Allahın isimləri


Qullarına qarşı yaxşılığı çox olan



Yüklə 0,91 Mb.
səhifə3/15
tarix26.09.2017
ölçüsü0,91 Mb.
#1667
1   2   3   4   5   6   7   8   9   ...   15

Qullarına qarşı yaxşılığı çox olan

Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 28)

Allah insanı yaratmış və onu yaşaması üçün hər cəhətdən əlverişli olan məkana yerləşdirmişdir. Bu məkanda var olan hər şeyi də insan üçün xüsusi yaratmış və onun xidmətinə vermişdir. Nəhl surəsində Allah insanlara təqdim etdiyi nemətlərin bir qismini belə xəbər verir:

Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan (haqdan) kəc olan yol da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar da içər. (Allah) onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləridə sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; Əlamətlər də. Yollarını ulduzlar vasitəsilə taparlar. (Nəhl surəsi, 4-16)

Şübhəsiz, yuxarıda sayılan nemətlərdən sadəcə biri belə insanın öz imkanlarıyla əldə etməsi, meydana gətirməsi, sahib olması mümkün olan şeylər deyil. Bunların hamısı Allahın insana lütf etdiyi gözəlliklərdir. Yuxarıda ard-arda sıralanan nemətlər Allahın qullarına qarşı “yaxşılığının çox” olduğunun açıq-aşkar dəlilləridir.

Bəs bu qədər yaxşılıq qarşısında insan nə etməlidir?

Allah yuxarıdakı ayələrin davamında verdiyi nemətlərin qarşılığında qullarının nəsihət alıb düşünməli və Özünə qulluq etməli olduqlarını belə bildirir:

Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 17-18)

CABBAR

Dilədiyini zorla etdirməyə müqtədir olan

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır” (Həşr surəsi, 23)

Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki, bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.

İnsanın bütün bu gerçəklər qarşısında özünü yaradan Rəbbinə qarşı böyüklənməyə cəhd etməsinin nə qədər ağılsız hərəkət olduğu aşkardır.

Halbuki insan Allahın böyüklüyünü, hər şeyi yoxdan yaratdığını, insanların sahib olduqları bütün imkan və xüsusiyyətləri verənin Allah olduğunu, dilədiyi anda da hamısını geri ala biləcəyini, bütün canlıların ölümlü olduğunu, tək baqi olanın Allah olduğunu qəbul edib, gerçək sahibinə təslim olmalıdır. Çünki Allah, Özünə qarşı haqsız yerə böyüklənən, acizliyini bilməyən və üz çevirən hər kəsə dilədiyi zaman məcburən boyun əydirməyə qadir olandır.

Quranda sahib olduğu şeylərdən ötəri qürurlanan və sonunda da Allahın Cabbar sifətiylə acizliklərini görən və səhvlərini qəbul edən bağça sahiblərinin vəziyyəti ibrət olaraq izah edilmişdir. Sabahısı gün bağçalarını erkəndən yığacaqlarına dair and içən bağça sahiblərinin başlarına gələnlər belə bildirilmişdir:

... Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o (yanıb) qapqara qaraldı (Qələm surəsi, 19-20)

(Bağı) bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq! Xeyr, biz məhrum olmuşuq!” Onların ən ağıllısı dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: “Vay halımıza! Biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! (Qələm surəsi, 26-33)

CAMİ



İstədiyini, istədiyi zaman, istədiyi yerdə yığan

Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz!” (Ali-İmran surəsi, 9)



Dağınıq şeylərin bir yerə toplanması mənasını verən 'cəm' sözü Allahın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah, canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir:

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!” (Bəqərə surəsi, 148)



Ancaq həqiqi toplanma günü qiyamətlə reallaşacaq. Özünə şübhə olunmayan qiyamət günündə Allahın bütün qulları Onun hüzurunda toplanacaqlar. Dünyada Özünü və elçilərini yalanlayanların inkarlarını və bu inkarlarından qaynaqlanan bütün hərəkətlərini bilən Allah, elçiləriylə bütün insanlığa xəbər verdiyi böyük hesab günündə gəlmiş-keçmiş bütün cəmiyyətləri bir yerə yığacaq. Sura üfürüldüyü gün günahkarların hamısı bir yerə yığılacaq və etdiklərindən hesaba çəkiləcəklər. İnkar edənlər üzüaşağı cəhənnəmə sürüklənəcək, layiq olduqları cəzanı yenə yoldaşlarıyla birlikdə alacaqlar.

Allah Özünə iman edənləri isə etdiklərinə qarşılıq olaraq cənnətdə də -dünyada olduğu kimi- birlikdə mükafatlandıracaq. Allah təqva sahiblərini də rəhbərləri ilə birlikdə hüzuruna gətirəcək. Onlar nurları önlərində və yanlarında Allahın izni və rəhmətiy ilə cənnətə girəcəklər. Özünü inkar edən insanları isə dünyada da bir-birlərinə dəstək olub qruplaşdıqları kimi, cəhənnəmdə də həmişə bir yerdə saxlayacaq, bir-birləriylə dalaşıb mübahisə etmələrinə icazə verəcək. Zülm edənlərin yoldaşları və ibadət etdikləri həmişə bir yerdə olacaqlar, işlədikləri günahların cəzasını cəhənnəmdə həmişə birlikdə çəkəcəklər. Çox arxalandıqları yoldaşları və dostlarıyla birlikdə cəhənnəmə sürüklənmənin əzabını yaşayacaqlar. Allah dünyada şeytana itaət edən insanları axirətdə bir yerə yığaraq cəhənnəmə atacağını aşağıdakı ayəsiylə bildirmişdir:

Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (Nisa surəsi, 140)



DAİ

Çağıran, dəvət edən

Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz! (Ənfal surəsi, 24)

İnsan həmişə ən doğru olanı düşündüyünü, həyatı ilə əlaqədar ən məqsədəuyğun qərarları özünün qəbul etdiyini zənn edir. Özünə görə təyin etdiyi bəzi qaydalar var; əgər o qaydalar çərçivəsində bir həyat yaşasa özü üçün 'ən yaxşı olanı' təmin etmiş olacağını düşünür. Halbuki bu, bir çox insanın yaşadığı səhv düşüncə tərzidir.

İnsanı Allah yaradıb və ona şahdamarından daha yaxındır. İnsan bəzən özü ilə əlaqədar olan bir çox mövzunu bilmir, amma insan özüylə əlaqədar olan məlumatlardan xəbərsizkən Allah bunların hamısını bilir. Çünki onun daxilinə, xaricinə, düşüncələrinə, şüur altına tamamilə hakimdir. Hətta insan bir an sonra nəylə qarşılaşacağını bilmir və ya keçmişdə qarşılaşdığı bəzi hadisələri unuda bilər. Amma Allah unutmur və yanılmır. İnsanın keçmişdə yaşadığı və gələcəkdə yaşayacağı hər hadisəyə də hakimdir. Buna görə insan üçün 'ən xeyirli' olanı bilən, ancaq onu yaradan və həyatda yaşadığı hər anın məlumatına sahib olan Allahdır.

Necə ki, Quranda “...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz” (Bəqərə surəsi, 216) ayəsiylə bu həqiqətə açıq-aşkar diqqət çəkilmişdir.

Buna görə insanın vəzifəsi Allahın özünə bildirdiyi, dəvət etdiyi haqq yola, yəni “özünə həyat verəcək şeylərə” təslim olmaqdır. Allah bu doğru yolu Peyğəmbərimizə (s.ə.v.) vəhy etdiyi Quran vasitəsiylə insanlara bildirmişdir. Hamının həyatı boyunca nə etməli olduğu, necə həyat yaşamalı olduğu, necə hərəkət etsə qurtulacağı Allahın ayələriylə bir-bir bildirilmişdir.

DAFİQ

Bəlaları dəf edən, uzaqlaşdıran

Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 251)

Möminləri maddi-mənəvi hər cür təhlükədən qoruyan Allah onlara kafirlərə, münafiqlərə, müşriklərə qarşı da böyük bir qüvvət, məğlub edilməz güc verir. İnkar edənlər hazırladıqları hiyləgər tələlərin, təşkil etdikləri sui-qəsd və hücumların hələ planlarını qurarkən, Allah onlar üçün başqa bir tələ qurur. Beləliklə, vermək istədikləri zərəri möminlərdən dəf edərək tələlərini öz başlarına keçirər.

Digər tərəfdən Allah inkarçıları öz aralarında da ayrılığa salaraq, bir-birləriylə mübarizə etdirir və bu şəkildə gücdən salır. Müsəlmanlara kin saxlayanları onlardan uzaq saxlayır, öz canlarının dərdinə düşəcək bəlalar göndərir. Bu ilahi kömək Quranda belə bildirilmişdir:

O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər…(Həcc surəsi, 40)

Bununla yanaşı bir çox çətinliyi, xəstəliyi, vəsvəsəni, şeytanın şərrini və bəlasını da möminlərin üzərindən dəf edən və daha bilmədikləri nə qədər müsibəti onlardan geri çevirən, yalnız Allahdır. Şübhəsiz, bunların hər biri Allahın möminlərə gizli və açıq şəkildə göstərdiyi köməkləridir. O, qullarına qarşı çox şəfqətli, Özünə sığınanlara, Özündən kömək istəyənlərə qarşı da əsirgəyənlərin ən xeyirlisidir.

DARR

Zərər verən şeylər yaradan

Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər” (Yasin surəsi, 23)



Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, bütün məhsulları yox edən qasırğa, evləri yerlə bir edən zəlzələ, gələcək qorxusu, yol qəzası, stress, mal itkisi, qısqanclıq, qocalma...

Şübhəsiz bütün bunlar axirətin varlığından qafil olan və gerçək həyatlarının dünyadakı həyat olduğunu zənn edən insanlar üçün əzab, qorxu və ümidsizlik yaradan hadisələrdir. Əlbəttə, hər insan özünə və ya yaxınlarına zərər verən bu cür hadisələrdən biri ilə və ya bunların bənzəriylə hər an qarşılaşa bilər. Bu qarşılaşma böyük ehtimalla insanın heç gözləmədiyi bir anda reallaşır. Bir anda bütün bədəninə yayılan xərçəngə tutulduğunu öyrənə bilər, bir səhər bir yaxınının ölüm xəbəri gələ bilər, həyatı boyunca yığdığı pulunun oğurlandığını eşidə bilər və ya aynaya baxdığında heç gözləmədiyi şəkildə qocaldığını görər.

Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allahın, dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir?

Bunun ən əhəmiyyətli səbəblərindən biri Allahın insanı çətinlik və sıxıntıyla tərbiyələndirməsidir. Xəstəliyindən ötəri çətinliklə nəfəs alan insan qürurlanaraq digər insanları alçalda bilməz. Eyni zamanda şikəst ikən yenidən yeriyə bilən, bütün malını-mülkünü itirmişkən bunlara təkrar qovuşan insan, şübhəsiz, bunların dəyərini daha yaxşı qavrayır. Beləliklə, həm çətinliyi, həm də asanlığı yaradaraq dünyada imtahan mühitini yaradan Allah, qarşılıqsız verdiyi nemətlərin daha yaxşı təqdir edilməsini təmin edir.

Ancaq burada əhəmiyyətli olan bir cəhət var. Əgər bu tərz hadisələrlə qarşılaşan adam imanlıdırsa və axirətin gerçək həyatı olacağını bilirsə, onsuz da qəmgin olmur. Başına gələn hər cür çətinliyin Allahdan olduğunu bilir və bunlara səbr edir, o çətinliklərdən özünü qurtarmağa qadir olanın da, yalnız Allah olduğunu bildiyi üçün Ona dua edir, Ondan kömək diləyir. Beləliklə, Allah Özünə inanan qullarını da öyrədir, Özünə yaxınlaşmalarını təmin edir və axirətdəki dərəcələrini yüksəldir.

Allaha və axirət gününə inanmayan insanlar üçün isə vəziyyət fərqlidir. Allah "Darr" sifətini əsl mənada cəhənnəmdə onlara göstərəcək. Şübhəsiz, dünyada kədərləndikləri hər şey cəhənnəmdə qarşılaşacaqları ilə müqayisə ediləndə çox xəfif sayılar, çünki buradakıların hamısı müvəqqətidir.

Cəhənnəmdə isə insanların yanan dəriləri ağrını təkrar-təkrar hiss etsin deyə yeniləriylə dəyişdiriləcək. İnkar edənlərə boğazları parçalayan darı tikanı, bağırsaqları parçalayan qaynar sudan başqa heç nə verilməyəcək. Ölüm gələr, lakin ölməzlər, ardından daha çətin əzabla qarşılaşarlar. Orada dəmirdən qamçılar, oddan yataqlar olacaq, inkarçı insan cəhənnəmin ən dar və qaranlıq yerinə atılacaq. Cəhənnəmdə sümükləri çatladan inildəmələr eşidiləcək.

İnkarçılar, cəhənnəm gözətçilərinə “Rəbbinizə söyləyin, bizi buradan çıxarsın” deyə yalvararlar. Əzabın yüngülləşdirilməsini istəyərlər. Allah onları cürbəcür əzaba uğradarkən bir tərəfdən də onlara cənnətdəkilərin necə bolluq və nemət içində olduqlarını seyr etdirər. Onlar özlərinə kömək edəcək heç kimi tapa bilməzlər və (Allahın diləməsi xaricində) sonsuza qədər də alçaldılmışlar olaraq onun içində saxlanılarlar. Allah beləliklə, gerçək çətinliyi və əzabı inkar edənlərə cəhənnəmdə daddırar. Allah bir ayədə belə buyurur:

Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zumər surəsi, 38)

ƏDL

Adil olan, ədaləti əmr edən

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə surəsi, 8)

Allah ədalətlilərin ən xeyirlisidir. Onun nizamı bütün kainatı ehtiva etmişdir. O, ədalətini dünyada və axirətdə qullarına göstərəcək. Hər şeyi haqqıyla görən, hər şeyin daxilini, xaricini bilən, hər şeydən xəbərdar olan Allahın bütün işləri hikmətli və ədalətlidir.

İnsanların həyatları boyu işlədikləri bütün əməllər mütləq Allahın ədalətinə görə qiymətləndiriləcək. Allah Quranda zülm edənlərin zülmlərinin qarşılıqsız qalmayacağını, yaxşı bir sözün belə mükafatının veriləcəyini xəbər verir. Bütün bunların ədalətlə qiymətləndiriləcəyi yer axirətdir; Allahın sonsuz ədalətinin təcəlli edəcəyi yer...

Dünya həyatında inkarçıların peyğəmbərlərə və möminlərə yaratdıqları çətinliklər, atdıqları şərlər, işlədikləri günahlar qarşılıqsız qalmayacaq. Möminlərin cənnətdəki dərəcələrini yüksəldən bütün bu çətinliklər, inkarçıların da cəhənnəmin ən alt təbəqələrinə düşmələrinə vəsilə olacaq. Allah hesab günündə son dərəcə həssas tərəzilərlə heç kimə haqsızlıq etməyəcək, dünyada onlara verdiyi vaxtın sonunda sonsuz ədalətinə uyğun olaraq hesabını görəcək. Şübhəsiz, Allah hər şeyi bilən və vədinə ən sadiq olandır. İnsanlar dünyada etdiklərinin qarşılığını axirətdə mütləq görəcəklər. Beləliklə, inkarçılar əməllərinin qarşılığını ən ağır şəkildə tapacaq, Allaha imanlarında və bağlılıqlarında qərarlı olanlar isə etdiklərinin qarşılığını ən gözəliylə Allahdan alacaqlar. Ayədə belə buyurulur:



Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth surəsi, 10)

Ancaq burada üzərində diqqətlə düşünülməli cəhət var. Allahın ədalətini düşünərkən bu, qətiyyən insanların ədalət anlayışıyla müqayisə edilməməlidir. Çünki inkar edən insan istəkləri və zəifilikləri qaşısında aciz qala bilər, ədalətli olmağa çalışarkən duyğusallıq edə bilər, bir mövzu haqqında səhv hökmlər verə bilər və etdiklərini unuda bilər. Ən vacibi də qarşısındakının içindən keçirdiklərini bilməsi mümkün deyil. Allah isə əsla səhv etməz və əsla unutmaz. Allah hər insan üçün onun hərəkətlərinə nəzarət edən və əməllərini yazan mələklər təyin edib. Bu mələklər insanların həm içindən keçəni, həm də bütün hərəkətlərini yazırlar. Nəticə olaraq Allah insanın ruhuna tamamilə hakimdir. Ən ədalətli hökm verəcək olan da Rəbbimizdir. İsra surəsinin 71-ci ayəsində Allahın sonsuz ədalət sahibi olduğu belə xəbər verilir:



Bir gün bütün insanları öz imamları ilə birlikdə çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar. Onlara tük qədər haqsızlıq edilməz. (İsra surəsi, 71)

Bütün pisliklərin, inananların əleyhinə qurulan qruplaşmaların, hazırlanan tələlərin qarşılığı ən kiçik detalına qədər axirətdə veriləcək. Əslində, Allah inkarçılara dünya həyatında yalnızca onların pisliklərini artırmağa səbəb olacaq mal, mülk, zənginlik və bunun kimi bir çox imkan verə bilər. Allah ayələrində bunlara aldanmamağı bildirmişdir. Çünki qısa dünya həyatındakı mənfəətin axirətdəkinin yanında heç bir mənasının və əhəmiyyətinin olmadığı şübhəsiz həqiqətdir. Həm də sonsuz cəhənnəm inkarçılara get-gedə yaxılaşarkən...

Əsl yurd olan axirətdə hər nəfs etdiklərini qarşısında hazır tapacaq. Allah sonsuz ədalətinin təcəllisini qullarına cənnətində və cəhənnəmində sonsuza qədər göstərəcək. Allah ən sonunda Özünə inananlarla inanmayanların arasını haqq ilə ayıracaq.

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! (Mümtəhinə surəsi, 8)

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa surəsi, 58)

Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! (Maidə surəsi, 42)

De: “Rəbbimiz bizi toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. Ədalətlə hökm edən, bilən ancaq Odur!” (Səbə surəsi, 26)

ƏFÜVV

Əfvi çox olan

Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa surəsi, 149)

İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an bir çox mövzuda qüsurlu düşünə bilər, səhv qərar verə bilər, xəta edə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfv edəndir. Allahın “əfvediciliyi” olmasa heç bir insanın cənnətə girməsi mümkün olmazdı. Bu gerçəyə Quranda açıq-aşkar diqqət çəkilir:



Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər. (Nəhl surəsi, 61)

Lakin unudulmamalıdır ki, Allahın əfvediciliyi səmimi qullarına aiddir. O, Özünə səmimi yönələn insanların günahlarını əfv edər. Əhəmiyyətli olan insanın səmimi olub, qəti şəkildə tövbə etməsidir. Yoxsa tövbə edib təkrar əvvəlki səhvlərinə geri qayıdanların və etdiklərindən həqiqi peşmançılıq hiss etməyənlərin tövbəsini qəbul etməyəcəyini Allah bir ayədə belə bildirir:



Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (Nisa surəsi, 17)

ƏHKAM-ÜL HAKİMİN

Hökm verənlərin hakimi

Məgər Allah hakimlərin hakimi deyilmi?! (Tin surəsi, 8)

Hər işin hökmünü verən, nəticələndirən Allahdır. Bütün hadisələr Onun əmriylə, diləməsiylə meydana gəlir və inkişaf edir. Allahın verdiyi hökmlərdə mütləq bir çox hikmət gizlidir. Lakin insanların çoxu Allahın hökmlərini öz məhdud ağılları ilə qiymətləndirir və beləliklə də Allahın hökmlərini tam olaraq qavraya bilmirlər. Halbuki, Allah sonsuz ağlın sahibidir. Üstəlik zaman və məkandan da münəzzəhdir; bu anlayışları yaradan, insanların zamana və məkana tabe olaraq yaşamasını uyğun biləndir. İnsan heç vaxt bir gün sonra, hətta bir saat sonra nələr yaşayacağını bilmir. O isə bir işə hökm etdiyi zaman bir gün sonra, illər sonra və hətta qiyamətə qədər o işin nə ilə nəticələnəcəyinə də hakimdir. Buna görə də verdiyi hökm hər zaman ən doğru, ən yaxşı və ən hikmətli olandır.

Lakin iman etməyənlər bu gerçəyi başa düşmürlər. Ətraflarında baş verən hər hadisənin müəyyən səbəblərə bağlı olaraq, təsadüfən meydana gəldiyini zənn edirlər. Allahın hökm etdiyi hadisələrdəki hikmətləri qiymətləndirə bilmirlər. Meydana gələn hər hadisənin Allahın idarəsində olduğunu anlamırlar. Möminlər isə Allahın verdiyi hökmlərin hikmətlərini qavramağa çalışır və Onun daim ən yaxşı və ən xeyirli hökm verən olduğunu bilirlər. Allah Quranda belə buyurur:

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə