etmək, Məhərrəm ayına xüsusi diqqət və Hüseynçi tərbiyət etmək 

səkkizinci imamın həyatının bir cilvəsi idi. İmamın, Məhərrəm ayının ilk on gününə xüsusi 

                                                             

0

 Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.014, 1-ci hədis/ Həmçinin baxın: Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.011, 44-cü 



bab 

3

 Əl-Kafi; 4-cü cild; səh.42, 5-ci hədis və səh.44, 9-cu hədis/ Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.014, 1-ci hədis 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə