Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

İmamın boyu nə qısa idi, nə də hündür. O, ortaboy idi. İmamın mübarək sürəti qaraşına yaxın 



idi, lakin tam qaraşın deyildi. Bəlkə

 

demək olar ki, qarabuğdayi idi. O, az yeyən və adətən yüngül 



yeməklər yeyərdi. Yayda həsirin, qışda isə kilim və keçənin üzərində əyləşərdi.  

Paltarı cod və qalın idi. Ancaq camaat içinə çıxan zaman, özünü bəzəyir və qalın paltarlarını 

çıxardardı. Həmişə ud(qara rəngi olan ətirli ağac növü) və ətirdən istifadə edər, hətta bahalı 

ətrilər də alardı. 

Elə vüqarlı və əzəmətli idi ki, başqaları – dost və düşmənlər- onun qarşısında təvazökar olardılar. 

Onu görənlər, ona ehtiram qoyardılar. Camaatla oturan ya onlarla söhbət edən zaman, sahib 

olduğu vüqar və əzəmətə görə, heç kəs onun yanında səsini ucaltmağa cürət etmirdi. 

0

 



                                         Atanın xüsusi diqqəti  

Əli ibni Musa(ə), imamətə çatmazdan da öncə, elminə görə İmam Kazimin(ə) övladları arasında 

bir örnək və nümunə idi. İmam Sadiq, hələ nəvəsi, Əli ibni Musa, dünyaya gəlməzdən öncə onun 

mövlud müjdəsini oğlu İmam Kazimə vermişdi. Buna görə İmam Rza elə uşaqlıqdan atasının 

xüsusi diqqət və iltifatına səbəb olmuşdu.  

İmam Kazim həmişə digər övladlarını, elm kəsb etmək üçün, oğlu İmam Rzanın yanına göndərər 

və buyurardı: “Qardaşınız, Əli ibni Musa, Məhəmməd ailəsinin (Allahın salamı olsun onlara) 

alimidir. Din məsələlərini ondan soruşun və sizə dediyi hər bir şeyi öyrənin. Çünki mən dəfələrlə 

atam, İmam Sadiqdən, eşitmişəm ki, belə buyurub: “Məhəmməd ailəsinin (Allahın salamı olsun 

onlara) alimi, sənin sülbündən gələcək. Kaş mən də onu görərdim. O, möminlərin-ağası Əli(ə) ilə 

adaşdır.” 

3

 



                                                        

 Bacı və qardaşlar

 

İmam Kazımin(ə) çox sayda övladları var idi. Onun, 21 övladı olmasını qeyd ediblər. Ona görə 



də, İmam Rzanın çoxlu qardaş və bacıları var, əlbətdə onların çoxu ögey – anadan ayrı- idilər.  

Səkkizinci imamın 01 qardaşının adları: İbrahim, Abbas, Qasim, Həmzə, İsmayil, Cəfər, Harun, 

Həsən, Əhməd, Məhəmməd, Süleyman, Abdullah, İshaq, Übeydullah, Zeyd, Həsən, Fəzl və 

Hüseyn idi. 

Sayları həmçinin 01 olan, İmamın bacılarının adları isə: Fatimeyi-kubra, Fatimeyi-suğra, 

Rüqeyya, Həkimə, Ummu-Əbiha, Rüqeyya-suğra, Ummu–Cəfər, Lobabə, Zeynəb, Xədicə, İlliyyə, 

Aminə, Həsənə, Bərihə, Ayişə, Ummu-Sələmə, Meymunə və Ummu-Gülsüm idi.  

İmam Musa Kazimin övladlarının arasında həzrət imam Rza hər birindən şəxsiyyətli, dəyərli, 

elmli və daha fəzilətli idi.

2

 



 

                                        Qardaşların ən yaxşısı 

                                                             

0

 Əl-Kafi; 6-cı cild; səh.501, 0-ci hədis və səh.501; 2-cü hədis/ Uyun Əxbarur-Rza(ə), 3-ci cild; səh.011 ; 0-ci hədis və 



səh.026/ İmam Rzanın(ə) həyatı ; 0-ci cild; səh.31 

3

 Əlamul-vəra;3-ci cild; səh.65 



2

 İrşad; 3-ci cild; səh.344 




 

 

Əhməd ibni Musa - İranda şahçırağ kimi məşhurdur- İmam Rzanın qardaşları arasında 



hamısından yaxşı və üstün idi. O kəramətli, şəxsiyyətli və təqvalı bir kişi idi. İmam Kazim onu çox 

istəyirdi, onu digər övladlarından öndə tutur və ona bir bağ bağışlamışdı.  

Əhməd ibni Musa 310-312 hicri-qəməri illəri arasında qardaşını görmək üçün Xorasana yola 

düşür ki, Məmunun işçisi tərəfindən Xanzəniyanda, Şiraz yaxınlığında  qarşısı alınır və şəhadətə 

yetirilir. 

İsmayıl ibni Musa, imamın qardaşlarından biri deyir: "Atamızla bayıra çıxdığımız və qardaşımız 

Əhməd bizimlə olan zaman, atamın nökərləri Əhmədi qorumasından əlavə, atamda heç vaxt 

ondan qəflət etmirdi və həmişə ona diqqət yetirirdi." 

Deyirlər: "Əhməd Allah yolunda min qulu azad edib." 

Məhəmməd ibni Musa imamın, başqa fəzilətli və xeyirxah qardaşlarından biridir. Onun 

barəsində deyilib ki, Məhəmməd pak insan, namaz əhli idi və bütün gecəni dəstəmaz almaq və 

namaz qılmaq ilə keçirərdi, həmişə dəstəmaz alarkən tökülən suyunun səsi eşidilirdi.  Çünki gecə 

ibadəti bu şəkildə olurdu: Gecə yarısı namaz qılmaqla məşğul olur, sonra biraz yatıb və yenidən 

qalxıb dəstəmaz alıb, namaz qılardı və bu şəkildə səhərə kimi biraz yatır sonra qalxıb ibadətlə 

məşğul olardı.  

Onunla bir əsrdə yaşayanlardan biri deyir: “Məhəmmədi nə vaxt görsəm Allahın bu kəlamı: 

"Onlar (Allahın həqiqi bəndələri) gecənin az bir hissəsini yatırdılar.”

0

 



yadıma düşərdi.” 

3

 



                                                          

Bacıların ən yaxşısı 

Həzrət Məsumə(s.ə) kimi məhşur olan, Fatimeye Kubra, demək olar ki, İmam Rzanın bacılarının 

ən üstünü idi. O, böyük şəxsiyyət Zil-qədə ayının 0-i, hicri-qəməri ayının 012-cü dünyaya gəlib. 

İmam Rza Xorasana səfər etdikdən sonra, 310-ci ildə həzrət Məsumə, qardaşına qovuşmaq 

üçün, Mədinədən hərəkət etdi. Yolun ortasında Saveyə (Qumun yaxınlığında bir məkan adı) 

çatan zaman, xəstələndi və yanındakılardan onu Quma aparmalarını xahiş etdi. Qumun camaatı 

onun Quma gəlişindən xəbər tutan zaman, Həzrəti qarşılamaq üçün onun qabağına getdilər və 

Musa ibni Xəzrəc onu öz evindən saxlamaq iftixarına layiq görüldü. On alti ya on yeddi gün 

sonra, həzrət Fatimeye Məsumə xəstəliyin şiddətindən,  31 yaşında vəfat edir. Qumun 

vilayətsevər camaatı, həzrətin vəfatının əvvəllərində onun məzranın üzərində bir bina tikdilər və 

sonralar İmam Cavadın qız nəvəsi (imam Cavadın qızı olan, Zeynəbin qızı) onun məzarına künbəz 

qoydurdu.  

İmam Rza(ə) və İmam Cavad(ə) buyurmuşlar: “ Onu ziyarət edənin savabı, behiştdir.”  Qumun 

məhşur alimlərindən biri olan Səd,  Xorosanda imam Rzanın yanına gedən zaman, imam ona 

buyurdu: ”Sizin yanınızda, bizim ailədən olan bir nəfərin qəbri var.” Səd cavab verdi: “Bəli sizin 

bacınız Fatimə binti Musa ibni Cəfərin qəbri.” İmam, onun sözünü təsdiqlədi və onun haqqını 

tanıyaraq, onu ziyarət edənin, behiştlik olmasını buyurdu. Sonra imam Sədə, bacısını ziyarət 

edərkən oxumaq üçün bir ziyarətnamə öyrətdi. Bu ziyarətnamə bugünə kimi qalır və Qumda 

əhli-beytin hərəminin ziyarətçiləri, həmin ibarətlər ilə həzrət Məsuməni ziyarət edirlər. İmam 

Sadiq, hələ İmam Kazim dünyaya gəlməzdən illər öncə, Qumu Əhli-beytin(ə) hərəmi 

                                                             

0

 Zariyat 01 



3

 İrşad; 3-ci cild; səh.345; İmam Rzanın tarixi hicrətinin çoğrafiyası; səh.12 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə