Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə7/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

 

Xorasanlılardan biri, Xorasan qrupunun başçısı ünvanında imamdan, orda cəm olanlara xumsu 



bağışlamağı və onları xums verməkdən azad etmələrini istədi. İmam onların ikiüzlüyündən 

narahat oldu və dedi: “Bu nə hoqqabazlıqdır?! Diliniz ilə bizə məhəbbət və ixlasınızı göstərirsiz, 

ancaq - Allahın bizim üçün qərarlaşdırdığı İlahi haqq olan- xumsu bizdən əsirgəyirsiz! İcazə 

vermirik, icazə vermirik, icazə vermirik. Sizin heç birinizə (xumsu) bağışlamırıq.

0

 

                                               İlahi elm



 

Mədinə şəhəri 3-ci əsrdə, İslam dünyasının elmi mərkəzlərindən hesab olunurdu. İmam Rza(ə) 

cavanlıq dövründə və möhtərəm atası şiələrin imamı olanda , böyük şəhərdə fiqh dərsi keçirdi 

və tələbələr onun elmindən faydalanırdılar. 

Malik ibni Ənəs (vəfat: 019 h.q) əhli sünnənin dörd məzhəblərindən birinin rəisi, Mədinə də fiqh 

tədrisi ilə məşğul idi və sünnilər onun dərslərində iştrak edirdilər. Düz həmin vaxtlarda cavanlıq 

dövrünü keçirən və hələ otuz yaşı olmayan imam Rza , çoxsaylı şagirdlərin tərbiyəsi ilə məşğul 

idi. İmamın bu dəyərli çalışmaları sünni alimlərini heyrətə gətirmişdi. Əhli-sünnənin səs-sorağlı 

alimi, Zəhəbi bu barədə yazır: “O (Əli ibni Musa Rza) elm, din və şəxsiyyət baxımından uca 

məqama malik idi. Deyilib ki, o Malik ibni Ənəsin dövründə cavan olmasına baxmayaraq fətva 

verirdi.  

Mədinədə Məscidun-Nəbi, adlı-sanlı və məşhur fəqihlərin dərs keçmə məkanı idi. Məhəmməd 

ibni Ömər Vaqedi (vəfat: 311 h.q) sünnilərin digər alimlərindən biridir. O, imam Rzanın, 

cavanlıqda  dərs verməsi barədə heyrətini saxlaya bilməyib, belə yazır: “ O (Əli ibni Musa), iyirmi 

neçə yaşında Məscidun-nəbi də fətva verirdi!”  

Bu məclislər, İmam Musa Kazimin şəhadətindən illər öncə (yəni 012 hicri-qəməri ilindən qabaq) 

keçirilmişdir.

3

  



                                                    Dil bilmə 

İmam Rza, zamanının bütün dillərinə gözəl şəkildə bələd idi. İmamın Xorasandakı sirdaşı Əbasəlt 

Hərəvi, deyir: “Allaha and olsun ki İmam Rza camaatla, onların ana dilində danışarkən, həmin 

dilin və həmin lüğətin ən fəsahətli və danışıqda ən şirin danışan insanı idi. Bir gün ona dedim: 

“Dillərdə olan söz və ləhcələrin müxtəlifliyinə rəğmən, onları gözəl şəkildə bilməyinizə 

heyranam!” imam buyurdu: “Əbasəlt! Mən Allahın insanlar üzərində höccətiyəm. Allah 

insanların dilini bilməyən şəxsi onların üzərində öz höccəti və canişini qərar verməz. 

Eşitməmisən Əmirəl-möminin İmam Əli(ə) buyurub: “Bizə fəslil-xitab (müxtəlif dilləri bilmək) 

verilib.”  

İmamın Rumi və Səqləbi (Bolqarıstan və İstanbul arasında bir məkan) nökərləri var idi və hərdən 

onlarla, özlərinin ana dillərində söhbət edirdi. İmam fars və sindi (Pakistan və Hindistanda rəsmi 

dil)


 

dilində də danışmışdı.  

Müxtəlif dilləri bilməkdən əlavə, həzrət heyvanların da dillərini anlayırdı. Süleyman Ələvi 

deyirdi: “Bağda idik ki, bir sərçə İmam Rzanın yanına gəldi, onun qarşısında oturdu və iztirablı 

bir halda tez-tez ciq-ciq edirdi. 

                                                             

0

 Əl-Kafi, 0-ci cild, səh.541, 36-cı hədis 



3

 Əl-Müntəzəm, 01-cu cild, səh.009, 0004-cü nömrə, Siru Əlamin-Nubəlai, 9-cu cild,səh.211, 035-ci nömrə 




 

 

İmam üzünü mənə tutub, dedi: “Bilirsən bu sərçə nə deyir?” Dedim: Allah, peyğəmbər və 



peyğəmbərin övladları bilir. Buyurdu: “Evində bir ilanın balalarını yemək istədiyini.” bildirir.  

Qalx, bu çubuğu götür və evə daxil olub həmin ilanı öldür. 

Çubuğu götürdüm və evə daxil oldum. Evdə bir ilanın süründüyünü gördüm. Onu öldürdüm.

0

 



                         Hədis öyrənməyə rəğbətləndirmə 

İmam Rza(ə) hədisin yayılmasına görə, şiələri hədis öyrənmək üçün həvəsləndirirdi. Bəlkə İmam 

Rza peyğəmbərin bu hədisinin nəql etməkdə məqsədi hədis öyrənməyə rəğbətləndirmək idi: 

“Allah mənim ümmətimdən, insanların istifadəsi üçün qırx hədis əzbərləyən şəxsi qiyamət günü 

fəqih və alim olaraq məhşərə qaldırar.”  

Həmin dövrdə, əhli-sünnənin hədis məktəblərinin və azğın etiqadi qrupların artmasını nəzərə 

alaraq, İmam Rza şiələri hədis qəbul etməkdə çox diqqətli olmalarını tövsiyyə edirdi. Məbada 

peyğəmbər hədislərini nağılbaz və ravi kimi görsənənlər və əhli-beyt məktəbindən uzaq düşən 

kəlamçılardan götürəsiniz. Çünki onlar səfehdirlər. İmam həmişə onunla bir yerdə olan şagirdi, 

Əbasəlt Hərəviyə buyurdu: “Allah bizim əmrlərimizi dirildən şəxsə rəhmət etsin.” Vilayətin 

əmrini diri saxlamağa meyli olan Əbasəlt, bu mühüm işin necəliyini soruşur və İmamın belə bir 

cavabını eşidir: “Bizim elmlərimizi öyrənən və onu camaata öyrədən. Çünki əgər insanlar bizim 

kəlamlarımızın gözəlliyi ilə tanış olsalar, bizim ardıcıllarımız olarlar.”  

Şiələri Əhli-beytdən (olan) hədisləri öyrənməyə rəğbətləndirən bu qiymətli söz, çox parlaqdır. 

Xüsusən ardınca imamın Əbasəltə elmi alimdən öyrənməli olduğunu və alimləri tərifləyərkən 

buyurması: “Onlar(həqiqi alimlər) həmin Allah elçisinin ailəsidirlər (Əhli-beytdir).” 

Əlbətdə imam öz dəyərli ata-babaları kimi hədisi anlamağı, hədisi nəql etməkdən daha üstün 

bilir və şiələrin və şiə ravilərinin nəql edəndən çox, alim olmalarını istəyirdi. Bu baxımdan bir 

məclisdə Əbasəlt və digərlərinə xitab edərək buyurur: “Alim olun, (yalnız) ravi deyil. Əgər bir 

hədisi düşüncə, ağahlıq və elm üzündən dərk etsəz və mənasını başa düşsəz, mənasını dərk 

etmədən nəql etdiyiniz min hədisdən daha yaxşıdır.”

3

 



                                           Hədis məclisləri 

İmam Rza(ə), Mədinə, Məkkə, Mina, Kufə və Xorasan kimi müxtəlif məkanlarda çoxlu elmi 

məclislər təşkil edirdi. Bu məclislərdə bəzən peyğəmbər hədislərini bəyan etməklə kifayətlənirdi 

və bəzən camaatın suallarına cavab vermək ilə məşğul olardı. Bu məclislərin bəzisinin mövzusu 

fiqh, Quran təfsiri və moizə olardı. Baxmayaraq ki, azmış Vaqifiyyə firqəsinin bəzi yaramaz 

əməlləri şiələrin həmrəyliyinə zərər vururdu, ancaq bizə çatan çoxsaylı xəbərlərə əsasən o 

zamanın geniş bir kütləsi  imamın mənzilinə və ümumiyyətcə imam olan məclislərə müraciət 

edirdilər. Bu xəbərlər onu göstərir ki, camaat şövqlə imamın məclislərində iştrak edirdilər. 

 

Məhəmməd ibni İsa, səkkizinci imamın səhabələrindən biridir. O, həmin məclislərin bəzisini şərh 



edərək, həmin məclislər barədə məlumat vermişdir. Nümunə olaraq, o deyir: “Mən və Yunis ibni 

Əbdurrəhman  imam Rzanın yanına getdik. Həzrətin evinin qapısının yaxınlığında bir qrup 

toplanmış və həzrətdən daxil olmaq üçün icazə istəyirdilər.  

                                                             

0

 Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.331-339, hədis 0,3,2/ Bəsairud-dərəcat, səh. 245 



3

 Məaniyul-əxbar, səh.011/ Uyun Əxbarur-Rza(ə), 3-ci cild, səh.21/ Əxbare İsbəhan, 0-ci cild, səh 021 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə