Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

Həmin ildə Hələb şəhəri və onun ətrafı, Nəsr ibni Şeys Əqilinin (ya Uqeylinin) rəhbərlik etdiyi 



hərəkatın şahidi oldu. O ildə digər bir qiyam Mosulda “Meydan” hadisəsi kimi başladı, iyirmi min 

nəfər ordu çəkmək ilə və minlərlə nəfərin ölümü ilə yekunlaşdı.  

099-cu ildə Əbus-Səraya Kufədə, Məmunun hökümətinə möhkəm bir zərbə vurdu. O, (İbni 

Təbətəba kimi məşhur olan) Məhəmməd ibni İbrahim ibni İsmayil Həsəni ilə bahəm bu qiyamla 

Kufədə qısa müddətli bir dövlət qurmağa müvəffəq oldu. Həmçinin Əbus-Səraya qiyamı ilə  

Bəsrə, Məkkə, Yəmən, Fars, Əhvaz və Mədain kimi şəhərlərə də öz təsirini qoya bildi. Onun 

qoşun başçıları  hamısı ələvi – ondan üçü imam Rzanın qardaşları-  idilər: Abbas ibni 

Məhəmməd ibni İsa Cəfəri, Hüseyn ibni Həsən Əftəs, İbrahim ibni Musa İbni Cəfər,  İsmayil ibni 

Musa İbni Cəfər, Zeyd ibni Musa İbni Cəfər və Məhəmməd ibni Süleyman ibni Davud ibni Həsən 

ibni Həsən. Əbus-Sərayanın qiyamlarında, bir ildən az müddət ərzində  Abbasiləndən ölənlərin 

sayını iki yüz min nəfərdən çox olduğunu qeyd ediblər ki, əlbətdə belə say nəzərə şişirdilmiş 

gəlir. 


311-cu ildə,  imam Sadiqin qardaşı Məhəmməd ibni Cəfər Dibac Məkkədə bir qrup ilə beyət və 

sonra qiyam etdi. İsa Cəludi onun ordusunu darmadağın etdi, ona aman verdi, oda höküməti 

Məmunun haqqı olduğunu qəbul etdi və Əbi Talib ailəsindən bir qrup insan ilə bahəm Xorasana 

səfər etdi. Həmən il Zil-qədə ayının on beşi Zeyd ibni Musa da qiyam etdi və bəzi Abbasilərin 

evlərini yandıraraq, Zeydun-nar (Atəş Zeyd) ləqəbi ilə məhşur oldu. 

0

 



                                      Mədinə ilə vidalaşma 

Xəlifənin məktub gətirib-aparanı, bir müddətdən bir Məmun tərəfdən imamı Xorasana dəvət 

ünvanında yeni dəvətnamələr gətirirdi. İmamın dəfələrlə verdiyi mənfi cavabı, səbəb oldu ki, 

xəlifə, hökümətin iki məsulunu hökümət karvanı ilə bahəm imamı Mədinədən gətirmək üçün 

göndərsin. Abbasilər hökümətinin işçiləri Rəca ibni Əbi Dəhhak və Yasir Xadim, bu karvanın 

başçıları ünvanında Mədinəyə daxil oldular. Onlara, imamla Mərvə kimi ehtiramla yoldaşlıq 

etmələri əmr olunmuşdur. Artıq bu icbari səfərdən çıxış və qaçış yeri yox idi. Narazılıq əsəri 

imamın surətində açıq-aydın görünürdü. 

Baxmayaraq ki, hökümət məmurları bu səfəri adi və çox şərəfli cilvələndirmək istəyirdilər, lakin 

bu səfərin aqibətindən xəbərdar olan imam Rza, ailəsini və Mədinə əhlini bu səfərin dönüşsüz 

olduqduqdan xəbərdar etdi. O həzrət, ağlamağının səsi uca və qəm qüssəsinin aşkar olduğu 

şəkildə neçə dəfə peyğəmbərin(s) mübarək qəbri ilə vidalaşdı. O, bu səfər adi bir səfər olduğunu 

güman edən bəzi Mədinə əhlinə buyurdu: “Mən cəddim, peyğəmbərin yanından uzaqlaşıram, 

qürbətdə dünyadan köçəcəm və Harunun kənarında dəfn olacam.” O, Xorasanda öz dostu 

Həsən ibni Əli Vəşaya buyurdu: “Məni Mədinədən çıxartmaq istədikləri vaxt, bütün ailəmi 

ətrafıma topladım. Mənim üçün ağlamalarını və onların mənim üçün ağladıqlarını eşitmək 

istədim. Sonra on iki min dinarı onların arasında böldüm və bu səfərdən qayıtmayacağımı 

bildirdim.” 

Əlimizdə olan başqa bir xəbərdən məlum olur ki, sanki imam Mədinədən sonra Allahın evi ilə də 

vidalaşmaq üçün Məkkəyə ümrə ziyarətinə getmişdir. 

3

 

                                                             



0

 Uyun Əxbarur-rza(ə); 0-ci cild; səh.334, 1-ci hədis/ Tarixul-uməm vəl muluk, Təbəri, 1-ci cild, səh.544/ Əl-Kamilu 

fil-tarix, 6-cı cild, səh.211-215/Məqatilut-talibin, səh.266/ Həyatul-imam Rza(ə), Qərəşi, 3-ci cild, səh.313 

3

 Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.301, 31-ci hədis/ Əl-Xəraic vəl-Cəraih, səh.311, 269-cu hədis 




 

 

                                      Mədinədən Mərvə kimi 

Məmunun göstərişi ilə imamın səfəri Bəsrə, Əhvaz və Fars yolundan oldu; çünki onun təkidi bu 

idi ki, imam, Kufə və Qum kimi şiələr məskunlaşan şəhərlərdən keçən yol ilə gətirilməsin.  

Son illlərin araşdırmalarına əsasən imam Rza, Mədinədən Mərvə kimi aşağıdakı məntəqələrdən 

keçib: 


Noqrə (gümüş mədəni), Nibac, Bəsrə, Əhvaz, Behbəhan, Şiraz, Estəxr, Əbərqu, Dəhşir, Yəzd, 

Xəranuq, Robat Poşt Badam, Nişapur, Dehsorx, Kuhe Səngtərəşan (Kuhsəngi), Tus, Nuğan, 

Sərəxs və sonra Mərv. Bu səfər əsnasında baş verən hadisələr haqqında məlumatlar tarixdə çox 

az qeyd olunub.

0

 

                                               



                                                   Vəliəhdlik 

Vəliəhdliyin mənası xəlifənin vəfatından sonra camaat üzərində hakimiyyət və xilafət. Bu vəzifə 

xilafətdən sonra ən üstün məqam sayıldığı üçün, həmişə xəlifələrin ən yaxın adamları üçün 

nəzərdə tutulurdu. İmam Rzanın həyatının tarixçəsində oxuyuruq ki, ömrünün son illərində 

Aabbasi xəlifəsi Məmunun vəliəhdlik məqamını qəbul etmişdir. Bu hadisə heç bir məsumun 

yaşayışında baş verməyib. Gözəl şəkildə aydındır ki, ismət sahibi olan imam Rza kimi böyük 

şəxsiyyət öz xoşluğu ilə Məmun kimi zalim bir hakimin vəliəhdliyini qəbul etməz.  

Məmun qardaşı Əminə qalib gəldikdən sonra, daxili gərginliklər ilə qarışıq bir hökümətə sahib 

çıxdı. Məmun, atası kimi qüdrətə malik olmamasına baxmayaraq, siyasət və zirənglikdə xəlifələr 

arasında nadir ya əvəzsiz idi. Onun, qarşısında olan ən böyük çətinlik, ələvilərin qiyamı, 

İranlıların üz döndərməsi və şiələrin Abbasi hökümətindən həmişəki narazılıqları idi.  

(Belə bir vəziyyətdə) Məmunun siyasəti Əli ibni Musa Rzanı(ə) öz canişini ünvanında 

tanıtdırmağı tələb edirdi.

 

                             Vəliəhdliyi qəbul etmə səbəbləri 

İmam Rza(ə) Mərvə daxil olandan sonra, Məmun, xəlifəlik və hakimiyyət postunu ona təklif etdi. 

İmama“Xəlifəlik təklifi” mövzusu iki ay ərzində, Mərvdə müxtəlif məclislər vasitəsi ilə təklif 

olundu və bütün bu məclisləri imam həmin təklifi rədd etdi. Məmunun ətrafındakılar, onun bir 

belə israr etməsindən təəccüb edirdilər və bu hərəkəti hökümətin qanunlarına zidd bir addım 

kimi dəyərləndirirdilər. İranlı vəzir və Məmunun siyasətçisi, Fəzl ibni Səhl, Məmunun israrından 

ciddi şəkildə narazı idi və deyirdi: “Xilafəti bundan artıq zay olunmuş görməmişdim.” Sonuncu 

məclisdə xəlifə artıq neçənci səfər idi ki, imama deyirdi: “Mən hazıram özümü xilafətdən 

kənarlaşdırım, bu vəzifəni sənə tapşırım və sənin ilə beyət edim.” Bu dəfə imamın Məmuna 

cavabı möhkəm oldu və onu çox əsəbləşdirdi. İmam Rza üzünü Məmunu tutdu və buyurdu: 

“Əgər bu xilafət sənin haqqındırsa, deməli Allah sənin üçün qərar verib və Allahın sənin 

boynuna qoyduğu vəzifədən imtina edib, digərinin öhdəsinə qoymağın düzgün deyil, yox əgər 

bu xilafət sənin haqqın deyilsə, haqqın olmadığı bir şeyi mənə tapşırmağın da düzgün hesab 

                                                             

0

 Uyun Əxbarur-rza(ə); 3-ci cild; səh.010, 5-ci hədis/ (həmçinin müraciət edin) İmam Rzanın(ə) Mədinədən Mərvəyə 



olan tarixi hicrətinin çoğrafiyası 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə