Allahin adi iLƏ SƏKKİZİNCİ ay



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix19.10.2018
ölçüsü0,99 Mb.
#75198
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

 

rumilərin başçıları və bir dəstə ilahiyyatçı ilə idi. İmam onların öz kitabları olan İncil və Tövrata 



əsasən onlarla bəhs edib, onlara qane edici cavab verdi.

0

 



                                       İmam Rza hədisi 

İmam Rzanın(ə) imamət dövründə, İslam cəmiyyəti arasında hədis oxuma və peyğəmbər 

hədislərini bir yerə toplama ümumi şəkildə qəbul olunaraq rövnəq tapmışdı. Şiələr peyğəmbər 

hədislərini cəm etməkdən əlavə, keçmiş imamların hədislərini də yazmağa əhəmiyyət 

göstərirdilər. Elə buna görə, bu dövrdə şiə alimləri tərəfindən çoxlu hədis kitabları yazılmışdı. 

İmam Rza bu elmi fürsətdən gözəl şəkildə istifadə etdi və cəmiyyət arasında xeyli hədis yaydı. 

İmam öz kəlamlarını bəzən bir məktuba cavab formasında ya kitabça yazaraq onu şiələrə 

göndərirdi  və bəzən də mətləbləri imla edirdi. O şiələrə, Əhli-beyt barədə ecazkar kəlamları ya 

qaranlıq dini məsələləri eşidən zaman, düzgün olub olmamasını dəqiqləşdirmək  üçün, həmin 

mətləbləri ona(imama) təqdim etmələrini öyrətmişdi. İmam buyururdu: “Ğulatlar (şişirdib 

mübaliğə edənlər), bizim adımızdan cəbr(icbarlıq) və təşbih(oxşatma) kimi mövzularda Allahın 

əzəmətini kiçildən, rəvayətlər qoşublar.” Bu baxımdan qaranlıq hədisləri imama təqdim edib, 

göstərmək zəruri idi.  

Cəmiyyətin ehtiyacı və həmçinin belə uydurma rəvayətlərin yayılması, imam Rzanın tövhid və 

imamət barədə geniş mətləbləri bəyan etməsinə səbəb oldu. İmamın hökümətin qəlbində 

(vəliəhd olması) olması isə, imamət məqamına aid olan rəvayətlərin aşkar şəkildə yayılmasına 

çox təsir etdi. İmam Rzadan bizə qalan rəvayətlərin təqribən yarısının mövzusu inanc və etiqad 

məsələlərinə aitdir.  

Xoşbəxtlikdən imam Rzadan, rəvayət kitablarında, təfsir, fiqh, etiqadlar və əxlaq mövzusunda  

təxminən 3511 hədis qalmışdır. 

3

 

                                            Alim səhabələri 



İmam Rzanın(ə) digər dəyərli çalışmalarından biri böyük şagirdlər və qüdrətli alimlər yetişdirmək 

idi. Onun şagirdlərinin çoxu böyük fəqih və hədistanıyanlar idi. Mötəbər kitablarda, imamın üç 

yüzdən çox şagirdinin adı qeyd olunmuşdur.  

İmamın şagirdləri də öyrənməli olan şeyləri qeyd etmələrini, gözəl şəkildə anlamışdılar. Onlar 

imamın danışıq vaxtı hərəkətlərini və hətta onun ibadətlərini diqqət nəzrində saxlayıb və onlar 

barədə xəbər verirdilər. Yayılmış rəvayətlər imamın dua etməsi, həcc ziyarətində təvaf etməsi, 

kəbə evi ilə vidalaşması, namaz qılması və həmçinin imamın Nəcəfi ziyarət etmə qaydasını 

bəyan etmişdir.  

Onlardan çox rəvayət eşidilən, imam Rzanın bəzi məşhur raviləri (rəvayət nəql edənləri):  

Əhməd ibni Məhəmməd ibni Əbi-Nəsr Bəzənti, Məhəmməd ibni Sinan, Fəzl ibni Şazan, 

Məhəmməd ibni İsmayil ibni Bəzi, Həsən ibni Əli Vəşa, Həsən ibni Əli ibni Fəzzal Teymi, Səfvan 

ibni Yəhya, Yunis ibni Əbdürrəhman, Süleyman ibni Cəfər ibni İbrahim Cəfəri, Əhməd ibni Amir 

Tai (Tayi), Məhəmməd ibni Fuzeyl Seyrəfi və Müəmmar ibni Xəllad. 

                                                             

0

 Tovhid, Şeyx Səduq, səh.401-440\ Uyun Əxbarur-Rza(ə), 0-ci cild, səh.054, və 3-ci cild, səh.311 



3

 Əl-ehticac, 3-ci cild, səh.404/ Əzizullah Əttari imam Rzanın bütün rəvayətlərini imam Rza ensiklopediyası adlı bir 

kitabda cəmləmişdir. 



 

 

İmam Rzanın dövründə şiə mühəddislərinin ( hədis nəql edənlərin) ən mühüm xüsusiyyətini, 



əhatəli və böyük hədis kitabları yazmağı qeyd etmək olar.  Bunuda qeyd edək ki, İmam Rzanın 

Xorasan ərazisində qaldığı qısa müddət ərzində, İraq və Hicazdan olan bir dəstə rəğbətli şiələr və 

hədis raviləri Xorasana gəlib, imamdan hədis eşidiblər. Nümunə üçün bu şəxsləri sadalaya 

bilərik: Həsən ibni Cəhm ibni Bukeyr ibni Əyən , Həsən ibni Əli  Vəşa, Xələf ibni Himad Əsədi, 

Rəyyan ibni Səlt Əşəri Qummi, Debel Xuzai, Müəmmar ibni Xəllad, Məhəmməd ibni Sinan və 

s...


0

 

                                  İmama ürəkbağlayan, Bəzənti 

Şübhəsiz səkkizinci imamın ən yaxşı səhabələrindən biri, Bəzənti kimi məhşur olan, Əbu Cəfər 

Əhməd ibni Məhəmməd Əbi Nəsrdir. 330-ci hicri-qəməri tarixinə kimi ömr edən Bəzənti, üç 

imam şagirdlik etmək iftixarına layiq olub: İmam Musa Kazim, İmam Rza və İmam Cavad. Ancaq 

ola bilər imam Rza ilə həmrahlığı daha çox gözə çarpdığına görə bəzi rəvayətlərdə “Sahibur-Rza” 

(İmam Rzanın səhabəsi) kimi yad olur. 

O, imam Rzadan çoxsaylı hədislər nəql edib. O, fəqih alim, mühəddis, müəllif və həmişə Əhli-

beyt(ə) tərəfdən qəbul olunan bir şəxsiyyətdir.  

Bəzənti, Kufə yaxınlığında Qadisiyyə adlı adlı mənqədə yaşayırdı. Kufə sakinlərinin çoxu və 

həmçinin Bəzəntinində əsli İranlı idi. İmam, bir müddət Qadisiyyədə sakin olur (ehtimal ki, 

Xorasan səfəri macərasında). Bəzənti bu müddət ərzində imamın karvansarayda qalmaq üçün 

məskənini və ... öz öhdəsinə götürmüşdü. İmam da yerinə yetirilmiş xidmətləri ödəməkdən 

əlavə, Bəzəntiyə hədiyyələr göndərir ki, bir cild Allahın kəlamı(Quran) onlardan biri idi.  

Bu böyük şiə ravi və fəqihinin ən mühüm işindən biri, imamət xəttindən azdıran azğın bir 

dəstənin – yəni Vaqifilərin- qarşısında dayanmaq idi. Baxmayaraq ki onun özüdə, əvvəl 

səkkizinci imamın imamətinə biraz şübhə ilə yanaşırdı, lakin imamdan məktub alan zaman, 

təmiz inamsızlıq halında imamın yalnız bunun zehnində olan üç təfsirnən bağlı sualını 

cavablandırdığını müşahidə etdi. 

 

Əhməd ibni Məhəmməd Bəzənti deyir, bir gün Mədinəyə getmişdim, gecənin əvvəlində imamın 



xadimi mənim qaldığım yerə gəldi və dedi: “Bu miniyi imam göndərib və səni görmək istəyir.”  

Bəzənti gecənin bir hissəsini imamın qonağı olacağı üçün fəxr edir. Gecənin axırları imam 

buyurur: “Bu vaxtı Mədinəyə qayıda biləcəyinə inanmıram, bu gecə bizim yanımızda qal və 

sabah Allahın köməyi ilə hərəkət et.” Bu vaxt imam kənizini səsləyir və ona deyir: “Mənim 

yatağımı onun üçün sal, altında yatdığım mələfəni həmin yerə at  və balışımı başının altına qoy.” 

Bəzənti imamın bir belə mərhəmət və lütfündən heyrətdə qalaraq, biraz qürürlaşır. O, deyir:  

Zehnimdə dedim: “Görən mənim qədər məqam və mənzilət nəsib olan başqa şəxs kimdir?! 

Allah onun yanında mənə heç bir səhabəyə qismət olmayan məqam əta edib: ”İmam minməyim 

üçün minik göndərdi, xalısını mənim üçün açdı ki, yorğan və balışı ilə orda gecələyim və 

səhabələrdən heç kimə belə bir şey nəsib olmayıb.”  Oturub bu xəyalları qəlbimdən keçirirdim 

və həzrət də yanımda idi, birdən üzünü mənə çevirib buyurdu: 

                                                             

0

 Əl-Kafi; 2-cü cild; səh.231, 5-ci hədis və 4-cü cild, səh.539/ Kamiluz-ziyarat, 40-ci hədis/ Uyun Əxbarur-Rza(ə), 3-ci 



cild, səh.06-01 və səh. 010, 5-ci hədis/ Ricalul-Bərqi, səh.031-021, Rical, Tusi, səh.250-211 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə