Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

geyimini) çiyninə atdı, qalxdı və hərəkət etdi. Məmunun yanına çatana kimi, məndə 



onunlaydım.  Məmunun qarşısında bir qab üzüm və meyvələrdən ibarət başqa qablar var idi. 

Onun əlində, bir miqdarı yeyilmiş və qalanı duran üzüm salxımı var idi. Gözü imama sataşan 

kimi, yerindən qalxdı, onla görüşdü, alnını öpdü və həzrəti yanında otuzdurdu. Əlində olan üzüm 

salxımını imama verib, dedi: Ey Allah rəsulunun oğlu. Mən bundan dadlı üzüm görməmişəm.    

Həzrət ona buyurdu: Nə çox gözəl və behişdən olan üzüm.  

 

Məmun dedi: Siz bundan yeyin. 



İmam buyurdu: Məni onu yeməkdən üzrlü bil.  

Dedi: Yeməlisən, nəyə görə yemirsən?  Bəlkə mənim barəmdə pis fikrə düşmüsən? Sonra üzüm 

saxlımını götürdü və bir necə gilə üzüm yedi, sonra imama tərəf uzatdı. İmam salxımı götürdü, 

üç gilə ağzına qoydu. Saxlımı yerə atdı və qalxdı. 

 Məmun soruşdu: Hara gedirsən?  

Buyurdu: Göndərdiyin yerə. Əbasını başına bağlıyıb xaric oldu. 

Əbasəlt deyir: Ona heç bir söz demədim. Evə daxil oldu və buyurudu: Qapıları bağlayın və heç 

kimi buraxmayın. Qapıları bağladılar və imam öz yerində yatdı. Qəmli və pərişan halda evdə 

dayanmışdım. Bu an gözüm evə daxil olan, yeniyetmə, xoşüzlü, qıvrım saç, imam Rzaya çox 

oxşar bir cavana sataşdı.  

Qabağa qaçdım və soruşdum: Sizə qurban! Qapılar bağlı olduğu halda, hardan girdiz?  

Dedi: Bu vaxtı məni Mədinədən bura gətirən, həmin varlıq bağlı qapıdan məni evə daxil etdi. 

Soruşdum: Siz kimsiz?  

Buyurdu: Ey Əbasəlt, mən Allahın sənin üzərində olan höccətiyəm. Mən Məhəmməd ibni 

Əliyəm. Sonra atasına tərəf getdi, otağa daxil oldu və mənə onunla bahəm gəlməmi buyurdu. 

Atası imam Rza onu görən kimi, dərhal yerindən qalxdı, onu qucaqladı. Sonra onunla qoy-boyun 

oldu, alnınnan öpdü və döşəyinə tərəf apardı. Məhəmməd ibni Əli atasının ayağına düşdü, 

atasını öpdü və ona astadan nəsə dedi mən eşitmədim.  Ancaq imam Rzanın dodaqlarında 

qardan ağ köpük gördüm... və çox keçməmiş imam dünyasını dəyişdi.  

Nəhayət imam Əli ibni Musa Rza(ə) 55 il yaşayışdan sonra, cümə günü, Səfər ayının son günü, 

312-cü hicri-qəməri ilində, zəhərlənərək Tus şəhərində şəhadətə yetişir. O həzrətin pak cəsədini 

Həmid ibni Qəhtəbə Tainin evində, - Tus vilayətinin Noqan kəndlərindən biri olan- Sənabad 

kəndində torpağa tapşırılmışdır.

0

 



                                               Şiələrə mesaj 

Həzrət Əbdül-Əzim Həsəni, İmam Həsən Müctəbanın(ə) nəslindən və bir neçə imamın 

şagirdlərindən idi. O daha çox, imam Hadi  və atasından olan rəvayətləri nəql edən ravidir. 

Əbdül-Əzim cavanlığında imam Rzanın xidmətinə yetişir. İmam, ona bəzi mətləbləri bəyan edir 

və bir məktubu şiələrinə çatdırmasını istəyir. Həmin məktub belə idi: 

                                                             

0

 Uyun Əxbarur-Rza(ə); 0-ci cild; səh.09 və 3-ci cild, səh.345/ İrşad, səh.214 




 

 

“Ey Əbdül-Əzim! Mənim tərəfimdən dostlarıma salam çatdır. Onlara de ki, şeytanın onlara 



nüfuz etməsinə yol verməsinlər. Onları doğrudanışan və əmanətdar olmağa dəvət et. Onlara 

sükut etmələrini və yersiz çəkişmələri tərk etmələrini tövsiyyə et. 

Bir-birlərinin görüşünə getsinlər. Çünki bu işlər, (mənəvi cəhətdən) mənə yaxınlaşmağa səbəb 

olar. Özlərini, bir birini əziyyət etməklə məşğul etməsinlər. Mən öz canıma and içmişəm, hər kəs 

belə edib, mənim dostlarımdan birini əsəbləşdirsə, Allahdan dünyada onu ən çətin əzaba 

mübtəla etməsini və axirətdə də ziyankarlardan olmasını istəyəcəm. 

Onlara, Allahın yaxşı əməl sahiblərini bağışladığını və pis əməllərinə güzəşt etdiyini de. Yalnız 

Allaha şərik qoşan, mənim dostlarımdan birinə əziyyət edən və yaxud dostlarıma qarşı pis 

niyyətdə olanlardan başqa. Çünki belə olduğu halda, qeyd olunan işlərdən əl çəkməyənə kimi 

Allah onu bağışlamaz. Əgər bu işləri tərk etməzsə, iman ruhu qəlbindən çıxar, mənim vilayət və 

dostluğumdan xaric olar və bizim vilayətimizdən bir payı olmaz. Belə bir şeydən Allaha pənah 

aparıram!”

0

 

                           Ziyarətin fəziləti və (münasib) vaxtı 



İmam Rzanı ziyarət etməyin savabı barədə islam peyğəmbəri (s) və məsumlardan(ə) çoxlu 

rəvayətlər nəql olmuşdur. Bu rəvayətlər, şiələri  Xorasanda qərib olan imamı ziyarət etməyə 

daha da rəğbətləndirir. Məsumları ziyarət etmənin savabı ilə bağlı olan rəvayətlər məcmuəsinə 

diqqət edən zaman, aydın olur ki, məsumları ziyarət etməyə rəğbətləndirən hədislərin çoxu, 

imam Hüseynə aid olan rəvayətlərdən sonra, imam Rzanı ziyarət etmə barədədir. Bu 

rəvayətlərdə, Allah imam Rza hərəminin

 ziyarətçisinə, 

imamın haqqını tanıyıb və onun 

göstərişlərinə əməl etmək şərti ilə etdiyi ziyarətin müqabilində çoxlu mükafatlar verəcəyi bəyan 

edilmişdir.   

Həmin mükafatlardan bəzisi bunlardır: “Keçmiş və indiki günahları bağışlanar, Bədr şəhidlərinin 

savabını qazanar, bir milyon həccin savabına malik olar, Cənnətə gedər, istəkləri qəbul olar və 

imam Rzanın qiyamətin üç qorxulu səhsənində zəvvarının köməyinə çatması: əməl dəftərləri sağ 

ya sol əllərə verilən zaman, sirat körpüsündən keçən zaman və əməllər ölçülən zaman.  

Bir nəfər imam Cavaddan soruşdu: “Vacib həccini yerinə yetirən şəxsə yenidən həccə getmək 

qismət olsa, həccə getməsi yaxşıdır yoxsa imam Rzanı ziyarət etməsi? " 

İmam Cavad cavabında buyurdu: “Yaxşı olar həmin şəxs Xorasana getsin, atam Əbəl-Həsənə 

salam versin və o həzrəti ziyarət etsin. Bu ziyarəti Rəcəb ayında etməsi daha münasibdir...”. 

Başqa bir rəvayətdə imam Cavad, Əyyub ibni Nuha buyurdu: "Allah atamın qəbrini Tus 

vilayətində ziyarət edən şəxsin, keçmiş və indiki günahlarını bağışlayar. Qiyamət günü, Allah 

rəsulunun minbərinin  müqabilində bir minbərdə qərar tutar və insanlara şəfaət edər. 

Əyyub ibni Nuh, bu rəvayəti doqquzuncu imamdan eşidəndən, növbəti il Kufədən Xorasana 

yollandı və imam Rzanın pak məqbərəsini ziyarət etdi. Ziyarət dönəmində onu görən və 

qabaqlar Əyyubdan həmin rəvayəti eşidən şiələrdən biri ondan soruşdu: “Əyyub!  Hansı səbəb, 

sənin bu qədər məsafəni qət etməyinə bais olub?” Əyyub cavab verdi: “Minbərə görə 

gəlmişəm! 

                                                             

0

 Əl-İxtisas; səh.341 




 

 

Bunuda qeyd edək ki, imam Rzanı ziyarət etməyin ən yaxşı vaxtları: Rəcəb ayı, Zil-qədə ayının 



iyirmi üçü və iyirmi beşidir (dəhvul-ərz günü).

0

 



                                                    

Ceyran zəmanətçisi 

Şeyx Səduq (vəfat: 210 q.) 4-cü əsrdə yaşamış, şiənin böyük alimlərindən olmuşdur. O, 

səkkizinci imama məxsus "Uyun Əxbarur-Rza" adlı iki cilddən ibarət kitabı qələmə almışdır. Bu 

kitabın axrıncı fəsli, imamın şəhadətindən sonra, pak qəbri tərəfindən baş vermiş kəramətlər və 

möcüzələrlə bağlıdır. Bu fəsildə on üç hadisəyə işarə etmişdir. 

Həmin olmuş hadisələrdən biri belədir: 

“Hakim Razi, ziyarət üçün imam Rzanın hərəminə yola düşən şiələrdən biri idi. Qonaq olduğu ev 

sahibi -Tus şəhərinin böyüklərindən olan- Əbu Mənsur ibni Əbdur-Rəzzaq idi. Əbu Mənsur 

Hakim Raziyə belə rəvayət edir: “Diqqətlə qulaq as! Bu müqəddəs məkandan sənin üçün bir 

kəramət danışacam. Mən cavanlığımda cahil və nadan idim. Məşhəd əhli və zəvvarları 

incitmişəm. Dəfələrlə yollarını kəsib, mallarını qarət etmişəm. Bəzən ova da gedirdim. Bir gün 

Məşhədin ətrafında bir ceyran rastıma çıxdı. Ov itimi ceyranın dalınca göndərdim. Ceyran 

hərəmin həyətinə daxil olana qədər, ov itim onu təqib etdi. Ceyran hərəmin həyətinə daxil olub 

dayanan zaman it də dayanıb, hərəkət etmədi. Nə etsəm də, it irəli getmədi. Ceyran hərəmin 

daxili səhlərindən(qismətlərindən) birinə getdi. Amma it dayandı və səhnəyə daxil olmadı. 

Ceyranın arxasınca səhnəyə daxil oldum. Ceyrandan heç bir xəbər yox idi. Həmişə orda oturan 

Əbu Nəsr Qarini gördüm və ondan: "İndi bu səhnəyə daxil olan ceyranın, hara getdiyi?"

 

soruşdum. "Ceyran? Xeyir, onu görməmişəm" dedi. Ceyranın ayaq izləri vardı, amma özü yox 



idi. Özümə gəldim və öz keçmiş əməllərimdən tövbə etdim. Həmin hərəmdə, bir daha 

zəvvarlara əziyyət verməməyi və həmişə onlara yaxşılıq edəcəyimə Allah ilə əhd bağladım. O 

gündən etibarən hər hansı bir çətinliyə düşsəm, həzrətin ziyarətinə gedər, orada dua və ah-nalə 

edər, Allahdan öz hacətlərimi istəyərdim və  Allah hacətlərimi yerinə yetirərdi. Bu vaxta qədər 

iki dəfə Allahdan oğlan övladı istəmişəm və Allah-təala hər dəfə bu müqəddəs məkana xatir 

duamı qəbul edib. Bunuda qeyd etməliyəm ki, indiyə qədər hərəmdə Allahdan istədiyim bütün 

hacətlərimi, Allah mənə əta etmişdir.

3

 



                                                                 

Ziyarət Ədəbi 

İmam Rzanın(ə) qəbrini Məşhəddə ziyarət edərkən , evdən çıxmazdan öncə ziyarət qüslu almaq 

və təmiz və gözəl paltarla geyinmək müstəhəbdir. Daha gözəldir ki, zəvvar evdən çıxıb, hərəmə 

doğru hərəkət edən zaman daimə dili İlahi zikrlərlə məşğul olsun, vüqar və aramlıqla hərəkət 

etsin, addımlarını qısa atsın və desin: “Əllahu əkbər, lə iləhə illəllah, sübhənallah, 

vəlhəmdulillah.” İmam Cavadın(ə) öyrətdiyi, imam Rzanı ziyarət edərkən oxunulası qısa 

ziyarətlərindən biri, imam Rrzanın xüsusi salavatıdır. Həzrətin qəbrinin müqabilində belə 

oxumaq münasibdir:  

Əllahummə salli əla Əliyyibni Musa-Rızal-murtaza əl-imamit-təqqiyin-Nəqi və hoccətikə əla 

mən fovqəl ərz və mən təhtəs-səra əs-siddiqiş-şəhid səlatən kəsirətən tammətən zakiyətən 

mutəvasilətən mutəvatirətən mutəradifətən kə əfzəli ma səlləytə əla əhədin min övliyaik.”  

                                                             

0

 Kamiluz-Ziyarat, səh.212-211/ Məfatihul-Cinan, ayların əməlləri bölümü. 



3

 Uyun Əxbarur-Rza(ə); 3-ci cild; səh.315, 00-ci hədis

 



 

 

İlahi, Əli ibni Musa Rzaya salam və rəhmət göndər, o imam ki pak və münəzzəhdir, yer üzündə 



olanlara və yerin altında olanlara

 

sənin höccətindir, o haqq danışan şəhidə salamını, salavatını, 



çoxlu və kamil rəhmətini ardıcıl, həmçinin o yüksək rəhmətini öz övliyalarına göndərdiyin kimi, 

ona da göndər.

0

 

                                      İstifadə olunan ədəbiyyat 



0-

 

“Əl-Ehticac”; Əhməd ibni Əli ibni Əbi Talib Təbərsi; əlavə etmə: Seyid Məhəmməd Baqir 



Xorsan; Nəcəf- Noman Çapxanalar Nəşriyyatı, 0966-cı il 

3-

 



“Əxbare İsbəhan” ; Hafiz Əbu Nəim İsbəhani (421 h.q) Liden nəşriyatı 0924-cü il 

2-

 



“Əl-İxtisas”; Şeyx Mofid (vəfat:402 h.q), araşdırma Əli Əkbər Ğəffari, Qum islam nəşriyatı 

müəssəsi, 4-cü çap, 0404-cü hicri-qəməri ili. 

4-

 

“Əl-İrşad fi mərifəti hucəcullahi əlal-ibad”, Şeyx Mofid (vəfat:402 h.q), araşdırma və 



nəşriyyat Qumun “Alul-beyt(ə) liəhyait-turas” müəssəsinə məxsusdur, 0-ci çap, 0402 q. 

5-

 



“Əlamul-vəra biəlamil-huda”, Fəzl ibni Həsən Təbərsi, Qum Alul-beyt müəssəsi, 0401 q. 

6-

 



“Əmali”, Şeyx Səduq (vəfat: 210 h.q), araşdırma və nəşriyyat Qumun “Besət” müəssəsi, 

0-ci çap 0411 h.q 

1-

 

“Əmali”, Şeyx Tusi



 (

vəfat: 461 h.q), araşdırma “Besət” müəssəsi, “Darus-səqafə” Qum, 0-

ci çap, 0404 h.q 

1-

 



“Biharul-Ənvar”, Məhəmməd Baqir Məclisi (vəfat: 0001 h.q), Beyrut Vəfa müəssəsi, 3-ci 

çap, 0412 h.q 

9-

 

“Bəsairud-Dərəcat”, Əbu Cəfər Məhəmməd ibni Həsən Səffar Qummi (vəfat: 391 h.q), 



Qum – Ayətullah Mərəşinin kitabxanası, 0-ci çap, 0414 h.q 

01-


 

“Tarixe Təbəri tarixul-uməm vəl-muluk”, Məhəmməd ibni Cərir Təbəri, Beyrut, Elmi 

müəssəsə, 0412 h.q 

00-


 

“Tarixe Xüləfa” Əbdürrəhman ibni Əbi-Bəkr Suyuti, araşdırma Abdullah Məsud, “Darul-

qələmil-ərəbi”, 0400 h.q 

03-


 

“Tacul-Məvalid”, Təbərsi (vəfat: 541 h.q), Qum – Ayətullah Mərəşinin kitabxanası, 0416 

h.q 

02-


 

“Tarixe-Yəqubi” Əhməd ibni Əbi Yəqub, Qum- Əhli-beyt(ə) mədəniyyəti nəşriyyat 

müəssəsi 

04-


 

“Tarixe İbn Xəldun” (vəfat: 111 h.q), “Daru İhyait-turasil-ərəbi” –Beyrut- Liviya. 

05-

 

“Təhzibul-əhkam fi şərhil-muqniə”, Əbu Cəfər Məhəmməd ibni Həsən, Şeyx Tusi (vəfat: 



461 h.q), “Darut-təarof Beyrut”, 0-ci çap, 0410 h.q 

06-


 

“Ət-Tovhid”, Şeyx Səduq (vəfat: 210 h.q), Tehran- “Məktəbətus-Səduq” , 0291 h.q 

01-

 

“Həyatul-imamir-Rza(ə)”, Baqir Şərif Qərşi(Qərəşi), Qum- Səid ibni Cübeyr nəşriyyatı 



01-

 

“Həyatul-imamil-Cavad(ə)”,



 

Baqir Şərif Qərşi(Qərəşi),

 

Qum- Səid ibni Cübeyr nəşriyyatı 



09-

 

“Əl-Xəraic vəl-Cəraih”, Qutbuddin Ravəndi (vəfat: 512 h.q), araşdırma və nəşr Qum- 



“İmam Məhdi(ə.f)” müəssəsi, 0-ci çap, 0419 h.q 

31-


 

“Əl-Xisal”, Şeyx Səduq (vəfat: 210 h.q), Qum – “İslam nəşriyyat” müəssəsi, 4-cü çap, 

0404 h.q 

30-


 

“Ricalul-Bərqi” Əhməd ibni Məhəmməd Bərqi, araşdırma Cavad Qəyyumi, “Qəyyum” 

nəşriyyatı, 0409 h.q 

33-


 

“Ricalut-Tusi”, Şeyx Tusi (vəfat: 461 h.q), araşdırma Cavad Qəyyumi, Qum- “İslam 

Nəşriyyatı” müəssəsi, 0-ci çap, 0405 h.q 

                                                             

0

 Kamiluz-ziyarat, səh.219, 0 və 3-ci hədis 




 

 

32-



 

“Ricalul-Kəşşi (İxtiyaru mərifətil-rical)”, Şeyx Tusi (vəfat: 461 h.q), araşdırma Məhdi 

Rəcai, Qumun “Alul-beyt(ə) liəhyait-turas” müəssəsi, 0-ci çap, 0414 h.q 

34-


 

“Ricalun-Nəccaşı”, Əhməd ibni Əli Nəccaşi (vəfat: 451 h.q), Beyrut - “Darul-ədva”, 0-ci 

çap, 0411 h.q 

35-


 

 “Siru Əlamin-Nubəlai”, Məhəmməd ibni Əhməd Zəhəbi, araşdırma Şüeyb Ərnəvut, 

“Beytul-Əfkarid-Dəvliyə”, Beyrut 

36-


 

“Uyun Əxbarur-Rza(ə)”, Şeyx Səduq (vəfat: 210 h.q), Tehran- “Elmi nəşriyyat” 

31-

 

“Uyun Əxbarur-Rza(ə)”, Şeyx Səduq (vəfat: 210 h.q), tərcüməçi Ğəffari və Müstəfid, 



Səduq nəşriyyatı, Tehran 

31-


 

Əl-Ğeybə, Şeyx Tusi (vəfat: 461 h.q), “Məktəbətel-Bəsiri”, Qum, 0215 h.q 

39-

 

Qurbul-isnad, Abdullah ibni Cəfər Himiri Qummi (vəfat: 214 h.q-dən sonra), araşdırma 



və nəşr Qumun “Alul-beyt(ə) liəhyait-turas” müəssəsinə məxsusdur, 0-ci çap, 0402 h.q 

21-


 

“Əl-Kafi”, Məhəmməd ibni Yəqub Kuleyni (vəfat: 239 h.q), araşdırma Əli Əkbər Ğəffari, 

Tehran – “Darul-kutubul-İslamiyyə” 

20-


 

“Kamiluz-Ziyarat”, Cəfər ibni Məhəmməd ibni Quləveyh (vəfat: 261 h.q), araşdırma 

Cavad Qəyyumi, Qum – “Fəqahət nəşriyyatı”, 0-ci çap, 0401 h.q 

23-


 

“Kəşful-Ğümmə fi Mərifətil-Əimmə”, Əli ibni İsa Ərbəli, araşdırma Haşim Rəsuli 

Məhəllati, Beyrut- “Darul-Kitabi-İslami”, 0410 h.q 

22-


 

“Əl-Kamil fil-Tarix”, İbn Əsir, Beyrut – “Dare Sadir”, 0215 h.q-0965 m. 

24-

 

“Mən la yəhzuruhul fəqih”, Şeyx Səduq (vəfat: 210 h.q), araşdırma Əli Əkbər Ğəffari, 



Qum- “İslam nəşriyyatı müəssəsi”, 3-ci çap 

25-


 

“Müctəba min duai-Müctəba”, İbn Tavus (vəfat: 664 h.q), araşdırma Səfaiddin Bəsri 

26-

 

“Müsnədul-imamir-Rza(ə)”, Əzizullah Əttari, “İmam Rza konfransı nəşriyyatı”, Məşhəd- 



Astan Qudse Rəzəvi, 0416 h.q 

21-


 

“Misbahul-Mutəcəhhid”, Şeyx Tusi (vəfat: 461 h.q), araşdırma Əli Əsğər Mirvarid, 

Beyrut- “Fiqhuş-şiə” müəssəsi, 0-ci çap, 0400 h.q 

21-


 

“Məaniul-əxbar”, Şeyx Səduq (vəfat: 210 h.q), araşdırma Əli Əkbər Ğəffari, Qum- “İslam 

nəşriyyatı” (Camiətul mudərrisin), 0260 h.ş  

29-


 

“Məqatilut-Talibin”, Əli ibni Hüseyn Əbu Fərəc İsfahani, araşdırma Əhməd Səğr,

 

Qum- 


“Şərif Rəzi”, 0404 h.q 

41-


 

“Mənaqibu Ali Əbi Talib (Əl-Mənaqibu İbni Şəhraşub)”, Rəşididdin Məhəmməd ibni Əli 

ibni Şəhraşub Mzandarani, (vəfat: 511 h.q), Qum – “Əl-Mubtiətul-elmiyyə” 

40-


 

“Əl-Muntəzəm fi tarixil-muluk vəl-uməm”, Əbdürrəhman ibni Əli (İbn Cuzi), (vəfat: 591 

h.q), Beyrut, Liviya – “Darul-kutubul-elmiyyə” 

43-


 

“Vəsailuş-şiə ila təhsili məsailiş-şəriyyə”, Məhəmməd ibni Həsən (Şeyx Hürr Amili)



 

(vəfat: 


0014 h.q), Qumun “Alul-beyt(ə) liəhyait-turas” müəssəsi, 0122-0014 h.q 

 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə