Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə7/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   2   3   4   5   6   7   8   9   10   ...   67

hesab  olunur  ki,  İsrail  Aralıq  dənizi  dialoqundan  kənarda 

qala bilməz, çünki bu halda Yaxm Şərq sülh prosesi pozula 

bilər.  NATO-nun  ərəb  ölkələri  ilə  birbaşa  tərəfdaşlıq 

münasibətləri  qurması  İsrail  tərəfindən  Qərbin  qərəzsiz 

vasitəçilikdən islam ölkələrinə açıq dəstək verməyə keçidi 

kimi  qiymətləndirilə bilərdi.  Amma məlumdur ki,  bu  ölkə 

ilə  sıx  hərbi-texniki  və  siyasi  əlaqələrin  uzunmüddətli 

ənənələrinə  malik  olan  ABŞ  hadisələrin  belə  inkişafına 

heç vaxt yol verməz.  Əksinə, Yaxm Şərqdə sülh prosesinə 

dəstək  Aralıq  dənizi  dialoqunun  köklü  məqsədlərindən 

biridir.

Bununla  əlaqədar  olaraq  NATO-nun  Yaxm  Şərq 

tənzimlənməsindəki  rolunun  artmasını  istisna  etmək 

olmaz.  Hazırda  bu  problem  BMT-nin  və  Amerika 

administrasiyasının  diqqət  mərkəzindədir.  Özü  də  birinci 

əsasən  diskussiya  klubu  rolunu  oynayır  və  qərarları 

tövsiyə  xarakteri  daşıyır, 

Yaxm  Şərqdə  real  aktor  isə 

ABŞ-dır.  Hazırda - prosesin  axsadığı  və bir yerdə durduğu 

vaxt ABŞ  üçün  bu  müvəqqəti  uğursuzluğun  məsuliyyətini 

NATO-nun çoxmillətli çiyinlərinə qoymaq daha sərfəlidir. 

Hadisələrin 

bu 

ssenari 


üzrə 

inkişaf 


edəcəyini 

proqnozlaşdırmaq  olar,  çünki  praktikada  NATO  amerikan 

xarici siyasətinin aləti kimi çıxış edir.

Aralıq dənizi dialoqunun inkişafında  1997-ci ilin Madrid 

görüşü növbəti  mərhələ oldu.  Madriddə dialoq rəsmiləşdi: 

Aralıq  dənizi  əməkdaşlığı  qrupu  yarandı  ki,  o,  diskussiya 

və  fikir  mübadilələri  üçün  ilk  daimi  forum  oldu.  Bura 

təşkilata  üzv  dövlətlərin  siyasi  müşavirləri  daxil  oldu  və 

bununla  yanaşı  NATO-nun  Aralıq  dənizi  ölkələrində 

nümayəndəliklərinin  açılması  barədə  qərar  qəbul  olundu. 

Əvvəllər  Dialoq  üçün  məsuliyyəti  NATO-nun  Siyasi

26

komitəsi  daşıyırdı.  Burada  Aralıq  dənizi  dialoqu  ilə 



Vışeqrad  qrupunun  NATO-ya  daxil  olması  arasındakı 

oxşarlıq  diqqəti  cəlb  edir:  Şərqi  Avropada  olduğu  kimi 

partnyorluq münasibətlərinin qurulmasında  ilk  addım kimi 

ilkin  olaraq  əlaqə  qrupları  yaradılır.  Polşa,  Macarıstan  və 

Çexiya  məhz  bu  yolla  Şimali  Atlantika  İttifaqına 

bütünlüklə  inteqrasiya  edilmişlər.  Oxşar  ssenari  Şimali 

Afrikada  da  təkrar  oluna  bilər.  Amma  NATO-nun  sabiq 

baş  katibi  H.Solana  «NATO  və  Aralıq  dənizi  regionu» 

məqaləsində  inteqrasiyanın  Mərkəzi  və  Şərqi  Avropa 

ölkələrində  sınaqdan  keçirilmiş  mexanizmlərinin  kor- 

koranə  təkrarından  çəkinməyə  çağırır.  Onun  fikrincə, 

NATO-nun 

Avropa 

strukturları 



etimadın 

təmin 


olunmasının  elə  tədbirlərini  işləyib  hazırlamalıdırlar  ki, 

onlar  Aralıq  dənizi  regionunda  da  həyata  keçə  bilsin. 

Fəqət  eyni  zamanda  o,  Şimali  Afrika  və  Yaxm  Şərq 

ölkələri  üçün  prinsipcə  «Sülh  Naminə  Tərəfdaşlıq»a 

analoji proqramın meydana çıxacağını istisna etməmişdir.

Dialoqun  inkişafı  haqqında həmçinin  Alyansın  1999-cu 

il  Vaşinqton  konfransının  da  mühüm  rolu  olmuşdur,  belə 

ki,  əgər  Madrid  göürüşündə  NATO  Şurasının  daimi 

sessiyasında  «Aralıq  dənizi  dialoqu»  çərçivəsində  siyasi 

və  praktik  əməkdaşlığın  dərinləşdirilməsi  barədə  qərar 

qəbul  edilmişdirsə,  Vaşinqtondakı  görüşdə  isə  sessiyaya 

dialoqun  həyata  keçirilməsi  tədbirlərinə  başlamaq  həvalə 

olunmuşdur.  Eyni  zamanda  NATO  üzvü  olan  ölkələrlə 

Aralıq dənizi dialoqu dövlətləri arasında  1997-ci ilin Roma 

konfransı və  1999-cu ildəki Valensiya konfransı kimi birgə 

tədbirlər  təqdir  edilmişdir.  Bu  görüşlərdə  belə  bir  ideya 

səslənmişdir  ki,  NATO  cənubda  artan  qeyri-sabitlik  və 

Aralıq  dənizi  regionunun  təhlükəsizliyi  problemlərinin

~  

/



Avropa  təhlükəsizliyindən  ayrılmaz  olması  səbəbindən 

regionda  daha  fəal  rol  oynamalıdır.  Bundan  başqa,  NATO 

rəhbərliyi  Aralıq  dənizi  ölkələri  ilə  «hərbi  və  dialoq 

ölkələrinin 

maraq 

göstərdikləri 



digər 

sahələrdə» 

əməkdaşlığı genişləndirmək qətiyyətini ortaya qoymuşdur. 

NATO-nun  1999-cu  ildəki  yeni  strateji  konsepsiyasına 

düzəlişlərin  qəbul  edilməsi  ilə  əlaqədar  olaraq,  Aralıq 

dənizi  dialoqu  problemi  yeni  nəfəs  alır.  Vaşinqtonda 

Alyans  «ənənəvi»  və  bu  blokun  yaranması  zamanı 

müəyyənləşdirilmiş  «məsuliyyət  zonası»ndan  kənarda 

yerləşən  regionların  işinə  fəal  cəlb  olunacağım  bəyan 

etdiyindən,  yaxın  vaxtlarda  NATO-nun  Cənubi  Aralıq 

dənizi  ölkələri  ilə  qarşılıqlı  fəaliyyəti  genişləndirəcəyini 

və  onları  gələcəkdə  Şimali  Atlantika  İttifaqına  qəbul 

edəcəyini  proqnozlaşdırmaq  olar.  Bundan  başqa,  NATO­

nun strateji konsepsiyasında (maddə  38) deyilir ki,  «Aralıq 

dənizi  regionu  Şimali  Atlantika İttifaqı  üçün xüsusi  maraq 

kəsb  edir».  Belə  maraqların  baş  qaldırmasının  səbəbləri 

üzərində ətraflı dayanmaq lazımdır.

Öncə  Alyansın  1991-ci  ildə  Romada  qəbul  edilmiş 

strateji  konsepsiyasına  müraciət  etmək  lazımdır.  Burada 

«soyuq  müharibə»nin  qurtarmasından  sonrakı  dövrdə 

NATO-nun  əsas  vəzifələri  sadalanmışdır.  Hazırda,  NATO 

strateqlərinin  fikrincə,  alyans  üçün  əsas  təhlükəni  NATO­

nun  üzvlərindən  birinə  hücumdan  çox  qeyri-sabitliklərin 

üzə  çıxması  (iqtisadi,  sosial  və  siyasi  çətinliklər,  etnik 

münaqişələr,  ərazi  mübahisələri,  kütləvi  qırğın  silahının 

və  ballistik  raketlərin  yayılması,  həyati  vacib  resursların 

çatışmazlığı,  sabotaj  və  terror  aktları)  törədir.  Bütün  bu 

risk  amilləri  bu  və  ya  digər  dərəcədə  həmin  regionda 

mövcuddur,  onun  Qərbi  Avropa üçün  strateji  vacibliyi  isə

28

şəksizdir.  Qərbin  problemin  həllində  maraqlı  olmasının 



başlıca  səbəbi  onunla  bağlıdır  ki.  Cənubi  Aralıq  dənizi 

regionu  nəqliyyat  baxımdan  olduqca  sərfəli  vəziyyətə  və 

xeyli neft və qaz ehtiyatlarına malikdir ki, bu da Avropanın 

yanacaq-eneıji  kompleksində  vacib  rol  oynayır.  Belə  ki, 

Avropaya nəql olunan neft və təbii qazm ümumi həcminin 

təxminən 65  faizi Aralıq dənizi vasitəsilə daşınır yə bunun 

üçün  hər  gün  3  min  gəmidən  istifadə  olunur.  İtaliyanın 

yanacaq-eneıji  kompleksində  Liviya  neftinin  və  Əlcəzair 

təbii  qazının  payı  30  faizdən  artıqdır.  Bundan  başqa, 

Liviya Fransa, Almaniya, İspaniya, Türkiyə, Yunanıstan və 

hətta  Böyük  Britaniyaya  neft  verir,  Əlcəzairin  əsas 

müştəriləri isə Belçika, Fransa, Portuqaliya və İspaniyadır. 

Aralıq  dənizinin  dibi  ilə  bom  kəmərlərinin  salınması 

ideyasını  da  unutmamaq  lazımdır.  Beİəliklə,  Aralıq 

dənizindən iqtisadi qarşılıqlı asılılıq dərin kök salmışdır və 

bu,  NATO  ilə  Şimali  Afrika  ölkələrinin  maraqlarını 

yaxınlaşdırır.  Bununla  yanaşı,  region  terror  fəaliyyəti  (ilk 

növbədə  bu Liviya dövlətinə  aiddir),  demoqrafik vəziyyət 

kimi  parametrlərə  görə  potensial  qeyri-stabil  məkandır, 

Geopolitik  olaraq  Aralıq  dənizi  regionunu  üç  sub-regional 

hissəyə bölmək olar:  Şimali Aralıq dənizi regionu (Avropa 

sahili),  cənub  subregionu  (Şimali  Afrika)  və  Şərqi  Aralıq 

dənizi  regionu  (Yaxın  Şərq).  Sabitliyə  əsas  təhlükə  də 

regionun  öz  inkişaflarına  görə  Avropa  dövlətlərindən  geri 

qalan  ölkələrin  cəmləşdiyi  cənub  və  şərq  hissələrindən 

gəlir.


Bəzi  ekspertlərin  fikrincə,  Şimali  Afrikada  demoqrafik 

partlayış  ola  bilər  ki,  bu  da NATO-nun  üzvləri  ilə  Aralıq 

dənizinin 

inkişaf  etməkdə  olan 

ölkələri 

arasında 

demoqrafik  balansın  pozulmasına  gətirib  çıxara  bilər.

29



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə